ZAMANSIZLIQ VƏ QƏDƏR

Bu vəziyyət təkamül nəzəriyyəsinin də təməlini təşkil edən materialist fəlsəfənin birinci fərziyyəsini təkzib edir. Bu fərziyyə, maddənin mütləq və sonsuz olduğu fərziyyəsidir. Materialist fəlsəfənin ikinci fərziyyəsi isə zamanın mütləq və sonsuz olduğu fərziyyəsidir ki, bu da digəri qədər batil inancdır.

ZAMAN HİSSİ

Zaman dediyimiz hiss, əslində bir anı başqa anla müqayisə etmək üsuludur. Bunu bir misalla açıqlaya bilərik. Bir cismə vurduğumuzda bundan müəyyən bir səs çıxır. Eyni cismə təkrar vurduğumuzda yenə bir səs çıxır. Adam, birinci səs ilə ikinci səs arasında bir müddət olduğunu düşünür və bu müddətə "zaman" deyir. Halbuki, ikinci səsi eşitdiyi anda, birinci səs yalnız zehnində bir xəyaldan ibarətdir. Yalnız yaddaşında mövcud olan bir məlumatdır. İnsan, yaddaşında olanı, yaşadığı anla müqayisə edərək zaman hissini əldə edir. Əgər bu müqayisə olmasa, zaman hissi də olmayacaq.

Eyni şəkildə insan, bir otağa qapısından girib sonra da otağın ortasındakı bir oturacağa oturan bir insanı gördüyündə, müqayisə edir. Gördüyü insan oturacağa oturduğu anda, onun qapını açması, otağa daxil olması ilə bağlı görüntülər yalnız beyində yerləşən məlumatlardır. Zaman hissi, oturacağa oturan insan ilə bu məlumatlar arasında müqayisə edilərək ortaya çıxır.

Qısası, zaman, beyində saxlanılan bəzi məlumatlar arasında müqayisə edilməsi ilə yaranır. Əgər bir insanın yaddaşı olmasa, beyni bu cür şərhlər etməz və beləliklə zaman hissi də meydana gəlməz. Bir insanın "mən otuz yaşındayam" deməsinin səbəbi, beynində demək olar ki, otuz ilə aid bəzi məlumatların yığılmış olmasıdır. Əgər yaddaşı olmasa, belə bir zaman dilimi olduğunu düşünməyəcək, yalnız yaşadığı tək bir "an" ilə təmasda olacaq ki, bu nöqtə çox vacibdir.



KEÇMİŞ

İNDİ


GƏLƏCƏK


KEÇMİŞ İNDİ GƏLƏCƏK İnsanlara keçmişdə, gələcəkdə və ya indi davam edən kimi görünən bütün hadisələr, əslində maddəyə, zamana və məkana bağlı olmayan Allah qatında eyni anda olub bitmişdir. Eyni şəkildə sonsuzluq da Allah qatında yaşanmış, bitmişdir. Eynilə bir film lentində kadrların hamısının eyni anda mövcud olması kimidir.

ZAMANSIZLIĞIN ELMİ İZAHI

Bu mövzuda fikir bildirən filosof və alimlərdən nümunələr verərək mövzunu daha yaxşı izah edək. Nobel mükafatı almış məşhur genetika professoru və alim François Jacob “Mümkünlərin Oyunu” adlı kitabında zamanın geriyə axması ilə əlaqədar bunları izah edir:

Sondan başlayaraq göstərilən filmlər zamanın tərsinə doğru axacağı bir dünyanın nəyə bənzəyəcəyini düşünməyimizə imkan verir. Südün fincandakı qəhvədən ayrılacağı və süd qabına çatmaq üçün havaya atılacağı bir dünya: işıq dəstələrinin bir qaynaqdan fışqıracaq yerdə bir tələnin (çəkim mərkəzinin) içində toplanmaq üçün divarlardan çıxacağı bir dünya; saysız damlaların heyrət verici əməkdaşlıqla suyun xaricinə doğru atılan bir daşın bir insanın ovucuna qonmaq üçün tullanacağı bir dünya. Amma zamanın tərsinə çevrildiyi belə bir dünyada, beynimizin müddətləri və yaddaşımızın meydana gəlməsi də eynilə tərsinə çevrilmiş olacaq. Keçmiş və gələcək üçün də eyni şey olacaq və dünya büs-bütün bizə göründüyü kimi görünəcək. .- François Jacob, Mümkünlerin Oyunu, Kesit Yayınları, 1996, s. 111

Beynimiz müəyyən sıralama üsuluna görə işlədiyi üçün dünyamız hal-hazırda yuxarıda izah edildiyi kimi işləmir və biz də zamanın həmişə irəli axdığını düşünürük. Halbuki bu, beynimizdə verilən qərardır və tamamilə nisbidir. Əgər yaddaşımızdakı məlumatlar geriyə doğru oynadılan filmlərdəki kimi düzülsə, zamanın axışı da bizim üçün geriyə doğru oynadılan filmlərdəki kimi olacaq. Belə vəziyyətdə, keçmişi gələcək, gələcəyi də keçmiş hesab etməyə başlayar, həyatı da hazırkı nizamdan fərqli şəkildə yaşayarıq.

Əslində isə zamanın necə axdığını, ya da axıb axmadığını əsla bilmirik. Bu da zamanın mütləq gerçək olmadığını, yalnız qavrayış forması olduğunu göstərir.

