"MADDƏNİN ƏSLİ" MÖVZUSUNUN ƏHƏMİYYƏTİ

İnsanların maddə və mütləq varlıq hesab etdikləri hər şeyin əslində yalnız hisslər cəmi olması, eynilə kainatın yoxdan var olması, sonsuzluğun varlığı, öldükdən sonra sonsuz bir həyat üçün yenidən dirildiləcək olmağımız kimi qeyri-adi bir vəziyyətdir. Allah qüsursuz və saymaqla bitməyəcək qədər çox detala malik olan kainatı hər an, qüsursuz şəkildə yaradır. Hətta bu yaratma o qədər qüsursuzdur ki, yer üzündə bu günə qədər mövcud olmuş bir çox insan bu kainatın və gördükləri hər şeyin xəyal olduğunu anlaya bilməmiş, daima maddənin əsli ilə təmasda olduqlarını düşünmüşlər.

XXI əsrdə elmi tapıntılar qəti şəkildə sübut etmişdir ki, maddənin əsli ilə təmasda olmaq heç bir zaman mümkün deyil. Ancaq bəzi insanlar hələ də bu məsələ ilə bağlı özlərini bilməməzliyə vururlar. Əslində isə bu mövzuda özünü bilməməzliyə qoymaq, nəzərə almamaq və ya rədd etmək doğru deyil. Ona görə, bu mövzu ilə qarşılaşan insanların bu mövzunun vacibliyini düşünmələri və qavramaları çox vacibdir. Maddənin əsl mahiyyətini oxuyan bəzi insanlar bu mövzuya nə üçün bu qədər əhəmiyyət verildiyini başa düşmədiklərini bildirirlər. Hətta bu mövzunun iman ilə əlaqəsi olmadığını hesab edir, nə üçün hər imani mövzunun ardınca bu mövzunun izah edildiyini soruşurlar. Əslində isə bu mövzunun əhəmiyyəti göz qabağındadır. Materialistləri qorxudan, onların bütün fikirlərini məhv edən bu həqiqətin əhəmiyyətini bütün müsəlmanlar anlamalı və insanlara da çatdırmağa çalışmalıdırlar.

Maddənin əsl mahiyyətinin məlum olması insanların bəzi iman mövzularını anlaması baxımından böyük əhəmiyyət daşıyır və digər iman mövzuları qədər vacibdir. Hər şeydən əvvəl maddənin əslinin başa düşülməsi ilə insanlar həm dünyaya olan bağlılıqlarından əl çəkir və yalnız axirətə yönəlirlər, həm böyük xətadan qurtulur, həm də bu xətalarına görə qavraya bilmədikləri bəzi həqiqətləri də asanlıqla dərk edə bilirlər. Allahın harada olduğu, Cənnət və Cəhənnəmin varlığı, ruhun mahiyyəti, ölümdən sonrakı həyat, sonsuzluq kimi mövzular materialist dünyagörüşünə sahib və ya bu fikrin təlqini ilə yetişmiş insanlar tərəfindən dərk edilə bilmir. Ancaq maddənin xəyal kimi qavranılması bu sualların doğru cavablandırılmasına kömək edir. Beləliklə, insanlar Allahın tək mütləq varlıq olduğunu açıq şəkildə görə bilirlər.

Maddənin nə olduğunun başa düşülməsi ilə insanlar dünya həyatında bağlandıqları hər şeyin, həvəslərinin, istəklərinin, onlara Allahı və axirəti unutduran hər şeyin boş və aldadıcı olduğunu dərk edirlər. Bu isə dünya həvəslərindən qurtularaq ixlasla Allaha yönəlmələrinə və şirkdən uzaq olmalarına səbəb olur.

İnsanların lovğalıq və təkəbbürlə hər cür insanlıq və əxlaqdan kənar davranışa meyl etdiyi bu əsrdə insanları özlərinin və gözlərində böyütdükləri insanların kölgə varlıq olduqlarını anladıqda qürur və təkəbbürlərinin yerini təvazökarlıq və mülayimlik alır.

Bütün bunlar isə rahatlıq və təhlükəsizliyin olduğu, xəsislik və xudbinliyin, rəhmsiz rəqabətin aradan qalxdığı cəmiyyətlərin meydana gəlməsinə səbəb olacaq.

Maddənin əsli ilə təmasda olmadığımızın qəbul edilməsi nəticəsində əldə ediləcək ən mühüm irəliləyişlərdən biri, şübhəsiz, materialist fəlsəfənin çökməsi olacaqdır.

İndi isə maddənin mütləq olmaması həqiqətinin nə üçün ən vacib mövzulardan biri olduğunun detalları ilə yaxından tanış olaq.

Maddənin əsli tək mütləq varlığın Allah olduğunu göstərir

Bu elmin göstərdiyi ən vacib məsələlərdən biri tək mütləq varlığın Allah olduğu həqiqətidir. Materialist fəlsəfələrin təsirinə düşərək maddənin mütləq varlıq zənn edən bəzi insanlar Allahın varlığını və harada olduğunu izah edərkən çox yanlış və cahil üslubdan istifadə edirlər. Məsələn: “Allah haradadır?” -sualına: “Mənə ağlını göstər, göstərə bilməzsən. Elə Allah da ağıl kimi bir həqiqətdir, ancaq görünmür”, -deyərək cahil cavab verirlər. Bəziləri isə (Allahı tənzih edirik) öz ağıllarına görə, Allahı xəyal kimi göstərir, Allahın varlığını radio dalğalarına bənzədirlər (Allahı tənzih edirik). Onların batil fikirlərinə əsasən, özləri və sahib olduqları hər şey mütləq varlıqlardır və Allahın varlığı isə bu maddi varlıqları radio dalğaları kimi əhatə edir. Əslində isə xəyal olan özləri və sahib olduqlarıdır. Tək mütləq varlıq isə Allahdır. Allahın varlığı hər şeyi əhatə etmişdir. İnsan isə heç cür mütləq varlıq olmayacağı üçün görüntüdür.

Bu həqiqəti Rəbbimiz bir ayədə belə bildirir:

Allah... başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun Qatında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə surəsi, 255)

Bu həqiqətin başa düşülməsi ilə şirk qoşmadan, tək olan Allahın varlığına iman yaranır. Çünki Allahdan başqa bütün varlıqların kölgə varlıqlar olduqlarını bilən insan qəti imanla (haqqəl-yaxın dərəcəsində) “yalnız Allah var, Ondan başqa ilah yoxdur” deyir.

Allahı gözləri ilə görmədiyi üçün Allahın varlığına inanmayanların materialist iddiaları da maddənin əslinin mahiyyəti öyrənildikdə tamamilə məhv olur. Çünki bu həqiqəti öyrənən şəxs öz varlığının xəyal şəklində olduğunu anlayır. Xəyal olan varlığın isə mütləq olan varlığı görə bilməyəcəyini dərk edir. Belə ki, Quranda insanların Onu görə bilmədiyi, amma Özünün onları gördüyünü Rəbbimiz belə açıqlayır:

Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. (Ənam surəsi, 103)

Əlbəttə, biz insanlar Allahın varlığını gözlərimizlə görə bilmərik. Amma bilirik ki, Allah bizim daxilimizi, zahirimizi, baxışlarımızı, düşüncələrimizi tamamilə əhatə etmişdir. Buna görə, Allah Quranda Özünün “qulaqlara və gözlərə sahib olan” (Yunus surəsi, 31) olduğunu bildirir. Allahın bilmədiyi bir söz belə deyə bilmərik, hətta nəfəs belə ala bilmərik. Allah bizim etdiyimiz hər şeyi bilir, bu Quranda da belə bildirilmişdir:

Yerdə və göylərdə heç bir şey Allahdan gizli qalmaz. (Ali-İmran surəsi, 5)

Allahın hər an bizi seyr etdiyi, gördüyü, eşitdiyi çox mühüm həqiqətdir. Bu həqiqəti anlayan insan Allahı gözləri ilə görməsə də, Onun hər an ondan xəbərdar olduğunu bilir. Buna görə, nə iş görürsə görsün, Allahın şahid olduğunu bilərək Allahın razı qalmayacağı davranışdan, danışıqdan, baxışdan və ya düşüncədən çəkinir. Allah hər işimizdə bizə yaxın olduğunu, bizi seyr etdiyini və heç bir şeyin Ondan uzaq olmadığını bildirir:

Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın! (Yunus surəsi, 61)

Tək mütləq varlıq olan Allah, əlbəttə, bir xəyal kimi yaratdığı insanı hər cəhətdən tanıyır. Bu, Allah üçün çox asandır. Ancaq bəzi insanlar cahil olduqları üçün bunu başa düşməkdə çətinlik çəkirlər. Əslində isə “xarici aləm” hesab etdiyimiz hissləri seyr edərkən, yəni həyatımıza davam edərkən bizə ən yaxın olan varlığın hər hansı hiss deyil, Allahın Özü olduğu açıq-aşkar həqiqətdir. Quranda yer alan “And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!” (Qaf surəsi, 16) ayəsinin sirri də bu həqiqətin içində gizlənir. Amma insan öz bədəninin “mütləq varlıq olan maddə”dən ibarət olduğunu zənn etdikdə bu mühüm həqiqəti qavraya bilməz. Çünki özünə ən yaxın olanın yenə öz bədəni olduğunu zənn edir. Məsələn, bu insan varlığını “beyni” kimi dərk edirsə, ona şah damarından daha yaxın varlıq olacağını düşünməz. Əslində isə maddənin mütləq olmadığını, hər şeyin zehnində yaşadığı xəyallar olduğunu dərk etdikdə artıq çöl, içəri, uzaq, yaxın kimi anlayışların mənası qalmır. Şah damarı da, beyni, əli, ayağı, özündən kənarda zənn etdiyi evi, avtomobili və hətta çox uzaqda hesab etdiyi Günəş, Ay, ulduzlar da tək bir səth üzərindədir. Allah onu hər tərəfdən əhatə etmişdir və ona “sonsuz dərəcədə yaxın”dır.



