KVANT FİZİKASI VƏ XARİCİ DÜNYA

İlk dəfə 1900-cü ildə Maks Plank tərəfindən ortaya atılan və daha sonra detalları kəşf edilən kvant mexanikasına görə, işıq və atomaltı hissəciklər, müşahidə edilənin xaricində fərqli bir hərəkət şəklinə sahibdirlər. Buna görə atomaltı hissəciklər, eynilə işıq kimi, müşahidə edildiklərində hissəcik kimi görünür, lakin müşahidə edilmədiklərində dalğa xüsusiyyətində olurlar. Buna görə də fərqli yerlərdə olan və klassik hissəcik hərəkətlərindən fərqli dalğa şəklində yayıla bilirlər. Bu kəşf materialistlərin "mütləq şəkildə var olan maddə" iddialarının əsassız olduğunu sübut edir, maddəni əmələ gətirən ən kiçik hissələrin maddədən fərqli xassəyə sahib olduqlarını ortaya qoyur. Maks Plank Fizika İnstitutundan prof. Hans-Peter Dürr bu vəziyyəti bu sözlərlə açıqlayır: Maddə hər nədirsə, maddədən yaranmamışdır. (Whatever matter is, it is not made of matter.) (Peter Russell, The Primacy of Consciousness )

1920-ci illərdə məşhur fiziklər Kvant Mexanikasının Kopenhagen İzahı adlandırılan ortaq bir qərar verdilər. Buna görə xaricdəki dünya ilə bağlı məlumatlarımız yalnız təxminlərdən ibarət olur, maddənin xaricdəki əslini tam mənasıyla əks etdirmirdi. Buna görə, biz hisslərimiz yoluyla xarici dünyaya aid bir məlumata sahib olurduq, lakin xaricdəki əsl həqiqətin bizim məlumatımızı təmsil edib etmədiyi mövzusu ilə bağlı heç bir iddia edə bilməzdik. Xarici dünya bizim hisslərimizdən fərqli ola bilərdi, çünki biz xarici dünya ilə heç bir zaman təmasda ola bilmirdik.

Oregon Universiteti Nəzəri Elmlər İnstitutu fizika professoru Amit Goswami, bu həqiqəti bu şəkildə təyin edir:

Məsələn, biz Aya baxdıqda, onun klassik hesablanmış orbitində olmasını gözlədiyimiz yerdə taparıq. Təbii olaraq, biz ona baxmasaq belə, zaman-məkan anlayışı içində Ayın mütləq orada olduğunu zehnimizdə canlandırırıq. Kvant mexanikası isə buna yox deyir. Biz Aya baxmadıqda, nə qədər çox kiçik miqdarda da olsa, Ayın dalğaları yayılır. Biz ona baxdıqda, dalğa dərhal sönür və dalğa artıq zaman məkan anlayışı içində olmaz. İdealist bir metafizika fərziyyəsini ifadə etmək daha aydın olacaq: Əgər ona baxan şüurlu bir insan yoxdursa, zaman məkan anlayışı içində heç bir obyekt yoxdur. (Amit Goswami, The Self-Aware Universe "How Consciousness Creates the Material World", Tarcher / Penguin Books, 1995, s. 59-60)

ENERJİ ŞƏKLİ; İŞIQ

Maks Plankın fərziyyəsinə görə işıq, həm dalğa, həm də zərrəcik xassəsinə malikdir. Plankdan sonra saysız-hesabsız təcrübə və müşahidə bu həqiqəti qəti olaraq sübut etmişdir. Bu vəziyyətdə işıq üçün bu deyilə bilər: İşıq, dalğa şəklində hərəkət edən enerjidir. Bu təsvirin daha yaxşı başa düşülməsi üçün başqa bir dalğa növünü, suda meydana gələn dalğaları nümunə verə bilərik. Su dalğaları sudan meydana gəlməzlər. Dalğa, suda hərəkət edən enerjidən meydana gəlir. Əgər bir hovuzun bir ucundan digər ucuna dalğa hərəkət etsə, bu hovuzun sağ tərəfindəki suyun hovuzun sol tərəfinə keçməsi demək deyil. Su olduğu yerdə qalmışdır. Hərəkət edən şey dalğadır, yəni enerjidir. Hamam ləyəni su ilə doluykən əlinizi suyun içində hərəkət etdirdikdə dalğa meydana gətirərsiniz, çünki suya enerji verərsiniz. Enerji, suda dalğa şəklində hərəkət edər. İşıq, dalğa şəklində hərəkət edən enerjidir. İşıq dalğaları, su dalğalarına bənzəyirlər. Ancaq buradakı enerjinin sudakı enerjinin əksinə olaraq, hərəkət etmək üçün bir vasitəyə ehtiyacı olmur. Boşluq içində hərəkət edir. İşıq enerjisi, heç bir maddənin olmadığı yerdə tapıla bilir.


İşıq, dalğa şəklində hərəkət edən enerjidir. İşıq dalğaları, su dalğalarına bənzəyirlər. Ancaq buradakı enerjinin sudakı enerjinin əksinə olaraq, hərəkət etmək üçün bir vasitəyə ehtiyacı olmur. Boşluq içində hərəkət edir. İşıq enerjisi, heç bir maddənin olmadığı yerdə tapıla bilir.

İşıq dalğaları su dalğalarından daha mürəkkəbdirlər və hərəkət etmək üçün vasitələrə ehtiyacı olmur. Boşluq içində də hərəkət edirlər. İşıq yalnız başlanğıc mərhələsində maddədən asılıdır. İşıq, bir dəfə yaradıldıqda, hər hansı bir maddi vasitəçi olmadan, müstəqil şəkildə hərəkət edə bilir. İşıq enerjisi, heç bir maddənin olmadığı yerdə tapıla bilir.- http://science.howstuffworks.com/light2.htm-Həm işıq, həm də istilik elektromaqnit şüaları olaraq bilinən enerjinin fərqli şəkilləridir. Elektromaqnit şüalarının bütün fərqli şəkilləri, kosmosda enerji dalğaları şəklində hərəkət edirlər. Bu, bir gölün üzərinə atılan daşların əmələ gətirdiyi dalğalara bənzədilə bilər. Necə ki, bir göldə fərqli dalğa uzunluqları olursa, elektromaqnit şüaların da fərqli dalğa uzunluqları olur.

Ancaq elektromaqnit şüalarının dalğa uzunluqları arasında çox böyük fərqlər var. Bəzi dalğa uzunluqları kilometrlərlə geniş ola bilər. Digər dalğa uzunluqları isə bir santimetrin trilyonda birindən daha kiçikdir. Elm adamları, bu fərqli dalğa uzunluqlarını siniflərə ayırırlar. Məsələn, santimetrin trilyonda biri qədər kiçik dalğa uzunluqlarına sahib olan şüalar, qamma şüaları olaraq qəbul edilir. Bunlar çox yüksək enerji daşıyırlar. Dalğa uzunluqları kilometrlərlə çox olan şüalara isə "radio dalğalar" adı verilir və bunlar çox zəif enerjiyə malikdir. Bu səbəblə qamma şüaları bizim üçün öldürücü ikən radio dalğalarının bizə heç bir təsiri olmaz.

Burada diqqət edilməsi lazım olan cəhət dalğa uzunluqlarının qeyri-adi dərəcədə geniş bir ərazidə yayılmış olmalarıdır. Ən qısa dalğa uzunluğu ən uzun dalğa uzunluğundan tam 1025 dəfə kiçikdir. 1025, 1 rəqəminin yanına 25 dənə sıfır əlavə olunmasıyla yaranan bir ədəddir. 10, 000, 000, 000, 000, 000, 000, 000, 000 şəklində yaza biləcəyimiz bu ədədin böyüklüyünü daha yaxşı qavramaq üçün bəzi müqayisələr aparmağımız yerinə düşər. Məsələn, Dünyanın dörd milyard illik ömrü boyu keçən saniyələrin cəmi, yalnız 1017-dir. Əgər 1025 rəqəmini saymaq istəsək, gecə gündüz heç dayanmadan saymağımız və bu işi Dünyanın yaşından 100 milyon dəfə uzun bir zaman ərzində davam etdirməyimiz lazımdır! Əgər 1025 kartı üst-üstə düzməyə çalışsaq, Samanyolu qalaktikasının xeyli xaricinə çıxmağımız və müşahidə edilə bilən kainatın təxminən yarısı qədər bir məsafə getməyimiz lazımdır.