Zamanın hiss olduğu, 20-ci əsrin ən böyük fiziki hesab edilən Eynşteynin ortaya qoyduğu Ümumi Nisbilik Nəzəriyyəsi ilə də təsdiqlənmişdir. Lincoln Barnett, "Kainat və Eynşteyn" adlı kitabında bu mövzuda bunları yazır:

Sonsuz kainatla birlikdə Eynşteyn, sonsuz keçmişdən sonsuz gələcəyə axan sabit və dəyişməz universal zaman anlayışını da inkar etdi. Nisbilik nəzəriyyəsini anlaşılmazlıq doğuran tərəfi insanların zaman duyğusunun da rəng duyğusu kimi bir hiss forması olduğunu qəbul etmək istəməməyidir... Necə ki, kosmos maddi varlıq hesab olunursa, zaman da hadisələrin baş verdiyi ardıcıllıqdır. Zamanın xüsusiyyətlərini ən yaxşı Eynşteynin sözləri açıqlayır: "Fərdlərin həyatları bizə hadisələr silsiləsi içində təşkil edilmiş görünür. Bu silsilədən xatırladığımız hadisələr 'daha əvvəl' və 'daha sonra' nizamına görə sıralanmış kimidir. Bu səbəblə, fərd üçün bir mən-zamanı, ya da subyektiv zaman vardır. Bu zaman özü içindəykən ölçülə bilməz. Hadisələrlə ədədlər arasında elə əlaqə qura bilərəm ki, böyük bir ədəd əvvəlki hadisə ilə deyil də, sonrakı hadisə ilə əlaqədar olar. -Lincoln Barnett, Evren ve Einstein, Varlık Yayınları, 1980, ss. 52-53

Eynşteynin bu sözlərindən, zamanın irəliyə doğru axdığı düşüncəsinin tamamilə şərtlənmə olduğu aydın olur.

Eynşteyn, Barnettin ifadələri ilə, "kainat və zamanın da hiss formaları olduğunu, rəng, forma və böyüklük anlayışları kimi bunların da şüurdan ayrıla bilməyəcəyini göstərmiş"dir. (Lincoln Barnett, Evren ve Einstein, s. 17) Ümumi Nisbilik Nəzəriyyəsinə görə "zamanın da, onu ölçdüyümüz hadisələr silsiləsindən başqa, müstəqil varlığı yoxdur."

Zaman hissdən ibarət olduğuna görə də, tamamilə hiss edənə bağlıdır, yəni nisbi bir anlayışdır.

Zamanın axma sürəti, onu ölçərkən istifadə etdiyimiz istinadlara görə dəyişir. Çünki, insanın bədənində zamanın axma sürətini mütləq dəqiqliklə göstərəcək təbii saat yoxdur. Lincoln Barnettin ifadə etdiyi kimi, "rəngi ayırd edəcək göz yoxdursa, rəng deyə bir şeyin olmayacağı kimi, zamanı göstərəcək hadisə olmadıqca bir an, saat, ya da bir gün heç bir şey deyil."- Lincoln Barnett, Evren ve Einstein, s. 58

Zamanın nisbiliyi yuxuda çox açıq şəkildə baş verir. Yuxuda gördüklərimizi saatlarla davam etmiş kimi hiss etsək də, əslində hər şey bir neçə dəqiqə, hətta bir neçə saniyə davam etmişdir.

Mövzunu bir az da açıqlamaq üçün bir misal üzərində düşünək. Xüsusi şəkildə dizayn edilmiş pəncərəli otaqda müəyyən müddət qaldığımızı düşünək. Otaqda zamanı görə biləcəyimiz saat da olsun. Eyni zamanda otağın pəncərəsindən günəşin müəyyən intervallarla doğub-batdığını görək. Bir neçə gün keçdikdən sonra o otaqda nə qədər qaldığımızı soruşduqda verəcəyimiz cavab həm saata baxaraq əldə etdiyimiz məlumat, həm də günəşin neçə dəfə doğub-batdığı ilə əlaqədar apardığımız hesablamadır. Məsələn, otaqda üç gün qaldığımızı hesablayırıq. Amma əgər bizi bu otağa qoyan insan yanımıza gəlib “əslində sən bu otaqda 2 gün qaldın” desə və pəncərədə gördüyümüz günəşin əslində süni şəkildə əmələ gətirildiyini, otaqdakı saatın da qəsdən sürətlə işlədildiyini deyərsə, bu təqdirdə apardığımız hesablamanın heç bir mənası qalmaz. Bu nümunə də göstərir ki, zamanın axma sürəti ilə bağlı məlumatımız sadəcə qavrayana əsasən dəyişən istinadlara əsaslanır.



Eyni şəkildə zamanın axma sürətinin, fərqli şərtlərdə hər kəs tərəfindən fərqli qəbul edilməsi də zamanın psixoloji bir hissdən ibarət olduğunu sübut edir. Məsələn, bir dostunuzla görüşəcəyiniz zaman onun 10 dəqiqəlik gecikməsi sizə bitmək bilməyən, çox uzun bir zaman kimi gələ bilər. Səhər məktəbə və ya işə getmək üçün oyanan yuxusuz bir insana yatacağı 10 dəqiqə olduqca uzun gələ bilər, hətta bu sayədə yuxusunun böyük bir qismini aldığını düşünə bilər. Bəzi şərtlərdə isə bunun tam əksi olur. Tələbəlik illərindən xatırlayacağınız kimi 40 dəqiqəlik, sanki bir əsr davam edən bir dərsin ardınca 10 dəqiqəlik bir tənəffüs çox tez keçə bilər.

Zamanın nisbiliyi elmi metodla da sübut edilmiş konkret həqiqətdir. Eynşteynin Ümumi Nisbilik Nəzəriyyəsi sübut etmişdir ki, zamanın sürəti bir cisimin sürətinə və cazibə mərkəzi ilə onun arasındakı məsafəyə görə dəyişir. Sürət artdıqca zaman qısalır, daha ağır, daha yavaş işləyərək sanki “dayanma” nöqtəsinə yaxınlaşır.