Uşağını qucağında aparan, həyat yoldaşını qucaqlayan, anası ilə söhbət edən bir şəxs bu insanların özünə ən yaxın insanlar olduqlarını zənn edirlər. Halbuki, insana dostundan, həyat yoldaşından, uşaqlarından, hətta özündən də daha yaxın olan Allahdır. Bir Quran ayəsində bildirildiyi kimi, "Biz ona şah damarından da yaxınıq."(Qaf surəsi, 16)

Allah insanlara “sonsuz dərəcədə yaxın” olduğunu “bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) çox yaxınam...” (Bəqərə surəsi, 186) ayəsi ilə də bildirir. Başqa bir ayədə işlədilən “Rəbbin insanları ehtiva etmişdir” (İsra sursəi, 60) -ifadəsi də eyni həqiqətdən xəbər verir. Buna baxmayaraq, bəzi insanlar özlərinə ən yaxın varlığın yenə özləri olduğunu hesab edərək yanılırlar. Əslində isə Allah bizə özümüzdən belə daha yaxındır. “(Can) boğaza yetişdiyi zaman. Siz baxıb durursunuz. Biz ona sizdən daha yaxınıq, amma siz görmürsünüz!” (Vaqiə surəsi, 83-85) ayələri ilə də insana ən yaxın varlığın Allah olduğu həqiqətinə bir daha diqqət çəkilmişdir.

Həqiqətən də ölüm yatağındakı və ya xəstə yatan insan xəta ilə o an özünə ən yaxın varlığın başının üstündəki həkimi və ya onu qucaqlayan anası və ya əlini tutan, ona toxunan yaxını olduğunu düşünə bilər. Ancaq ayədə də bildirildiyi kimi, Allah o anda ona hamısından daha yaxındır. Həm də təkcə o an deyil, insan ilk dəfə var olduğu andan etibarən ona ən yaxın olan yeganə varlıq Allahdır. Lakin insanların bir qismi gözləri ilə görmədikləri üçün bu həqiqətdən xəbərsiz yaşayırlar.

Allahın məkandan asılı olmadığı və hər yeri tamamilə əhatə etdiyi həqiqəti başqa bir ayədə də belə bildirilir:

Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz, Allah oradadır. Şübhəsiz ki, Allah genişdir, biləndir! (Bəqərə surəsi, 115)

Allah başqa bir ayəsində isə bu həqiqəti belə açıqlayır:

Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, çıxanı da, göydən enəni də, qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir! (Hədid surəsi, 4)

Bütün bu danışılanlardan çıxan nəticə budur: tək və gerçək mütləq varlıq Allahdır. Allah elmi ilə kölgə varlıq olan insanı və digər hər şeyi əhatə etmişdir. Bir ayədə də “sizin tanrınız ancaq O Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elm ilə hər şeyi ehtiva etmişdir!” (Taha surəsi, 98) -deyilərək bu həqiqətə işarə edilir. Allah Quranda başqa bir ayədə isə insanlara belə bir qəflət barədə xəbərdarlıq etmişdir:

Bil ki, onlar öz Rəbbi ilə qarşılaşacaqları barədə şəkk-şübhə içindədirlər. Və yenə bil ki, O hər şeyi ehtiva edəndir! (Fussilət surəsi, 54)

İNSANLARIN ETDİKLƏRİ DƏ ALLAHA AİDDİR

Allahın yaratdığı kölgə varlıq olan insan Allahdan asılı olmadan bir gücə malik ola bilməz. Allah bir ayəsində bu həqiqəti belə bildirir:

Allah istəməsə, siz istəyə bilməzsiniz... (İnsan surəsi, 30)

Bəzi insanlar bu çox vacib həqiqətdən xəbərsiz yaşayırlar. Onları yaradanın Allah olduğunu qəbul edir, ancaq etdikləri işlərin özlərinə aid olduğunu zənn edirlər. Əslində isə insanın hər etdiyi hərəkət Allahın izni ilə yaradılır. Məsələn, kitab yazan insan Allahın izni ilə o kitabı yazır. O kitabdakı hər cümlə, hər fikir, hər abzas Allahın istəyi ilə meydana gəlir. Allah bu çox vacib həqiqəti bir çox ayəsində bildirir. Bu ayələrdən biri “...sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!” ayəsidir (Saffat surəsi, 96). Allah “...atdığın zaman sən atmadın, Allah atdı...” (Ənfal surəsi, 17) ayəsində isə hər etdiyimizin Ona aid hərəkətlər olduğunu bildirir.

Allah başqa ayələrdə də peyğəmbərə möminlərdən sədəqə almasını bildirir. Ancaq ayənin davamında sədəqələri alanın əslində Özü olduğunu açıqlayır:

Onların mallarından sədəqə al. Bununla onları təmizləmiş, pak etmiş olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır. Allah eşidəndir, biləndir. Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir?! (Tövbə surəsi, 103-104)

Böyük İslam alimi Muhyiddin Ərəbi etdiyimiz hərəkətlərin də Allaha aid olduğunu belə açıqlayır:


İnsanların etdikləri bütün hərəkətlər Allaha aiddir. Məsələn bir uşağın oxuya bilməsi, bir memarın hazırladığı proyekt, elm adamının kəşfi, mətbəxdə bişən yemək, bir sənətçinin əsəri... Bütün bunları yaradan və etdirən Allahdır.

Ruhlar isə, onların etdiyi hərəkətlərin mənbəyi də özləri deyil. Ruh və cisimləri davamlı halda hərəkətə sövq edən qüvvə ancaq Cənabı-Haqqdır... Ruh və maddələr mütəmayiz (müstəqil mövcud olan) varlıqlardan və mütəayyin (bəlli, aşkar) həqiqətlərdən deyillər. İlahi fellərdən (hərəkətlərdən), uca varlığın müxtəlif surətlərindəndirlər. Bunun kimi, sonlu və sonsuz deyilən şeylər də əslində başqa-başqa şeylər deyil, iki ayrı cəhətdən elə görünən tək bir şeydən ibarətdirlər. 37

Muhyiddin Ərəbinin də açıqladığı kimi, bütün hərəkətləri yaradan, ruhlara bu hərəkətləri edənin özləri olduğu hissini verən Allahdır. Allah bütün ruhlarda bu hissi o qədər həqiqi yaradır ki, məsələn, daşı atan insan, həqiqətən, o daşı atanın özü olduğunu zənn edir. Əslində kölgə varlıq olan insan atma hərəkətini edə bilməz. Ancaq Allah insana bu hərəkətləri özü edirmiş kimi hiss verir. Allahın yaratmasındakı möcüzənin və qüsursuzluğun nəticəsi olaraq insan bu hissi çox dərin hiss edir və həqiqətən, daşı tutduğunu, qolunu geriyə uzadaraq sürət və güc topladığını və daşı atdığını zənn edir.

İnsan hər anında Allahdan asılı halda yaşayır, bilsə də, bilməsə də, qəbul etsə də, etməsə də, əslində Allaha boyun əymişdir. Allah bir ayəsində bunu belə bildirir:

Göylərdə və yerdə kim varsa, kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər! (Rəd surəsi, 15)

Yer üzündə tanıdığınız, bildiyiniz, tarixdə yaşamış, dövrümüzdə yaşayan kim varsa, hansı mövqedə olursa olsun, nəyə sahib olursa olsun və ya nə qədər inadkar inkarçı olursa olsun bu həqiqət dəyişməz. Hər insan Allaha boyun əyən, Allahın yaratdığı, ruhundan üfürdüyü kölgə varlıqdır. Bunu bilən insanın var-dövləti, sahib olduğu elm, ünvan və ya şöhrət, mövqe və ya vəzifə ilə, bacarıqları və ya iş yerindəki uğurları ilə öyünərək qürrələnməsi mümkünsüz olur. Buna baxmayaraq, təkəbbür göstərənlər əslində böyük acizlik içindədirlər. Çünki Allah insanların özləri atdıqlarını hesab etdikləri daşı belə əslində atmadıqlarını, bunu edənin Özü olduğunu bildirmişdirsə, hələ də insanın uğurlarına görə özünə pay çıxarması çox böyük cəhalətdir.