Kainatdakı fərqli dalğa uzunluqları, məhz bu qədər geniş bir ərazidə yayılmışdır. Amma maraqlıdır ki, bizim Günəşimiz, bu geniş ərazinin çox dar bir aralığına sıxışdırılmışdır. Günəşdən yayılan fərqli dalğa uzunluqlarının 70%-i, 0.3 mikronla (bir mikron millimetrin mində biridir) 1.50 mikron arasındakı dar bir sərhədin içindədir. Bu aralıqda üç növ işıq vardır: Görülə bilən işıq, yaxın infraqırmızı şüalar və bir az daha yaxın bənövşəyi şüalar.

Bu üç növ işıq daha çoxmuş kimi görülə bilər. Amma əslində üçünün cəmi elektromaqnit sahəsinin içində tək bir yeri əhatə edir! Başqa bir ifadə ilə desək, Günəş işığının hamısı üst üstə düzdüyümüz 1025 kartın ancaq birini əhatə edir. Günəş şüalarının bu dar aralığa yerləşdirilməsinin vacib səbəbi isə Dünyadakı həyatın ancaq bu şüaların sayəsində mövcud olmasıdır.



Hopkins dağındakı altı pəncərəli nəhəng qamma şüası teleskopu.

İnsan gözünə, görüntü verə bilmək üçün xəbərdar edən şüa isə, yüksək tezlikli şüalar arasında olduqca dar bir zolağı, yəni bir *oktavadan da az bir sahəni əhatə edir. Belə ki, retinanı xəbərdar edən işıqların dalğa uzunluqları santimetrin milyonda 75-i ilə 39-u arasında dəyişir. Nevropsixoloji professoru Richard L. Gregoryaya görə, "bu tərəfdən baxıldıqda demək olar ki kor sayılırıq."- - Richard L. Gregory, Eye and Brain "the Psychology of Seeing", 5. baskı, Princeton Science Library, 5. baskı, 1997, s. 20



Məsələn, 48-ci oktava infraqırmızı şüalar, 49-cu oktava görünən işıq və 50-ci oktava isə ultrabənövşəyi işıqdır. İnfrason və ultrason titrəmələrindən radio dalğalarına və mikrodalğalara; infraqırmızı, görünən işıq, ultrabənövşəyi işıq, qamma şüaları, solar şüalara qədər hər işıq dalğası, elektromaqnit sahəsində fərqli oktavaları təmsil edirlər.

Bu həqiqəti nəzərə aldıqda, xaricdə hesab etdiyimiz işığın yalnız kiçik bir qismini gördüyümüzü anlıyırıq. Başqa bir ifadə ilə desək, retinamıza çatan işıq ilə olduqca kiçik bir tezliyin əmələ gətirdiyi görüntülərə sahib ola bilərik. Bunun xaricindəki tezliklərə aid dünya, bizim üçün naməlumdur.



Günəşdən bizə çatan işıq, infraqırmızı şüalar və bənövşəyi şüalar, elektromaqnit sahəsinin içində tək bir yeri əhatə edir. Yəni Günəşdən bizə çatan işıq üst üstə düzülən 1025 kartın sadəcə birinə bərabərdir. Dünyadakı həyatı dəstəkləyən yeganə şüalar, yalnız bu da, eynilə səslər kimi oktavalardan meydana gəlir. İşıq oktavası, işıq şüalarının tezlikləri ilə təyin olunur.

Bəs görəsən olduqca dar aralıqdakı tezlikləri görə bildiyimizi hesab etdiyimiz işıq həqiqətən də xarici dünyada bizim bildiyimiz şəkildədirmi?

İşığın əsas xüsusiyyəti onun maddələr üzərində təsiridir. Ümumiyyətlə, maddə sabitliyə malikdir. Bizim hər cür itələmə və cazibə qüvvələrimizə müqavimət göstərir. Biz hər hansı bir şeyi itələdikdə və ya özümüzə çəkdikdə, öz üzərimizdə itələmə və cazibə təsirlərini hiss edərik. Nyuton buna "təsir əks-təsir qanunu" adını vermişdir. İşıq da, maddə üzərində təsir və əks-təsir yaradır, amma işıq zərrəciklərinin sabit quruluşu yoxdur. İşığın, obyektlər üzərində təsir və əks təsir verdiyini görə bilərik (lazer işığının metalları kəsməsi və zərər görmüş retinanı təmir etməsi nümunələrində olduğu kimi), amma heç bir maddənin işığa təsir və əks-təsir verdiyini görə bilmərik. Fizikaçılar, işıq üzərində təsir və əks-təsir olmamasını, sabit kütlənin yoxluğu olaraq adlandırırlar. Sabit kütlə, bir yerdə olduğu kimi dayanan, yəni sabit bir varlığı olan kütlədir. İşıq üçün isə sabitlik qeyri-mümkündür. O hər zaman hərəkət halındadır. Bu səbəbdən işıq, kütləsi olmayan və bu səbəblə "maddə" xüsusiyyəti göstərməyən bir enerji halıdır. Fred Alan Wolf, bu vəziyyəti bu şəkildə açıqlamışdır:

Biz işığı gördükdə, əslində heç bir halda işığı görmürük. Bizim gördüyümüz işığın maddə üzərindəki təsir və əks-təsirinin bizim duyğu orqanlarımız üzərində göstərdiyi təsirin nəticələridir. Biz maddəni hərəkət edərkən görürük. İşıq, həqiqətən də bu dünyanın xaricində bir şeydir...

XARİCDƏKİ İŞIQ ƏSLİNDƏ HARADADIR?

İşıq, bizə xarici dünyanı göstərən, xaricdəki görüntünün əmələ gəlməsinə səbəb olan şeydirmi? Çölə çıxdıqda ətrafınızdakı bütün maddi varlıqların mövcud olmasına, amma qapqaranlıq bir otaqda maddənin bizim üçün tamamilə yox olmasına səbəb olan şey işıqdırmı? Əgər işıq olmasa, ətrafımızdakı dünya bizim üçün tamamilə yox olacaq?

Bizim hiss etdiyimiz xarici dünyanın yalnız görünən işıq vasitəsiylə mövcud olması iddiası yalnız bizim zənnimizdir. Əslində xarici dünyada işıq yoxdur, zülmət qaranlıq hakimdir. Nə lampalar, nə avtomobil işıqları, nə də Günəş əslində bizim bildiyimiz mənada bir işıq saçmaz. İşıq, insanların beyinlərində yalnız hiss olaraq əmələ gəlir və yaşadıqları dünyanı işıqlandırır.


Rentgen şüalarından faydalanılaraq rentgen avadanlıqları istehsal edilmişdir. Bunlar, radio dalğalarının əmələ gətirdiyi təsiri, görülə bilən işığa çevirirlər.

Bunun texniki açıqlaması budur: Günəş və digər işıq qaynaqları, fərqli dalğa uzunluqlarında elektromaqnit hissəciklər (fotonlar) yayırlar. Bu hissəciklər, strukturlarının bildirdiyi kimi kainata yayılır. Məsələn, bir çox radioaktiv hissəcik bədənimizin içindən keçib gedir. Onları ancaq qurğuşun lövhələr dayandıra bilər. Bu hissəciklərin bəziləri o cür ağır və o qədər böyük miqdarda enerji ilə yüklüdürlər ki, çox vaxt toqquşduqları molekulu parçalayaraq yollarını dəyişmədən davam edirlər. Bu, radiasiyanın xərçəngə gətirib çıxarmasının səbəbi budur. Daha zəif radiasiya növü olan rentgen şüalarından faydalanılaraq rentgen avadanlıqları istehsal edilmişdir. Bu avadanlıqların etdiyi iş radio dalğalarının əmələ gətirdiyi təsiri "görülə bilən işığa" çevirmək, yəni gözlərimiz tərəfindən görülə bilən hala gətirməkdir. Yəni işıq, göz tərəfindən qəbul edildiyi və beyin tərəfindən şərh olunduğu müddətcə vardır.