Bunu Eynşteynin bir nümunəsi ilə açıqlayaq. Bu nümunəyə əsasən, eyni yaşdakı əkizlərdən biri Yerdə qalır, digəri işıq sürətinə yaxın sürətlə kosmik səyahətə çıxır. Kosmosa çıxan şəxs geri qayıtdıqda əkiz qardaşının özündən daha yaşlı olduğunu görəcək. Bunun səbəbi kosmosda səyahət edən qardaş üçün zamanın daha yavaş axmasıdır. Eyni misal ata və oğula da aid edilə bilər. Əgər atanın yaşı 27, oğlunun yaşı 3 olsa, 30 dünya ilindən sonra ata Yerə qayıtdıqda oğul 33 yaşında, ata isə 30 yaşında olacaq. (Paul Strathern, Einstein ve Görelilik Kuramı, Gendaş Yayınları, 1997, s. 57 )

Zamanın nisbiliyini saatların geriləməsi və ya sürətlənməsindən deyil, bütün maddi sistemin sub-atom səviyyəsindəki zərrələrə qədər müxtəlif sürətlərdə işləməsindən irəli gəlir. Zamanın qısaldığı belə bir mühitdə insanın orqanizmindəki ürək döyüntüləri, hüceyrə bölünməsi, beyin fəaliyyətləri kimi proseslər daha ağır işləyir. İnsan zamanın yavaşlamasını hiss etmədən gündəlik həyatına davam edir.



Nisbilik nəzəriyyəsi ilə iddia edilən bu həqiqətlər daha sonra bir çox elm adamı tərəfindən dəfələrlə təsdiqlənmişdir. Bu nəzəriyyə ilə bağlı İsak Asimovun təsbiti belədir:

Eynşteynin nisbilik nəzəriyyəsinin elmə gəlməsindən 84 il keçmişdir. Bu müddət içində nəzəriyyə dəfələrlə sınaqdan keçmişdir və hər dəfə Eynşteyn haqlı çıxmışdır. Lincoln Barnett, Evren ve Einstein, Varlık Yayınları, 1980, s. 84

QURANDA NİSBİLİK

Müasir elmin bu kəşflərinin bizə göstərdiyi nəticə budur: zaman materialistlərin hesab etdiyi kimi mütləq deyil, nisbi hissdir. Maraqlısı budur ki, XX əsrə qədər elmin bilmədiyi bu həqiqətin bundan 14 əsr əvvəl nazil edilmiş Quranda bildirilməsidir. Quran ayələrində zamanın nisbi anlayış olduğunu göstərən açıqlamalar var.

Müasir fizika tərəfindən təsdiqlənən zamanın psixoloji hiss olması, yaşanan hadisəyə, məkana və şərtlərə görə fərqli şəkildə qavranıldığını bir çox Quran ayəsində görmək mümkündür. Məsələn, bir insanın bütün həyatı Quranda bildirildiyinə görə çox qısa müddətdir:

O gün ki, Allah sizi çağıracaqdır. Siz də Ona şükür edərək dərhal çağırışına cavab verəcəksiniz və sizə elə gələcəkdir ki, (dünyada) çox az qaldınız! (İsra surəsi, 52)

(Allah müşrikləri) gündüz bir saat belə (dünyada) olmamışlar kimi, bir yerə toplayacağı gün onlar bir-birini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan hesab edənlər, sözsüz ki, ziyana uğrayacaqlar. Onlar heç doğru yolda da deyildilər. (Yunus surəsi, 45)

Bəzi ayələrdə isə insanlara zamanın zənn etdiklərindən də qısa bir müddətdə keçdiyi belə bildirilir:

Belə buyuracaqdır: “Yer üzündə neçə il qaldınız?” Onlar: “Bir gün, bir gündən də az, hər halda, sayanlardan soruş!” – deyə cavab verəcəklər. Allah buyuracaq: “Əgər bilirsinizsə, siz (orada) çox az qaldınız! (Muminun surəsi, 112-114)

Bəzi başqa ayələrdə də zamanın fərqli mühitlərdə fərqli axış sürəti ilə keçdiyi bildirilir:

... Rəbbinin dərgahında bir gün sizin saydığınızın (hesabladığınız vaxt) min ili kimidir! (Həcc surəsi, 47)

Mələklər və ruh Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar. (Məaric surəsi, 4)

O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın min ilə bərabər olan bir gündə Ona doğru (Allahın dərgahına) yüksələr. (Səcdə surəsi, 5)


Bu ayələrin hər biri zamanın nisbiliyinin çox açıq ifadəsidir. Elm tərəfindən XX əsrdə əldə edilən bu nəticənin bundan 1400 il əvvəl Quranda bildirilməsi isə, əlbəttə, Quranı zamanı və məkanı əhatə edən Allahın endirdiyinin dəlilidir.


Quranın bir çox ayəsində istifadə edilən üslub açıq şəkildə zamanın hiss olduğunu üzə çıxarır. Xüsusilə də qissələrdə bunu görmək mümkündür. Məsələn, Allah Quranda bəhs edilən mömin Kəhf əhlini 300 ildən çox müddət ərzində dərin yuxuda saxlamışdır. Daha sonra oyandırdıqda isə bu şəxslər zaman baxımından çox az müddət yatdıqlarını düşünmüş, nə qədər yatdıqlarını təxmin edə bilməmişdilər:

Biz onları mağarada illərlə yuxuya verdik. Sonra iki tayfadan (möminlərdən və kafirlərdən) hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq. (Kəhf surəsi, 11-12)

"Beləcə onları oyatdıq ki, (nə baş verdiyini) bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: “(Burada) nə qədər qaldınız?”– dedi. (Bəziləri:) “Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq”– dedilər. (Digərləri də) dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. (Kəhf surəsi, 19)