Hər insanın etdiyi bütün işlər, qazandığı bütün müvəffəqiyyətlər, sahib olduğu qabiliyyətlərin hamısı Allaha aiddir. Bu adam böyük bir dövlətin başçısı, dünyanın ən varlı adamı, hər kəsin sevdiyi bir sənətçi və ya vacib çıxışlar edən bir elm adamı da olsa bu həqiqət dəyişməz. Hər insan Allaha boyun əyərək Onun istədiyi şeyləri edir.

Allah hər insanı bu yolla imtahan edir və eyni zamanda tərbiyələndirir. Bu gün bu həqiqəti dərk edə bilməyən, çox açıq olmasına baxmayaraq, həqiqəti qəbul etməyənlər ölümdən sonra yenidən dirildildikdə hər şeyi bütün aydınlığı ilə görəcək və heç bir şeyə gücləri çatmadığını anlayacaqlar. Allah Onu inkar edənlərin acizliyini bir ayəsində belə bildirmişdir:

Rəbbini inkar edənlərin əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar etdikləri əməllərdən heç bir fayda əldə edə bilməzlər. Budur azıb uzaqlaşmaq! (İbrahim surəsi, 18)

Allah isə hər şeyə gücü çatan tək varlıqdır:

Göylərdə və yerdə nə varsa, Allahı təqdis edib şəninə təriflər deyər. Hökm Onundur, həmd-səna da Ona məxsusdur. O, hər şeyə qadirdir! (Təğabün surəsi, 1)

Maddənin əslinin dərk edilməsi insanları iman gətirməyə yönəldəcək

Həyatı boyu ruhuna göstərilən görüntüləri seyr etdiyinin fərqinə varan insanlar həm ruhlarını, həm də fasiləsiz davam edən bu görüntüləri yaradanın qəti surətdə Allah olduğuna inanacaqlar.

Bəzi insanların maddənin sirrini qəbul etməməkdə israr etməsinin bir səbəbi də Allahın böyüklüyünü və əzəmətini qavrayıb öz heçliklərini qəbul etmək istəməmələridir. Amma bu insanlar qəbul etmək istəməsələr də, mübahisəsiz bir həqiqət var: göylərdə və yerdə olanların hamısı Allahındır və Onun təzahürləridir. Tək mütləq varlıq Allahdır və Allahın yaratdığı digər varlıqlar mütləq deyil, görüntüdür. Allahın yaratdığı görüntüləri seyr edən “mən”lər, yəni insanlar hər biri Allahdan olan ruhdur.

Bu elm və bu böyük sirr başa düşüldüyü təqdirdə insanların şüurları da qəti surətdə aydınlanacaq, üzərlərindəki mənəvi pərdə qalxacaq. Dərk edən hər kəs Allaha könüldən təslim olacaq, Allahı çox sevəcək və Ondan çox qorxacaq. Bununla bərabər, insanlardakı paxıllıq, lovğalıq hisslərinin yerini təvazökarlıq və utancaqlıq alacaq. Allahın insanlardan istədiyi də budur. Bu həqiqəti anlayanlar yeni dünyagörüşünə sahib olacaq, yeni həyata başlayacaqlar. Beləliklə, Allahın qüdrətini lazım olduğu kimi təqdir edəcəklər və “Allahı lazımınca qiymətləndirmədilər. Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. (Allah Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!” (Zumər surəsi, 67) ayəsində bəhs edilən şəxslərdən olmaqdan uzaqlaşacaqlar.

Maddənin əslini bilmək dünyəvi ehtirası yox edir

Bu bölməyə qədər izah etdiyimiz mövzu həyatınız boyu sizə izah edilmiş ən böyük həqiqətlərdən biridir. Çünki bütün maddi dünyanın əslində “kölgə varlıq” olduğunu sübut edən bu mövzu Allahın varlığının və yaratmasının dərk edilməsinin, Onun yeganə mütləq varlıq olmasının başa düşülməsinin açarıdır. Eyni zamanda həm insanın nə qədər aciz olduğunun elmi və inkaredilməz sübutu, həm də Allahın möhtəşəm sənətinin təzahürüdür. Buna görə də bu elm insanları qəti şəkildə imana gətirir, iman gətirməmək isə mümkün deyil. Bəzi insanların bu həqiqətdən qaçmasının əsas səbəbi də budur.



Bir insanın sahib olduğunu zənn etdiyi hər şeyi, evi, avtomobili, ailəsi, işi və bütün dostları beyninin içində meydana gələn hiss və görüntülərdən ibarətdir. Bu həqiqəti qavrayan bir insan, hər şeyin tək sahibinin bu görüntüləri beynində yaradan Allah olduğunu başa düşər. Dünya həyatına ehtirasla bağlanan insanlar buna görə bu həqiqətdən çox qorxurlar.

Burada izah edilənlər eynilə fizika qanunu və ya kimya formulu qədər qəti həqiqətlərdir. İnsanlar lazım olduqda ən çətin riyaziyyat problemlərini həll edə bilir, başa düşülməsi çətin görünən bir çox məsələni qavraya bilirlər. Amma eyni şəxslərə insanların həyatları boyu zehinlərində əmələ gələn görüntülərlə təmasda olduqları, maddənin əsli ilə heç vaxt təmasda ola bilməyəcəkləri izah edildikdə bunu heç cür anlamaq istəmirlər. Bu çox “şişirdilmiş” anlayışsızlıq vəziyyətidir. Çünki burada izah edilən mövzunun başa düşülməsi eynilə bir insanın “iki dəfə iki neçə edir?”, “neçə yaşın var?” kimi suallara verəcəyi cavablar qədər asandır. Dünyanı harada gördüyünü hansı alimdən, hansı nevrologiya professorundan soruşsanız, sizə: “Əlbəttə, beynimdə”, -deyə cavab verəcək. Hətta bu həqiqəti orta məktəb biologiya kitablarında belə görə bilərsiniz. Ancaq bütün bunlara baxmayaraq, maddi dünyanı beynimizdə qavradığımıza dair bilik və bu biliyin insana gətirdiyi nəticələr görməməzliyə vurulur. Elmin sübut etdiyi ən mühüm həqiqətlərdən birinin insanlardan bu qədər böyük səylə gizlədilməsi əslində böyük hadisədir.

İnsanların bütün elmi həqiqətləri asanlıqla qəbul edib bu həqiqətdən bu qədər çox qorxub qaçmalarının əsas səbəbi isə budur ki, maddənin əslinin öyrənilməsi bütün insanların həyata baxışlarının kökündən dəyişilməsinə səbəb olacaq. Maddəni və özlərini mütləq varlıq kimi qəbul edənlər və bütün həyatlarını buna bağlı olaraq yaşayanlar bir anda özlərinin, həyat yoldaşlarının, uşaqlarının, malik olduqları bütün sərvətin sadəcə bir xəyal olduğunu anlayacaqlar. Məhz insanların bu həqiqətdən bu qədər qorxmalarının, anladıqları halda özlərini bilməməzliyə vurmalarının, ibtidai sinif şagirdinin belə asanlıqla qavraya biləcəyi həqiqəti anlaşılmaz etirazlarla yox etməyə çalışmalarının arxasında gizlənən səbəb bu dünyəvi ehtiraslarını itirmək qorxusudur.

Mallara, övladlara, dünyanın keçici həvəslərinə çox bağlı olan biri üçün bu, həqiqətən də böyük qorxu səbəbidir. Çünki bu həqiqəti anladıqda hələ ölmədən ölmüş, malını və canını təslim etmiş olacaq. Allah “əgər Allah sizdən Onun (mal-dövlətinizin) hamısını istəsə və bunu sizdən israrla tələb etsə, siz xəsislik göstərərsiniz və O da kin-küdurətinizi zahirə çıxardar” (Muhəmməd surəsi, 37) ayəsi ilə insanlardan bütün mallarını istədikdə onların necə inadkarlıq göstərəcəklərini və paxıllıq edəcəklərini bildirir. Bir insan maddənin gerçəyini öyrəndikdə isə onsuz da malının, canının Allaha aid olduğunu, verəcək və ya verməməkdə israr edəcək bir şey olmadığını anlayacaq, ölməzdən əvvəl hər şeyi ilə Allaha təslim olacaq. Səmimi iman edənlər üçün bu bir gözəllik, şərəf və Allaha yaxın olmaq üçün vasitədir. İmansız və ya zəif imanlı insanlar isə bu gözəlliyi anlamadıqları üçün bu həqiqəti israrla inkar edirlər.