Xaricdə isə bildiyimiz kimi bir işığın varlığı ve aydınlıq yoxdur. Radio dalğaları, hissəcikləri buraxmadıqları üçün toqquşma anında insana zərər verməzlər. Bu dalğalar heç bir duyğu orqanımız tərəfindən hiss edilə bilməz, ancaq evlərimizdəki radiolar bunları qulaqlarımız tərəfindən eşidilə bilən səs dalğalarına çevirirlər. Radioda yayım yoxkən eşidilən xışıltı, əslində Günəş və bütün ulduzlar tərəfindən kainatın başlanğıcından indiyə qədər yayılan kosmik fond radiasiyasının "səsidir". Burada "səs" sözü ilə nəzərdə tutulan, bu dalğaların radiolarımız tərəfindən işlənərək qulaqlarımız tərəfindən eşidilə bilən hala gətirilməsi və bunun ardınca beynimizdə əmələ gətirdikləri hissdir. Yəni, əslində bizim üçün mövcud olmayan, fiziki mənada da maddi varlığı olmayan dalğalar, radio tərəfindən qulağın eşitdiyi və beynin şərh etdiyi bir şəklə çevrilirlər.

Bu vəziyyət televiziya üçün də eynidir. Bizim üçün əslində görünməyən müxtəlif işıq dalğaları, televiziya tərəfindən şərh olunaraq, bizim qavraya biiləcəyimiz şəklə çevrilir.



Tezliklər səbəbi ilə daha çox enerji ilə yüklü olan bənövşəyi şüalar dəriyə nüfuz edə bilir və bəzən genetik şifrədə pozulmalara səbəb ola bilir .

"İşıq" dediyimiz hissə qaynaqlıq edən fotonlar isə daha yüngül hissəciklərdir və çoxsu ilk toqquşduqları atomdan keçirlər. Bunu edərkən toqquşduqları yerə çox zərər də verməzlər. Tezlikləri, yəni titrəmə sürətləri səbəbiylə daha çox enerji ilə yüklü olan bənövşəyi (ultrabənövşəyi) şüalar, dərimizə nüfuz edə bilir və bəzən genetik şifrəmizdə pozulmalara səbəb ola bilir. Müəyyən saatlarda günəş işığına çox məruz qalmanın xərçəngə səbəb ola bilməsi bundandır.

Tezliklərinə görə infraqırmızı (enfraruj) adlandırılan fotonlar isə toqquşduqları səthdə enerjilərinin bir qismini buraxırlar və buradakı atomların titrəmə sürətini, yəni istiliyini artırırlar. Bu xüsusiyyətləriylə infraqırmızı şüalar, istilik şüaları da adlandırılır. Közərmiş hala gələn bir kömür sobası və ya bir elektrik sobası bol miqdarda infraqırmızı şüalar yayır. Bu şüalar dərimiz tərəfindən istilik hissi kimi qəbul olunur. Əslində xaricdə "istilik" deyə bir şey də yoxdur. İstilik dediyimiz şey, işıq dalğalarının meydana gətirdikləri enerjidən ibarətdir. İstiliyi qəbul edənin, hiss edənin varlığı olmadan, "isti" deyə bir şeyin varlığını iddia etmək qeyri-mümkündür.


Xaricdə varlığını zənn etdiyimiz canlı və işıqlı dünya, bizdə hiss olaraq meydana gələn bir xəyaldır əslində. Günəşli bir gündə seyr etdiyimiz dəniz mənzərəsi, yalnız beynimizə çatdırılan elektrik siqnallarının əmələ gətirdiyi bir görüntüdür. Bu görüntünün xaricdəki əslinə heç bir zaman çata bilmərik.

Fotonların bir qismi də vardır ki, tezlikləri bənövşəyi və infraqırmızı şüaların arasında qalmışdır. Bunlar gözümüzün arxasındakı retina təbəqəsinə düşdükdə buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilirlər. Biz də əslində fiziki bir hissəcik olan fotonları "işıq" hesab edirik. Əgər gözümüzdəki hüceyrələr fotonları "istilik hissəcikləri" hesab etsəydilər, o zaman bizim üçün işıq, rəng və qaranlıq adlandırdığımız anlayışlar heç bir zaman olmayacaq, cisimlərə baxdıqda onların yalnız "isti" və ya "soyuq" olduqlarını hiss edəcəkdik. Başqa bir ifadə ilə desək, xaricdəki dünyanın varlığı, bizim duyğu orqanlarımızın onu qəbul etmə halına bağlıdır. Xaricdə istilik və işıq yoxdur. Ətrafımız, müxtəlif tezliklərdə və dalğa halında gəzib dolaşan hissəciklərə çevrilmişdir. Bunları bizim üçün "görülən və hiss edilən hala gətirən şey", yalnız beynimizdəki hiss mərkəzləridir.

Gözümüzün retina təbəqəsinə düşən fotonlar, buradakı hiss hüceyrələri tərəfindən elektrik cərəyanına çevrilirlər. Bu elektrik cərəyanı sinirlər tərəfindən beyindəki görmə mərkəzinə daşınır. Beyindəki görmə mərkəzi bu elektrik cərəyanlarını şərh edərək bir görüntü əmələ gətirir. Fizika kitablarında işığın bu xüsusiyyəti belə ifadə edilir:

İşıq sözü fiziki və ya obyektiv bir mənada, elektromaqnit dalğalarla və ya fotonlarla əlaqədar olaraq istifadə edildi. Eyni söz psixoloji mənada elektromaqnit dalğaları və fotonlar, göz retinası ilə toqquşduğu vaxt insanda oyanan hisslə əlaqədar olaraq da istifadə edilir. İşıq sözünün, həm obyektiv, həm də subyektiv anlayışlarını birlikdə ifadə edək: İşıq, bir insan gözündə, retinanın xəbərdar edilməsindən yaranan görmə təsirləriylə varlığını göstərən bir enerji halıdır.- M. Ali Yaz, Sait Aksoy, Fizik 3, Sürat Yayınları, ‹stanbul, 1997, s. 3

Xaricdə varlığını zənn etdiyimiz canlı və işıqlı dünya, xaricdə maddi varlığı olan amma bu varlığın əslini bizim heç bir halda görə bilmədiyimiz, bizdə hiss olaraq meydana gələn bir xəyaldır əslində. Günəşli bir gündə seyr etdiyimiz dəniz mənzərəsi əslində tamamilə bir qaranlıqdan ibarətdir. Orada heç bir ışıltı, dənizin parlaqlığı, havanın varlığı və günəşin göz oxşayan işıqları yoxdur. Bizə aid bu canlı və işıqlı görüntünü hiss etməyimizi təmin edən şey, yalnız beynimizə çatdırılan elektrik siqnallarıdır. İşıq; beynimizdə meydana gələn hiss olmasından başqa, xaricdə də yalnız bir enerji halı olaraq vardır. Buna görə də, maddənin varlıq səbəbi olaraq düşünülən işıq, bizim üçün yalnız bir xəyaldan ibarətdir.
Bu həqiqətə baxdıqda maraqlı bir nəticə ilə qarşılaşırıq: Əslində gözümüzün "görmə" kimi bir xüsusiyyəti yoxdur. Göz yalnız fotonları elektrik siqnalına çevirən bir vasitədir. İdrak etmə qabiliyyətinə sahib deyil. Ətrafımızı əhatə etdiyimizi düşündüyümüz tərtəmiz dünyanı seyr edən göz deyil. İşıq və ya rəng hissi də gözdə əmələ gəlmir.

Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) müəyyən edən Odur. Allah bunları yalnız haqq naminə yaratmışdır. O, ayələri bilən adamlara (belə) izah edir. (Yunus surəsi,5)

RƏNGLƏR YALNIZ BEYNİMİZDƏDİR?

İşıq yalnız beynimizdə əmələ gələn bir hissdən ibarətdir. Buna görə də qaynağı işıq olan və bütün həyatımızı əhatə edən rənglər də, beynin şərhindən başqa bir şey deyil.