Aşağıdakı ayədə izah edilən vəziyyət də zamanın əslində psixoloji hiss olduğunun mühüm dəlilidir:

Yaxud uçulmuş bir kəndin yanından keçən kimsənin əhvalatını bilirsən? O kimsə: “Yəni, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” – demişdi. Belə olduqda, Allah onu yüz il ölü halında saxladı, sonra dirildərək ondan: “Nə qədər yatmısan?” – deyə soruşdu. O da: “Bir gün, bəlkə, bir gündən daha az” – deyə cavab verdi. Allah ona: “Bəlkə, yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi sümüklərə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə örtürük?” – deyə buyurdu. O kimsəyə bunlar aydın olduqda: “Artıq bildim ki, Allah hər şeyə qadirdir!” – dedi. (Bəqərə surəsi, 259)

Göründüyü kimi, bu ayə zamanı yaradan Allahın zamana tabe olmadığını açıq surətdə vurğulayır. İnsan isə Allahın onun üçün təqdir etdiyi zamana bağlıdır. Ayədən göründüyü kimi, insan nə qədər yuxuda qaldığını belə bilməkdən acizdir. Bu təqdirdə (materialistlərin batil məntiqində olduğu kimi) zamanın mütləq olduğunu iddia etmək çox böyük ağılsızlıq olar.

QƏDƏR

Zamanın nisbi olması bizə çox mühüm həqiqəti göstərir. Bu nisbilik o qədər dəyişkəndir ki, bizim üçün milyard illərlə davam edən zaman başqa aləmdə sadəcə bir saniyə belə davam edə bilər. Hətta kainatın əvvəlindən sonuna qədər keçən zaman başqa bir aləmdə bir saniyə belə deyil, ancaq bir “an” davam edə bilər.

Bir çox insanın tam olaraq başa düşmədiyi, materialistlərin isə anlamayaraq tamamilə inkar etdikləri qədər həqiqətinin əsası buradadır. Qədər Allahın keçmiş və gələcəkdəki bütün hadisələri bilməsidir. İnsanların böyük əksəriyyəti isə Allahın hələ baş verməmiş hadisələri əvvəlcədən necə bildiyini soruşurlar və qədərin gerçəyini anlamırlar. Halbuki “baş verməmiş hadisələr” bizim üçün baş verməmiş hadisələrdir. Allah isə zaman və məkandan asılı deyil, bunları yaradan Onun Özüdür. Bu səbəbdən, Allah üçün keçmiş, gələcək və indi eynidir və hamısı olub-bitmişdir.

Linkoln Barnett Ümumi Nisbilik Nəzəriyyəsinin bu həqiqətə necə işarə etdiyindən “Kainat və Eynşteyn” adlı kitabında bəhs edir. Barnettin fikrincə, varlıqları bütünlükdə ancaq “bütün ucalığı ilə kosmik zehin” qavraya bilər. Barnettin “kosmik zehin” kimi qeyd etdiyi iradə bütün kainata hakim olan Allahın elmi və ağlıdır. Bizim bir xətkeşin əvvəlini, ortasını, sonunu və aralarındakı bütün vahidləri bütünlükdə bir anda asanlıqla görə bildiyimiz kimi, Allah da bizim asılı olduğumuz zamanı əvvəlindən sonuna qədər bir an kimi bilir. İnsanlar isə sadəcə zamanı gəldikdə bu hadisələri yaşayıb Allahın onlar üçün yaratdığı qədərə şahid olurlar.

Cəmiyyətdə geniş yayılmış yanlış qədər anlayışına diqqət etməliyik. Bu batil anlayışda Allahın insanlara “alın yazısı” müəyyən etdiyi, amma onların bəzən bunu dəyişdirdikləri kimi batil inanc var.Məsələn, ölümdən dönən xəstə haqqında “qədərinə qalib gəldi” kimi cahil ifadələr işlədilir. Halbuki heç kim qədərini dəyişdirə bilməz. Ölümdən dönən şəxs qədərində ölümdən dönməsi yazıldığı üçün ölməmişdir. “Qədərimə qalib gəldim” deyərək özlərini aldadanların bu cümləni demələri və o psixoloji hala düşmələri də yenə qədərlərindədir. Rəbbimiz bir Quran ayəsində də "...Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır." (Fatir surəsi, 11) deyə bunların hamısının qədərdə olduğu gerçəyini bildirmişdir. Çünki qədər Allahın elmidir və bütün zamanı eyni anda bilən və bütün zamana və məkana hakim olan Allah üçün hər şey qədərdə yazılmış və bitmişdir.

Allah üçün zamanın tək olduğunu Quranda istifadə edilən üslubdan da anlaya bilərik, bizim üçün gələcək zamanda olacaq bəzi hadisələrdən Quranda çoxdan olub-bitmiş hadisələr kimi bəhs edilir. Məsələn, axirətdə insanların Allaha verəcəkləri hesabın bildirildiyi ayələr bundan çoxdan olub-bitmiş hadisə kimi bəhs edir:

Sur çalındı, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, dərhal hamı yıxılıb öldü. Sonra bir daha çalınan kimi onlar qalxıb (Allahın əmrinə) müntəzir oldular! Yer öz Rəbbinin nuru ilə işıqlandı, kitab qoyuldu, peyğəmbərlər və şahidlər gətirildi, onlar arasında ədalətlə hökm olundu… (Zumər surəsi, 68-73)

Kafirlər dəstə-dəstə Cəhənnəmə sürükləndilər… (Zumər surəsi, 71)

Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. (Zumər surəsi, 73)

Bu mövzuya aid digər nümunələr isə belədir:

