SUALLAR VƏ CAVABLAR

SUALLAR VƏ CAVABLAR. 1-Cİ BÖLMƏ


1-Cİ SUAL: Bu, keçmişdə idealistlərin irəli sürdüyü qədim bir fəlsəfə deyilmi?

CAVAB:
Bəzi insanlar maddə həqiqətinin açıqlamasından narahat olduqları üçün maddənin beynimizdəki xəyaldan ibarət olduğu həqiqətini qədim fəlsəfələrindən biri olaraq göstərməyə çalışırlar. Halbuki, elmi nailiyyətlər bu mövzunun bir fəlsəfə deyil, elmi həqiqət olduğunu sübut edir. Buna görə də bu insanların cəhdi yersizdir.

Qaldı ki, bir fikrin keçmiş dövrlərdə də başqa mütəfəkkirlər tərəfindən müdafiə olunması bu fikri nə əsassız edər, nə də dəyərsiz. Maddənin bir hiss olduğu həqiqəti keçmişdə də, müasir dövrümüzdə də bəzi insanlar tərəfindən başa düşülmüş və ifadə edilmişdir. Həmçinin keçmişdə yaşayan idealistlər onlara qarşı çıxan materialistlər tərəfindən fikrən məğlub edilmədiyinə görə, keçmiş nəsillərdə də bu mövzunun dilə gətirildiyini deyənlər haqlı sayılmaz.

Dünyanı beynimizdə gördüyümüz mövzusu fəlsəfə deyil:

Maddənin əsli haqqındakı həqiqətlərin tarixdə kəşf edildiyi ilk dəfə deyil.Keçmişdə bu həqiqət yalnız bir fəlsəfə olaraq irəli sürüldüyü halda dövrümüzdə bu həqiqət elmlə sübut edilmişdir.

Tarix boyu bir çox mütəfəkkir, dindar və alimlər bu mövzunu gündəmə gətirmiş, maddənin əslinin hisslərdən ibarət olduğunu ifadə etmişlər. Məsələn, qədim yunan filosoflarından Pifaqor, Eleya məktəbi, xüsusilə "Mağara Ides" ilə Platon kimi bir çox mütəfəkkirlər bu mövzunu bir yönü ilə izah etmişlər. Zərdüştlük, buddizm, taoizm, yəhudilik və xristianlıq kimi dinlərdən günümüzə gəlib çatan yazılarda da bu mövzudan bəhs edildiyi görünür. İmam Rəbbani, Muhyiddin Ərəbi, Mövlana kimi böyük İslam alimləri də maddənin əsli mövzusunu ətraflı izah etmişlər. Bu mövzuda irlandiyalı filosof Berkeleyin fikirləri çox əhəmiyyətlidir.

Maddənin hisslərdən ibarət olduğunu açıqlayan Berkeley o dövrdə yaşayan və maddəni mütləq varlıq olaraq qəbul edən materialistlər tərəfindən təqiblərə məruz qalmış, təhqir və böhtanlarla susdurulmağa çalışılmışdır. Bu materialistlərdən biri də Bertrand Russelldir. Russell materialistlərin ən güvəndiyi mütəfəkkir və bu fikrin ən güclü müdafiəçisi idi. Buna baxmayaraq, Berkeleyin söylədiyi bu həqiqətin qarşısını ala bilməmiş və “Fəlsəfənin problemləri” adlı əsərində vəziyyəti belə qiymətləndirmişdir:

Berkeley məntiqsizliyə yol vermədən maddənin varlığını rədd etməyin mümkün olduğunu və əgər bizdən kənarda müstəqil olaraq bir şey mövcud olsa belə duyğu orqanlarımızla qəbul edilə bilməyəcəyini sübut etmək ləyaqətinə sahibdir.

Ancaq həm Berkeley, həm də digər mütəfəkkirlər yaşadıqları dövrdə mövcud elmi kəşflərin azlığı səbəbi ilə bu fikirlərini elmi dəlillərlə izah edə bilməmişlər. Buna görə də qarşı çıxanların da təsiri ilə mövzunun tam olaraq başa düşülməsi və ya yayılması mümkün olmamışdır. Bəziləri isə kəşf etdikləri bu həqiqəti yanlış qiymətləndirmiş, həqiqətə yaxınlaşsalar belə, doğru nəticə əldə edə bilməmişlər. Bəzi mənfi cərəyanlar isə bu həqiqəti batil yönə çəkməyə çalışmışlar.

Maddənin əsli mövzusu texniki həqiqətdir:

Lakin günümüzdə maddənin zehində dərk edilməsi mövzusu fəlsəfi məsələ olmaqdan çıxmış, elmi dəlillərlə sübut olunan texniki həqiqətə çevrilmişdir. Elm dünyasındakı nailiyyətlər insanın duyğu orqanlarının fəaliyyətini ətraflı şəkildə açıqlamışdır. Xarici aləmin duyğu orqanlarımız üzərindəki təsirləri hüceyrələrimiz tərəfindən elektrik siqnallarına çevrilir və sinirlər vasitəsi ilə beyindəki qəbul mərkəzlərinə çatdırılır. Beləliklə, insan xarici dünyanı beyindəki kiçik qəbul mərkəzlərində görür, eşidir, qoxulayır, dadır və ya hiss edir.

Bu texniki həqiqətlər hal-hazırda istənilən fizioloji mövzulardan bəhs edən kitablarda və ya orta məktəblərdə tədris edilən biologiya kitablarında bildirilən həqiqətlərdir. Görüntünün və hisslərin beyində necə meydana gəldiyi, bütün tibb fakültələrində ətraflı tədris olunur. Fizika, kvant fizikası, psixologiya, nevrologiya, biologiya, tibb və digər elm sahələri bu həqiqətin texniki yönlərini açıq şəkildə izah etmişlər.

Məsələn, fəaliyyətləri ilə diqqəti cəlb edən, mükafata layiq görülən səkkiz kitab müəllifi, nəzəri fizik dr. Fred Alan Volf elmi nailiyyətlərin, xüsusilə də kvant fizikasında əldə olunan nəticələrin dünyanın bir xəyal olduğunu sübut etdiyini belə açıqlayır:

Bütün materializmin, fiziki dünyanın, bildiyimiz həqiqətlərin və bütün varlığın fövqündə bir şey var. Bu ənənəvi dualizmi də kənarlaşdıracaq. Mən bunu mistik bir fikir deyil, kvant fizikası kimi görürəm. Bizim ən müasir fiziki dünya anlayışımıza görə, təyin oluna bilməyən dünya xəyali bir dünya ola bilər. Alman fizik və kvant mexanikasının liderlərindən olan Verner Heyzenberqin irəli sürdüyü kimi, şüuru fizikaya gətirdikdə, görüntünü əmələ gətirən baxan insanın özüdür. Yəni görüntü, baxıldığı üçün meydana gəlir. Mən həqiqəti daha fərqli görürəm. Həqiqət daha çox yuxu kimidir,yəni mən yuxuda həqiqət görürəm. Hamımızın bir hissəsi olan, bu yuxunu əmələ gətirən varlığı və ya böyük Ruhun varlığını qəbul edirəm. Bu, elmi açıqlamaların köməyi ilə əldə etdiyimiz nəticədir.

Bu alim maddi dünyanın xəyal olduğu həqiqətini elmi kəşflər işığında görən və qavrayan elm adamlarından yalnız biridir. Bəzi insanların bu elmi həqiqəti qəbul etməmələrinin səbəbi isə elm deyil, ideologiyadır. Çünki həmin elm adamları bağlı olduqları materializmi yerlə bir edən bu həqiqəti göz görə-görə qəbul etmək istəmirlər. Belə ki, dr. Volf bu həqiqətin materializmi kənarlaşdıracağını bildirir.

21-ci əsrin elmi nəticələri nəzərə alınarsa, xarici dünyanın beyində dərk edilməsi həqiqətini fəlsəfə olaraq qələmə vermək doğru deyil. Çünki bu fəlsəfə deyil, elmi nailiyyətlərin sübut etdiyi texniki həqiqətdir. Bu, hər insanın yaşadığı, inkarı mümkün olmayan mövzudur. İstər dinsiz olsun, istərsə də dindar, hər kəs bu mövzunu qeyd-şərtsiz bilir. Rədd etsə də, bunun heç bir əhəmiyyəti yoxdur.

2-Cİ SUAL: Bütün hər şeyi beynimdə gördüyüm doğrudur.Lakin mənim beynimdə gördüyüm bütün əşyaların kənarda əsli var.

CAVAB: Elm bütün dünyanı beynimizdə qavradığımızı sübut edir və bilikli insanların heç biri bunun əksini iddia edə bilməz. Ancaq insanların qavraya bilmədikləri mövzü budur: "Biz hər şeyi zehnimizdə qavrayırıqsa, zehnimizin xaricində onların varlığından necə əmin ola bilərik?" Bu şübhə doğrudur, biz heç vaxt zehnimizdə qavradıqlarımızın xaricdə maddi qarşılıqlarının olub-olmadığından əmin ola bilmərik. Çünki biz beynimizin xaricinə çıxıb kənarda nə olduğunu görə bilmirik. Elə buna görə də beyindəki təsvirlərin xarici dünyada qarşılığının olduğunu iddia etmək, elə mümkün deyil. Çünki nə bu iddianı irəli sürən insan, nə hər hansı bir nevroloq, beyin cərrahı yaxud filosof bu günə qədər beyninin xaricinə çıxa bilməmişdir. Buna görə də beyinin xaricində nə olduğunu heç kim bilə bilməz.

Həmçinin bunu da xatırlatmaq lazımdır: xarici dünyanın var olduğunu söyləyən birinin bu dünyanı görmək üçün yenə bir gözə ehtiyacı olacaq. Belə ki bu xarici dünya gözlərinin içindən keçib elektrik siqnalına çevrilməli və elektrik siqnalları beynində görüntü əmələ gətirməlidir. Nəticədə yenə beynindəki dünyanı görəcək. Əgər bu insanın beyninə gedən sinirlər kəsilərsə, xaricdə olduğunu dediyi görüntü də bir anda kəsilər. Bu təqdirdə, təkid etməyin mənası yoxdur. Çünki maddənin əslini görə bilmərik.

3-CÜ SUAL: Maddə dediyimiz məfhumun nə olduğunu tam olaraq bilirikmi?

CAVAB:
Maddə dediyimiz hər şey bizim üçün sadəcə bir hissdir. Hisslərimiz rəng, işıq, dad, qoxu kimi anlayışları meydana gətirir, lakin maddə haqqında məlumat çatdıra bilmirlər. Buna görə də biz xaricimizdəki dünyanın həqiqətdə necə olduğunu heç vaxt bilə bilmərik. Elmin gəldiyi nəticə də budur. Hər şeyin yalnız maddi varlıqlardan meydana gəldiyini iddia edənlərin isə bunu sübut etmək üçün verəcəkləri cavab yoxdur. Bütün ömrümüz boyu sadəcə zehnimizdəki görüntüləri izləyirik və bütün dünyamız bu görüntülərdən ibarətdir. Buna görə də maddə adı verilən və duyğularımızın xaricində olan hər hansı məfhumu təsvir və ya şərh etmək mümkün deyil. Çünki bu anadangəlmə kor olan insanın rənglər haqqında fikir söyləməsinə bənzəyir. Rəngləri heç vaxt görməmişdir, buna görə də təsvir də edə bilməz. Belə bir təsvirə cəhd edən insan yalnız fərziyyələr irəli sürər.



Yolda gəzən bir insan həqiqətdə beyninin içindəki yolda gəzir, beyninin içindəki maşınlar yanından ötüb keçir. Əgər göz qapaqlarımıza yavaşca toxunsaq bu həqiqət bizə daha yaxşı aydın olar. Belə ki, gördüklərimiz gözümüzdə titrəməyə başlayar. Televizorun antenasını tərpədəndə görüntünün əsdiyi kimi, burda da eyni hadisə baş verir. Beynimizin içindəki televizorun qarşısında oturub ona baxırıq, bizə nə göstərilirsə, onu izləyirik. Yemək yemək, yolda yerimək, məktəbə getmək, işdən qayıtdıqdan sonra dostlarla görüşmək, yəni bütün həyatımızı sanki video kasetdəki film kimi izləyirik. Təsvir, səs, qoxu, dad, toxunma duyğusu beyində hiss edilən duyğulardır. Yəni xarici dünyamızı daxili dünyamızda yaşayırıq. Bütün həyatımızı beynimizin içindəki kiçik evimizdə keçiririk. Ordakı televizordan çölə baxırıq. Bütün bunları beynimizdəki 1 sm3-lik hüceyrədə yaşayırıq. O hüceyrədən kənara çıxmadan həyat sürürük.

4-CÜ SUAL: Ağacın görüntüsü mənim beynimdə ola bilər, amma ağac da qarşımdadır! Yəni gedib o ağacdan bir meyvə dərə bilərəm və ya ağaca söykənib kölgəsində otura bilərəm, elə deyilmi?

CAVAB: Bir az düşünək, ağacı ağac edən hər şeyi, yəni rəngini, budaqlarını, yarpaqlarını beynimizin görmə mərkəzində qəbul edirik.Ağaca toxunduğumuzda yaxud meyvə dərdiyimizdə həmişə beş duyğumuzu yəni, beynimizə çatan görüntünü, səsi, dadı, qoxunu və toxunma hissini yaşayırıq. Heç vaxt hisslərimizin xaricində hər hansı bir şeylə təmasda ola bilmirik. Yəni görmə hissimiz olmazsa görə bilmirək, eşitmə hissimiz olmazsa eşidə bilmirək. Əslində bütün həyatımız beş duyğu orqanımızla beynimizdə qəbul etdiyimiz görüntülərdən meydana gəlir.