Hər bir tezlikdəki fotonlara rəng adı verilir. Fotonun titrəmə ölçüsünə görə rəngləri bir-birindən ayırt edirik. Yəni, qırmızı bizim üçün fərqli titrəmə ölçüsünün, sarı isə başqa bir titrəmə ölçüsünün əmələ gətirdiyi rənglərdir. Kağız ağdır, çünki hər tezliyi əks etdirir və bunların birləşməsi ağ rəngi meydana gətirir. Yarpaq yaşıldır, çünki yalnız yaşıl rəng hissi verən tezliklərdəki fotonları əks etdirir, geri qalanları udur. Şüşə şəffafdır, çünki fotonlar demək olar ki, heç bir maneə ilə qarşılaşmadan şüşənin içindən keçərək bizə çata bilirlər. Qara bir parça, bütün fotonları udduğu üçün geriyə heç bir şey əks olunmaz. Yəni buradan gözümüzə fotonlar çatmaz, biz də onu qaranlıq, yəni qara hesab edərik. Güzgü görüntünü kopyalayar, çünki əks etdirmə səthi hamardır və gələn şüalar dəyib qayıtdıqları anda bir-birlərinə olan paralellikləri az qala heç pozulmaz.



Rəng ilk olaraq gözün retina təbəqəsində qəbul edilir. Retinadakı üç ana konus hüceyrə buradakı fərqli dalğa uzunluqlarına reaksiya verir. Konus hüceyrələrinin fərqli nisbətlərdə xəbərdar edilmələri nəticəsində milyonlarla fərqli rəng tonu ortaya çıxır. Konus hüceyrələrində elektrik siqnallarına çevrilən bu rənglər, optik sinirə çatdırılır. Bunun nəticəsində qarşımızdakı rəngarəng dünya meydana gəlir. Əslində, beynin bu hissəsində heç rəng yoxdur. Rəngli dünya bizim yalnız qavradığımız şeydir.

Rəngin qəbul edilməsi gözün retina təbəqəsindəki konus hüceyrələrində başlayır. Retinada, işığın müəyyən dalğa uzunluğuna reaksiya verən üç ana konus hüceyrə qrupu vardır. Bu hüceyrə qruplarının birincisi qırmızı, ikincisi mavi, üçüncüsü isə yaşıl işığa həssasdır. Bu üç fərqli konus hüceyrəsinin fərqli nisbətlərdə xəbərdar edilmələri nəticəsində milyonlarla fərqli rəng tonu ortaya çıxır. Ancaq, işığın konus hüceyrələrinə çatması rənglərin əmələ gəlməsi üçün kifayət deyil. John Hopkins Universiteti Tibb Fakültəsindən araşdırmaçı Jeremy Nathans, gözdəki hüceyrələrin rəngləri əmələ gətirmədiyini belə ifadə edir:

Bir konus hüceyrəsinin tək başına edə bildiyi, işığı tutub onun sıxlığı haqqında məlumat verməkdir. Rəng haqqında sizə heç bir şey söyləməz. http://hhmi.org/senses/b140.html

Konus hüceyrələri qəbul etdikləri bu rəng məlumatlarını, sahib olduqları piqmentlər sayəsində elektrik siqnallarına çevirirlər. Bu hüceyrələrə bağlı olan sinir hüceyrələri də elektrik siqnallarını beyindəki xüsusi bir sahəyə çatdırırlar. Məhz həyatımız boyu gördüyümüz rəngarəng dünyamızın əmələ gəldiyi yer beyindəki bu xüsusi sahədir.

Bəs beynin bu hissəsində rəng varmı?

Beynin bu xüsusi sahəsi eynilə beynin digər səhələri kimi qapqaranlıqdır. Orada heç bir işıq, heç bir rəng yoxdur. Beynin bu sahəsində qırmızı, yaşıl, sarı rəng yoxdur. Ağ rəng yoxdur. Rəngarəng çiçəkli bağçalar, gözümüzü qamaşdıran günəş işığının heç bir əks olunması yoxdur. Gömgöy səma, yamyaşıl ağaclar yoxdur. Kəllənin içi zülmət qaranlıqdır. Gözlərimizdən içəriyə doğru işığın girdiyini zənn edirik. Halbuki, nə gözlərimizin xaricində, nə də gözlərimizin arxasında işıqdan əsər əlamət yoxdur.

Rənglərin əmələ gəlməsi, obyektlərin işığı əks etdirmə xüsusiyyətlərindən qaynaqlanır. Xarici dünyada işıq olmadığına görə, rənglərin varlığı da mümkün deyil. O halda "xaricdə" olaraq qəbul etdiyimiz rəngli dünya haradadır? Bu rəngli dünya, nə xaricdən bizə çata bilər, nə də beynimizin içində əmələ gələ bilər. Rəngli dünya, bizim qavradığımız şeydir. Biz elə şərh etdiyimiz üçün bu şəkildədir.

Cambridge Universiteti riyaziyyat və nəzəri fizika hissəsindən Peter Russell bu vəziyyəti bu şəkildə təsvir edir:
"Xaricdəki" dünyanın, bizim təcrübə etdiyimizdən olduqca fərqli olduğu həqiqəti bir çox insanı çaşdırır. Yaşıl rənglə bağlı təcrübələrimizi dəyərləndirin. Fiziki dünyada müəyyən bir tezlikdə işıq var, amma işığın özü yaşıl rəngdə deyil. Gözdən beynə çatan elektrik impulsları da yaşıl rəngdə deyil. Orada heç bir rəng yoxdur. Gördüyümüz yaşıl rəng, bu işıq tezliyinə cavab verən zehindəki bir xüsusiyyətdir. Zehnin yalnız obyektiv təcrübəsi olaraq var olar.- Peter Russell, The Primacy of Consciousness, http://www.peterussell.com/SP/PrimConsc.html (vurğu orijinalına aiddir.)


Bizim "xaricmiz" hesab etdiyimiz məkanda əslində heç rəng yoxdur. Bizim işıq və rəng olaraq şərh etdiyimiz foton hərəkətləri, zülmət qaranlıq bir mühitdə reallaşan fiziki hadisələrdən başqa bir şey deyil.

Rənglər, eynilə işıq kimi, beynin şərhi ilə ortaya çıxır. Görüntümüzdə var olan işıqlı və rəngli dünya yalnız bizim bu şəkildə hiss etdiyimiz radiasiya növlərinin meydana gətirdiyi bir dünyadır.* (*: Bütün işıq dalğaları elektromaqnit radiasiyasından əmələ gəlir. Bəzilərinin zərərli, bəzilərinin zərərsiz olmasının səbəbi isə sahib olduqları dalğa uzunluqlarıdır.) Şərh tamamilə bizə aiddir. Bristol Universiteti fəxri nevropsixoloji professoru Richard L. Gregory, Eye and Brain (Göz və Beyin) adlı kitabında bu gerçəyi belə yekunlaşdırır:

İşıq, rəngli deyil. İşıq, parlaqlıq və rəng hisslərini verir. Amma bunu, yalnız uyğun bir göz və sinir sistemi ilə bacara bilər. Richard L. Gregory, Eye and Brain "the Psychology of Seeing", 5. baskı, Princeton Science Library, 5. baskı, 1997, s. 84

Gözdə əmələ gələcək bir ziyan və ya strukturca bir fərqlilik, gələn fotonları fərqli elektrik siqnallarına çevirəcək və beyindəki görmə mərkəzi eyni xüsusiyyətdə də olsa, göz tərəfindən işləyən siqnallar, eyni cismin çox fərqli şəkillərdə qəbul edilməsinə səbəb olacaq. Rəng korlarıyla normal görənlərin müəyyən rəngləri çox fərqli qəbul etmələri və şərh etmələri bundandır.