Hər bir kəs bir sürüyən və bir də şahidlə gələcək. (Qaf surəsi, 21)

Və (göy) süst düşüb parçalanmışdır! (Həqqa surəsi, 16)

Və onları göstərdikləri səbir müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandırmışdır. Onlar orada taxtlara söykənmiş, orada nə günəş, nə də sərt soyuq görürlər. (İnsan surəsi, 12-13)

Cəhənnəm də hər görənə görünəcək. (Naziat surəsi, 36)

Bu gün isə möminlər kafirlərə gülürlər. (Mütaffifin surəsi, 34)

Günahkarlar atəşi (Cəhənnəmi) görüncə ona düşəcəklərini yəqin etmiş və oradan baş götürüb qaçmağa bir yer tapa bilməmişlər. (Kəhf surəsi, 53)


Göründüyü kimi, bizim üçün ölümümüzdən sonra baş verəcək bu hadisələrdən Quranda baş vermiş və bitmiş hadisələr kimi bəhs edilir. Çünki Allah bizim asılı olduğumuz nisbi zaman ölçüsünə bağlı deyil. Allah bütün hadisələri zamansızlıqda istəmiş, insanlar bunu etmiş və bütün bu hadisələr baş vermiş və nəticələnmişdir. Böyük-kiçik hər hadisənin Allahın sonsuz elmi daxilində baş verdiyi və bir kitabda qeyd olunduğu həqiqəti isə aşağıdakı ayədə xəbər verilir:

Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın! (Yunus surəsi, 61)

TƏCRÜBƏ

Kaliforniya Universiteti nevrofizioloqlardan prof. Benjamin Libet 1973-cü ildə apardığı təcrübələr nəticəsində bütün qərarlarımızın, seçimlərimizin əvvəldən təyin olunduğunu, şüura isə hər şey olub bitdikdən yarım saniyə sonra ona çatdığı iddiasını ortaya qoymuşdur. Bu vəziyyət digər nevrofizioloqlar tərəfindən də həmişə keçmişdə yaşadığımız və şüurumuzun bütün yaşananları yarım saniyə sonra göstərən bir "monitor" kimi olduğu şəklində şərh edirlər. Benjamin Libet, "Unconscious cerebral initiative and the role of conscious will in voluntary action", The Behavioral and Brain Sciences, 1985, ss. 529-566

Buna görə də apardığımız təcrübələrin heç biri real zamanda deyil, ancaq real hadisələrdən yarım saniyə qədər gecikməlidir. Benjamin Libet təcrübələrini beyin əməliyyatlarının narkoz verilmədən, yəni xəstənin şüuru tamamilə yerindəykən edilə bilməsindən faydalanaraq həyata keçirmişdir. Libet üzərində təcrübə aparılan insanların beyinlərini zəif elektrik cərəyanlarıyla xəbərdar edərək, əllərində toxunma hissini əmələ gətirərkən, həmin insanlar bu "toxunuşu" təxminən yarım saniyə əvvəl hiss etdiklərini söyləyirlər. Benjamin Libet apardığı hesablamalar nəticəsində belə bir nəticəyə gəlmişdir: Normalda bütün hisslər beynə çatdırılır. Burada şüuraltında dəyərləndirilib şərh olunarkən, mən(lik) heç bir şeyin fərqində deyil. Zehnimizdə canlanan, yəni bizə çatan informasiyalar isə çox uzun bir gecikmədən sonra, korteksə -şüurun olduğu sahəyə- göndərilir. (http://www.genetikbilimi.com/genbilim/bilincbeyninkuklasi.htm)

Ortaya çıxan nəticəni belə yekunlaşdırmaq olar: Bir əzələ hərəkəti reallaşdırmaq qərarı bu qərarın şüuruna çatmadan əvvəl baş verir. Hər vaxt nevroloji, ya da hissi bir müddət ilə, bizim onu təmsil edən düşüncənin, hissin, qavrayışın, ya da hərəkətin şüurunda olmağımız arasında bir gecikmə var. Başqa sözlə desək, biz ancaq bir qərar alındıqdan sonra o qərarın şüurunda ola bilərik.

Prof. Benjamin Libetin təcrübələrində bu gecikmə 350 millisaniyə ilə 500 millisaniyə arasında dəyişir, lakin ortaya çıxan nəticə bu rəqəmlərdəki dəqiqliklə bağlı deyil. Çünki Libetə görə bu gecikmə olduğu müddətcə -nə qədər böyük, ya da kiçik olsa da, bir saat və ya bir mikro saniyə olması fərq etmədən- bizim maddi olan bu anı yaşamağımız, hər zaman keçmişdə olur. Bu hər düşüncənin, duyğunun, hissin, ya da hərəkətin bizim şüurumuza çatmadan əvvəl reallaşdığını göstərir ki, bu da gələcəyin tamamilə bizim iradəmiz xaricində olduğunu isbat edir.

Prof. Benjamin Libet bəzi təcrübələrində barmaqlarını nə vaxt hərəkət etdirəcəkləri seçimini üzərində təcrübə aparılan insanların öz ixtiyarına buraxmışdır. Barmaqlarını hərəkət etdirmə anı beyinlərindən izlənilən təcrübə apaılan insanların bu qərarı vermədən əvvəl, əlaqəli beyin hüceyrələrinin fəaliyyətə keçdiyi görülmüşdür. Başqa sözlə desək, şəxsə "et" əmri gəlir, hərəkəti etmək üçün beyin hazırlanır; şəxs isə ancaq 0,5 saniyə sonra bunun şüurunda olur. Bir hərəkəti etməyə qərar verib də sonra onu etmir, özü üçün əvvəldən təyin olunan hərəkətləri edir. Lakin beyin, bir zaman nizamlaması edərək insanın əslində keçmişdə yaşadığı hissini aradan qaldırır. Bu səbəbdən, indi dediyimizdə keçmişdə təyin olunmuş bir hadisəni yaşayırıq. Göründüyü kimi bu işlər, İnsan surəsinin 30-cu ayəsində bildirildiyi kimi, hər şeyin Allahın istədiyi ilə reallaşdığını təsdiq edir. (Ətraflı məlumat üçün baxın. Harun Yəhya, Zamansızlıq və Qədər Gerçəyi, Araşdırma Nəşriyyat) http://faculty.virginia.edu/consciousness/new_page..