5-Cİ SUAL: Gecə gözümüz qapalı olduğu halda, qaranlıq beynimizin içində bu qədər dəqiq və rəngli bir dünya necə meydana gəlir? Günəş necə parıldayır, çiçəklər rəngarəng və dəniz necə gömgöy olur və gözümüzü bağlayıb bunları necə görə bilirik? Görmək üçün gözə ehtiyacımız yoxdurmu?

CAVAB: Biz xarici aləmdən xəbərdarlıq almasaq da, başqa sözlə desək, dünyaya aid xəbərdarlıqlar yəni işıq, rəng, ölçü kimi xüsusiyyətlər birbaşa duyğu orqanlarımıza gəlməsə belə görə və hiss edə bilərik. Beynimizdə bir dünyanın yaranması üçün duyğu orqanlarımıza xarici aləmdən gələn siqnallara ehtiyac yoxdur. Çünki görən gözlərimiz, eşidən də qulaqlarımız deyil. Məsələn, bütün bu hisslər süni yolla birbaşa beynimizin müvafiq mərkəzlərinə ötürülsə, mövcud olmayan ölkəyə gedər, mövcud olmayan keksi yeyər, mövcud olmayan çiçəyi qoxlayar və bunların xəyal olduğunu da başa düşməzdik.

Məsələn, biz doyduqda mədəmiz beynimizə siqnal göndərərək dolduğunu bildirir. Əgər eyni siqnal yemək yemədən də beynə ötürülsə, yenə özümüzü doymuş hiss edərdik. Fərz edin ki, bir ağaca baxırsınız. Gözünüzün beynə göndərdiyi ağacla əlaqədar siqnallar vardır. Eyni siqnalları süni yolla yaradıb müvafiq sinirlərə çatdırsaq, gözə ehtiyac olmadan da yenə eyni ağacı görə bilərdiniz.

6-CI SUAL: Hər şey beyində qəbul edilir, lakin xaricdə də bunların əsilləri eyni mənim gördüyüm kimidir. Əgər belə olmasaydı, bir-birimizlə danışa bilərdikmi? İnsanlar mənim dediklərimi necə başa düşür? Deməli, qarşımda başqa insanlar var və onlarla ortaq dili danışıb ortaq dadı hiss edirik. Məsələn, yediyimiz yeməyin dadı hamımız üçün eynidir, salatdakı limonun turş tamını hər kəs hiss edir. Deməli, hər kəsin daddığı ortaq yemək ləzzəti, ortaq bir limon dadı var. Və ya fabrikdəki işçilər orada çalışırlar və onların istehsal etdikləri malları biz satırıq. Mən təmasda olmasam da, xaricdə bu dünya eynilə var. Elə deyilmi?

CAVAB:Yeyilən limonun turş tamı həmçinin görüntü, səs beyninizdə əmələ gəlir. Eyni şəkildə eviniz, ailəniz, iş yeriniz, işçilərinizin istehsal etdiyi mallar, izlədiyiniz televizor, getdiyiniz ölkə, oradakı insanların danışdığı dil və bunlara aid hər cür məlumat, həmçinin bunları müqayisə edən yaddaşınız belə beyninizdədir.

Bu vacib həqiqətlə əlaqədar Bertrand Russell və L. Wittgeinstein kimi məşhur filosofların düşüncələri belədir: "...Məsələn, bir limonun həqiqətən var olub-olmadığı və hansı müddətdə mövcudluğu araşdırıla bilməz. Limon yalnız müəyyən bir dad, qoxu, rəng və formadan ibarətdir və ancaq bu xüsusiyyətlər elmi araşdırmanın mövzusu ola bilər. Elm maddi dünyanı əsla bilə bilməz "

Yəni, biz bir yeməyi daddıqda başqasının o yeməkdən aldığı dadın və ya bir səs eşitdikdə başqa birisinin eşitdiyi səsin bizim qəbul etdiklərimiz ilə eyni olduğundan əmin ola bilmərik.

Lincoln Barnett də bu mövzunu belə ifadə edir: "Heç kim gördüyü qırmızının və ya eşitdiyi do notunun başqa bir insanınkı ilə eyni olub-olmadığını bilə bilməz." Biz ancaq duyğu orqanlarımızın bizə çatdırdığı qədərini bilə bilərik. Çünki xarici dünyamızdakı həqiqətə çatmağımız mümkün deyil. Onu da şərh edən beyindir. Əslinə heç cür çata bilmərik. Buna görə də, eyni şeydən danışdığımızı düşününsək belə, əslində hər kəsin beyni fərqli bir şey qəbul edə bilər. Bunun səbəbi qəbul edilən şeyin hiss edənə bağlı olmasıdır.

Göründüyü kimi, hər an ancaq hisslərdən meydana gəlmiş görüntünü seyr edirik, xaricimizdəki əşyaların əsilləri ilə heç cür təmasda ola bilmədiyimizin əksinə bir etiraz və ya dəlil yoxdur. Bu mərhələdən sonra insanın bunu qəbul etməməsinin səbəbi dünyaya bağlılıqları, istək və həvəsləridir.

7- Cİ SUAL: Yol keçərkən avtobus bizi vurmasın deyə kənara çəkilirik. Deməli, avtobus var. Əgər beynimizdə görürüksə, niyə kənara çəkilirik?

CAVAB: Belə sual verənlərin yanıldığı və anlamadığı mövzu qavrayışın sadəcə görmə ilə məhdud olmasıdır. Halbuki, təkcə görmək deyil toxunmaq , toqquşmaq , zərbə , sərtlik , ağrı , isti , soyuq kimi bütün hisslər də insanın beynində əmələ gəlir. Məsələn, mindiyi avtobusun qapısının soyuq metalını əlində hiss edən bir insan, əslində, bu soyuq metal hissini beynində qavrayır. Bu, çox açıq və məlum bir həqiqətdir. Toxunma duyğusu, daha əvvəl də ifadə edildiyi kimi, bir insanın -məsələn, barmaqlarından gələn sinir siqnallarının- beyninin müəyyən bir nöqtəsində meydana gətirdiyi hissdir. Hiss edən barmaqlarımız deyil. İnsanlar bunu elmi şəkildə açıqlandığı üçün qəbul edirlər. Ancaq məsələ avtobusun qapısını tutmaq deyil, avtobusun insanı vurması olduqda, yəni bu toxunma hissi daha şiddətli və ağrılı olduqda, bu həqiqəti əsassız hesab edirlər. Halbuki, ağrı və ya zərbə də beyində hiss edilir. Avtobusun vurduğu insan zərbənin şiddətini və bütün ağrını beynində hiss edir.



Bunu daha yaxşı başa düşmək üçün yuxuları düşünmək faydalı olar. İnsan yuxusunda da onu avtobusun vurduğunu, qəzadan sonra xəstəxanada gözünü açdığını, əməliyyat olunduğunu, həkimləri, ailəsinin təlaş içində xəstəxanaya gəlişini, şikəst qaldığını və ya canının ağrıdığını görə bilər. Yuxusunda yaşadığı bütün bu hadisələrin görüntüsünü, səsi, sərtlik hissini, ağrını, işığı, xəstəxanadakı rəngləri və hər cür hissi çox aydın və dəqiq hiss edər. Bunların hamısı əsl həyatdakı kimi təbii və inandırıcı olur. Həmin vaxt, yuxuda bir nəfər ona yuxu gördüyünü, gördüklərinin xəyal olduğunu deyərsə, ona inanmaz. Halbuki, gördüklərinin hamısı xəyaldır və yuxusunda gördüyü avtobusun, xəstəxananın, bədəninin xarici dünyada maddi qarşılığı yoxdur. Bütün bunlaraq baxmayaraq həqiqi bir bədənə həqiqi bir avtobusun vurduğunu hiss edə bilər.

Elə isə materialistlərin "maddənin varlığını yumruq dəyəndə anlayarsan", "dizinə təpik vuranda maddənin varlığından şübhən qalmaz", "it görəndə qaçırsan", "avtobus vuranda beynindəmi, yoxsa deyilmi, başa düşərsən", "bir halda ki, hissdir, o zaman yolun ortasına çıxıb maşınlardan qaçmadan dayan" kimi etirazlarının heç bir mənası yoxdur. Sürətli zərbə, ağrı verən itin dişləri, şiddətli yumruq maddənin əsli ilə təmasda olduğunuzun sübutu deyil. Çünki bəhs edildiyi kimi, bunların eynisini yuxunuzda maddi qarşılıqları olmadığı halda yaşaya bilərsiniz. Həmçinin bir hissin şiddətli olması o hissin beyində meydana gəlmə həqiqətini də dəyişdirmir. Bu, elmi yolla sübut olunan açıq bir həqiqətdir.

Bəzi insanların yoldan sürətlə keçən avtobusu və ya bu avtobusun səbəb olduğu qəzanı, maddənin fiziki varlığı ilə əlaqəli olduqlarının sübutu zənn etməsinin səbəbi görüntünün insanı aldadacaq qədər həqiqi görünməsi və hiss edilməsidir. Məkan görüntülərindəki, məsələn, yoldakı dərinlik və qüsursuzluq, cisimlərin rənglərinin, şəkil və kölgələrinin mükəmməlliyi, səs, qoxu və sərtlik hisslərinin dəqiq olması və görüntünün içindəki məntiq bütünlüyü insanları yanılda bilər. Və bəzi insanlar bu hadisələr nəticəsində bunların hiss olduğunu unuda bilər. Amma zehində meydana gələn hisslər nə qədər mükəmməl olursa olsun, bunların bir hiss olduğu həqiqəti dəyişməz. İnsan yolda gedərkən qəza baş verərsə, zəlzələdə uçan evin altında qalarsa, oda düşüb yanarsa və ya nərdivanlara ilişib yıxılarsa, bütün bu hadisələri zehnində yaşayar və əsla əsilləri ilə təmasda olmaz.

Bir insan yolda avtobusun önündən keçərsə, zehnindəki avtobus zehnindəki bədənini vurar. Onun qəza nəticəsində həyatını itirməsi, bədəninin zədələnməsi də bu həqiqəti dəyişdirməz. Əgər insanın zehnində gördüyü bu hadisə ölümlə nəticələnərsə, Allah o insana göstərdiyi görüntünü bir pərdə kimi qaldırar və ona başqa bir görüntü, axirətə aid görüntüləri göstərər. İndi bu həqiqəti səmimi düşünməyənlər ölüm gəldikdə dərhal anlayacaqlar.

8-Cİ SUAL: Maddə beynimin xaricində var. Bıçaq əlimi kəsəndə əlimdə hiss etdiyim ağrı, əlimdən axan qan görüntü deyil. Həmçinin bunu yanımdakı dostum da görür.

CAVAB: Buna etiraz edənlərin ən böyük yanlışı görüntüdən əlavə səs, qoxu, toxunma kimi digər hisslərin də beyində meydana gəldiyini düşünməmələridir. Buna görə də "bıçağı beynimdə görə bilərəm, amma bıçağın itiliyi həqiqətdir, çünki əlimi kəsdi" deyirlər. Halbuki, əldəki ağrı, axan qanın verdiyi istilik və nəmlik hissi və digər bütün hisslər beyində yaranır. Yanındakı dostunun bu hadisəyə şahid olması bu həqiqəti dəyişdirməz, çünki dostu da, bıçaqla eyni yerdə yəni beynindəki görmə mərkəzində meydana gəlir. Bu adam eyni hissləri, bıçaqla əlini kəsdiyini, əlindəki ağrını, qanın görüntüsünü və istiliyini eyni ilə yuxusunda da yaşaya bilər. Əlini kəsdiyini görən dostunu da yenə yuxusunda görə bilər. Amma dostunun varlığı, yuxuda gördüklərinin maddi qarşılıqları olduğunun sübütu olmaz.

Ancaq bunu da unutmamaq lazımdır ki, bir insan, əli kəsildikdə, "bu onsuz da görüntüdür" deyərək tədbirsiz davranmaz. Çünki Allah insanları bu görüntülər içində bəzi səbəblərə bağlı yaratmışdır. Məsələn, əli kəsilən insan bunun üçün lazımi dərmanları qəbul edər, kəsilən nahiyəni bağlayar və ya həkimə gedər. Lakin yenə də bunların hamısı beynində görüntü olaraq meydana gələr. Sarğı da, istifadə etdiyi dərmanlar da beynində yaranan görüntülərdir.

9-CU SUAL: Maddənin zehnimizdə gördüyümüz bir xəyal olduğunu söyləmək İslam dininə uyğundurmu?

CAVAB: Bəzi müsəlmanlar maddənin xəyal olduğu həqiqətinin İslam dininə uyğun gəlmədiyini və keçmiş din xadimlərinin bu həqiqəti qəbul etmədiklərini iddia edirlər. Halbuki, bu doğru deyil. Əksinə, burada izah edilənlər Quran ayələrinə tamamilə uyğundur; hətta bir çox ayənin, cənnət və cəhənnəm, sonsuzluq, zamansızlıq, ölümdən sonra diriliş, axirət kimi Quranda bildirilən mövzuların tam qavranılması baxımından da çox əhəmiyyətlidir.

Əlbəttə ki, bu mövzunu bilməyən bir insan da həqiqi imanı yaşaya bilər. Allah`ın Quranda bildirdiklərinə şəksiz-şübhəsiz iman edə bilər. Bu mövzu insanın imanda dərinləşməsini təmin edir. Belə ki, bir çox İslam alimi də bu həqiqəti bu istiqamətdə açıqlamışlar. Lakin yaşadıqları dövrdə elmi cəhətdən bu mövzu təsdiqini tapmadığı üçün və mövzunu yanlış anlayan insanların varlığı bu fikrin yayılmasına və geniş kütlələrin bilməsinə mane olmuşdur.