Bütün bu şərhlərin ortaya çıxardığı həqiqət isə budur: "Xaricimiz" olaraq hesab etdiyimiz məkan qaranlıqdır. Əslində qaranlıq anlayışı da aldadıcı ola bilər. Orada heç bir rəng yoxdur. Gözəl rənglərlə bizə təqdim edilmiş olan üç ölçülü, işıqlı dünya tamamilə aldadıcıdır. Bizim işıq və ya rəng olaraq şərh etdiyimiz foton hərəkətləri, zülmət qaranlıq bir mühitdə gerçəkləşən fiziki hadisələrdən başqa bir şey deyil. Göz də daxil olmaqla, bütün bədənimiz və üç ölçülü, rəngarəng bir məkan olaraq gördüyümüz bütün maddi aləm bu boşluğun içindədir. Bunu bizim gördüyümüz şəkildə şərh edən yalnız beyindir. Amma işin maraqlı tərəfi, bütün bunları qəbul edən gözün və bütün bunları şərh edən beynin də zülmət qaranlıq olmağıdır. İşıq və rəng, onu şərh edən beynin içində də deyil.

Şüur və beyin mövzusunda saysız çalışması olan Tufts Universiteti fəlsəfə professoru Daniel C. Dennett, bu həqiqəti bu şəkildə yekunlaşdırır:

Ortaq qənaətə görə elm, rəngləri fiziki dünyadan qaldırmış və yerinə yalnız rəngsiz, fərqli dalğa uzunluqlarındakı elektromaqnit şüaları buraxmışdır.Daniel C Dennett, Brainchildren, Essays on Designing Minds, The MIT Press, Cambridge, 1998, s. 142 Dennett, başqa bir kitabında, rənglərin meydana gəlməsi haqqında isə bunları söyləyir:

Dünyada rəng yoxdur; rəng yalnız baxanın gözündə və beynində əmələ gəlir. Obyektlər işığın fərqli dalğa uzunluqlarını əks etdirirlər, ancaq bu işıq dalğalarının rəngi yoxdur. - Daniel C Dennett, Brainchildren, Essays on Designing Minds, s. 142

Rəng, insanın xaricdəki işığı qavrama forması ilə əlaqədar olduğuna görə, bizim qavradığımız dünyanın başqaları üçün də eyni olub olmadığını bilməyimizə imkan yoxdur. Bir başqasının qırmızı olaraq gördüyü rəngin bizim üçün də eyni qırmızı olduğunu heç bir zaman bilmərik. "Rəngarəng" anlayışı, bəlkə bizim üçün milyonlarla fərqli rəngin bir yerdə olması ilə ifadə etdiyimiz bir anlayışdır. Amma bir başqası, çox daha məhdud sayda rəng dəqiqliyi və müxtəlifliyi görər və bunu yenə "rəngarəng" olaraq şərh edə bilər. Bizim qavradığımızla bizimlə birlikdə eyni obyektə baxan insanın qavradığını müqayisə etmə imkanımız yoxdur. Biz, eyni şeyə baxdığımızı zənn edərik. Bəlkə də bizim və qarşımızdakı insanın qavradığı şey bir-birindən son dərəcə fərqlidir. Xarici dünyanı qavrama şəklimiz beş duyğu orqanımızla məhdud olduğuna görə, mavi rəngin qarşımızdakı insan üçün də eyni mavi rəngi, qəhvənin dadının qarşımızdakı insan üçün də eyni dad olduğunu heç bir zaman bilmərik və bunu təsvir edə bilmərik.


Rəng korluğu, rənglərin yalnız beynimizdə əmələ gəldiyinin vacib dəlillərindəndir. Məlum olduğu kimi gözdəki retinada əmələ gələn kiçik bir fərqlilik rəng korluğuna səbəb olar. Bu vəziyyətdəki bir çox insan, yaşıl rəng ilə qırmızı rəngi bir-birindən ayırd edə bilməz. Bizim üçün yaşıl olan bir şey, onların dünyasında tamamilə fərqli rəngdədir. Bunun tək səbəbi rəng anlayışını fərqli qavramağımızdır. Bizim "yaşıl" olduğundan əmin olduğumuz bir şeyi qarşı tərəfin "boz" olaraq görməsi onun yanıldığını göstərməz. Hansının doğru qavradığını heç bir zaman bilmərik. Çünki, hər ikisi də hissdir və bunun gerçəkliyini test etmə və müqayisə edə bilmə imkanımız yoxdur. Yaşıl rəngi də, boz rəngi də qavramağımız insanların öz təcrübələridir və bu fərdi təcrübələrin gerçəkliyi o adamın izahına qalmışdır.

Burada gəldiyimiz nəticə budur: Varlıqlara yüklədiyimiz bütün xüsusiyyətlər, "xarici dünyadakı əsillərinə" deyil beynimizdəki görüntülərinə aiddir. Bizlər heç bir zaman hisslərimizi aşıb, xaricə çata bilməyəcəyimiz üçün maddələrin, ya da rənglərin əsl varlığını da görə bilmərik. Məşhur filosof Berkeley də bu həqiqətə bu sözləri ilə diqqət çəkir:

Qısası, eyni şeylər eyni zamanda bəziləri üçün qırmızı rəngdə, bəziləri üçün isti, başqaları üçün tam əksi ola bilirsə, bu o deməkdir ki, biz yanılmaların təsirindəyik və 'şeylər' ancaq bizim zehnimizdə vardır... George Politzer, Felsefenin Başlangıç İlkeleri, Sosyal Yayınları, Çev: Enver Aytekin, İstanbul: 1976, s.40

Avstraliyanın Adelaide Universitetində vəzifədə olan Oxford Universitetinin professoru Gerard O'Brien, bir radioda danışmasında bu mövzuyla əlaqədar bunları söyləyir:

Xarici dünyaya baxdıqda obyektləri rəngli görürük və bu rənglərin də əslində bütün gördüyümüz obyektlərə aid olduğunu düşünürük. Amma hal-hazırda, bunun bu şəkildə olub-olmadığı ilə bağlı olduqca maraqlı bir sual yaranır. Bir çox filosof bizim gördüyümüz rənglərin, bu rənglərin xüsusiyyətlərinin əslində dünyanın içimizdə meydana gələn görüntü xüsusiyyətləri olduğunu iddia edirlər. Buna görə dünyanın özünə aid belə rənglər tapılmır. Bu səbəblə bizim zehinlərimizin xaricində olan, bizim yaşadıqlarımızdan müstəqil olan dünya əslində rəngsizdir... Siz almaya baxmadığınız zaman yenə qırmızı rəngdədirmi? Düşündüyümüz zaman dünyanın bizim gördüyümüzü düşündüyümüz rəngdə olduğunu hesab etmək əslində bizim belə yanaşmağımızdır. Çünki artıq bu planeti paylaşdığımız digər canlıların fərqli rəng sistemləri olduğunu və bəzi vəziyyətlərdə rənglər arasında bizdən daha az fərq qoyduqlarını və bunun nəticəsində dünyanı əslində bizim gördüyümüzdən fərqli rənglərdə qavradıqları fikrini bilirik. Buna görə də biz dünyanı müəyyən rənglərdə görürük, lakin heyvanlar da fərqli rəng qrupu içində görürlər. Niyə indi bizim gördüyümüzün doğru olduğunu düşünək? Dünyanın əslində sahib olduğu rənglərin bizim gördüklərimiz olduğunu haradan bilə bilərik? Bəlkə də bunlar yalnız bizim və yer üzündəki heyvanların əmələ gətirdiyi görüntülərin özünə bağlı dünyanı kodlaşdırmanın iki fərqli yoludur.Natasha Mitchell, Is the Visual World a Grand Illusion?, Radyo Programı, 18 Ocak 2004, http://www.abc.net.au/rn/science/mind/s996555.htm

Soldakı çiçəklər insan baxarkən yaranan görüntüdür.

Eyni çiçəkləri arılar sağdakı kimi görür.

O'Brien'ın mövzuyla bağlı təsbiti, həqiqətən də "xaricdəki həqiqətin" necə bir şey olduğunu sorğulama baxımından vacibdir. Bizim xaricimizdəki digər canlıların da xaricdə işıq gördüklərinə və ya rəngləri bizim kimi qavradıqlarına dair heç bir dəlil yoxdur. Bizim qənaətimizin ən doğru olduğunu göstərən bir elmi dəlilə də nail olmağımız mümkün deyil. Bu vəziyyətdə xarici dünya ilə bağlı yalnız zənnlərimiz və təxminlərimiz var. Çünki xarici dünyanı bildiyimiz şəkildə qəbul etməyimiz sahib olduğumuz beş duyğu orqanına bağlıdır.