ELMİN SÜBUT ETDİYİ HƏQİQƏT: YAŞANMIŞ QƏDƏRİNİZİ İZLƏYİRSİNİZ

Bir atom zərrəciyinin harada və hansı sürətlə hərəkət edəcəyini 43 saniyə əvvəldən təsbit edən bir model hazırlayan hollandiyalı fizikı Hooft qədərin varlığını elmi cəhətdən sübut etdi.

Qədər, Allahın keçmiş və gələcək bütün hadisələri bilməsidir. "Yaşanmamış hadisələr” bizim üçün yaşanmamış hadisələrdir. Allah isə zamana və məkana bağlı deyil, bu anlayışlardan münəzzəhdir, çünki bütün bunları yaradan Uca Rəbbimizdir. Buna görə də Allah üçün keçmiş, gələcək və indi hamısı birdir və hamısı olub bitmişdir. Bu vəziyyət yalnız təbiət hadisələri, doğum, ölüm, xəstəlik və ya müharibə kimi müəyyən mövzularla məhdud deyil. İnsanın öz həyatıyla və davranışlarıyla bağlı ən kiçik detal da qədərində müəyyən edilmişdir. Allah, Quranda insanların yaşadıqları hər şeyin əvvəldən bir kitabda yazılı olduğunu belə bildirir.

Qədər həqiqətinin elmi sübütü

Bu mövzu ilə bağlı aparılan bir tədqiqatın olduqca təəccüblü elmi nəticələri bu günlərdə Amerikanın dünya şöhrətli New Scientist jurnalının əsas mövzusu oldu. Nobel mükafatına layiq görülmüş Gerard Hooft 10 il davam edən elmi tədqiqatını yekunlaşdırıb qədər anlayışını konkret elmi dəlillərlə açıqladı. Bu tədqiqatın nəticələri elm aləmində böyük əks-səda doğurdu. Tədqiqatın diqqət çəkən digər bir tərəfi isə qədər anlayışına qarşı çıxan elm adamlarının söykəndikləri nəzəriyyəni sarsıtması idi..

Tədqiqat zamanı Hooft “bir hissəciyin harda və hansı sürətlə hərəkət etdiyini” eyni anda təyin etməyə imkan verən bir model ixtira etdi. Gerard Hooft bir atomun 43 saniyə sonra necə hərəkət etdiyini əvvəlcədən müəyyənləşdirmə imkanı əldə etdi

New Scientist jurnalının dünyanın ən güclü riyaziyyatçılarından ikisi kimi təqdim etdiyi John Conway və Simon Kochen bu tədqiqatı “azad iradə” məvhumunun ölümü kimi şərh etdilər. Princeton Universitetinin mütəxəssisi Conway belə deyir:

“Əgər Hooft kimi bir şəxs atomun vəziyyətini və hərəkətini eyni zamanda təyin edə bilirsə, üstün bir zəkaya sahib bir varlıq kainatdakı bütün hissəciklərin qarşılıqlı təsirini izləyə bilər. Başqa sözlə, azad iradəmizlə etdiyimiz seçimlərin naməlumluğunun arxasında məlum bir nizam durur.”

Yalnış qədər inancına diqqət!

Burada yanlış qədər anlayışı nəzərdən qaçırılmamalıdır. Bəzi insanlar: “Onsuz da qədərimdə nə var, o olacaq, mənim bir şey etməyimə ehtiyac yoxdur”, - deyə yanlış bir qədər anlayışı irəli sürürlər. Yaşadıqlarımızın hamısının qədərimizdə bəlli olduğu doğrudur. Hələ biz o hadisəni yaşamamışdan əvvəl həmin hadisə Allah qatında yaşanıb və bütün məlumatları bütün təfsilatı ilə Allah qatındakı Lövhi-Məvhuz adlı kitabda yazılıdır.

Amma Allah hər kəsə sanki hadisələri dəyişdirmə, öz qərarlarına, seçimlərinə görə davranma imkanı varmış kimi bir hiss verir. Məsələn, su içmək istəyən insan “qədərimdə varsa içəcəm” deyə oturub gözləməz. Bunun üçün qalxıb fincanı götürər və suyunu içər. Həqiqətən də, qədərində olan fincanda və qədərində olan qədər su içər. Amma bunları etdikdə öz iradəsi və istəyi ilə etdiyinə dair hiss duyar. Bu hissi ömrü boyu, bütün etdiyi işlərdə hiss edər. Allaha və Allahın onun üçün yaratdığı qədərə təslim olmuş kəs ilə bu həqiqəti qavramayan biri arasındakı fərq ondan ibarətdir ki, təslimiyyətli insan öz etdiyi hissini yaşamasına baxmayaraq, bunların hamısının Allahın istəyi ilə etdiyini bilir. Digər insan isə hər etdiyini öz ağlı və gücü ilə etdiyini düşünərək yanılır.