Ətrafınızdakı mal-mülk ehtirasına qapılmış insanların ən çox nələrə dəyər verdiklərini bir düşünün: Gözəl bir ev, lüks əşyalar, dəbdəbəli ləl-cəvahiratlar, son model bir avtomobil, banklarda yüksək miqdarda pul, yaxta... Məhz buna görə də bu insanlar, sahib olduqları bütün bu maddələri beyinlərindəki ekrandan seyr etdiklərini və əsılləri ilə əsla qarşılaşa bilməyəcəkləri həqiqətindən çox qorxarlar.

Halbuki, qəbul etmək istəməsələr də, beyinlərində əmələ gələn saxta dünyada yaşayırlar. Xaricdəki dünya ilə təmasda olmaları mümkün deyil. Çünki, səsi, işığı və qoxunu heç bir şəkildə keçirməyən kəllələrin içinə girə bilən yalnız bu maddələrdən gələn elektrik məlumatlardır.

Şəkildəki kimi pul verib, arxada görülən möhtəşəm villanı satın alan insanın içində olduğu vəziyyət də belədir. Özünə bir villa satın alıb və pulu sayan zənn edərkən, əslində beynində əmələ gələn bir görüntünü satın alır, qarşısındakı adama da pulun özünü deyil, görüntüsünü verir. Pulu götürən adam da həqiqətdə bir görüntü götürür. Yəni ortada bir "görüntü alveri" var.

Beyində bir görüntü olan fabrik, yaxta və torpaq sahələrinin özlərini boş yerə təşvişə salan sahibləri

Bu bölmədə həyatı boyu varlı olmaq istəmiş, gənc yaşından etibarən gecə-gündüz çalışmış, “hər şeyi alnımın təri ilə qazandım” -deyən fabrik sahibinin düşdüyü qəflət vəziyyətindən nümunələr verərək çox vacib həqiqətdən bəhs edəcəyik.

Burada haqqında danışacağımız şəxs orta yaşlı, uşaqlarını yaxşı məktəblərdə oxutduran, bir neçə avtomobil, yaxta, bir çox ev və torpaq sahəsinin sahibidir. Bu insan dünya həyatında öz fikrincə, öyünə biləcəyi hər şeyə malikdir. Yenə öz fikrinə görə, dünya həyatında bir insanın arzuladığı hər şeyi əldə etmişdir. Maddi zənginliyi ilə birlikdə həm də böyük etibara, ad-sana malikdir. Səhərlər ona xidmət edən xidmətçilərindən tutmuş avtomobilinin qapısını açaraq qarşısında baş əyən sürücüsünə, şirkət binasına girərkən onu hörmətlə salamlayan təhlükəsizlik xidməti işçilərindən şirkətdən içəri girdiyi andan otağına qədər gedənə qədər “əmrinə hazır olan” şirkət işçilərinə qədər onu tanıyan hər kəsin gözündə böyük etibar, mövqe və məqam sahibidir. Çox yüksək vəzifələrdə və mühüm yerlərdə çox yaxın dostları və ətrafı var. Hər gün iclasdan-iclasa qaçır, bir çox dərnəyin və qurumun üzvü və hətta rəhbəridir. Bir gün ərzində yüzlərlə şəxsə əmr verir. Bankında və şəxsi hesabında saysız-hesabsız pulu, səhmləri, istiqrazları var. Bəzən bunları sayaraq daha da çox qürurlanır, öyünür. Xüsusilə hər şeyi tək başına, çalışaraq əldə etməsi, bütün həyatını həsr etdiyi qazancları əldə etməsi ona böyük bir rahatlıq və güvənlik hissi verir.

Bir gün dostları ilə yaxta gəzintisində bir şəxs onun yanına gəlir və ona bunları deyir: “Hal-hazırda burada gördüyün bütün insanlar, bu yaxta, dəniz, fabriklərin, evlərin, əmrin altındakı insanlar... bunların hamısının sadəcə beynində əmələ gələn görüntüləri ilə təmasda olursan. Bunların əsillərini heç vaxt görə bilməzsən. Beyninə gedən sinirlər kəsilsə, bu yaxta, yaxtadakı insanlar, onların səsləri, söhbətləri, dənizin qoxusu, içdiyin meyvə şirəsinin dadı, qısa şəkildə desək, hər şey bir anda yox olar. Bunların hamısı və sənin dünya həyatın boyu sahib olduğun hər şey zehnində meydana gəlir. Evlərinin, avtomobillərinin, yaxtanın, fabrikin, şirkətinin yuxunda sahib olduğun mallardan heç bir fərqi yoxdur. Eynilə gecə yuxunda xüsusi təyyarəndə Avropaya getdiyini görməyin ancaq səhər oyandıqda nə təyyarənin, nə də Avropada olduğunu, özünü yatağında görməyin kimidir. Bəs bu həyatım dediyin yuxundan da bir gün oyanaraq özünü tamamilə başqa bir yerdə, bu həyatına dair görüntüləri seyr edərkən görməyəcəyindən nə üçün bu qədər əminsən?”

Bu varlı insan ona danışılanlara qətiyyətlə qarşı çıxacaq. Ona bu həqiqətin elmi dəlilləri aydın şəkildə izah edilsə və özü bunu anlasa da, həqiqəti qəbul etmək istəməyəcək. Çünki öz fikrinə görə, sahib olduğu hər şeyin yuxu kimi xəyal olduğunu qəbul etməsi bütün həyatı boyu bir xəyalın arxasınca getdiyini qəbul etmək olacaq. Bu insanın öyündüyü, lovğalandığı, təkəbbürləndiyi hər şey xəyaldır. Bu, bir insanın yuxusunda varlı olub, bu xəyali zənginliyi ilə insanlara lovğalanması kimi insanı alçaldılmış və ağılsız vəziyyətə salacaq haldır. Belə olduqda bu insan artıq şirkətinə girdikdə gördüyü hörmət və etibara görə təkəbbürlənməz. Çünki ona hörmət edənlərin, qarşısında baş əyənlərin hamısı zehnində meydana gələn xəyali varlıqlardır. Ona bunu izah edərkən oturduğu yaxtası ilə qonaqlarına qarşı öz sözü ilə desək, lovğalanmayacaqdır. Çünki yaxta da, yaxtadakı qonaqları da beynində əmələ gələn xəyallardır.

Ona maddənin xəyal olduğu, maddi varlığın əsli ilə heç vaxt təmasda ola bilməyəcəyi izah edilərkən ağlına bir gün əvvəl aldığı villası gələcək. Elə isə satıcıya bir-bir sayaraq verdiyi pul, satıcı, aldığı villa, o villadakı bütün malları, onu satın alaraq lovğalandığı ətrafı-hamısı zehnindədir. Necə ki, bir gecə əvvəl yuxuda hərracda qazandığı və buna görə böyük qazanc əldə etdiyini gördüsə və oyandıqda bunlardan əlində heç bir şey qalmadısa, bu həqiqi zənn etdikləri də bir yuxu kimidir.

Elə isə hal-hazırda o yaxtanın içində deyil. Yaxta onun içində, beynində əmələ gələn görüntüdür. Son dəbdəki mebellərlə döşənmiş evinə girdiyini hesab etdikdə əslində beyninin içindəki böyük bağın qapısını açır və beyninin içindəki evinə girir. Ev də, mebellər də, bağ da, bağın qapısı da zehnindədir.

Ona izah edilənlərin çox açıq həqiqətlər olduğunu anlayan bu insan bir andaca əlindəki hər şeyin əslində bir kölgə varlıq olduğunu anlayır. Bütün bunlar onu yaradan Allahın ona göstərdiyi görüntülərdir. Allah onu sınamaq üçün ona bütün bunlara sahib olduğunu zənn edəcəyi bir görüntü, bir həyat yaratmışdır. O da ona bunları verənin, bu görüntülərlə nemətləndirib zəngin edənin Allah olduğunu unudaraq bunlarla azğınlaşmış, təkəbbür göstərmiş, insanlara “lovğalanaraq” onları aşağı, özünü isə üstün görmüşdür. Deməli, həyatı boyu bir xəyal üçün, yuxu kimi bir aləm üçün boş yerə həvəslənmişdir. Amma bir gün bu xəyalların içinə düşdüyü, onlarla vaxtını keçirdiyi gündə bunların heç birinin mütləq varlığı olmadığını, sadəcə Allahın var olduğunu anlamışdır.