XARİCİ DÜNYANI TANIDAN DUYĞU ORQANLARIMIZIDR

Əgər bildiyimiz hər şey öz zehnimizdə görülən qavrama görüntüləridirsə, bizim hisslərimizin xaricində bir fiziki həqiqət olduğunu haradan bilərik? Bu yalnız bir təxmin deyil? Mənim cavabım: Bəlidir. Bu bir təxmindir; amma yenə də ən inandırıcı olandır. Peter Russell, From Science to God "A physicist's Journey into the Mystery of Consciousness", New World Library, 2002, s. 47



Xarici dünya ilə əlaqədar hər cür məlumatı və xüsusiyyəti, ancaq duyğu orqanlarımız vasitəsilə öyrənirik. Duyğu orqanlarımız vasitəsiylə gələn elektrik siqnalları kəsildiyində, xaricdə var olan dünya, "yalnız bizim üçün" yox olacaq.

Xarici dünya dediyimiz şey, atomların bir-birləriylə elektron alverindən, radio dalğalarının havada yayılmasından, hava molekullarının titrəşməsindən ibarətdir. Bəs bir obyekti obyekt halına gətirən atomlar və molekullar və radio dalğalarını meydana gətirən enerji qaynaqları görəsən həqiqətən mövcuddurmu? Bunların varlığını bizlərə sübut edən nədir? Meydana gətirdikləri maddi varlıqlar; gördüyümüz, qoxladığımız, hiss etdiyimiz cisimlər; yoxsa eşitdiyimiz və ya izlədiyimiz radio dalğalarıdır? Yoxsa beş duyğu orqanımızdan bizlərə çatan elektrik siqnallarıdır? Bu elektrik siqnalları olmasa nə baş verəcək? Xarici dünya yox olacaq?


Xarici dünya sıxlaşdırılmış dalğa şəklində mövcuddur. Ancaq bizim qavradığımız dünya xarici dünyanın əsli deyil. Bu səbəbdən, bizə çatan elektrik siqnalları aradan olmasa, bizim üçün xarici dünya həqiqətən də yox olar. Çünki xarici dünya ilə bağlı hər cür məlumat və xüsusiyyəti ancaq duyğu orqanlarımız vasitəsilə öyrənirik.

Bizə xarici dünya ilə bağlı verilən məlumat yalnız duyğu orqanlarımızın bizə çatdırdığı şəkildədir. Bizə çatan bu məlumatlar bir silsilə proses nəticəsində elektrik siqnalına çevrilir və bu siqnallar beynimizin müəyyən hissələrində şərh olunur. Buna görə də içdiyimiz bir içki, seyr etdiyimiz bir film, qoxladığımız bir çiçək beynimizin bu şərhinin nəticəsidir.

Ancaq burada bu həqiqəti təkrar xatırlatmaqda fayda var: Beynimizdə əslində nə rənglər, nə səslər, nə də görüntülər var. Beynimizdə var olan şey yalnız elektrik siqnallarıdır. Qarşımızda seyr etdiyimizi zənn etdiyimiz ucsuz-bucaqsız mənzərə, baxmaqla doymadığımız rəngarəng çiçəklər, yüksək səsli musiqi, dadından zövq aldığımız mükəmməl bir yemək əslində yalnız beynimizə çatan elektrik siqnallarından ibarətdir. Bu, şübhəsiz xarici dünyanın yoxluğu demək deyil. Duyğu orqanlarımızdan beynimizə çatan elektrik siqnallarının kəsilməsi, xaricdə var olan dünyanı aradan qaldırmayacaq. Belə bir vəziyyətdə xarici dünya, "yalnız bizim üçün" yox olacaq. Çünki, bizə aid xarici dünya, yalnız elektrik siqnallarının beynimizdə şərh olunmasından ibarətdir.

 

Mapping The Mind (Zehnin Xəritəsini Çıxarmaq) adlı kitabında yazıçı Rita Carter dünyanı necə qavradığımızı belə açıqlayır:

Hər bir duyğu orqanı özünə uyğun xəbərdarlığa cavab verəcək şəkildə yaradılmışdır. Bu xəbərdarlıqlar isə molekullar, dalğalar və ya titrəmələr şəklindədir. Bütün bu fərqliliklərə baxmayaraq, duyğu orqanları təməldə eyni funksiyanı yerinə yetirirlər: Özlərinə xas xəbərdarlıqları elektrik siqnallarına çevirirlər. Xəbərdarlıq isə yalnız xəbərdarlıqdır. Qırmızı rəng deyil və ya Beethovenin Beşinci Simfoniyasının ilk notası deyil, yalnız bir elektrik enerjisidir. Əslində, bir duyğunu digərlərindən fərqli hala gətirmək əvəzinə, duyğu orqanları hamısını bənzər hala, yəni elektrik siqnallarına çevirirlər.

Elə isə, bütün duyğu orqanlarına aid xəbərdarlıqlar bir-birindən tamamilə fərqsiz formada beynə, elektrik cərəyanları şəklində daxil olarlar və buradakı sinir hüceyrələrini xəbərdar edərlər. Bütün olanlar budur. Bu elektrik siqnallarını təkrar işıq dalğalarına və ya molekullara çevirən geri çevrilmə sistemi yoxdur. Bir elektrik cərəyanının görüntüyə və bir başqasının qoxuya çevrilməsi isə bu elektrik cərəyanının hansı sinir hüceyrələrinə təsir etdiyinə bağlıdır.


Bu, həqiqətən də çox təəccüblü, eyni zamanda əhəmiyyətli bir mövzudur. Dünya haqqında qəbul etdiyimiz bütün hisslər, görüntülər, dadlar, səslər, əslində eyni vəsaitdən, elektrik siqnallarından meydana gəlir. Elektrik siqnallarını bizim üçün mənalı hala gətirən, onları ləzzətli bir yemək, gözəl bir mənzərə, hərəkətli bir musiqi şəklinə çevirən isə bu elektrik siqnallarının beynimizə təsir etdiyi bölgədir. Amma onu hiss edən və qavrayan varlıq başqadır. Beyin və elektrik siqnalları, bir yeməyin dadını, bir çiçəyin rəngini və qoxusunu hiss edib ondan zövq ala bilməz. Materialist alimlərin fərqində ola bilmədikləri şey qavrayıb hiss edənin beyindən fərqli bir şey, yəni "ruh" olduğudur.
Kaliforniya Universitetindən nevroelm və psixiatriya professoru Jeffrey M. Schwartz hissin beyindən müstəqil meydana gəldiyi həqiqətini bu sözlərlə açıqlayır:

Hər şüur vəziyyəti tək və bənzərsiz olan müəyyən bir hissə malikdir. Bir hamburgeri dişlədikdə əldə etdiyiniz təcrübə əti çeynəməkdən fərqlidir. Hər cür dad təcrübəsi və ya şimşəkli bir fırtınanı seyr etməkdən və ya bir içkinin qoxusundan fərqlidir. Vizual beyin qabığında qırmızı rəngin əmələ gəldiyi yerin təyin olunması, bizim qırmızı rəngi qavramağımız və ya qırmızı rəngin qavrayışının niyə Alfredo yeməyinin dadından və ya (Beethovenin əsəri) "für Elise"ni dinləməkdən fərqli olduğunu açıqlamaqdan uzaqdır... Ən detallı MR-lər belə hissin və ya fərqində olmağın fiziki qaynaqlarından başqa bir şey vermir. Bunun necə bir duyğu olduğunu açıqlamağa belə yaxınlaşa bilmir. İnsanın ilk olaraq qırmızı rəngi qavraması mövzusunu açıqlaya bilmir. Bunun fərqli insanlar üçün də eyni olduğunu haradan bilərik? Niyə beyin mexanizmləri üzərində çalışmaq, hətta molekulyar səviyyədə çalışmaq, bu sualları heç bir şəkildə bir cavabla təmin edə bilmir? Jeffrey M. Schwartz, Sharon Begley, The Mind and The Brain "Neuroplasticity and the Power of Mental Force", Regan Books, 2003, s. 26-274