Böyük İslam alimləri bu həqiqəti tamamilə açıqlamış və bu səbəbdən mövzunun Qurana və sünnətə uyğun olmadığını iddia etmək və ya İslam alimlərinin qəbul etmədiyini irəli sürmək inandırıcı deyil. Həmçinin, bu da unudulmamalıdır ki, bütün görüntüləri beynimizdə gördüyümüz heç kimin inkar edə bilmədiyi qəti olaraq sübut edilmiş bir həqiqətdir. Keçmişdə bu həqiqət elmi olaraq təsdiqlənmədiyi üçün bəzi İslam alimləri bu həqiqəti açıqlamayıblar. Həmçinin, maddənin xəyal olduğu həqiqətini bəziləri batil inancla açıqlamışlar və dinin hökmlərini bu şəkildə aradan qaldırmağa çalışmışlar. Bu cür batil və səmimiyyətsiz izahlar olduğu üçün bəzi İslam alimləri müsəlmanları belə təhlükələrə qarşı xəbərdar etmişlər. Lakin bunlar bu həqiqətin batil izahlarıdır. Burada izah edilənlərlə qarışdırılmamalıdır.

Necə ki, İmam Rəbbani, maddənin əslini yanlış şərh edərək həqiqətdən uzaqlaşan filosoflardan da bəhs etmiş, özünün izah etdiyi həqiqət ilə bu filosofların batil fikirlərinin çox fərqli olduğunu xüsusilə vurğulamışdır.

Məşhur alim İmam Rəbbaninin ifadə etdiyi kimi, qədim Yunanıstandakı sofizmin nümayəndələri "maddə öz-özümüzə yaratdığımız bir hissdir" demişlər. Bu fikir elmi cəhətdən doğru deyil, dini cəhətdən də batildir. Doğrusu isə əvvəldən bəri vurğuladığımız kimi, maddənin Allah`ın yaratdığı bir hiss olduğudur.

Filosofların bu batil fikirləri ilə bizim açıqladığımız və İslam alimləri tərəfindən izah edilən "maddə, Allah`ın yaratdığı bir qorxu" dur fikrini qarışdırmaq isə çox böyük yanlış olar.

10-CU SUAL: Bu mövzunun yuxu ilə oxşarlığı vardırmı?

CAVAB:
Yuxumuzda dənizdə üzərkən suyun soyuqluğunu, suyun səthi gərilmə qüvvəsini, dəniz suyunun duzlu dadını, dənizin qoxusunu, üzərkən yaranan yorğunluğu, dalğaların, qağayıların səsini, üzərkən sudan çıxan səsləri, yaranan dalğalanmanı və bundan əlavə yüzlərlə, minlərlə təfərrüatı hamımız hiss edirik.



Məhz dünya həyatı da yuxudakı hisslərin cəmi kimidir və hətta daha çox inandırıcıdır. Qəbul etdiyimiz siqnallar o qədər çox, ətraflı və dəqiqdir ki, bir çox adam ömrünün sonuna qədər gördüyü hər şeyin əsliylə təmasda olduğunu zənn edərək yaşayır. Halbuki eyni şey yuxulara da aiddir. Yuxumuzda da dənizin, oturduğumuz kreslonun əsliylə təmasda olduğumuzu zənn edirik. Qısası, dərin düşünsək yuxuda gördüklərimizin də, yaşadığımız həyatın da eyni görüntülərdən meydana gəldiyini anlaya bilərik.

11-Cİ SUAL: Yuxudan oyanarkən dünyaya geri qayıdıram. Yəni, həqiqi dünya, mən yuxu görərkən olduğu yerdə dayanır. Buna görə də hisslərin xaricindəki maddi dünyanın varlığı aydın deyilmi?

CAVAB: Maddi aləm haqqında heç bir məlumatımız olmayan, əslinin necə olduğunu da əsla öyrənə bilməyəcəyimiz bir məkandır. Hisslərimiz xaricində bir maddəni biz əsla görə bilməz və ona əsla toxuna bilmərik. İnsan, gözünü açdığı gündən etibarən hər zaman hisslərlə təmasda olur; məktəbi, ailəsi, oyuncaqları, yediyi yemək, mindiyi maşın, dostları, qarşısındakı gözəl bir mənzərə, evi, otağı, iş yeri yəni həyatını əmələ gətirən hər şey beynində seyr etdiyi bir filmdən ibarətdir. İnsan beş duyğudan əsla kənara çıxa bilməyəcəyi üçün xarici aləmdə nəyin olduğunu görməyi də mümkün deyil. Buna görə əslində hər insan ömrü boyu beyninin içindəki dünya görüntüsü ilə yaşayır.

12-Cİ SUAL: İnsanlar aya gedir, yaxud mən təyyarəyə minib başqa şəhərə gedə bilirəm, deməli bir məsafə var!

CAVAB:
Əslində məsafə, dərinlik, böyüklük kimi anlayışlar da görüntünün bir hissəsini əmələ gətirir. Sadə nümunələrlə bunu anlamaq mümkündür. Gecə yuxunuzda ayı və ulduzları görə bilirsinizmi? Yuxunuzdakı ay və ulduzlar oyaq ikən gördüyünüz ulduzlarla eyni məsafədə deyilmi?



Bir görüntüdəki təfərrüatlar, yəni işıq, kölgə, ölçülər nə qədər ətraflı işlənsə, o görüntü o qədər real olar və duyğularımızı aldadar. Beləliklə biz üçüncü ölçü olan dərinlik və məsafə varmış kimi hərəkət edirik. Halbuki, bütün görüntülər bir film kadrı kimi tək bir səth üzərindədir. Beynimizdəki görmə mərkəzi 1sm3 lik həcmə malikdir, yəni bir noxuddan belə kiçikdir! Bütün uzaq məsafələr, uzaqdakı evlər, göydəki ulduzlar, ay, günəş, havada uçan təyyarə, quşlar bu kiçik məkandadır. Yəni minlərlə kilometr yuxarıdakı təyyarə ilə əlinizdə tutduğunuz stəkan arasında texniki olaraq bir məsafə yoxdur, hamısı beyninizdəki qəbul mərkəzində eyni səth üzərindədir.

13-CÜ SUAL: Hipnoz da bu mövzuya dəlildirmi?

CAVAB:
Hipnoz da simulyasiyada olduğu kimi, maddi bir qarşılığı olmadığı halda bir obyekti görməyimizi, hiss etməyimizi, eşitməyimizi təmin edən hadisədir. Məsələn, hipnozdaki insan, bədəni bir otaqda olduğu halda, özünü çox fərqli mühitlərdə görə bilir, çox fərqli insanlarla danışıb, onlarla əl verib salamlaşdığını zənn edə bilir. Və ya özünə edilən təlqinə görə məsələn, istiotu şəkər tozu zənn edə bilir, acını hiss edir. Necə ki, bəzi əməliyyatlar xəstə hipnoz edilərək həyata keçirilir. Xəstəyə kinoteatrda film izlədiyi təlqini verildikdən sonra, xəstə əməliyyat əsnasında heç bir ağrı hiss etmir və özünün film izlədiyini güman edir.

Bütün bunlar, beyində yaranan hisslərin çox yaxşı süni üsullarla da yaradıla biləcəyini göstərən dəlillərdir. Bir insan maddə olmasa da maddəni var zənn edə bilər. Məsələn, olmayan dostları ilə olmayan bir adaya tətilə getdiyini görə bilər. Bu tətili yuxusunda, hipnozla edilən bir təlqinlə və ya simulyator vasitəsilə ətraflı yaşaya bilər. Tətili əsnasında gördüyü gözəl mənzərələrdən təsirlənər, dinlədiyi musiqilər xoşuna gələr, dənizə girərək sərinləyər. Hətta dənizin yod qoxusunu, duz dadını, nəmliyini ətraflı hiss edər. Qumluqda gedərkən, qumun istiliyini, ayağının altında meydana gətirdiyi hissi yaşayar. İlıq küləyi, küləklə birlikdə gələn çiçək qoxularını, irəlidəki manqalın qoxusunu hiss edər.

14-CÜ SUAL: Rəng korluğu olan insanın dünyanı fərqli rənglərdə görməsi də bu mövzuya sübut ola bilərmi?

CAVAB:
Bəli, insan bir ömür boyu görüntüləri duyğu orqanları vasitəsilə izlədiyi üçün dünyanı hisslərinin ona çatdırdığı kimi qəbul edir. Duyğu orqanlarında yaranan zədələr düzgün olmayan hissə səbəb olur, buna görə də rəng korluğu olan insan əsl rəngi anlaya bilmir. Göz xəstələri dünyanı bulanıq görür.

15-Cİ SUAL: İzlədiyimiz görüntüləri bir televiziya verilişi kimi də düşünə bilərikmi?

CAVAB:
Dünya hesab etdiyimiz görüntülərin müəyyən bir hikmət və elmlə ruh dediyimiz varlıq tərəfindən qəbul edilməsi Allah`ın yaratmasıdır. Bu görüntü kəsilmədiyi və dəyişmədiyi, yəni Allah`ın bizə görüntüləri göstərdiyi müddət boyu biz heç fərqinə varmadan hadisələrə reaksiya veririk. Halbuki, biz ruh və ruhun izlədiklərindən başqa hər hansı bir xarici dünya ilə təmasda olmuruq.



Ruhun varlığı açıq şəkildə isbat edildikdən sonra geriyə sadəcə bu görüntülərin qaynağı və səbəbi qalır. Həmçinin bütün bu öyrəndiklərimizdən çıxaracağımız əhəmiyyətli nəticələr vardır. Birinci məsələ, görüntülərin qaynağı və mahiyyətidir. Artıq bilirik ki, biz maddi bir varlıqla təmasda deyilik və yalnız hisslərdən ibarət mükəmməl bir dünyanı izləməkdəyik. Bu görüntülərin mükəmməlliyi, yaradılışındakı sənət, elm, hikmət kimi ünsürlər bizə üstün Yaradıcını tanıdır. Hər şeyi yaradan Allah`dan başqa mütləq varlıq yoxdur. Allah`ın varlığı xaricində qalanlar bizə Allah`ın görüntü olaraq göstərdiyi təcəlliləridir. Allah bütün gücün, ağıl, elm, sənət, qüdrət və hikmətin sahibidir. Biz görüntüləri, görüntülərin yaradılışındakı üstün elmi və ruhun görüntü qarşısındakı vəziyyətini düşünərək Allah`ın varlığının və sifətlərinin ən mükəmməl şəkildə fərqinə varırıq. Əgər biz bu həqiqəti bu şəkildə bilməsək, Allah`a olan imanımız qüsurlu olar və çox yanlış qənaətlərə gələ bilərik.

16-CI SUAL: Yəni biz hər şeyi izləyirik və Allah`dan başqa üstün güc sahibi olmadığına görə, müəyyən bir şey etdiyimi deyərkən, əslində, onu Allah yaradır, mən isə özüm edirmiş kimi hiss edirəm, elə deyilmi?

CAVAB:
Allah tərəfindən yaradılan və ruh tərəfindən qəbul edilən görüntülərə müdaxilə etmək məsələsi yoxdur. Bizə nə göstərilirsə yanlız onu görürük. Bu görüntünü dəyişdirmək və buna müdaxilə etmək mümkün deyil. Bu məqamda qədər mövzusu da aydın başa düşülür. Allah tərəfindən yaradılan bu dünya görüntüsündə nəyi görürüksə, o bizim qədərimizdir. Həyatımız olaraq hesab etdiyimiz müəyyən hadisələri bir film kimi izləyirik. Bizim üçün təqdir edilən qədərdə nə varsa onu hiss edir, onu qəbul edirik. Bu məsələ Quranda “İnsan” surəsinin 30-cu ayəsində "Allah diləmədikcə siz diləyə bilməzsiniz" və Ənfal surəsinin 17-ci ayəsində isə "... atdığın zaman sən atmadın, amma Allah atdı..." şəklində açıq ifadə edilmişdir. “Saffat” surəsinin 17-ci ayəsində isə eyni həqiqət "Halbuki, sizi də, etməkdə olduqlarınızı da Allah yaratmışdır" kimi bildirilmişdir Bu ayələr insanın Allah`dan müstəqil olmadığını göstərir.

17-Cİ SUAL: Bu, çox əhəmiyyətli mövzudur. Daha ətraflı izah edə bilərsinizmi?

CAVAB:
Burada bir mövzunu bilməyimiz çox əhəmiyyətlidir. Allah dünyada bir imtahan mühiti yaratmışdır. İnsanlara elçilər və kitablar göndərərək onlara doğru yolu və məsuliyyətlərini bildirmişdir. Görüntülər vasitəsilə bağlı olduğumuz bu imtahan mühitində Allah`ın bizə bildirdiyi şəkildə davranmaqla məsuluq. Yəni, biz bu görüntülərə verdiyimiz reaksiyaların məsuliyyətini daşıyırıq. Axirətdə bu görüntü mühitində etdiklərimizin qarşılığını cənnət və ya cəhənnəm olaraq görəcəyik.



Mövzunun iki cəhəti var; birincisi zahiri, yəni görünən yönü. Bu baxımdan insan etdiyi hər şeydən məsuldur. Biz, bədən görüntüsü ilə bu dünyaya bağlıyıq və ruhumuz bu görüntü dünyasında meydana gələn hadisələrdən təsirlənir. Allah bizə belə bir hiss verir. Yəni, acanda bədən görüntüsünü yemək görüntüsüylə doydurmaq məcburiyyətindəyik. Bədən xəstələnərkən, həkim və dərman görüntülərinə müraciət etməliyik, yorularkən yatmaq və istirahət etmək məcburiyyətindəyik. Bütün bu hadisələrin və hisslərin yaradılışında sonsuz elm və hikmət var. Məhz buna görə ilk baxışda bizə bu şəkildə görünən həyatın əsl mənasını anlamaq və həqiqəti görmək hadisənin ikinci, yəni batini yönüdür. Bu həqiqəti kəşf edən insan əslində Allah`dan müstəqil heç bir gücü olmadığını, yalnız zehnindəki dünya ilə təmasda olduğunu və bütün gücün Allah`a aid olduğunu anlayar. Beləcə həyata və dünyaya əsl dəyərini verər.