Qədər deyildikdə, heç bir fərq olmadan, böyük-kiçik bütün hadisələrin, davranışların və ya qərarların əvvəlcədən müəyyənləşdirilməsi başa düşülməlidir. Qədərinizdə çay içmək varsa, çay içərsiniz, keks yemək varsa, keks yeyərsiniz. Etdiyiniz seçim sizə bu barədə verilən bir hissdən qaynaqlanır. Ömür boyu bunun kimi saysız seçimlər edirsiz. Anadan olmağınız, keçirdiyiniz xəstəliklər, evliliyiniz və ya ölümünüz Allah qatında bəlli olduğu kimi, etdiyiniz seçimlərin hər biri Allahın istəyi ilə edəcəyiniz və etmədən əvvəl Onun qatında bilinən seçimlərdir.

Məsələn, xəstəliyi olduğunu öyrənən, təslimiyyətli insan bunun qədərində olduğunu bildiyinə görə çox təvəkküllü davranır: “Allah bunu qədərimdə yaratdığına görə mütləq böyük bir xeyir var ”- deyə düşünür. “Əgər qədərimdə sağalmaq varsa, sağalacam” deyib əlini qoynuna qoyaraq gözləmir. Əksinə, lazım olan hər şeyi edir; həkimə gedir, yeməyinə nəzarət edir, dərmanlarını qəbul edir. Amma getdiyi həkimin, həkimin yazdığı dərmanların, dərmanların ona təsirinin, sağalıb-sağalmayacağının, başqa sözlə, xəstəliyinin bütün təfərrüatının qədərində olduğunu unutmur. Bütün bunların Allahın hafizəsində hələ o, dünyaya gəlməmişdən əvvəl mövcud olduğunu bilir.

Böyük-kiçik hər bir hadisənin Allahın izniylə reallaşdığı, kitabda yazılmış olduğu bir ayədə belə bildirilir:

“(Ya Peyğəmbərim!) Sən nə iş görsən, Qurandan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!” (Yunus surəsi, 61)

Kochen isə mövzunu bu nümunə ilə izah edir:
"Qarşınıza həm şokoladlı, həm də çiyələkli keks gətirildiyini düşünün. Şokoladlı keksi yeməyə başladığınızda, bunun öz seçminiz olduğunu düşünürsünüz. Halbuki, şokoladlı keksi yeməyiniz onsuz da əvvəlcədən bəlli idi. Biz azad olduğumuzu düşünürük. Əgər Hooftun modeli yalnış deyilsə azadlığımız məhdud bir illuziyadan ibarət ola bilər."


http://www.vatanim.com.tr/root.vatan?exec=haberdetay&tarih=10.05.2006&Newsid=77482&Categoryid=30

BAŞQA BİR TƏDQİQAT

BİR TƏDQİQAT İNSAN HƏLƏ FƏRQİNDƏ OLMADAN, BEYNİN, 10 SANİYƏ ƏVVƏL QƏRAR VERDİYİNİ SÜBUT ETDİ

Araşdırmanı aparan Leipzig Beyin Elmləri mərkəzindən John-Dylan Haynes, Nature Jurnalına etdiyi açıqlamada, "Biz, qərarımızı şüurla verdiyimizi düşünürdük. Amma aparılan tədqiqatlardan ortaya çıxan nəticə, şüurun, yalnız aysberqin görünən tərəfi olduğunu göstərdi" dedi. Tennesseedəki Vanderbilt Universiteti mütəxəssislərindən Frank Tong da tədqiqatın nəticəsi "olduqca dramatikdir" deyə fikir bildirdi. Tong, "Beyin fəaliyyəti “10 saniyəlik həyat ” deməkdir" deyə ifadə etdi. Aparılan tədqiqat əsnasında beyinləri MR ilə araşdırılan 14 könüllü insana axıb gedən hərflər toplusu göstərildi. Sağ və sol əllərində bir düymə olan təcrübə aparılan insan ekranda axıb gedən hərf toplusundan ağlında qalanını, düyməni basaraq təyin etmələri istənildi. Beləcə, MR vasitəsilə beynin verdiyi qərarla şəxsin verdiyi qərar arasındakı 10 saniyəlik fərq açıq təyin olundu.

http://www.hurriyet.com.tr/dunya/8701351.asp?gid=229&sz=36751

MATERİALİSTLƏRİN NARAHATLIĞI

Maddə həqiqəti, zamansızlıq və məkansızlıq mövzularından bəhs etdiyimiz bu bölmədə izah edilənlər əslində olduqca açıq həqiqətlərdir. Daha əvvəl də bildirildiyi kimi, bunlar qətiyyən fəlsəfi fikir və ya düşüncə tərzi deyil, inkar edilməsi mümkün olmayan elmi nəticələrdir. Texniki həqiqət olmasından əlavə ağıla əsaslanan və məntiqi dəlillər də bu mövzuda başqa alternativə imkan tanımır. Bir insan üçün kainat onu meydana gətirən maddələrlə və içindəki insanlar və zamanla birlikdə görüntü varlıqdır. Yəni əsli ilə təmasda olmadığı, zehnində yaşadığı hisslərin cəmidir.

Materialistlər bu həqiqəti anlamaqda çətinlik çəkirlər. Materialistlərin bu mövzunu anlaya bilməməsinin əqli baxımdan əsl səbəbi isə anladıqda üzləşəcəkləri həqiqətdən çox qorxmalarıdır. Linkoln Barnett bu mövzunun sadəcə “sezilməsinin” belə materialist elm adamlarını qorxu və narahatlığa sürüklədiyini belə bildirir: Filosoflar bütün maddi həqiqətləri hisslərin kölgə dünyasına çevirərkən elm adamları insan hisslərinin hüdudlarını qorxu və narahatlıqla sezdilər. Lincoln Barnett, Kainat və Eynşteyn, Varlıq Nəşrləri, 1980, s. 17-18

Maddənin əsli ilə təmasda olmadığı və zamanın hiss olduğu həqiqəti izah edildikdə bir materialist qorxuya düşür. Çünki maddə və zaman mütləq varlıq qəbul etdiyi yeganə iki anlayışdır. Bunlar sanki sitayiş etdiyi bütlərdir, çünki özünün maddə və zaman tərəfindən (təkamül yolu ilə) yaradıldığına inanır.