Peter Russell isə bu həqiqəti belə açıqlayır:

Nə vaxt fiziki görüntü detallarını araşdırmağa çalışsaq, istədiyimiz nəticəni əldə edə bilmirik. Fiziki olaraq əldə etdiyimiz hər fikir yanlış olur. Materializm fikri gözlərimizin qarşısında buxarlaşıb gedir. Amma maddi dünyaya olan inancımız get-gedə dərinləşir - bizim təcrübələrimizlə davamlı olaraq möhkəmlənir - belə ki, bunların fiziki bir təməli olması lazım olduğuna dair zənnimizə möhkəm yapışırıq. Dünyanın bütün kainatın mərkəzində olduğu zənnindən heç bir zaman şübhə etməyən orta əsrlər astronomları kimi, xarici dünyanın fiziki bir mənşəyi olduğu zənnimizi heç bir zaman sorğulamırıq. Həqiqətən də, bunun cavabının bizimlə üz-üzə ola biləcəyini fərq etdiyimdə olduqca təəccübləndim. Bəlkə də xaricdə həqiqətən də heç bir şey yoxdur. Yəni, heç bir "şey". Fiziki görüntü deyə bir şey yoxdur. Bəlkə də hər şeyin yalnız zehni bir görüntüsü vardır.



Beynin içində, olub bitənləri izləyən bir kiçik insan yoxdur. Beyin üzərində edilən işlər, hiss edənin kim olduğu sualına heç bir zaman cavab verməyəcək. Çünki hiss edən, insanın fiziki mənliyindən müstəqil olan "ruh"dur.

Beyin üzərində aparılan tədqiqatlar hiss edənin kim olduğuna dair suallara heç bir zaman cavab verməyəcək. Çünki alimlərin beyində axtardıqları şey əslində insanın fiziki bədənindən fərqli, öz mənliyində var olan şeydir.

Stanford Universiteti nevropsixoloji professoru Karl Pribram elm və fəlsəfə dünyasında hiss edənin kim olduğu ilə bağlı bu vacib axtarışa belə diqqət çəkmişdir:

Yunanlılardan bəri, filosoflar "maşının içindəki xəyalət", "kiçik insanın içindəki kiçik insan", vs. üzərində düşünmüşlər. "Mən" - yəni beyni istifadə edən varlıq- haradadır? Əsl bilməyi gerçəkləşdirən kimdir? Assisili Aziz Francisin də söyləmiş olduğu kimi: "Axtardığımız şey baxanın nə olduğudur." Karl Pribram, David Bohm, Marilyn Ferguson, Fritjof Capra, Holografik Evren I, Çev: Ali Çakıroğlu, Kuraldışı Yayınları, İstanbul: 1996, s. 37 Şüur yalnız Allahın insana verdiyi ruhun sahib olduğu bir xüsusiyyətdir. İnsan sahib olduğu ruh ilə düşünüb hiss edən, qərar alıb şərh edə bilən bir varlıq halına gəlir. Sahib olduğu şüur və ağıl bu ruhun insana qazandırdığı xüsusiyyətlərdir. Allah ayəsində belə buyurur:

Biz sənə Öz əmrimizdən olan ruhu vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, sən (onları) doğru yola yönəldirsən. (Şura surəsi, 52)

Beynin içindəki mənzərəni seyr edən kimdir?



Göz büllurundan keçən işıq, gözün arxa tərəfindəki retinanın üzərinə baş aşağı və iki ölçülü görüntü yaradır. Retinadakı çubuq və konus hüceyrələr bu görüntünü elektrik cərəyanına çevirir. Bu cərəyanlar, beynin arxa qismindəki görmə mərkəzinə aparılır. Beyin isə bu gələn siqnalı mənalı və üç ölçülü görüntülər halına gətirir.

Bir cisimdən gələn işıq, retina üzərinə düşər və daha sonra icra olunması üçün beyində otuza qədər fərqli görmə mərkəzinə çatdırılır. Göz mərcəyindən keçən işıq, gözün arxa tərəfindəki retinanın üzərinə baş aşağı və iki ölçülü bir görüntü buraxır. Retinadakı çubuq və konus hüceyrələr, bəzi kimyəvi proseslərdən sonra bu görüntünü elektrik cərəyanına çevirir. Bu elektrik cərəyanları, göz sinirləri vasitəsi ilə beynin arxa hissəsində olan görmə mərkəzinə aparılır. Beyin isə bu gələn siqnalı mənalı və üç ölçülü görüntülər halına gətirir. Craig Hamiltonun bildirdiyi kimi, "bu indiyə qədər heç kimin kifayət edici bir həllə nail ola bilmədiyi bir problemdir. Lakin yenə də biz anlamalıyıq ki, gözlərimizin hər biri şəklin fərqli bir hissəsini görür və beynimiz isə bunu bir bütün halına gətirir". Edilən bu təsvirlər, olduqca ümumi mənada gözün necə gördüyünü təsvir edir. Gözlər, bizə xarici dünyadakı, əslini heç bir zaman bilməyəcəyimiz bir görüntünün əmələ gəlmə mərhələlərinin ilk mərhələsini təmsil edirlər. Xaricdə mövcud olan dünya, gözdən keçən işıq sayəsində, elektrik siqnalları yoluyla, içimizdə, beynimizin olduqca kiçik bir hissəsindədir. Başımızı qaldırıb ətrafımıza baxdıqda gördüyümüz görüntü ucsuz-bucaqsız da olsa, əslində beynimizin içindəki bu kiçik nöqtədə əmələ gəlir. Bu ucsuz-bucaqsız görüntünün əslinin, gördüyümüz görüntüyə bənzəyib-bənzəmədiyini isə heç bir zaman bilmərik.

Cambridge Universiteti riyaziyyat və nəzəri fizika bölməsindən Peter Russell bu həqiqəti bu şəkildə yekunlaşdırır:

Bir ağaca baxdıqda, doğrudan da ağacı görürəm kimi gəlir. Amma elm, tamamilə fərqli bir şeyin gerçəkləşdiyini söyləyir. Gözə gələn işıq retinada kimyəvi reaksiyalara məruz qalır, bunlar beynə gedən sinir sistemi boyu hərəkət edən elektrokimyəvi impulslar meydana gətirirlər. Beyin aldığı məlumatları analiz edir və sonra xaricdə mövcud olan əşyaya dair öz görüntüsünü meydana gətirir. Daha sonra mən ağac görüntüsünü görürəm. Amma mənim əsl gördüyüm ağacın özü deyil, yalnız zehnimdə yaranan görüntüsüdür. Bu, təcrübə etdiyim hər şeyə aiddir. Bildiyimiz, qavradığımız və xəyal etdiyimiz hər şey, hər rəng, səs, duyğu, hər düşüncə, hər hiss zehində meydana gələn bir şəkildir. Bunların hamısı zehnin öz şəkilləndirməsidir. Peter Russell, The Primacy of Consciousness, http://www.peterussell.com/SP/PrimConsc.html


Bütün bunlar, bizi vacib bir həqiqətə doğru aparır: Biz həyatımız boyu, dünyanı bizim xaricimizdə zənn edirik. Halbuki dünya hər şeyiylə bizim içimizdədir. Biz xaricimizdə zənn etdiyimiz dünyanı əslində beynimizin içindəki kiçik bir nöqtədə görürük.

Xaricdəki dünyanın əslini doğru görə bilmədiyimizə və hər şey beyində əmələ gələn bir hiss olduğuna görə, görəsən görən həqiqətən də "göz"dür?



Beyində bağçada qaçan uşaqlar, mavi buludsuz səma, dənizi yararaq üzən gəmilər yoxdur. Mövcud olan şey sadəcə olaraq, yalnız elektrik siqnallarıdır.