Dünya həyatı boyu bu həqiqəti qəbul etməkdən qaçanlara, görməməzliyə vuranlara Allah bir ayəsində belə diqqət çəkir:

O, öz yanında ancaq Allahın cəzasını tapar. (Allah da) onun cəzasını (layiqincə) verər. Allah tezliklə haqq-hesab çəkəndir. (Nur surəsi, 39)

Ayədən göründüyü kimi, Allah inkar edənlərin etdikləri işləri illüziyaya, xəyala bənzədir. O insanlar bu xəyallara bağlanaraq onlardan kömək gözlədikdə bunların gerçək olmadığını, tək gerçək və mütləq olanın Allah olduğunu anlayırlar. İnsanların bu həqiqətdən bu qədər qorxmalarının və qəbul etmək istəməmələrinin səbəblərindən biri budur ki, elə bu misalda bəhs edilən insan kimi əllərindəki bütün sərvətlərinin, etibarlarının, var-dövlətlərinin bir andaca gedəcəyini anlayırlar. Burada bir cəhətə diqqətinizi çəkmək istəyirik: burada bəhs edilənlərdə “insanın malik olduğu hər şey ölümü ilə birlikdə arxada qalacaq və ona heç bir mənfəət verməyəcək” -deyilir. Burada “insanın malik olduğu hər şey xəyaldır” -deyilir. Bütün həyatı boyu göstərdiyi həvəsin, özünü təşvişə salaraq, çətinliklə, insanların xətrinə dəyib onları əzməyə çalışaraq əldə etdiklərinin xəyal olduğunu gördükdə boş yerə aldandığını anlayır. Qafil insanların bu cür aldanaraq yaşamaları Quranda bir çox ayədə insanlara bildirilir. Allah bir ayəsində insanların var-dövlət həvəsini və hər şeyə malik olmaq istəklərini belə bildirir:

Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. (Ali-İmran surəsi, 14)

Başqa bir ayədə isə Allah dünya həyatının oyun-əyləncə və aldanma olduğunu belə xəbər verir:

Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu, elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir. (Hədid surəsi, 20)

XƏYALLARLA NÜMAYİŞ ETDİYİNİN FƏRQİNDƏ OLMAYAN İNSANIN VƏZİYYƏTİ

Bahalı avtomobilini ətrafındakı insanlara nümayiş edən varlı adam, əslində beynində əmələ gələn avtomobil görüntüsünü nümayiş edir. O anda varlı adam, çox öyündüyü avtomobilinin əsli ilə təmasda ola bilmədiyinə ehtimal belə edə bilməz. Halbuki, əslində öz beynində əmələ gələn avtomobil görüntüsü, o anda nümayiş etdiyi ətrafındakı digər insanların beyinlərində də ayrı-ayrı əmələ gəlir.

Bu halda, əgər mühitdə beş adam varsa və hər birinin beynində də avtomobilin görüntüsü ayrı-ayrı əmələ gəlirsə,

- Əsl avtomobil haradadır?

- Varlı adamın avtomobili bu beş avtomobil görüntüsündən hansıdır?

- Varlı adam hansı avtomobil görüntüsünü sahiblənəcək və hansını ətrafındakı insanlara nümayiş edəcək?

- Nümayiş etdiyi digər kəslər də nəticədə varlı adamın beynində əmələ gələn bir görüntü deyil?

Sahib olduqları mallarını, mülklərini, evlərini, avtomobillərini digər insanlara nümayiş edənlər əslində "beyinlərində əmələ gələn xəyallarla yenə beyinlərində əmələ gələn xəyallara" nümayiş etmiş olurlar. İnsanların böyük əksəriyyəti bu çox əhəmiyyətli həqiqətin fərqində belə deyil. Əlbəttə bu, son dərəcə alçaldıcı bir vəziyyətdir. Çünki, sahib olduqlarıyla öyünən adam nə nümayiş ediləcək bir avtomobilin, nə də insanların əsilləri ilə heç bir zaman təmasda ola bilməz.

İnsanlar dünya həyatında malik olduqlarını hesab etdikləri bu görüntülərin əslində xəyal olduğunu anladıqda boş yerə kədərlənib həvəsləndiklərini, boş yerə vaxt keçirib əyləndiklərini anlayırlar. Malik olduqları üçün hirslənənlər, onlar üçün insanlara acıqlanıb qışqıranlar, əsəbiləşənlər, stola yumruq vuranlar maddənin əsli ilə heç cür təmasda ola bilmədiklərini anladıqda yuxuda insanlara hücum edən, əsəbiləşən, qışqıran insan vəziyyətinə düşəcəkləri üçün bundan çox utanır və həddindən artıq peşman olurlar. Əslində onlara bu görüntüləri göstərən Allahın razı olacağı şəkildə davranmaq lazım gəldiyini dərhal anlayırlar. Bu həqiqəti qavrayanlar, yəni möminlər isə belə deyirlər:

De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (Ənam surəsi, 162)

Bu vacib məsələni unutmaq olmaz: bu həqiqəti həyatının hər hansı bir anında qavrayan insan heç vaxt gecikmiş hesab edilməz. Çünki dərhal həyata baxışını və bütün həyatını bu həqiqətə görə nizama salaraq artıq xəyallar üçün deyil, tək mütləq varlıq olan Rəbbimiz üçün yaşamağa başlaya bilər. Allah hər zaman qullarını bağışlayandır.

Bu həqiqəti görməməzliyə vuraraq, öz fikirlərinə görə hiyləgərlik edib tək mütləq varlığın Allah olduğunu qəbul etməyənlər isə öz-özlərini böyük tələyə salmış olurlar. Allah onların bu vəziyyətini belə xəbər verir:

... Onların dünyada gördükləri işlər puç olmuş və bütün əməlləri boşa çıxmışdır! (Hud surəsi, 16)

İnsan bu həqiqəti bu an qəbul etmək istəməsə və bütün malik olduqlarını mütləq varlıqlar qəbul edərək özünü aldatsa da, nəticədə ölümündən sonra dirildildikdə, yəni axirətdə hər şey çox aşkar surətdə üzə çıxacaq. O gün, ayədə də bildirildiyi kimi, “görmə sərrastdır” (Qaf surəsi, 22) və hər şeyi daha aydın şəkildə anlayacaq. Amma əgər dünyadakı həyatını xəyali məqsədlərin arxasınca qaçaraq sərf etmişsə, arzu edəcək ki, kaş ki, orada heç yaşamayaydı. “Kaş o (ölüm) qəti olaydı! Mal-dövlətim mənə heç bir fayda vermədi. Mülküm də məhv olub getdi!” (Həqqa surəsi, 27-29) -deyərək həlak olacaq.

Maddənin əslini dərk edənlərin yox olan təkəbbürü

Bu açıq həqiqəti anlayan bəzi insanların -öz ifadələri ilə desək- “kefi pozulur”. Fabriklərinin, evlərinin, avtomobillərinin, mallarının, övladlarının, həyat yoldaşlarının, yaxınlarının, vəzifələrinin sadəcə beyinlərindəki surətləri ilə təmasda olduqlarını anladıqda Allah qarşısındakı acizlikləri və gücsüzlükləri də açıq şəkildə sübut edilmiş olur. Həm özləri, həm malik olduqları şeylər, hətta bütün kainat xəyaldır, özləri də bir “heç” olduqlarını anlayırlar. Yerdə qalan isə sadəcə “mən” dedikləri ruhlarıdır. Bu ruhu da onlara verən Allah olduğu üçün bu şəxs əvvəlcədən imansız da olsa, qəti şəkildə Allaha iman edir və Ona təslim olur.

Sahib olduğu şöhrəti ilə lovğalanan, insanların özünə göstərdiyi maraq ilə daha da təkəbbürlənən bir insan, arxasından qaçanların, özü ilə maraqlananların əslində beynində əmələ gələn görüntülər olduğunu öyrəndikdə bütün əhvalı pozulur. Təkəbbürünün heç bir mənası olmadığını anlayır.

İnsan bu həqiqətləri qavradıqda qürur, lovğalıq, təkəbbür hisslərinin yerini təvazökarlıq və acizliyini çox yaxşı anlamaq hissi alır. Belə bir insana dünyanın bütün zənginliyi, ən mühüm vəzifəsi də verilsə, bu insan azğınlaşmayacaq, lovğalanıb zalım olmayacaq. Heç bir vaxt Allahın ona göstərdiyi görüntüləri seyr etdiyini unutmayacaq və xəyalların içinə dalmayacaq.. Bu fövqəladə həqiqət təkəbbür və qürurla bərabər kin, nifrət, əsəb kimi mənfi hissləri də aradan qaldıracaq. Hər şeyin xəyal olduğunu bilən insanlar xəyallar üçün bir-birləri ilə rəqabətə girməyəcək, bir-birlərinə bu səbəbdən kin bəsləməyəcək və düşmənçilik etməyəcəklər. Hər kəsin özünü sadəcə Allaha təslim etdiyi mühitdə təvazökarlıq, təslimiyyət, şəfqət, hörmət, sevgi və səmimiyyət hakim olacaq.