Yəni, bu mövzunu bilən bir insan da xəstələnər, həkimə gedər, dərman içər, amma bunları edərkən əslində qədərini seyr etdiyini, bu hadisədəki hikməti, xəstəliyi və şəfanı verənin Allah olduğu anlayar və reaksiyaları da buna uyğun olar.

18-Cİ SUAL: Maddənin əsli mövzusu Vəhdət-i Vücud düşüncəsi ilə eynidirmi?

Tarix boyu bir çox alim və mütəffəkir bu həqiqəti izah etmişdir. Ancaq bir qismi yanlış fikirlərə qapılaraq, Allah`ın yaratdığı varlıqları tamamilə yox saymışlar. Halbuki, maddənin beynimizdə meydana gələn bir xəyal olduğunu söyləmək, "gördüyümüz varlıqların heç biri yoxdur" demək deyil. Maddənin ardındakı sirr mövzusu izah edilərkən qətiyyən belə bir iddia edilməməlidir. Bu mövzu Allah`ın bütün varlıqları yaratdığını, ancaq yaratdığı varlıqların əslini Allah`ın gördüyünü, insanların isə bu varlıqların beyinlərində meydana gələn görüntülərini görə bildiklərini açıqlayır. Çünki gördüyümüz bütün varlıqlar, dağlar, düzənliklər, çiçəklər, insanlar, dənizlər, qısası gördüyümüz hər şey, Allah`ın Quranda var olduğunu ifadə etdiyi hər varlıq yaradılmışdır və vardır. Ancaq bunların hər biri bir görüntü olaraq vardır.

Biz görsək də, görməsək də Allah`ın yaratdığı hər varlıq vardır. Çünki onsuz da bu varlıq yaradılmışdır və daha əvvəl də qeyd etdiyimiz kimi, ilk yaradıldığı vəziyyətindən öldüyü ana qədərki hər halı Allah`ın mühafizəsində sonsuza qədər var olmağa davam edəcək. (Bu mövzu haqqındakı ətraflı məlumat üçün baxın; “Sonsuzluk başlamış durumda” Harun Yahya, Vural Yayıncılık)

Gördüyümüz bütün varlıqlar, dağlar, düzənliklər, çiçəklər, insanlar, dənizlər, qısası gördüyümüz hər şey, Allah`ın Quranda var olduğunu, yoxdan var etdiyini ifadə etdiyi hər varlıq yaradılmışdır və vardır. Ancaq insanlar bu varlıqların əsillərini duyğu orqanları vasitəsilə görə bilməz, hiss edə bilməz və ya eşidə bilməzlər. Gördükləri və hiss etdikləri bu varlıqların beyinlərindəki əksləridir. Bu elmi bir həqiqətdir. Günümüzdə başda tibb fakültələri olmaqla bütün universitetlərdə keçirilən elmi mövzudur. Məsələn, bu anda bu yazını oxuyan bir insan bu yazının əslini görə bilməz, bu yazının əslinə toxuna bilməz. Bu yazının əslindən gələn işıq insanın gözündəki bəzi hüceyrələr tərəfindən elektrik siqnalına çevrilir. Bu elektrik siqnalı beynin arxasındakı görmə mərkəzinə gedərək, bu mərkəzi xəbərdar edir. Və insanın beyninin arxasında bu yazının görüntüsü yaranır. Yəni, siz bu anda gözünüzlə, gözünüzün önündəki bir yazını oxumursunuz. Bu yazı sizin beyninizin arxasındakı görmə mərkəzində meydana gəlir. Sizin oxuduğunuz yazı, beyninizin arxasındakı "kopya yazı"dır. Bu yazının əslini isə Allah görür.


 


Nəticə olaraq, maddənin beynimizdə meydana gələn bir xəyal olması onu "yox" vəziyyətinə gətirmir. Ancaq bizə insanın təmasda olduğu maddənin mahiyyəti haqqında məlumat verir, bu da maddənin bir görüntü olduğu və əsli ilə heç bir insanın təmasda ola bilmədiyi həqiqətidir.

Bundan əlavə, xaricdə maddənin varlığını bizdən başqa görən varlıqlar da vardır. Allah`ın mələkləri, yazıçı olaraq təyin etdiyi elçiləri də bu dünyaya şahidlik edirlər:

Sağında və solunda iki (mələk) oturub (onun əməllərini qeydə alır.) Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın. (Qaf surəsi, 17-18)

Allah hər şeyi görür. Bu dünyanı bütün təfərrüatı ilə Allah yaratmışdır. Quran ayələrində belə xəbər verilir:

.... Allah`dan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür.. (Bəqərə surəsi, 233)

De: “Mənimlə sizin aranızda Allah`ın şahid olması yetər. Həqiqətən, O, qullarından Xəbərdardır, (nə etdiklərini) Görəndir”. (İsra surəsi, 96)

Unutmamaq lazımdır ki, Allah bütün hadisələri "Lövhi-məhfuz" adlı kitabda yazmışdır. Biz görməsək də, bunların hamısı Lövhi-məhfuzda vardır. Hər şeyin Allah`ın Qatında, Lövhü Məhfuz olaraq adlandırılan "Ana Kitab"da saxlandığı belə bildirilir:

Şübhəsiz ki, o, yanımızdakı Ana Kitabdandır. O, ucadır, hikmətlə doludur. (Zuxruf surəsi, 4)

... Bizdə (hər şeyi) qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır. (Qaf surəsi, 4)

Bunlar əzabı ağır olacaq kimsələrdir; Axirətdə ən çox ziyana uğrayacaq kəslər də elə onlardır.
(Nəml surəsi, 75 )


Nəticə olaraq, maddənin beynimizdə yaranan bir xəyal olması onu "yox" vəziyyətinə gətirmir. Ancaq bizə maddənin mahiyyəti haqqında məlumat verir, bu da maddənin bir görüntü olması həqiqətidir.

19-CU SUAL: “İnsan xəyal olduğunu bildiyi bir şeyi necə sevər? Hər şeyin zehnimizdə yaranan bir xəyal olduğunu qəbul etsək, anamızı, atamızı, dostlarımızı, peyğəmbərlərimizi necə sevəcəyik?”



CAVAB: Bu sualı verən insan özünün də bir xəyal olduğunu bilmir ya da qavramır. Özünü mütləq, dostlarını, yaxınlarını, ailəsini isə xəyal kimi qəbul edir. Halbuki özü də digər yaxınları kimi xəyali bir varlıqdır. Gördüyü, toxunduğu bədəni, eynilə yaxınlarının bədənləri kimi beynində yaranan bir görüntüdür.

Həmçinin bu sualı soruşan insanlar üçün yaxınlarının, dostlarının zehinlərində meydana gələn bir hiss olmaları həqiqəti onların sevilmələrinə mane olur. Əgər bir insan yaxınlarını və dostlarını, onları bədənlərinə və ya maddi varlıqlarına görə sevirsə bu yanlış sevgi şəklidir. Doğru olan, bir insanı, Allah`ın o insanda təcəlli edən xüsusiyyətlərinə görə sevməkdir. Məsələn, biz peyğəmbərimizi heç görmədiyimiz halda, onda Allah`ın Vəli, Məlik, Kərim, Vəkil, Hadi kimi bir çox sifətinin çox gözəl təcəlli etdiyini, Allah`ın ən bəyəndiyi əxlaqı onda təcəlli etdirdiyini bildiyimiz üçün ona qarşı çox böyük bir sevgi və məhəbbət hiss edirik. Amma bu sevgimizin tək qaynağı əslində Peyğəmbərimizin (s.ə.v.) əsl sahibi olan Allah`a olan sevgi və məhəbbətimizdir.

Müsəlmanlar insanları da, bütün digər varlıqları da Allah`ın təcəllisi olduqlarına görə sevirlər. Məsələn, bir ceyran balasını sevən müsəlman o ceyranda Allah`ın mərhəmətinin, şəfqətinin bir təcəllisini, Allah`ın o ceyranda yaratdığı sevimliliyi bəyəndiyi üçün, görünüşü mərhəmət hissini təhrik etdiyi üçün ona sevgi göstərir. Ceyranı və ya hər hansı bir başqa canlını tək başına, müstəqil bir varlıq olaraq sevmir.

Bir müsəlman heç bir insana və ya varlığa müstəqil bir sevgi və ya bağlılıq hiss etmir. Bütün sevgilərin qaynağı Allah sevgisidir. Quranda, "... Sizin Allah`dan başqa vəliniz və köməkçiniz yoxdur" ayəsiylə insanın Allah`dan başqa dostu olmadığına diqqət çəkilmişdir (Bəqərə surəsi, 107). Başqa bir ayədə isə insana "Allah, quluna kafi deyilmi?" (Zumər surəsi, 36) deyə soruşulur. O halda sevdiklərimiz də Allah`dan ayrı, müstəqil varlıqlar olaraq bizim vəlimiz və köməkçimiz ola bilməzlər.

Bu səbəbdən bütün yaxınlarımızın, dostlarımızın zehnimizdə bir hiss olması bu həqiqəti daha da qüvvətləndirir. Məsələn anamızı sevərkən, əslində sevdiyimiz, Allah`ın ana görüntüsündə təcəlli etdirdiyi Rəhim, Rauf (Bağışlayan), Asim (Qoruyucu) sifətləridir. Və ya mömin bir qardaşımızı sevərkən, onda Allah`ın təcəlli etdirdiyi və razı olduğu gözəl əxlaqı sevirik. Onun təqvasından və rəftarlarından Allah`ın razı olduğunu ümid etdiyimiz üçün, biz də ondan razı qalırırq. Onun Allah`ı sevdiyini, Allah`dan qorxub çəkindiyini gördüyümüz üçün Allah`ın yaratdığı bu imanlı görüntüdən biz də zövq alır, xoşlanırıq. Bu səbəbdən, biz əsli olsun və ya olmasın, bir insanı sevdiyimizdə əslində Allah`ı sevirik və o görüntüdəki məhəbbət və sevgimizin əsl qaynağı Rəbbimizə olan məhəbbət və sevgimizdir.

İnsanları Allah`dan ayrı, müstəqil varlıq kimi qəbul edərək sevənlər, insanlara Allah`dan ayrı müstəqil varlıqlarmış kimi bağlananlar, insanları Allah`ı sevən kimi sevənlər isə çox böyük bir yanlış içindədirlər. Çünki, Qurana görə tək sevgi və bağlılıq Allah`a qarşıdır, varlıqlar isə Allah`ın təcəlliləri olaraq sevilər. Allah, insanlara müstəqil dəyər verərək bağlananlar üçün Quranda belə buyurmuşdur:

İnsanlardan elələri də vardır ki, Allah`dan qeyrilərini (Ona) tay tutur, onları da Allah`ı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allah`a olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allah`a məxsus olduğunu və Allah`ın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə surəsi, 165)



Ayədə də bildirildiyi kimi, insanlara və ya varlıqlara Allah`ın varlığının xaricində bir güc istinad etmək və onlara bu şəkildə bağlanmaq onları Allah`a ortaq tutmaqdır. Halbuki, Allah`ın xaricində heç bir varlıq hər hansı bir hərəkəti etməyə qadir deyil. Quranın bir çox ayəsində Allah`dan başqa varlıqlara güc verən insanlara bu həqiqət belə bildirilmişdir:

Allah`dan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. Məgər onların ayaqlarımı var, onunla yerisinlər? Yoxsa onların əllərimi var, onunla tutsunlar? Yoxsa onların gözlərimi var, onunla görsünlər? Yoxsa onların qulaqlarımı var, onunla eşitsinlər? De: “Çağırın şəriklərinizi! Sonra mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin! Həqiqətən, mənim himayədarım Kitabı nazil edən Allahdır. O, əməlisalehlərə himayəçilik edir. Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər”. Siz onları doğru yola çağırsanız, eşitməzlər. Onları sənə baxan görürsən, halbuki onlar görmürlər. (Əraf surəsi, 194-198)

Yuxarıdakı ayələrdə xəbər verildiyi kimi, Allah`dan başqa heç kimin hər hansı bir şəkildə bir insana kömək etməyi qeyri-mümkündür. Çətin bir vəziyyətdə qaldıqda insana hətta həyatı boyu mütləq varlıqlar olduqlarını zənn etdiyi anası, atası, uşaqları, dostları da kömək edə bilməzlər. Bir insanın yaxınlarının, dostlarının ona köməyi ancaq Allah`ın diləməsi və izni ilədir. Allah`ın diləməsi xaricində heç bir insanın hətta özünə belə kömək etməyi mümkün deyil. Hətta Allah`ın diləməsi xaricində bir insanın yeriməyi, görməyi, eşitməyi qısası varlığını davam etdirməyi də qeyri-mümkündür.

Həmçinin unudulmamalıdır ki, xaricdə əsillərinin mövcudluğundan əmin olmadığımız, lakin bəzi insanların xaricdə əsilləri olduğunu iddia etdikləri varlıqlar, axirətdə bu iddianı irəli sürənlərdən uzaqlaşdırılacaqlar. Və Quranda bildirildiyi kimi hər kəs tək-tənha sorğuya çəkiləcək. Yəni, hər kəs dünyada yalnız Allah ilə bərabər olduğu kimi, axirətdə də elə hesaba çəkiləcək. Allah, bu həqiqəti bir ayədə belə bildirir:

Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz. Öz aranızda (Allah`a) şərik saydığınız şəfaətçilərinizi də yanıınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz (tanrılar) isə sizdən uzaqlaşmışdır. (Ənam surəsi, 94)

Hər insan bir dostuna baxarkən zehnində Allah`ın onun üçün yaratdığı görüntünü görür. Beyninə gedən sinirlər kəsilsə dostunun görüntüsü də itər. Daim Diri və Qaim olan yalnız Allahdır. Elə isə, insan əsli ilə əsla təmasda ola bilməyəcəyi, yalnız zehnində olan bir varlığa niyə bağlansın? Unudulmamalıdır ki, insanın bağlanacağı, sevərək boyun əyəcəyi tək dostu Uca Allahdır.