Yaşadığı kainatın, dünyanın, öz bədəninin, digər insanların, fikirlərindən təsirləndiyi materialist filosofların, qısa şəkildə desək, heç bir şeyin əsli ilə qarşılaşmadığını hiss etdikdə isə bütün mənliyini dəhşət hissi bürüyür. Güvəndiyi, inandığı, kömək gözlədiyi hər şey bir anda ondan uzaqlaşıb itir. Əslini məhşər günü yaşayacağı və “o gün Allah'a təslim olacaq, özlərindən uydurub düzəltdikləri də aradan çıxacaqlar!” (Nəhl surəsi, 87) ayəsində təsvir edilən çarəsizliyi hiss edir.

Bu andan etibarən materialist özünü maddənin xarici aləmdəki əsli ilə təmasda olduğuna inandırmağa cəhd edir, bunun üçün öz ağlına görə “dəlillər” uydurur, yumruğunu divara vurur, daşı təpikləyir, çığırıb-bağırır, ancaq əsla həqiqətdən qaça bilmir.

Materialistlər bu həqiqəti öz fikirlərindən çıxarmaq istədikləri kimi digər insanların da zehnindən uzaqlaşdırmaq istəyirlər. Çünki maddənin həqiqi mahiyyəti insanlara məlum olduğu təqdirdə fəlsəfələrinin bəsitliyini və cahil düşüncə tərzlərinin üzə çıxacağını, fikirlərini izah edəcək zəmin olmayacağını dərk edirlər. Burada izah edilən həqiqətdən bu qədər narahat olmalarının səbəbi yaşadıqları qorxulardır.

Allah inkarçıların bu qorxularının axirətdə daha da güclənəcəyini bildirmişdir. Hesab günü Allah onlara belə səslənəcəkdir:

O gün onların hamısını toplayacaq, sonra (Allah'a) şərik qoşanlara deyəcəyik: “(Tanrı olduqlarını) iddia etdiyiniz şərikləriniz haradadır?! (Ənam surəsi, 22)

Bunun ardınca inkarçılar dünyada əsli ilə təmasda olduqlarını zənn edərək Allaha şərik qoşduqları mallarının, övladlarının, ətraflarındakı bütün insanların onlardan uzaqlaşdığına və tamamilə yox olduğuna şahid olacaqlar. Allah bu həqiqəti də “Gör onlar özlərinə qarşı necə yalan uydururlar. Özlərindən uydurub düzəltdikləri bütlər də onlardan uzaqlaşacaq!” (Ənam surəsi, 24) ayəsi ilə xəbər vermişdir.

İNANANLARIN QAZANCI


Maddənin mütləq varlıq olmadığı və zamanın bir hiss olduğu həqiqəti materialistləri qorxudur, ancaq inananlar üçün tam əksi baş verir. Allaha iman gətirən insanlar maddənin ardındakı sirri qavradıqda çox sevinirlər. Çünki bu həqiqət hər cür mövzunun açarıdır. Bu qıfıl açıldığı anda bütün sirrlər aşkar olar. İnsan bəlkə anlamaqda çətinlik çəkdiyi bir çox mövzunu bu sayədə asanlıqla anlamağa başlayır.

Daha əvvəl də ifadə edildiyi kimi, ölüm, cənnət, cəhənnəm, axirət, məkan dəyişmə kimi mövzular başa düşülmüş və “Allah haradadır?”, “Allahdan əvvəl nə vardı?”, “Allahı kim yaratdı?”, “qəbir həyatı nə qədər davam edəcək?”, “cənnət və cəhənnəm haradadır?”, “cənnət və cəhənnəm hal-hazırda varmı?” və bunun kimi mühüm suallar beləliklə asanlıqla cavablanmış olur. Allahın bütün kainatı hansı sistemlə yoxdan var etdiyi qavranılır. Hətta bu sirr sayəsində “nə vaxt” və “harada” kimi suallar da mənasızlaşır. Çünki ortada nə zaman, nə də məkan qalmır. Məkansızlıq qavranıldığı təqdirdə cənnətin, cəhənnəmin, dünyanın əslində eyni yerdə olduğu da məlum olur. Zamansızlıq qavranıldığı təqdirdə isə hər şeyin bir anda olduğu dərk edilir. Heç bir şey üçün gözlənilməz, zaman keçməz; hər şey onsuz da olub-bitmişdir. Yəni sonsuzluq əslində başlamışdır.

Bu sirrin qavranılması ilə dünya inanan insan üçün cənnətə bənzəməyə başlayır. İnsanı sıxan hər cür maddi narahatlıq, vəsvəsə və qorxu itir. İnsan bütün kainatın yeganə Hakimi olduğunu, Onun bütün maddi dünyanı istədiyi kimi yaratdığını və ancaq Ona yönəlməli olduğunu qavrayır. Artıq o, "hər cür asılılıqdan azadlığa qovuşdurulmuş halda" Allaha təslim olmuşdur.

Bu sirri qavramaq dünyanın ən böyük qazancıdır. Gerçək məhz budur. Heç bir insana Allahdan başqa dost və köməkçi yoxdur. Allahdan başqa heç bir şey yoxdur; özünə sığınılacaq, kömək istəniləcək, qarşılıq gözləyəcək tək mütləq varlıq Odur...

Haraya üzümüzü çevirsək, Allahın üzü oradadır.