Bu səbəbdən, insanların bu həqiqəti anlamaq istəməməyi, bu həqiqətdən qorxub qaçması çox məntiqsizdir. İmansız insanı bu həqiqətlər qorxuda bilər. Çünki bu həqiqətləri qəbul etdikdə Allahın varlığını da qəbul edəcək. Ancaq imanlı insanların maddənin zehində Allahın yaşatdığı xəyali görüntü olduğu, tək mütləq varlığın isə Allah olduğu həqiqətinə böyük sevinc və əminliklə inanmalıdırlar. İmanlı insanın Allahın bu möhtəşəm sənətindən qorxaraq bunu anlamaq istəməməsi ağılsız davranış olar. Çünki həqiqət açıq-aşkar ortada ikən ağıla gətirməyərək, düşünməyərək, kölgə görüntünün aydınlığına və üç ölçülü formasına aldanmağa davam etmək mənasızdır. Mömin həqiqətlərdən qorxmaz, həqiqətin gözəlliyini və dərinliyini, Allahın qüsursuz sənətinin bu sistem içərisində necə daha da möcüzəvi hala gəldiyini düşünər.

Bir uğuruna görə mükafat alan insan beyninin içindəki mükafatı alır və beyninin içində əmələ gələn insan görüntüləri tərəfindən alqışlanır.

BU HƏQİQƏT DÜNYAYA HƏVƏSLƏ BAĞLANANLARI QORXUDUR

Gördüyü işə görə mükafat alan insan beynindəki mükafatı alır. Mükafatını alarkən onu alqışlayaraq təbrik edən insanlar əslində beynində əmələ gələn insan görüntüləridir.

İnsan beynindəki kiçik ekranda əmələ gələn bu mükafatlandırma mərasimini seyr edərkən salondakı insanların, mükafatın və salonun əsli ilə beynindən kənarda təmasda ola bilməz. Çünki beynindən kənara çıxa bilməz. Bu, həmin insanın ona verilən mükafatı videokassetdən seyr etməsinə bənzəyir.

Elə insanların bu həqiqətdən böyük dəhşətlə qaçmalarının səbəbi budur. Dünya həyatına həvəslə bağlananlar mövqe və vəzifələrinin, qazandıqları mükafatların, bank hesablarının, yaxtalarının, istiqrazlarının, onları tərifləyən, bəyənən insanların hər birinin beyinlərindəki bir görüntü olduğunu anladıqda dəhşətli qorxuya düşürlər. Bu şəkildə əldə etdikləri etibar, şöhrət və malların həvəslə bağlanmağa dəyməyəcəyini anlayır, təkəbbür göstərərək yenə də bu həqiqətdən qaçırlar. Ancaq həqiqətdən nə qədər qaçsalar da, yenə də bütün həyatlarını beyinlərinin içində keçirdikləri həqiqətini dəyişdirə bilməzlər.

SIXINTI VƏ ÇƏTİNLİKLƏR DƏ YUXUDA GÖRÜLƏN XƏYALLAR KİMİDİR

Bəzi insanlar sadəcə müəyyən şeylərin beyinlərində meydana gələn görüntülər olduğunu düşünərək bəzi hadisələrdə bu həqiqəti unudurlar. Əslində isə baş verən hadisənin nə olduğundan asılı olmayaraq, insan həyatının hər anında beynindəki xəyali görüntüləri yaşayır. Məsələn, iflasa uğrayan iş adamı əslində beynindəki iş yeri görüntüsündə, beynində əmələ gələn insan görüntüləri ilə təmasda olur. Ticarətini etdiyi əşyanın, bu əşyanın əvəzində aldığı pulun hamısı zehnində yaranan hisslərdir. Bu insan bütün pulunu itirdikdə əslində pulun görüntüsünü itirir. İş yeri və bütün əşyaları müsadirə edilən insan beynində əmələ gələn əşya və iş yeri görüntülərini itirmişdir. Avtomobili oğurlanan insan da yenə zehnində seyr etdiyi avtomobilin xəyalını itirmişdir. Həyatı boyu bir an belə təmasda olmadığı, amma buna baxmayaraq, sahib olduğu görüntünü artıq görə bilmir.

İnsanların həyatları boyu yaşadıqları bütün çətinliklərin və sıxıntıların səbəbi olan hadisələr də əslində beyinlərinin içində meydana gəlir. Bu həqiqəti bilən bir insan qarşılaşdığı hər hadisəyə gözəl bir səbirlə səbir göstərir. Allahın hər şeyi xeyirlə yaratdığını bilir və təvəkküllü olur.

Sadəcə bunlar da deyil, həyatı boyu yaşadığı bütün çətinliklər insanın beynində əmələ gəlir. Məsələn, daxili çaxnaşmanın hakim olduğu ölkədə hər an ölüm təhlükəsi altında yaşayan, düşmən əsgərlərinin hücumları ilə hər an qarşı-qarşıya gələn insan əslində beynində əmələ gələn düşmən əsgərlərinin görüntüsü ilə qarşı-qarşıyadır. Hücum zamanı yara alan, qolunu itirən insan da beynindəki qol görüntüsünü itirir, bütün ağrı hissi beynində hiss kimi əmələ gəlir. Düşmənlərinin hədə-qorxuları, kinli və təcavüzkar sözləri də beynində əmələ gələn səslərdən ibarətdir.

Beləliklə, çətinliklər, sıxıntılar, qorxu meydana gətirən hadisələr də insanın beynində yaranan xəyallardır. Gördüyü görüntülərin həqiqi tərəfini bilən insan içinə düşdüyü çətinliyə görə sıxıntı keçirməz, bunlara görə şikayətlənməz. Ən təcavüzkar və təhlükəli düşmənin qarşısında belə beynindəki xəyallarla qarşı-qarşıya olduğunu bilərək qorxu və ümidsizliyə qapılmaz. Hər birinin Allahın yaratdığı görüntülər olduğunu və Allahın bunları hikmətlə yaratdığını bilər. Nə ilə qarşılaşsa da, Rəbbimizə olan təslimiyyət və etibarın verdiyi rahatlıq içində olar. Belə ki, Allah bir çox ayəsində inananlar üçün qorxu və kədər olmayacağını bildirmişdir:

Şübhəsiz: “Rəbbimiz Allahdır!” - deyənlərin, sonra da möhkəm duranların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər! (Əhqaf surəsi, 13)

Həyatı boyu gördüyü bütün hadisələrin, eşitdiyi bütün səslərin Allahın beynində yaratdığı görüntülərilə təmasda olduğunu bilən insan qorxmaq, boş yerə sıxılıb kədərlənmək, təşvişə düşmək yerinə bu görüntülərin və özünün Yaradanı olan, sonsuz mərhəmət və şəfqət sahibi olan Allaha təvəkkül edər.

MADDƏNİN ƏSLİ GİZLƏDİLMƏDİKDƏ YARANACAQ MÜHİT

Maddənin əsli ilə təmasda olmadıqlarını, yalnız Allahın onlara seyr etdirdiyi görüntülərlə sıx təmasda olduqlarını bilən insanların bütün həyatları, həyata baxışları və mühakimə meyarları da dəyişəcək. Bu, həm şəxsi, həm də ictimai mənada faydalı dəyişiklik olacaq. Çünki bu həqiqəti görən insan Allahın Quranda bildirdiyi üstün mömin əxlaqını asanlıqla yaşayacaq.

Dünyaya əhəmiyyət verməyən, maddənin xəyal olduğunu anlayan insanlar mənəviyyata əhəmiyyət verəcəklər. Allahın hər an onu eşitdiyini və gördüyünü bilən, etdiyi hər hərəkətə görə axirətdə hesab verəcəyini dərk edən şəxs, təbii ki, gözəl əxlaqlı olacaq, Allahın əmr və qadağalarına əməl edəcək. Beləliklə, cəmiyyətdə hər kəs bir-birinə qarşı sevgi və hörmətlə yanaşacaq, yaxşı və gözəl davranmaqda hər kəs bir-birilə yarışacaq. İnsanlar arasındakı mühakimə meyarları dəyişəcək, maddə dəyərini itirəcək və beləliklə, insanlar arasında üstünlük mövqe və vəzifəyə görə deyil, əxlaq və təqvaya görə olacaq. Heç kim xəyalın arxasınca qaçmayacaq, hər kəs həqiqətin arxasınca gedəcək. İnsanlar “kim nə fikirləşər?” -təfəkkürü ilə deyil, “Allah nə etsəm məndən razı qalar?” -düşüncəsilə hərəkət edəcəklər. Mal, mülk, mövqe və vəzifədən qaynaqlanan qürur, lovğalıq, təkəbbür hisslərinin yerini təvazö və acizliyini çox yaxşı anlama hissi alacaq. Ona görə, insanlar Quranda bəhs edilən bütün gözəl əxlaq nümunələrini sevərək və istəyərək yaşayacaqlar. Sadalanan bu dəyişikliklər isə dövrümüzdəki cəmiyyətlərin bir çox problemini, təbii ki, aradan qaldıracaq.