20-Cİ SUAL: Kainatın hisslərdən ibarət olduğu nəticəsinə gəlmək, kainatı araşdırmağı, yəni elmi tərk etməyi tələb edirmi?

CAVAB:
Bu, daha çox materialistlərin irəli sürdüyü və bu böyük həqiqəti elmə qarşı və elmi yox edəcək bir mövzu olaraq göstərmək üçün dilə gətirdikləri etiraz şəklidir. Bu etirazın əsassızlığı və məntiqsizliyi isə ortadadır.





Allah yaşadığımız görüntüləri bizə, bir səbəb-nəticə əlaqəsi ilə və bəzi qanunlara bağlı imiş kimi göstərir. Məsələn, gecə ilə gündüz bizim beynimizdə yaranan görüntülərdir. Biz gecə ilə gündüzün Günəşə və Yerin hərəkətinə bağlı olaraq dəyişdiyini qəbul edirik. Məsələn, beynimizdəki görüntüdə Günəş zenitdə ikən günorta vaxtı olduğunu bilirik və Günəş batarkən havanın qaraldığına şahid oluruq. Allah, kainata aid hissləri səbəb-nəticə əlaqəsi ilə birlikdə yaratmışdır. Günəş batanda gündüzü görmürük. Allah`ın zehnimizdə yaratdığı bu səbəb-nəticə əlaqəsinin müşahidə edilib araşdırılması isə elmdir.

Başqa bir nümunə də verək: beynimizdəki görüntüdə, atdığımız qələm həmişə yerə düşür. Buna səbəb olan səbəb-nəticə əlaqəsinin araşdırılması nəticəsində cazibə qüvvəsi ilə qarşılaşırıq. Allah ruhumuza izlətdirdiyi görüntüləri müəyyən səbəblərə və qanunlara bağlı kimi göstərir. Bu səbəb və qanunların yaradılmasının bir səbəbi də həyatın imtahan üçün yaradılmasıdır. Bu qanunların və kainat adlandırılan hisslərin nizamının araşdırılması isə elmi meydana gətirir. Bu səbəbdən, elm Allah`ın yaratdığı fövqəladə görüntülərin bağlı kimi göründükləri qanunları anlamaq üçün əhəmiyyətlidir.

Nəticə olaraq, materialistlərin iddia etdiyi kimi, maddənin hiss olması həqiqətini qəbul etmək elmi rədd etməyi tələb etmir. Əksinə, bu həqiqəti səmimi niyyətlə qəbul edənlər bu hissləri anlayıb, bundakı sirləri qavramaq üçün elmi əhəmiyyətli yol olaraq görürlər.

Bu elm anlayışı ilə materialist elm anlayışı arasında isə böyük bir fərq var. Görüntüləri müşahidə etməklə kəşf etdiyimiz təbiət qanunları, bunu yaradan Allah`ın qanunlarıdır. Maddəni mütləq varlıq zənn edən, təbiət qanunlarının maddədən qaynaqlandığını düşünən və özlərini yaradanın da təbiət qanunları olduğuna inanan materialistlərin bu yanlış elm anlayışı isə bu həqiqətlə birlikdə ortaya çıxır.

Bu da unudulmamalıdır ki, Allah bütün bu hissləri, heç bir qanuna və səbəbə ehtiyac olmadan yaratmağa güc yetirəndir. Məsələn, Allah toxum olmadan bir gülü yarada bilər, bulud olmadan yağış yağdıra bilər yaxud Günəş olmadan kölgəni, gecəni və gündüzü yarada bilər. Allah bir ayədə bu həqiqəti belə bildirir:

Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər O, istəsəydi, onu hərəkətsiz halda saxlayardı. Sonra Biz günəşi onun bələdçisi etdik. Sonra o kölgəni yavaş-yavaş Özümüzə tərəf çəkdik. Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur. (Furqan surəsi, 45-47)

Ayədə də göründüyü kimi Allah əvvəl kölgəni yaratdığını, sonra Günəşi ona dəlil etdiyini bildirir. Yuxularımız bu yaradılışı daha yaxşı qavramağımız üçün bir nümunədir. Yuxumuzda Günəşin maddi bir qarşılığı olmadığı halda, Günəşin verdiyi işığı, istiliyi, aydınlığı eynilə həyatdakı kimi hiss edirik. Bu yönləri ilə yuxular Allah`ın Günəş olmadan da Günəşə aid hissləri zehnimizdə yarada biləcəyinin göstəricilərindən biridir.

Ancaq Allah yaratdığı imtahan mühitində insanlar üçün hər şeyin bir səbəbini yaratmışdır. Gündüzün səbəbi Günəş, yağışın səbəbi isə buluddur. Bunların hamısı beynimizdə Allah`ın ayrı-ayrı yaratdığı görüntülərdir. Bir səbəbin nəticədən əvvəl yaradılması ilə Allah bu imtahan mühitində hər şeyin müəyyən qanunlarla işlədiyini düşünməyizi və bu şəkildə elmi araşdırma aparmağımızı təmin edir.

21-Cİ SUAL: Bir tərəfdən Allah`ın varlığını iman həqiqətləri ilə açıqlayarkən, digər tərəfdən onun varlıq dəlili olaraq göstərdiyi varlıq aləmini yox fərz etmək bir ziddiyyət deyilmi?

CAVAB:
Maddənin əsli mövzusundakı izahları tam qavraya bilməyən bəzi şəxslər "maddi dünya hisslərdən ibarətdir" ifadəsini "heç bir şey yoxdur" şəklində anlayır. Halbuki, "maddə hisslərin cəmidir və ya beynimizdə gördüyümüz görüntüdür" demək, "maddə yoxdur" demək deyil. Maddi kainat vardır, amma yalnız görüntü olaraq vardır. Eynilə, yuxularımız kimi, hiss və xəyal mərtəbəsində vardır.



Allah nəticəni səbəb olmadan da yaratmağa qadirdir. Məsələn, yuxusunda günəş olmadığı halda onun şüalarının təsiri ilə istilənən insan buna bir nümunədir.

Maddənin hiss və xəyal mərtəbəsində var olması Allah`ın varlığının qəti dəlilidir. Çünki (eynilə görüntü kimi) hiss və xəyal mərtəbəsində olan varlıq öz-özünə meydana gəlmədiyinə görə, bu, bunu yaradan bir Yaradıcının olduğunu göstərir. Bu səbəbdən, maddi kainatın görüntü olduğu həqiqəti, Allah`ın varlığının və birliyinin qəti dəlilidir. Belə ki, maddənin görüntü olması ilə mövcudiyyatın Allah`ın varlığına dəlil olması arasında heç bir ziddiyyət yoxdur, əksinə, müzakirə olunmaz bir məntiq bağı vardır.

Allah bütün varlıqların hamısını görüntü olaraq yaradır. Bu görüntü varlıqlara aid xüsusiyyətlərin araşdırılması, Allah`ın yaratmasındakı üstünlüyünün, sənətinin və sonsuz ağılının dəlillərini göstərir. Nəticə olaraq, "maddə hisslərdən ibarətdir" demək və sonra bu görüntülərə aid xüsusiyyətləri araşdıraraq, Allah`ın ucalığını, böyüklüyünü və qüdrətini görmək qətiyyən ziddiyyət deyil.

Həmçinin bunu da ifadə etmək lazımdır ki, bəzi şəxslər ancaq Allah`ı düşünən varlıqlar olduğunda Allah`ın var olduğunu (Allah`ı tənzih edirik) zənn edir və bu böyük yanlış düşüncəyə əsaslanaraq etiraz edirlər. Halbuki, Allah diləsə yaratdığı bütün görüntüləri silə bilər, bütün varlıqları yox edə bilər. Lakin Allah yenə də var olmağa davam edər.

22-Cİ SUAL: Bu açıqlamalar qəbul edildikdə, haram və halal anlayışları qalırmı?

CAVAB:
Bu, tamamilə həqiqətdən kənar bir iddiadır. Çünki, maddi dünyanın hisslərimizdən meydana gəldiyi həqiqəti imtahanın sirrini ortadan qaldırmaz. Maddə, hiss olsa da və ya əsli zehnimizin xaricində mövcud olsa da, Allah`ın haram etdikləri haram, halal etdikləri isə halaldır. Məsələn, Allah donuz ətini haram buyurmuşdur. "Donuz onsuz da beynimdə gördüyüm bir görüntüdür" deyərək bu heyvanın ətini yemək, böyük bir səmimiyyətsizlik və ağılsızlıq olar. Yaxud "qarşımdakı insanların hamısı əslində zehnimdə yaranan görüntülərdir, bunlara yalan danışsam heç bir şey olmaz" demək də Allah`dan qorxan və bu həqiqəti lazımi şəkildə qavrayan insanın edəcəyi hərəkət deyil. Bu, Allah`ın bütün sərhədləri, əmr və qadağaları üçün etibarlıdır. Məsələn, bu həqiqət zəkat verməyə mane olmaz. Bu zəkatı verdiyimiz insanların zehnimizdəki hisslər olması fərz olan bu ibadətin yerinə yetirilməsinə də mane olmaz. Allah, bütün dünyanı hisslərdən ibarət olaraq yaratmışdır. Lakin bizi bu hisslər bütününün içində Quranda bildirdiklərindən məsul etmişdir.



Keçmişdə bəzi insanlar bu həqiqətdən uzaqlaşaraq halal və haramları aradan qaldırmağa çalışmışlar. Ancaq bu insanlar onsuz da inanc olaraq batil anlayışa sahibdirlər. Bu həqiqəti də nəfsləri və mənfəətlərinə uyğun olaraq istifadə etmək istəmiş ola bilərlər. Ancaq bilinməlidir ki, onların gəldikləri nəticə doğru deyil, təhrif edilmişdir.

Nəticə olaraq səmimi düşünən bir insan görəcəkdir ki, imtahan mühiti üçün maddənin mütləqliyi şərt deyil. Allah, imtahan mühitini görüntü aləmi içində yaratmışdır. Bir insanın namaz qılmağı, halala, harama diqqət etməyi üçün “maddə mütləq varlıq olmalıdır” deyənlərin heç bir bəhanələri yoxdur. Həmçinin əsas olan ruhdur. Axirətdə cəzalandırılan və ya cənnət nemətləri ilə ruziləndirilən də ruhdur. Allah`ın sınadığı varlıq da insan ruhudur. Bu səbəbdən, maddənin beynimizdəki bir xəyal olduğu həqiqəti halal və haramların tətbiqinə və ibadətlərin yerinə yetirilməsinə qətiyyən mane olmaz.

23-CÜ SUAL: Bütün insanlar ağac gördükdə onun yarpaqlarına yaşıl deyirlər. Hər kəs bu ağacı eyni şəkildə təsvir etdiyinə görə, deməli bu ağac yalnız mənim zehnimdə deyil.

CAVAB:
Yanımızdakı insanların yaşıl dediyinə biz də yaşıl deyirik. Ancaq, onların yaşıl olaraq adlandırdıqları rəng, bizim zehnimizdə gördüyümüz yaşıldırmı, yoxsa onlar bizim mavi gördüyümüzəmi yaşıl deyirlər, bunu öyrənmə əsla imkanımız yoxdur. Çünki daha əvvəl də ifadə edildiyi kimi, zehnimizin xaricində rənglər yoxdur. Xaricdə yalnız işığın fərqli dalğa uzunluqları vardır və bu dalğa uzunluqlarını rənglərə çevirən beynimizdir. Bu səbəbdən rənglər bizim beynimizdə meydana gəlir və başqa bir adamın bizim beynimizdə yaranan rəngi görmə yoxdur. Bu mövzu bir çox filosoflar və alimlər üçün də mübahisəli mövzudur və alimlərin ortaq qənaəti budur: "Biz qırmızı dediyimiz bir gülü, yanımızdakı adam da bizim gördüyümüz kimimi görür, yoxsa o bizim mavi dediyimizəmi qırmızı deyir heç bir zaman bilmərik." Bu yalnız rənglər üçün deyil, bütün hisslərimizə aid edilir. Məsələn, Daniel Dennet, bu mövzu haqqındakı düşüncələrini belə ifadə edir:



Lalərə baxan iki insandan hər birinin də qırmızı rəngin eyni tonunu gördüyünü əsla müəyyən edə bilmərik.

Beynimizin obyektlərin görüntülərinin, səslərinin və qoxularının müəyyən qəbul etmə gedişatı vardır. Bura qədər məlumdur. Yenə də obyektlər digər insanlara da mənə göründüyü kimi görünürmü deyə düşünürəm.

"... Bir şeyə baxdıqda sizin və mənim eyni rəngi gördüyümüzü necə bilərəm? İkimizə də rəng adları, ümumiyyətlə rəngləndirilmiş cisimlərdə göstərilərək öyrədilmişdir, tamamilə fərqli rəng təcrübələri yaşasaq da, kəlmələrimiz uyğun gələcək. Məsələn, qırmızı əşyaların mənə görünməsi, yaşıl əşyaların sizə görünməsi kimi olsa belə."