Kiçik mənfəətlər üçün belə qəzəblənən, təcavüzkar olan insanların yerini hər gördüyünün xəyalı ilə təmasda olduğunu bilən, buna görə əsəb, hirs, bağırmaq kimi münasibətlərin onu alçaldacağını bilən insanlar alacaq. Beləliklə, insanlar və cəmiyyətlərə rahatlıq və etibar hakim olacaq, hər kəs həyatından və sahib olduqlarından razı qalacaq. Elə insanlardan gizlədilən bu həqiqətin insanlara və cəmiyyətlərə qazandıracağı nemətlərin bir qismi bunlardır. Bu həqiqətin bilinməsi, düşünülməsi və yaşanılması ilə birlikdə insanlar daha bir çox gözəlliklərə qovuşacaqlar. Bu gözəlliklərə qovuşmaq istəyən şəxslər bu böyük həqiqəti yaxşı düşünməli və anlamağa çalışmalıdırlar. Allah bir ayəsində belə bildirir:

Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim (onları) görsə, öz lehinə, kim görməsə, öz əleyhinədir... (Ənam surəsi, 104)

MADDƏNİN ƏSLİNİN DƏRK EDİLMƏSİ MATERİALİZMİN SONUDUR

Həyatımız boyu maddənin əsli ilə təmasda olmadığımız həqiqətindən ən çox qorxu və təşvişə düşənlər, əlbəttə, materialist fəlsəfəyə bağlananlardır. Bunun səbəbini daha yaxşı görmək üçün materializmin ümumi təsvirinə baxmaq kifayətdir. Materialistlərin öz mənbələrində materializmin azğın fəlsəfəsi belə təsvir edilir:

Materializm dünyanın əzəli və əbədiliyini (əvvəli və sonu olmadığını), Tanrı tərəfindən yaradılmadığnı və zaman və məkanda sonsuzluğunu qəbul edir. Materialist Fəlsəfə Lüğəti, İstanbul: İctimai Nəşrlər, 4. Nəşr, s. 326

Meydan Larousse Ensiklopediyasının 8-ci cildində isə materialist fəlsəfə belə təsvir edilir:

Materializm “maddə”dən başqa hər hansı bir cövhərin varlığını qəbul etməyən təlimdir. Bütün həqiqətlərin cövhərini və əsasını ruhun meydana gətirdiyini söyləyən “ruhçuluğun” əksidir...



Həyatı boyu tərəfdarlarına maddənin mütləq həqiqi olduğunu izah edən Lenin, coşğulu çıxışlarını əslində beynində əmələ gələn insan görüntülərinə edirdi. Qüvvət aldığı tərəfdarları isə yenə beynində əmələ gələn görüntülər idi.

Bu qısa təsvirlərdən də göründüyü kimi, materialist fəlsəfə maddəni tək mütləq varlıq kimi qəbul edir və maddədən başqa heç bir varlığı və ya məfhumu qəbul etmir. Məsələn, materialist fəlsəfə ruhun varlığını qəbul etmir, insan şüurunu beynin fəaliyyətlərinin məhsulu kimi görür (materialistlərin bu iddialarının əsassızlığına “materializmin düşdükləri ən böyük çıxılmaz vəziyyətlərdən biri: insan şüuru” başlıqlı bölmədə yer verilmişdir). Bu kitab boyu izah edilənlərin ən vacib və tarixi cəhəti isə materialist fəlsəfəni tamamilə əsassız etməsidir. Çünki bu gün artıq açıq şəkildə bilinir ki, maddə dediyimiz şeylərin sadəcə zehnimizdəki hallarını bilirik və zehnimizdən kənarda maddənin necə olduğunu göstərməyimiz mümkün deyil. Çünki zehnimizdən kənara çıxıb maddə dediyimiz şeyin əsli ilə təmasda olmağımız mümkün deyil. İki cümlə ilə təsvir edilən bu həqiqəti qəbul etdikdən sonra artıq ortada nə maddə, nə materializm qalır. Xarici aləmdəki maddi varlıqlarla heç vaxt təmasda ola bilməyəcəyimizə görə, heç vaxt görməyəcəyimiz maddələr haqqında fəlsəfə yürütməyin, onlar haqqında fikir söyləməyin məntiqsizliyi və lüzumsuzluğu da açıq şəkildə ortadadır.

Elə materialist fəlsəfə tərəfdarlarının maddənin ardındakı bu vacib sirrin açıqlanmasından narahat olmalarının, bu sirrin çox açıq olmasına baxmayaraq, onu anlamaq istəməmələrinin əsas səbəbi bu mövzunun fəlsəfələrinin sonunu gətirdiyini anlamalarıdır. Tarix boyu bütün materialistlər maddənin əslinin açıqlanmasından, hətta materializm tərəfdarlarının bu həqiqəti izah edən kitabları oxumalarından çox narahat olmuşlar və bunu dilə gətirmişlər. Rusiyadakı qanlı kommunist inqilabının liderlərindən biri olan Vladimir İ. Lenin təxminən bir əsr əvvəl yazdığı “Materializm və empiriokritisizm” adlı kitabında tərəfdarlarını bu həqiqətə qarşı belə xəbərdar edir:

Duyğularımızla qavradığımız maddi həqiqəti bir dəfə inkar etdinsə, şübhəçiliyə (agnostisizm) və fərdiliyə (subyektivizmə) meyl edəcəyin üçün fideizmə (dini inanca) qarşı istifadə edəcəyin bütün silahları itirərsən; bu da fideizmin istədiyi şeydir. Barmağını verdinsə, əvvəlcə qolun, sonra bütün mənliyin gedər. Duyğuları maddi dünyanın görüntüsü kimi deyil, xüsusi bir komponent kimi qəbul etdikdə, başqa sözlə, materializmə güzəştə getdikdə, mənliyini fideizmə verərsən. Sonra duyğular heç kimin duyğularına çevrilər, zəka heç kimin zəkası, ruh heç kimin ruhu, iradə heç kimin iradəsi olar. (V.I. Lenin, Materialism and Empirio-criticism, Progress Publishers, Moskova 1970, s. 334-33



Lenin, Mao və Stalin kimi kommunist liderlərin ardınca gedənlər, onları güclü öndərlər olaraq görənlər, çıxışlarını böyük bir diqqət və coşğu ilə seyr edənlər, bu insanların özlərinə aid gücləri olan varlıqlar olduğunu zənn edirlər. Halbuki, hər biri beyinlərində əmələ gələn xəyali varlıqlardır.

Bu sətirlər Leninin böyük qorxuyla anladığı və həm öz başından, həm də “tərəfdaş”larının beyinlərindən silmək istədiyi həqiqətin materialistləri nə qədər narahat etdiyini göstərir. Ancaq dövrümüzün materialistləri Lenindən də narahatdırlar. Çünki bu həqiqət bundan 100 il əvvələ nisbətən daha aydın, qəti və güclü şəkildə ortaya qoyulmuşdur.

Keçmişdə hər hansı bir fəlsəfə və ya ideologiya kimi düşünülən bu mövzu bütün dünya tarixində ilk dəfə bu qədər qarşısı alınmaz şəkildə və elmi tapıntılara əsaslanaraq izah edilir. Məşhur yazıçı Lincoln Barnett bu mövzunun təkcə “sezilməsinin” belə materialist elm adamlarını qorxu və həyəcana saldığını belə bildirir:

Filosoflar bütün maddi həqiqətləri hisslərdən ibarət kölgə dünya formasına salarkən elm adamları insan hisslərinin hüdudlarını qorxu və həyəcan ilə sezdilər Lincoln Barnett, Kainat və Eynşteyn, Varlıq Nəşrləri, 1980, s. 17-18

Ölkəmizdə və bütün dünyada bu mövzu ilə qarşılaşan hər materialistdə bu “qorxu və həyəcan” çox güclü şəkildə üzə çıxır. Məsələn, ölkəmizdə fəlsəfələrinin “əsası” olan təkamül nəzəriyyəsinin elmi cəhətdən çökdürülməsi ilə onsuz da ciddi sarsıntı keçirən materialistlər indi də darvinizmdən daha vacib əsaslarını, məhz maddənin özünü itirdiklərini anlamağa başlayıblar. Buna görə, mövzunun əhəmiyyətinə diqqət çəkərək bu mövzunun öz fikirlərinə görə, “ən böyük təhlükə” olduğundan, öz “mədəni ünsürlərini tamamilə sarsıtdığından” bəhs edirlər.

Əslində bu, Allahın Quranda inananlara bildirdiyi vədinin təcəllisidir. Haqqın ortaya çıxdığı yerdə batil olan fikirlər yox olmağa məhkumdur.