Harvard Universitetindən psixologiya professoru Drew Westen isə elmi yöndən başqa bir adamın bir gülü bizimlə eyni şəkildə qəbul edib-etmədiyini bilməyəcəyimizi belə açıqlayır:

"Əgər hiss yaradıcı və struktur bir müddətdirsə insanlar dünyanı hansı dərəcəyə qədər eyni şəkildə qəbul edirlər? Qırmızı bir insana göründüyü kimi digər insana da eyni görünür? Əgər bir insan sarımsağı sevirsə və digəri nifrət edirsə bu eyni dadı sevən və nifrət edən 2 ayrı adamdırmı, yoxsa sarımsaq hər biri üçün ayrı bir dadamı malikdir? Hiss quruluş baxımından insanların dünyanı nə dərəcəyə qədər həqiqətdə olduğu kimi görüb görmədikləri probleminə yol açır. Platon, bizim qəbul etdiklərimizin bir mağaranın divarındakı kölgələrdən bir az daha çox olduğunu iddia edir. Bir fincan qəhvənin isti olduğunu söyləmək nə deməkdir? Və çəmənlik həqiqətən yaşıldırmı? Görmə sistemi işığın müəyyən dalğa uzunluqlarını ayırd edə bilməyən və yaşıla qarşı rəng korluğu olan insan çəmənliyi yaşıl olaraq görməyəcək. Yaşıllıq, bir obyektin (çəmənlik) qəbul edicinin bir xüsusiyyətidirmi? Ya da müşahidəçi ilə müşahidə edilən arasındakı bəzi əlaqələrdirmi? Bütün bunlar duyğu və hissin fəlsəfi suallarıdır."

Göründüyü kimi, eyni təsvirləri etməyimiz və ya eyni rəng adını söyləməyimiz eyni şeyləri gördüyümüz demək deyil. İnsanların hisslərini müqayisə etmək isə qətiyyən qeyri-mümkündür, çünki hər kəs beyninin içindəki özünə aid dünyanı görür. Bu etirazla bağlı başqa açıqlama isə sonrakı etirazda verilir.

24-CÜ SUAL: Hal-hazırda üç nəfərik və üçümüz də eyni şeyləri görürük. Hamımızın zehnində gördükləri bir-birinin eynisidirsə, demək ki zehnimizdəki görüntülərin xaricdə əslləri də vardır.

CAVAB:
Sizinlə birlikdə başqa insanların da eyni şeyləri görməyi gördüklərinizin maddi qarşılıqları olduğu iddiasını təsdiqləmir. Çünki, siz yanınızdakıları da beyninizdə görürsünüz. Məsələn, meyvə bağında dostlarınızla birlikdə gəzərkən, gördüyünüz alma, ərik, tut ağacları, rəngarəng çiçəklər, quşların səsi, ilıq külək, xoş ətirli çiçək və meyvə qoxusu beyninizdə meydana gəldiyi kimi, dostlarınız da, onların danışıqları da beyninizdə meydana gəlir. Yəni, dostlarınız, xaricdəki bağda deyil, sizin zehninizdə gördüyünüz bağda gəzirlər. Bu səbəbdən, dostlarınızın sizinlə eyni görüntünü görməyi, gördüklərinizin maddi qarşılıqlarının olduğu mənasını vermir.

Hətta, böyük bir stadionda minlərlə insanla bir futbol oyununu izlədiyinizdə, minlərlə insanın atılan qolu eyni anda görməyi və buna eyni anda reaksiya verməyi də, nə o stadionun, nə futbolçuların, nə hakimlərin, nə də stadionu dolduran insanların xarici dünyada maddi varlıqları olduğuna bir dəlil deyil. Çünki, stadion və içindəki futbolçular, azarkeşlər, alqışlar və orada gördüyünüz hər şey sizin beyninizdə meydana gəlir. Qolu atan futbolçu da, bu qola sevinən azarkeşlər da sizin içinizdədir. Siz beyninizdəki izdihamla birlikdə, beyninizdə atılan qola sevinirsiniz. Nəticə olaraq, yanınızda gördüyünüz insanların sizin gördüklərinizi təsdiqləməyi, gördüklərinizin xarici dünyada maddi qarşılıqları olduğu demək deyil. Çünki "yanımda" dediyiniz insan topluluğu -nə qədər izdihamlı olursa olsun- əslində beyninizin içindədir.

25-Cİ SUAL: Xarici dünyanı olduğu kimi qəbul edirik ki, davranışlarımızda bir anormallıq olmur. Məsələn, bir uçurumdan aşağıya düz yoldaymışıq kimi getmirik. Uçurumu görüb dayanırıq.

CAVAB:
Bu etiraz, bu insanın fikir qarışıqlığı yaşadığı və izah edilənləri heç anlamadığını göstərir. Çünki, bu adamın etirazı belə bir iddiaya gəlir: "Xaricdə bir maddi həqiqət var. Ancaq hər kəs bu maddi dünyanı öz zehnində fərqli görə bilər". Bu adam, belə bir iddia varmış kimi zənn edir və buna etiraz edərək, "xaricdə maddi həqiqət var və biz onu olduğu kimi görürük, heç kim xarici dünyanı olduğundan fərqli görmür. Bunun dəlili də xarici dünyada uçurum olduğunda onu uçurum olaraq görürük və kənarına çatdığımızda dayanırıq" deyərək bu iddianı çürütdüyünü zənn edir.


 



Halbuki, burada bəhs edilən həqiqət, bu adamın anladığından çox fərqlidir. Burada "xarici dünya var, amma biz bu dünyanın eynisini deyil, fərqli görürük" deyilmir. Burada, "Biz bütün yaşadıqlarımızı zehnimizdə görürük və əsilləri ilə heç bir zaman təmasda olmuruq. Buna görə xarici dünyada əsilləri vardırmı, yoxdurmu biz bilmərik" deyilməkdədir.

Bir yolda gedərkən uçurumdan yıxılmamağımız isə bizim xarici dünyanı olduğu kimi gördüyümüz mənasını vermir. Çünki bu, xarici dünyanın olduğunun dəlili ola bilməz. Biz düz bir yolda gedərkən də, uçurumun kənarına gəlib dayandığımızda da, beynimizdəki yolda gedir, beynimizdəki uçurumu görürük. Hətta bu uçurumdan düşsək də beynimizdə gördüyümüz uçurumdan düşdüyümüzə dair hissləri yenə beynimizdə hiss edirik. Eynilə daha əvvəl izah etdiyimiz avtobusun vurması, itin dişləməsi və s. kimi nümunələrdə olduğu kimi. Uçurumdan yıxıldıqda meydana gələn yaralanma, qırılma və ya ağrı kimi hisslərin hamısı beynimizdə meydana gələn görüntü və hisslərdir.

26-CI SUAL: Allah`ın bizə bu görüntüləri izlətməsinin məqsədi bizi imtahan etməyidir deyirik. Bütün hərəkətlərin yaradıcısı olan Allah niyə belə bir imtahan mühiti yaratmışdır?

CAVAB:
Əlbəttə ki, insanların davranışlarının necə olduğunu görmək üçün Allah`ın onları sınamağa ehtiyacı yoxdur. Çünki, bütün hadisələri, zamanı və məkanı yaradan Rəbbimizdir. Allah zamandan və məkandan münəzzəhdir. Bizim üçün keçmiş və gələcək olan hadisələr, Onun qatında tək bir an içində yaşanıb sona çatmışdır. Ancaq Allah, yaratdığı imtahan və səbəblər içində, insanların öz rəftarlarına şahid olmaları, niyə cənnətə və ya cəhənnəmə getdiklərini bilmələri üçün bizə bunları yaşadır. Allah`ın dost olduğunu, sonsuz ədalətli, mərhəmətli və şəfqətli olduğunu bilən insan, Allah`ın bu yaratmasından razı olar.

Allah, bizlərə Öz qatında olub bitmiş hadisələri izlətdirir. İnsana isə bunları özü edirmiş, özünə aid bir iradəsi varmış kimi bir hiss verir. Bu hiss aləmində Quran vasitəsi ilə bildirdiyi hər şeydən məsul olduğumuzu xəbər verir. Bizim məsuliyyətimiz Rəbbimizin bizə əmr etdiklərini yerinə yetirməkdir. Bundan artığını isə ancaq Rəbbimiz diləsə öyrənə bilərik. Bu sirri və hikməti Allah diləsə bizə dünyada və ya axirətdə göstərə bilər. Yaxud heç bir zaman göstərməyə bilər. Allah`ın bir ayədə bildirdiyi kimi, "... Dilədiyi qədərinin xaricində, Onun elmindən heç bir şeyi qavraya bilməzlər..." (Bəqərə surəsi, 255) Hər nə olursa-olsun Allah bizim sahibimiz və vəlimizdir. O halda bizə düşən, bizə sonsuz nemətlər bağışlayan Allah`a güvənmək, Onun hər yaratdığından razı olmaqdır.



Tarixdə bəzi şəxslər maddənin həqiqəti mövzusunu qavramışlar, lakin Allah`a olan imanları və Quranı qavramaları zəif olduğu üçün batil inanclar yaratmışlar. "Onsuz da hər şey xəyaldır, ibadətlərə ehtiyac yoxdur " deyənlər olmuşdur. Bunlar batil və cahil fikirlərdir. Hər şeyin Allah`ın bizə göstərdiyi bir görüntü olduğu doğrudur. Ancaq Allah`ın bizləri Qurandan məsul tutduğu da qəti bir həqiqətdir. Allah`ın əmr və qadağalarına itaət etməliyik.

Allah Quranda, insana ruh ilə bağlı çox az məlumat verildiyini bildirir. Nəticə olaraq, Allah bu imtahan görüntüsünü bir məqsədlə yaratmışdır. Allah bu məqsədi ayələrində belə bildirir:

And olsun, Biz sizi bir az qorxu, aclıq və bir az mallardan, canlardan və məhsullardan azaltmaqla sınayacağıq. Səbr edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)

Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbr edib (Allah`dan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir. (Ali İmran surəsi, 186)

Bu imtahanın bir çox hikməti vardır. Bunlardan biri bizim sınanmağımız və buna görə sonsuzadək cənnət və ya cəhənnəmdə olmağımızdır. Digər bir hikməti isə insanların öz etdiklərinə həyatları boyu şahid olmaları və əxlaqlarını axirət günündə Quran əxlaqı ilə müqayisə edib cənnətə və ya cəhənnəmə layiq olma səbəblərini görmələri ola bilər. Ancaq, bunun ən doğrusunu Allah bilir. Biz ancaq dua ilə Allah`dan bizə elmini açmasını, göstərməsini istəyə bilərik.

27-Cİ SUAL: Bu izah edilənlərdən aydın olduğu kimi, ölümdən sonra da hisslər ilə təmas davam edəcək. Hisslərlə təmasda olma halı sonsuza qədər davam edəcək ? Cənnət və cəhənnəm də görüntülərdən ibarətdir?

CAVAB:
Allah dünyada bütün insanları yalnız görüntüləri izləyəcək şəkildə yaratmışdır. Yəni xaricdə gördüklərimizin əsli olsa da, olmasa da biz yalnız zehnimizdə bizə göstərilən görüntüləri izləyirik. Ancaq Allah ölümdən sonra insanı başqa bir yaradılışla yaradacaq. Biz isə bunun necə olacağını bilmirik. Ancaq bunu da unutmaq olmaz ki, cənnət və cəhənnəmin hiss olması, nə cənnətdəki zövqü, nə də cəhənnəmdəki əzabı yüngülləşdirəcək. Bir insanın dünya həyatında zehnində əlinin yandığını bütün əlamətləri ilə hiss edib ağrı çəkdiyi kimi, axirətdə də bu hiss davam edəcək.

Daha əvvəl də deyildiyi kimi, ağrı və digər hisslər beyində yaranır. Ancaq bütün insanlarda bu ağrı hissi, bütün digər hisslərimiz kimi son dərəcə həqiqi yaradılır. Hətta bəzən insan hiss etdiyi ağrının şiddətindən huşunu itirir. Eynilə bəzi görüntülər də, zehnimizdə bir hiss olaraq yaradılmalarına baxmayaraq, son dərəcə həqiqi olduqları üçün insana bir çox baxımdan narahatlıq verə bilər. Məsələn, pis görüntü, pis qoxu, narahat edici bir səs insanı narahat edə bilər. Bunların hiss olması bu həqiqəti dəyişdirmiz. Bu səbəbdən, cəhənnəmin insanların ruhuna hiss olaraq göstərilməsi onların sonsuzadək çəkəcəyi əzabı yüngülləşdirməz. Allah mükəmməl yaratma sənəti ilə dünya həyatını insanlara mütləq bir həqiqət zənn edəcəkləri qədər dəqiq və inandırıcı şəkildə yaratdığı kimi, axirət həyatını da elə yaratmağa qadirdir. Allah bir çox ayədə cəhənnəm əzabının dözülməz olduğunu belə bildirir:

Və şübhəsiz əzabım isə üzücü əzabdır. (Hicr surəsi, 50)

Biz kafirlərə mütləq şiddətli bir əzab daddıracaq və onları etdikləri əməllərin ən pisi ilə cəzalandıracağıq. Budur Allah`ın düşmənlərinin cəzası – Od! Ayələrimizi inkar etmələri üzündən orada onları, cəza yeri kimi, əbədi yurd gözləyir. (Fussilət surəsi, 27-28)

Eyni hal cənnət üçün də əsaslıdır. Bir insanın dünya həyatında zövq aldığı, gözəl gördüyü hər şey zehnində meydana gələn hisslərdən ibarətdir. Məsələn, ən yaxın dostu ilə söhbət edən bir insan əslində zehnindəki yoldaşı ilə söhbət edir. Və ya bir şəlalənin möhtəşəm görüntüsünü izləyən, guruldayan səsini dinləyən bir insan, əslində zehnindəki görüntünü izləyir və səsi dinləyir. Bu, qəti həqiqətdir. Ancaq bu hal, insanın bu görüntüdən zövq almasına mane olmur. Bu səbəblə Allah Quran ayələrində insanları böyük qurtuluş və xoşbəxtlik ilə müjdələyir və nəfslərinin xoşladığını hər şeyin olacağını belə bildirir:

Öz Rəbbindən qorxanları (ağacları) altından çaylar axan Cənnət bağları gözləyir ki, onlar orada əbədi qalacaqlar. Bu Allah`dan bir ziyafətdir. Allah`ın dərgahında olan (nemətlər) möminlər üçün daha xeyirlidir. (Ali İmran surəsi, 198)

Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnət bağları ilə müjdələyir. Onlar orada əbədi qalacaqlar. Şübhəsiz ki, ən böyük mükafat Allah dərgahındadır. (Tövbə surəsi, 21-22)


(O gün) kimin tərəziləri ağır gələrsə xoşbəxt güzəran sürəcək. (Qariə surəsi, 6-7)



Həmçinin bütün bu gözəl görüntüləri özünə izlətdirənin Allah olduğunu bilən insan bundan böyük zövq alar. Məsələn, budaqdan qopardığı bir almanın təzə və gözəl qoxusunu hiss edən və bu qoxunu, meyvənin estetik görünüşünü, dadını və gözəlliyini onun üçün yaradan Allah`ı düşünən bir insan bu görüntüdən digər insanların aldıqlarından daha çox zövq alar. Cənnətdə də Allah hər mömin üçün cənnət görüntüsünü ayrı-ayrı yaradacaq və hər möminə nəfsinin istədiyi hər şeyi ən gözəl şəkildə orada verəcək. İnsan dünya və axirətdə tək dostu, vəlisi, qoruyucusu və yaradıcısı olan Allah ilə bərabərdir. İnsanın cənnətdə görəcəyi peyğəmbərlər, elçilər, saleh möminlər, hurilər və qılmanlar isə Allah`ın dostluğunu, sevgisini və yaxınlığını ən çox təcəlli etdirdiyi varlıqlardır.