De: “Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur! (İsra surəsi, 81)

Xeyr, Biz batili haqla rədd edərik və o da onu yox edər. (Bir də baxıb görərsiniz ki) o yox olub getmişdir. (Batil sözlərlə Allaha) isnad etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)

Materializm bəşəriyyət tarixi boyu mövcud olmuş və bu fəlsəfəni müdafiə edənlər maddəni özləri üçün “dəlil” qəbul edərək onları yoxdan var edən, heç ikən onlara can verən, içində yaşaya biləcəkləri kainat yaradan Allaha qarşı çıxmışlar. “Maddə varsa, Allah bu maddənin harasında ola bilər?” kimi səthi və cahil məntiqlərlə Allahın varlığını inkar edən və insanların da inkar etmələri üçün səy göstərən bu şəxslər dövrümüzdə ən böyük ideologiyaların məhv olduğuna şahid olurlar. Çünki burada bəhs edilən həqiqət fəlsəfələrini kökündən məhv edir, bu barədə mübahisəyə belə imkan vermir. Bütün düşüncələrini, həyatlarını, təkəbbürlərini və inkarlarını üzərində əsaslandırdıqları maddə əllərindən bir anda uçub getmişdir.

Materialistlər tarix boyu bir-birlərinə inkarı və inkar metodlarını miras qoymuşlar. Leninin yuxarıdakı sözlərindən bu gün bir çox materialist istifadə edir və tərəfdarlarına bu həqiqəti dinləməmələrini, oxumamalarını tövsiyə edirlər. Ancaq elmin maddənin mahiyyəti ilə bağlı bu həqiqəti açıq şəkildə üzə çıxartması və internet kimi texnoloji imkanlarla bütün dünyaya məlumatın çatdırılmasının son dərəcə asan və sürətli olması onların bu səylərini boşa çıxarır. Çünki insanlar böyük sürətlə bu həqiqəti oxuyur, öyrənir və qavrayırlar. Yaxın keçmişə qədər materializmi ən əsaslı dünyagörüşü kimi qəbul edənlər bu gün böyük heyrət və təəccüblə dünya həyatının və maddənin gerçək yönünü öyrənirlər. Elə bu, Allahın inkar edənlərə qurduğu möhtəşəm tələdir. İnkar edənlər necə tarix boyu sadəcə Allahı inkar etmək üçün təhrifedici şəkildə maddəni tanrı qəbul edərək öz geri qalmış ağılları ilə dinə qarşı tələ qurduqlarını hesab etdilərsə, Allah qarşılığında onların saxta tanrılarını əllərindən alacaq mühit yaratmış və onları öz tələlərinə salmışdır. Allah tarix boyu inkar edənlərin tələlərinə verdiyi bu qarşılığı belə bildirir:

... sənə qarşı hiylə qururdular. Allah da tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır! (Ənfal surəsi, 30)

Allah insanlara maddənin əsli ilə təmasda olduqları hissini verərək materialistləri tələyə salmış və onları tarixdə tayı-bərabəri görünməmiş şəkildə alçaltmışdır. Mallarını, mülklərini, mövqelərini, yaşadıqları cəmiyyəti, bütün dünyanı və əslində xəyaldan ibarət olan hər şeyi mütləq varlıq hesab etmişlər, üstəlik bunlara güvənərək Allaha qarşı təkəbbür göstərmişlər. Öz ağıllarına görə təkəbbürlənərək Allaha üsyan etmiş və inkar etməkdə daha da irəli getmişlər. Bunları edərkən də güc aldıqları tək şey maddə olmuşdur. Amma elə bir anlayış çatışmazlığı içinə düşmüşlər ki, Allahın onları hər tərəfdən əhatə etdiyini heç düşünməmişlər. Allah inkar edənlərin anlayışsızlıqları nəticəsində düşəcəkləri vəziyyəti Quranda belə xəbər vermişdir:

Yoxsa bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər! (Tur surəsi, 42)


Materialistlər tarixin ən böyük məğlubiyyətinə addım-addım yaxınlaşarkən bunun fərqində belə olmamışlar. Məsələn, bütün görüntülərin beyində qavranıldığını kəşf edərkən bunun öz inanclarını kökündən sarsıdacağını nəzərə almamışlar. Materialist alim apardığı tədqiqatlar nəticəsində bütün gördüyü şeylərin əslində hesab etdiyi kimi olmadığını, əksinə, beynində meydana gələn görüntülərlə təmasda olduğunu sübut edərək materialist inancına öz əlləri ilə zərbə vurmuşdur. Allah inkar edənlərin öz qurduqları tələyə şüursuzluqla düşdüyünü bir ayədə belə bildirir:

Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, onlar orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin fərqinə varmazlar. (Ənam surəsi, 123)

Şübhəsiz, bu həqiqəti anlamaq materialistlər üçün çox dəhşətli hadisədir. Çünki sahib olduqları hər şeyin sadəcə xəyali görüntüləri ilə təmasda olmaları onlar üçün hələ dünyada ikən “ölmədən ölüm” hökmüdür.

Bu həqiqətlərlə birlikdə bir Allah, bir də özləri qalmışdır. Belə ki, Allah “Məni Öz yaratdığım kimsə ilə tək burax!” (Müddəssir surəsi, 11) ayəsi ilə hər insanın Onun qatında əslində tamamilə tək-tənha olması həqiqətinə diqqət çəkmişdir. Bu qeyri-adi həqiqət daha bir çox ayədə xəbər verilmişdir:

Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz... (Ənam surəsi, 94)

Onların hamısı qiyamət günü Onun hüzuruna gələcək. (Məryəm surəsi, 95)

Allah başqa bir ayəsində isə axirət günüdə inkar edənlərə belə müraciət edəcəyini bildirir:

O gün onların hamısını toplayacaq, sonra şərik qoşanlara deyəcəyik: “İddia etdiyiniz şərikləriniz haradadır?! (Ənam surəsi, 22)

Bunun ardınca inkar edənlər dünyada var olduğunu zənn edərək Allaha şirk qoşduqları mallarının, övladlarının, ətraflarının özlərindən uzaqlaşdığına və tamamilə yox olduğuna şahid olacaqlar. Allah bu həqiqəti də “gör onlar özlərinə qarşı necə yalan dedilər. Özlərindən uydurub düzəltdikləri bütlər də onlardan qeyb oldular!” (Ənam surəsi, 24) ayəsi ilə xəbər vermişdir.

XXI əsr bu həqiqətin bütün insanlar arasında yayılacağı, materializmin isə yer üzündən silinəcəyi tarixi dönüş nöqtəsidir. Bu həqiqəti görə bilən insanların keçmişdə nəyə inandıqları, nəyi nə üçün müdafiə etdikləri vacib deyil. Vacib odur ki, həqiqəti gördükdən sonra buna qarşı çıxmamaq, ölümlə birlikdə onsuz da açıq-aydın başa düşüləcək bu həqiqəti gec olmadan anlamaqdır. Unutmaq olmaz ki, həqiqətlərdən qaçmaq olmaz.

MATERİALİSTLƏRİN ƏN BÖYÜK QORXUSU

Bu an əlinizə götürdüyünüz bir kitabı tutan, kitabın kənarlarını və qalınlığını hiss edən əliniz deyil. Kitabı tutma hissi sinir xəbərdarlıqları vasitəsilə beyindəki toxunma mərkəzində əmələ gələn bir hissdir.

Bu toxunma hissini qəbul edən şüur, beyindəki yağlar və sinirlər ola bilməz. Bəs insanın beynində əli və barmaqları olmadan kitabı tutduğunu hiss edən varlıq kimdir?

Məhz bu maddədən də üstün varlıq insanın ruhudur. Allah çox böyük bir möcüzə olaraq insan ruhuna, heç bir üzvü olmadığı halda bütün hissləri qəbul etdirir. Məsələn ruh, barmaqları olmadığı halda kitaba, pambığa, daşa və ya bir heyvanın tüklərinə toxunduğunu hiss edə bilir. Materialistlərə böyük qorxu verən həqiqət budur. Bütün həyatlarının maddəyə bağlı olaraq keçdiyini zənn edən materialistlər, həyatları boyu maddənin əslinə bir dəfə belə toxuna bilmədiklərini, onu görə bilmədiklərini, beyinlərinin xaricinə qətiyyən çıxa bilmədiklərini düşündükcə, böyük bir çətinlik içində olduqlarını anlayarlar. Buna görə bu qeyri-adi vacib möcüzəni insanların gözlərindən uzaq tutmaq üçün var gücləriylə çalışırlar.

Ancaq Allah, 21-ci əsrdə insanların hər an yaşadıqları bu vacib həqiqəti qavramaları üçün lazım olan mühiti yaradıb və elmi tərəqqinin dəstəyi ilə də bunun başa düşülməsini təmin etmişdir.