Allah`ın bütün həyatımızı görüntü olaraq izlətdirdiyi açıq bir həqiqətdir. Bu həqiqətin fərqində olan səmimi bir insan, Allah`ın ədalətindən, hər şeyi qüsursuz yaratmasından və Allah`ın yaratdığı hər şeyin ən gözəli və ən xeyirlisi olduğundan heç şübhə etməz. Allah cənnəti də, cəhənnəmi də bir hiss olaraq yaradır. Ancaq, bu həqiqət, Allah`ın Qurandakı vədini dəyişdirmir. Cənnətdə insana verilən bütün gözəlliklər sonsuza qədər davam etdiyi kimi, cəhənnəmdə də ən şiddətli əzablar sonsuza qədər davam edər. Allah qüsursuz yaradandır və Allah vədindən dönməz.

Belələri, əməllərinin ən yaxşısını qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və Cənnət əhli içərisinə daxil edəcəyimiz kimsələrdir. Bu onlara verilmiş doğru vəddir. (Əhqaf surəsi, 16)

Ayələrdə də ifadə edildiyi kimi, hal-hazırda cənnət Allah qatında mövcuddur. Allah cənnəti və cəhənnəmi yaratmışdır və Allah`ın hafizəsində indi də mövcuddur.

28-Cİ SUAL: Heç vaxt mütləq varlıqlar ilə üz-üzə gələ bilməyəcəyik? Davamlı hisslər aləmi ilə təmasda olduğumuzu bilmək çətin olmaz?

CAVAB:
Yeganə mütləq varlıq Allah`dır. Gördüyümüz digər varlıqlar Allah`ın təcəlliləridir. İnsanlar hər zaman özlərinin və gördükləri digər varlıqların mütləq olduqlarını, Allah`ın isə radio dalğaları kimi özlərini əhatə etdiyini düşünürlər. (Allah`ı tənzih edirik) Halbuki bu fikrin əksi doğrudur. Yəni var olan yalnız Allahdır. Allah`ın Zatını gözləri ilə görə bilməmək insanı aldatmamalıdır. İnsan hansı tərəfə çevrilirsə-çevrilsin, kimə baxırsa-baxsın, əslində gördüyü, baxdığı hər yerdə Allah`ın təcəlliləri vardır. Bu həqiqət Allah`a iman edən bir insana çətin gəlməz əksinə çox xoşuna gələr. Allah`ın tək mütləq varlıq, bizim isə bir xəyal olmağımız qul üçün şərəfdir. Belə bir həqiqət insana sevinc verər. Rəbbimizə olan heyranlığımızı və Onun sonsuz qüdrətinə olan təslimiyyətimizi qat-qat artırar.


ALLAH CƏNNƏTİ SONSUZA QƏDƏR ZÖVQ ALA BİLƏCƏYİMİZ BİR MƏKAN OLARAQ YARADACAQDIR.

Həmçinin, bu, insanın bütün dünyəvi ehtiraslarını aradan qaldıran, Allah`a heç bir şirk qoşmadan iman etməsini təmin edən əhəmiyyətli məlumatdır. Çünki "Allah`dan başqa mütləq varlıq var" deyildikdə, o varlığı Allah`a ortaq qoşmuş, ona Allah`ın gücü xaricində ayrıca güc vermiş olarıq. Amma bu həqiqəti bilən insan üçün belə bir vəziyyətin yaranması mümkün deyil. Belə bir insan Allah‘dan başqa heç kimdən qorxmaz. Bir güc və ya imkan əldə etdikdə, bunun əslində Allah`a aid olduğunu bilər. Xəstəliyinə həkim əlac tapdıqda, şəfanı verənin Allah olduğuna qəti iman edər. Həkimin, Allah`ın səbəblər çərçivəsində yaratdığı şəfa üçün bir vəsilə olduğunu bilər.
Allah`ın yaratdığı hər zaman ən gözəli və ən xeyirlisidir. Bu həqiqət heç bir zaman unudulmamalıdır. Allah bir ayədə belə bildirir:

Rəbbinə, məmnun edici və məmnun edilmiş olaraq dön. (Fəcr surəsi, 28)

İnsan daim Allah`ın yaratdığı hər hadisədən məmnun olmalıdır. O zaman bu məlumatın insanların Allah`a olan yaxınlıqlarını necə artıracağı daha yaxşı qavranılar. Həmçinin bu böyük həqiqətə diqqət edilərək, Quran bir dəfə də oxunduqda bir çox ayənin hikməti daha yaxşı aydın olar.

Ancaq Allah`a iman etməyən, dünya həyatına həvəslə bağlı olan, axirəti ümid etməyən, materialist fikirli insanlar üçün bu həqiqətin cansıxıcı, dəhşətli bir hal olduğu aydındır. Çünki, həvəslə bağlı olduqları hər şeyin, mütləq varlıq zənn etdikləri insanların əslində xəyal olduğunu anlamaları onlar üçün böyük bir məyusluq və fəlakətdir. Bunu anladıqları zaman bütün həyatları boyu bir xəyalın arxasında qaçıb ehtirasa qapılaraq boş yerə yorulduqlarını qavrayacaqlar. Boş və faydasız əməllərlə həqiqətləri inkar etdiklərini görüb, böyük bir peşmançılıq yaşayacaqlar, hətta çox gülməli vəziyyətə düşəcəklər. Bu insanların xəyal olan şeyləri həqiqət zənn edərək aldanmaları isə onları axirətdə böyük bir ziyana uğradacaq:

Onlar özlərini ziyana uğradarlar. Uydurduqları (bütlər) isə onlardan qeybə çəkilib gedər. Şübhə yoxdur ki, axirətdə ən çox ziyana uğrayanlar da onlardır. (Hud surəsi, 21-22)

Amma Allah`ı tək dost və vəkil olaraq qəbul edən, Allah`a könüldən bağlı qullar üçün hər şeyin xəyal, Allah`ın tək mütləq varlıq olması böyük bir sevinc vəsiləsi və gözəllikdir.

29-CU SUAL: Hisslər aləminin sona çatması heçlikdir mi? İnsan bu heçliyin içində qala bilər mi?

CAVAB:
İnsanların bu mövzu üzərində düşünmələrinə mane olan, onları qorxudan səbəblərdən biri bu mövzuya fikirlərini cəmləyəndə özlərinin və toxunduqları hər şeyin bir heçlik olduğunu anlamaq, bu heçliyin içində qalmaqdan qorxmaqdır. Lakin Allah`ın diləməsi xaricində, Allah bu imtahan dünyası üçün yaratdığı səbəbləri aradan qaldırmaz. Bu səbəblər biz ölənə qədər bizim üçün yaradılmağa davam edəcək.

Toxunduğumuz zaman masanın sərtliyini hiss edəcəyik, əlimizi kəsdikdə əlimiz qanayacaq, ağrı hiss edəcəyik, aclıq, qorxu, xəstəlik kimi imtahanları yaşayacağıq. Hisslər dünyasında yaşamağımız, bu səbəblərə bağlı olmaqdan bizi ayırmayacaq. Ölümdən sonra yenə heçlik olmayacaq, Allah`ın Quranda bildirdiyi kimi fərqli bir ölçüyə və fərqli səbəblərə bağlı həyatımız başlayacaq. Nəticə olaraq insanın bir heçlik içində qalacağından qorxması yersizdir, çünki Allah bu imtahan mühitində insanı yaratdığı üçün bu hissləri davam etdirəcək. Belə ki, Allah`ın Quranda bildirdikləri bu yöndədir. İnsanın dünya həyatına aid hissləri bitdikdə, axirət həyatına dair hissləri başlayacaq və insan heç bir zaman bir heçlik içində olduğunu hiss etməyəcək.

30-CU SUAL: Hər şeyin xəyal olduğunu anlayan bir insan üçün dünya həyatındakı imtahan davam edərmi?

CAVAB:
Bu çox əhəmiyyətli bir mövzudur. Bəzi insanlar bu həqiqətin qavranması ilə imtahan mühitinin qalxdığını iddia edərək səmimiyyətsiz bir düşüncəni ortaya atırlar. Lakin imtahan mühiti daha əvvəlki cavablarda da ifadə edildiyi kimi biz ölənə qədər davam edir.

Allah, bizi hisslər dünyasında yaşatsa da, bizə, bu dünyanı müəyyən səbəblərə bağlı göstərir. Məsələn, biz acarkən "onsuz da xəyaldır, bir şey olmaz" demirik, yemək yeyirik. Yemədiyimiz təqdirdə gücdən düşər, bir müddət sonra həyatımızı itirə bilərik. Allah dilədiyi zaman, dilədiyi adam üçün, dilədiyi şeyi vəsilə edib bu səbəbləri aradan qaldıra bilər. Biz bunu bilmərik. Lakin bu çox əhəmiyyətli bir həqiqətdir: Allah bizi Qurandan məsul tutmuşdur və biz Qurandakı ibadətləri və saleh əməlləri yerinə yetirə bilmək üçün bu səbəblər çərçivəsində yaşayırıq.

Məsələn, Allah insanlara yaxşılığa dəvət edib pislikdən çəkinməyi əmr edir. Və ya zəif qadın və uşaqların, zülmdən, çətinlikdən qurtarılmalarını əmr edir. Allah, Quranda "nə üçün onlar üçün mübarizə aparmırsınız?" deyə soruşur. Allah`ın bu səbəblər çərçivəsində yüklədiyi məsuliyyətlərdən boyun qaçırmaq qətiyyən doğru və səmimi davranış olmaz.

Əksinə gördüyü hər hadisəni Allah`ın ona izlətdirdiyinin şüurunda olan insan gördüyü hər görüntüdən məsuliyyət hiss edər. Bir çox insandan fərqli olaraq, hər qarşılaşdığı hadisədə daim yaxşılığı əmr edib, pislikdən çəkindirməyə çalışar. Bu məsuliyyəti heç vaxt başqalarına yükləməz, "bir az da başqası etsin, mən bu qədər edə bilirəm" kimi bəhanələr gətirməz. Əksinə, "Allah mənə bu görüntünü göstərirsə, məndən buna bir həll yolu tapmamı istəyir, bunun məsuliyyəti mənim üzərimə düşür" deyə düşünər.

Nəticədə, bir insan əvvəlcə Allah`ın Quranda ona yüklədiyi məsuliyyətləri vicdani qənaəti ilə yerinə yetirməlidir. Maddənin əslini bilmək isə insanın Allah rizası üçün etdiyi bu cəhdlərini daha da gücləndirər, qərarlılığını qat-qat artırar.

31-Cİ SUAL: Allah`ın hər yerdə olduğunu demək doğrudurmu? Allah`ın hökmranlığı göylərdə deyilmi?

CAVAB:
İnsanlardan bəziləri özlərini, maddəni, ətraflarında gördükləri dünyanı mütləq varlıq zənn edirlər. Allah`ı isə (Allah`ı tənzih edirik) bu mütləq maddəni əhatə edən xəyal kimi düşünürlər. Və ya, Allah`ı gözləri ilə görə bilmədikləri üçün, "hərhalda Allah bizim görə bilməyəcəyimiz bir yerdə, kosmosun və ya göylərin uzaq yerindədir" deyirlər. Bu böyük bir yanılmadır.





Çünki, Allah, yalnız göylərdə deyil, hər yerdədir. Allah yeganə mütləq varlıq olaraq, bütün kainatı, bütün insanları, yerləri, göyləri, hər yeri əhatə etmişdir. Siz hara baxsanız, Allah`ın üzü oradadır. “Allah`ın hökmranlığı yalnız göylərdədir” demək Qurana görə doğru deyil, çünki Allah hər yerdədir. Daha əvvəlki mövzularda da ifadə edildiyi kimi, Allah`ın hər yeri əhatə etdiyi, bizə şah damarımızdan yaxın olduğu, hara çevrilsək Allah`ın üzünü görəcəyimiz bir çox Quran ayəsi ilə bildirilmişdir. Məsələn, Allah Bəqərə surəsinin 255-ci ayəsində "... Onun kürsüsü, bütün göyləri və yeri əhatə etmişdir...." deyə bildirir. Hud surəsinin 92-ci ayəsində isə, "... Şübhəsiz mənim Rəbbim, etməkdə olduqlarınızı əhatə edəndir" deyilərək, Allah`ın insanları da, etdiklərini də əhatə etdiyi bildirilir.

Quranda da bildirildiyi kimi Allah yalnız göylərdə deyildir. Allah hər yeri əhatə edəndir. Bu məlumat bizə Quran vasitəsi ilə verilir. Maddənin ardındakı sirr ilə bağlı həqiqətin izah edilməsi isə bu ayələrin insanlar tərəfindən daha yaxşı başa düşülməsinə və qavranmasına vəsilə olacaq. Maddənin mütləq varlıq olmadığını anlayan insanlar Allah`ın hər an hər yerdə olduğunu, hər an onları gördüyünü və eşitdiyini, hər şeyə şahid olduğunu və onlara şah damarlarından daha yaxın olduğunu, hər dua edənin duasını eşitdiyini açıq şəkildə anlayacaqlar.

32-Cİ SUAL: Hər şey xəyaldırsa, Allah`ın bəzi sifətlərini necə açıqlaya bilərik?

CAVAB:
Bəzi insanlar maddənin əsl mahiyyətinin qəbul edilməsi ilə Allah`ın bir çox adına pərdə çəkildiyini, maddənin xəyal olması ilə Allah`ın bəzi adlarının təcəllisinin açıqlana bilməyəcəyini zənn edirlər. Bu da yenə dərin düşünməməkdən və izah edilənləri tam qavraya bilməməkdən qaynaqlanan bir anlayışdır.

Hər şeydən əvvəl Allah`ın adlarına heç bir düşüncə, heç bir güc pərdə çəkə bilməz. Heç bir elmi həqiqət Allah`ın adlarının təcəlli etməsinə mane ola bilməz. Onsuz da bu elmi həqiqətləri yaradan Allahdır. Allah Öz yaratdığı varlıqlardan və qanunlardan münəzzəhdir. Bu səbəbdən, yer üzündə var olan heç bir güc və ya heç bir məlumat Allah`ın adlarının təcəllilərini ortadan qaldıra bilməz.



Bu düşüncə Allah`ın sonsuz qüdrətini təqdir edə bilməməkdir. Həmçinin, maddənin zehnimizdə yaranan hisslər bütünü olduğu həqiqəti Allah`ın adlarının hər an hər yerdə davamlı təcəlli etdiyini göstərən əhəmiyyətli bir dəlildir. Çünki eynilə bir filmdə olduğu kimi hiss və xəyal mərtəbəsində yaranan bir görüntü, öz-özünə meydana gələ bilməyəcəyinə görə mütləq onu göstərən bir varlıq olmalıdır. Demək ki bunu var edən bir Yaradıcı vardır.

Görüntünün davamlı olması isə Yaradıcımızın hər an yaratmağı davam etdirdiyinin açıq dəlilidir. Necə ki, göylərin və yerin, yəni kainatın sabit və qərarlı olmadığı, yalnız Allah`ın yaratmasıyla varlıq tapdıqları və Allah yaratmağı dayandırdıqda yox olacaqları bir ayədə belə ifadə edilir:

Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır. (Fatir surəsi, 41)

Allah Nəml surəsinin 64-cü ayəsində isə "xalqı davamlı yaratmaqda olan" olduğunu xəbər vermişdir. "Özləri yaradılmışkən, heç bir şeyi yarada bilməyən şeylərimi ortaq qoşurlar? (Əraf surəsi, 191) ayəsində də insanların hər an yaradıldıqlarına diqqət çəkilir.

Yəni, gördüyümüz görüntülərin davamlı olmasının səbəbi bu görüntülərin maddi və sabit bir varlıqlarının olması deyil, Allah`ın onları hər an yaratmasıdır. Bu səbəbdən, insan hər anında, hər gördüyü, hiss etdiyi varlıqda, Allah`ın davamlı yaratmasının təcəllisini görür.

Nəticədə bu həqiqət, Allah`ın sifətlərinin kainat üzərindəki təcəllilərinin görünməsini daha da dəqiqləşdirir. Məsələn, bir bağa girdikdə, bağdakı meyvələrin, çiçəklərin, ağacların əslində zehnində ona göstərilən bir xəyal olduğunu bilən insan, dərhal bu xəyalı ona göstərən, ona saysız-hesabsız neməti və gözəlliyi bəxş edən, Rəzzaq olan Allah`ı xatırlayar. Çox gözəl bir ev sahibi olan, ancaq bu evin, içindəki bütün əşyaların, qızılların, gümüşlərin əsl mahiyyətini bilən, yəni hamısının beynində bir görüntü olduğunun fərqində olan bir insan bu mülk ilə lovğalanmaz. Eyni hz. Süleyman kimi ona bu mülkün gözəlliyini göstərən, onu bununla zəngin edən Vəhhab (ruzisi çox olan, qarşılıqsız ruzi verən) olan Allah`ı təsbih edər. Və ya bir insana Allah`ın varlığını, birliyini, Allah`ın yeganə mütləq varlıq olduğunu, cənnətin və cəhənnəmin varlığını izah edən bir insan, qarşısındakı insan iman etdikdə Allah`ın Hadi (Hidayət lütf edən, doğru yola çatdıran) isminin təcəllisini görər.

Bu həqiqəti təkrar xatırlatmaq lazımdır ki, hər insanın beynində yaranan görüntüləri izlədiyi, bu görüntülərin səslərini beynində eşitdiyi, beynindəki görüntülərə toxunduğu elmi bir həqiqətdir. Və biz sahib olduğumuz hisslərimizlə, beynimizin xaricində nə olduğunu, bunların əsllərinin olub-olmadığını əsla bilmərik. Elə isə, bizə bu görüntüləri göstərən, bu səsləri dinlədən və görüntünü daim bir səbəb-nəticə əlaqəsi içində yaradan bir gücün varlığından əmin olarıq. Bu güc Allahdır. Allah bizim üçün bu görüntüləri yaratmadığında bizim üçün dünya həyatı, həyat olmaz. Elə isə bizim hər anımızda, Allah`ın yaratması və Allah`ın adlarının təcəlliləri fasiləsiz davam edir. Məsələn, bu məqaləni oxuyan insan üçün Allah fasiləsiz olaraq bu kompyuterin və ekrandakı yazıların, şəkillərin görüntülərini yaratmağa davam edir.

Bu bizə Allah`ın Xaliq sifətini və yaratmadakı gücünü göstərir. Allah bu anda yer üzündəki milyardlarla insana milyardlarla ayrı görüntü izlətdirir. Və bu görüntülərin hər biri sabit olaraq, uyğun şəkildə, ən incə təfərrüatına qədər yaradılır. Heç bir insanın görüntüsündə ən kiçik bir detal belə əskik qalmadan özünə göstərilir. Bu həqiqəti düşünmək, insanlara Allah`ın sonsuz gücünü, aləmlərin tək hakimi olduğunu göstərəcək.

İmam Rəbbani maddənin xəyal mərtəbəsində yaradıldığını izah edərkən, Allah`ın adlarını hiss və xəyal mərtəbəsində təcəlli etdirdiyini belə açıqlamışdır:

"... Sübhan Haqq, kamal qüdrəti ilə, adəm (yoxluq) aləmində hər bir ad üçün məzhərlərdən bir məzhər təyin etdi. Və onu, hiss və xəyal mərtəbəsində yaratdı. Həm də dilədiyi vaxtda və istədiyi şəkildə... Aləmin sübutu (sabitliyi), hiss və xəyal mərtəbəsində olub xaric mərtəbədə deyil... Xaricdə (çöldə) də, uca Vacib Şəxsin (Allah`ın) şəxs və sifətlərindən başqası da sabit və mövcud olmağa..."

Maddənin əsl mahiyyətinin "Allah`ın isimlərinə pərdə çəkdiyi" iddiası çox böyük bir yanılmadır.

Bu həqiqətin fərqində olan bir insanın müvəffəqiyyətini, əldə etdiyi zənginliyi, əşyalarını özündən bilməsi, bunları sahiblənərək lovğalanması da qeyri-mümkündür. Çünki hər an, hər yerdə Allah`ın isminin bir təcəllisini, Allah`ın özünə göstərdiyi görüntünü izlədiyini çox yaxşı bilir. Allah`a qarşı nə qədər möhtac və aciz olduğunu əsla unutmaz.

Allah`ın aşağıdakı ayədə bildirdiyi həqiqətə heç bir şübhə və tərəddüt etmədən iman edər:

Ey insanlar! Siz Allah`a möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir. (Fatir surəsi, 15)

Hər şeyin görüntü olduğu bu kainatda tək mütləq varlıq Allah`dır, Ondan başqa İlah yoxdur. İnsanların Allah`ı unudaraq dəyər verdikləri, uğrunda dinlərini tərk etdikləri, arxasından getdikləri hər şey boşdur:

Bu belədir. Çünki Allah Haqdır. (Kafirlərin) Ondan başqa ibadət etdikləri isə batil (bütlərdir). Həqiqətən, Allah Ən Ucadır, Ən Böyükdür. (Loğman surəsi, 30)

İnsan, bir növ ekrandan 3 ölçülü, son dərəcə dəqiq və real bir film seyr edir. Bu ekrana sanki yapışdığı üçün heç cür filmdən sıyrılıb içində olduğu vəziyyəti görə bilmir. Allah`ın hüzurunda olduğunu və sınandığını unudub, özünə müstəqil mənlik verir və özünü çox əhəmiyyətli zənn edir. Beləki ekranda seyr etdiyi bədənini, mal-mülkünü, ailəsini və dostlarını sahiblənib, bunlarla qürurlanır. Halbuki "Göylərin, yerin və onların arasında olan hər şeyin sahibi (olan Allah) nə qədər xeyirxahdır!..." (Zuxruf surəsi, 85) ayədə də bildirildiyi kimi bütün bunların tək sahibi Allah`dır. Allah bir anda insana göstərdiyi ekrandakı görüntünü dayandırsa, insan əslində tək-tənha olduğunu anlayar və bu açıq-aşkar həqiqətin dəhşətləfərqinə varar . Ekranda izlədiyi görüntüləri və yenə ekrandakı bədənini özününmüş kimi sahibləndiyi və bunlarla qürurlandığı üçün çox böyük utanc duyar.



Bu həqiqətlər üzərində düşünən insan, Allah qarşısındakı acizliyini və kiçikliyini də anlayar. İnsan, ancaq Allah`a boyun əydiyi, Ona qarşı itaətkar olduğu zaman dəyər qazanar, sonsuzluq içində gözəl bir həyat davam etdirə bilər. Allah`ın ona sonsuza qədər cənnət görüntülərini göstərməsini ümid edə bilər.

Allah`ın qullarından istədiyi son dərəcə açıqdır: Özünün böyüklüyünü təqdir etmələri və Onun təyin etdiyi sərhədləri aşmamaları. Amma bəzi insanlar qəflətin şiddətindən özlərini yaradan uca Allah`ı unudur və ya inkar edirlər. Bu nöqtədə onları aldadan əsas mövzulardan biri çoxluqdur. Bu şəxslər dostlarını, yoldaşlarını, eyni fikirləri paylaşdıqları bütün insanları var zənn etdikləri və tək başına olduqlarını unutduqları üçün belə azğın bir davranış göstərirlər. Halbuki bir insanın ətrafı nə qədər izdihamlı olsa da, nəticədə özü tək-tənhadır. Və özünə Allah`dan başqa kömək edə biləcək heç kim yoxdur:

…Özləri üçün Allah`dan başqa bir (vəkil) qoruyucu dost və köməkçi tapa bilməyəcəklər. (Nisa surəsi, 173)

İnsanlar, "Və onların hamısı, qiyamət günü Ona tək-tənha' gələcəklər." (Məryəm surəsi, 95) ayəsiylə xəbər verildiyi kimi qiyamət günü də Allah`ın hüzuruna tək-tənha gedəcəklər. Özləri kimi Allah`dan və din əxlaqından uzaq olan, bu günlə qarşılaşacaqlarını unudan yoldaşları, dostları və sevdikləri yanlarında olmayacaq. Hətta tabe olub arxasından getdikləri şeytan da onları tərk edəcək:

Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır. (Furqan surəsi, 29)

Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz. Öz aranızda (Allah`a) şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz (tanrılar) isə sizdən uzaqlaşmışdır. (Ənam surəsi, 94)

Səmimi yanaşan hər insan rahatlıqla bu həqiqətləri anlayacaq. Çünki, Allah`ın ayələri çox açıqdır. İnsan istər izdihamın içində olsun, istər kinoteatrda, istər yığıncaqda, yaxud sevdikləri ilə, istərsə də saysız-hesabsız insanın olduğu bir küçədə olsun, nəticə dəyişməz, əslində tək-tənhadır. Bu açıq həqiqəti önmühakiməli olduqları üçün anlaya bilməyənlərin vəziyyəti bir ayədə belə bildirilir:

...Bu, şübhəsiz onların ağlı kəsməyən bir qövm olmaları səbəbindən belədir. (Həşr surəsi, 14)




Ön mühakimələrdən uzaqlaşan və Rəbbimizin bildirdiyi bu məlumatlar üzərində dərindən düşünən insanlar isə möminlərdir və yalnız onlar öyüd alıb düşünə bilirlər:

Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən çəkinən və Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə (kafirlə eynidirmi?) De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? (Bundan) ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”. (Zumər surəsi, 9)

Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, kora bənzəyə bilərmi? (Bundan) ancaq ağıl sahibləri ibrət alarlar. (Rad surəsi, 19)

Gəlin siz də Rəbbimiz olan Allah`a təslim olun, Ona könüldən itaət edin.

Və beləliklə, görməyən insanlardan olmaqdan xilas olun.