Biz həyatımız boyu bütün xarici dünyanı gözlərimizlə gördüyümüzü zənn edirik. Halbuki gözün görmə funksiyasını həyata keçirməsi üçün verilən elmi tərif görənin göz olmadığını izah edir. Gözlər və gözlərə aid olan milyonlarla sinir hüceyrəsi yalnız görmə hadisəsinin reallaşması üçün beynə xəbərdarlıq çatdıran kabel vəzifəsinə sahibdirlər. Retina, öz üzərinə düşən işıq hissəciklərini qəbul edir və bunları elektrik siqnalına çevirərək beynə çatdırır. Yəni burada havadan gələn işıq dalğaları, yağ, zülal və sudan əmələ gəlmiş retina və çatdırılan elektrik siqnallarıdır. Beyində; bağçada qaçan uşaqlar, mavi buludsuz səma, dənizi yararaq üzən gəmilər yoxdur. Var olan şey, yalnız elektrik siqnallarıdır.

Bəs beynimizdə bütün bu hisslərin əmələ gəldiyi, görüntülərin canlandığı, səslərin eşidildiyi, qoxuların meydana gəldiyi bir yer varmı? Beyni diqqətlə araşdırsaq, bir-biriylə qarşılıqlı təsirdə neyronlar və bunların arasındakı kimyəvi və elektrik reaksiyalarıyla qarşılaşırıq. Amma beynin heç bir yerində rənglərin, şəkillərin, yazıların və xarici dünyaya aid digər şeylərin görüntülərini tapa bilmərik. Beynin heç bir yerində, yarpaqları hərəkət edən yaşıl bir ağac, alver edən sıx bir yer, evlər, avtomobillər, mebellər yoxdur. Beynin heç bir yerində bizə gülümsəyən bir dostumuz, anamız və ya atamız yoxdur. Bu görüntülər, beynin heç bir yerində yoxdur. Qısası, ətrafımızda gördüyümüzü zənn etdiyimiz dünya, nə xaricdə nə də beyindədir.

Görüntünün beyində olduğunu iddia edən alimlərin bu suala cavab vermələri lazımdır. Əgər beyində bir görüntü meydana gəlirsə, bu vəziyyətdə bu görüntünü izləyən kimdir?

Kaliforniya Universiteti, Psixologiya bölməsi, Nevroelm Proqramı professoru və Beyin və Qavrama Mərkəzi Başçısı Vilayanur S. Ramachandran, Phantoms en the Brain (Beynin Aldanışları) adlı kitabında bu vəziyyəti bu şəkildə açıqlayır:

Əlində tutduğu stəkandakı içkiyə baxdı. "Göz bəbəyimin içinə bu stəkanın tərs bir görüntüsü düşür. Açıq və tünd rəngli görüntülərin hərəkətləri retinamın üzərindəki fotoreseptorlari aktivləşdirir və şəkillər, bir yol boyu -bu yol optik sinirdir- tək-tək piksellər halında köçürülür. Beynimin içindəki ekranda da göstərilir. Bu stəkanı da eynilə bu şəkildə görmürəmmi? Əlbəttə, beynimin təkrar görüntünü çevirib düzəltməsi lazımdır."

Onun fotoreseptorlarda və optik xüsusiyyətindəki məlumatları təsir edici olsa da, beynin içində bir yerlərdə görüntülərin izlənildiyi bir ekran olduğu şəklindəki açıqlamasında ciddi bir məntiq səhvi var. Çünki əgər iç neyronlara bağlı bir ekranda stəkanın görüntüsünü izləyə bilsəydiniz, beyninizin içində bunu görməsi üçün başqa bir kiçik insana ehtiyacınız olardı. Bu da problemi həll etməyəcək, çünki bu dəfə onun beyninin içində görüntünü izləyə bilməsi üçün daha da kiçik bir insana ehtiyacı olacaq və bu beləcə sonsuza qədər davam edəcəkdi. Nəticə olaraq isə idrak sualının gerçək cavabını tapa bilmədən heç bitməyən gözlər, görüntülər və kiçik insanlar ilə məşğul olmağınız lazım olacaqdı. V.S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 66

Bir kitaba, qələmə ya da bir insana baxdıqda, hər vəziyyət üçün fərqli bir sinir hərəkətə keçər. Baxdığımız şeylə əlaqədar olaraq üst beyin mərkəzləri məlumatlandırılır. Ancaq burada reallaşan saysız-hesabsız kimyəvi proses tək başına görməyi açıqlaya bilməz. Çünki, beynin içində görüntüləri izləyən bir kiçik adam yoxdur. Xarici dünyanı izləyən, görən və bundan bir məna çıxaran insana aid ruhdur.

Ramachandranın burada toxunduğu hissə son dərəcə vacibdir. Beynin içində görüntü olduğunu fərz etdikdə, bu görüntünü beynin içində izləyən bir adamın olması lazım olacaq. Beyinlərin içində görüntülər, görüntüləri izləyən kiçik insanlar və onların beyinlərindəki görüntünü izləyən kiçik insanlar fasiləsiz olaraq davam edəcək. (Detallı məlumat üçün baxın. Qüllədəki Kiçik Adam, Harun Yəhya, ) Beynin içindəki görüntünü izləyən bir varlıq olmadığına görə, beynin içindəki görüntü iddiası gerçək olmayan və məntiqsizdir. Beynin içi qapqaranlıqdır, işıqsızdır, səssizdir. Beynin içində rənglər, bir-birindən gözəl görüntülü çiçəklər, istilik hissi verən manqal atəşi və gözəl mahnı oxuyan quşlar yoxdur.

O halda beynin içində əmələ gələn şey nədir? Ramachandran bunun texniki açıqlamasını bu şəkildə edir:

... idrak mövzusunu anlamaq üçün ilk addım beyindəki görüntülər fikrindən xilas olmaq və obyektlər ilə hadisələrin xarici dünyadakı təsvirləri üzərində düşünməkdir. Burada yazılı olan paraqraflar kimi bir paraqraf bunu anlamaq üçün çox açıq bir nümunədir. Əgər Çindəki yoldaşınıza dairənizin necə göründüyünü izah etmək istəsəydiniz dairənizi Çinə aparmağınız lazım olacaq. Tək etməyiniz lazım olan dairənizi təsvir edən bir məktub yazmaqdır. Lakin məktubunuzdakı sözləri və ya paraqrafları meydana gətirən mürəkkəb heç bir şəkildə fiziki mənada otağınıza bənzəməz. Məktub, sizin dairənizin bir təsviridir.

Beyində yaranan təsvirin mənası nədir? Əlbəttə mürəkkəb damlaları deyil, lakin sinir xəbərdarlıqları dilindən danışılır. İnsan beynində görüntülərin işlənməsi üçün çox sayda sahə var, bunların hər biri görüntüdən müəyyən növdə məlumatları götürməkdə mütəxəssisləşmiş kompleks neyron şəbəkəsindən əmələ gəlir. Hər bir obyekt, bu sahələrin içərisində yalnız o obyektə aid bir silsilə fəaliyyəti hərəkətə keçirir. Məsələn bir qələmə, kitaba ya da bir insan üzünə baxarkən hər vəziyyət üçün fərqli bir sinir fəaliyyəti hərəkətə keçər və sizin nəyə baxdığınızla əlaqədar daha üst beyin mərkəzlərini "məlumatlandırır." Bu fəaliyyətlərin forması, eynilə kağızın üzərindəki mürəkkəb damlalarının sizin otağınızı təmsil və ya xarakterizə etməsi kimi, vizual obyektləri təmsil və ya xarakterizə edər. Vizual müddətləri anlamağa çalışan biz alimlər üçün hədəfimiz beynin bu xarakterik zaman lenti yaratmaq üçün istifadə etdiyi şifrəni tapmaqdır, eynilə bir şifrə tapanın xarici bir mətni deşifrə etməyə çalışması kimidir... V.S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 66-67

Ancaq təkcə bu xəritənin varlığı görməni açıqlaya bilməz, çünki beynin içində əvvəldən də ifadə etdiyim kimi primer görmə korteksinin üzərində göstərilənləri izləyən kiçik bir insan yoxdur. V.S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 70-72


Richard L. Gregory isə, bunu bu şəkildə açıqlayır:

Gözlərin beyində obyekt hisslərindən ibarət bir görüntü əmələ gətirdikləri düşüncəsinin cazibəsindən qaçmaq vacibdir. Beyində görüntü fikri bütün bunları görəcək bir daxili gözün də olmasını özü ilə gətirir. Amma bu da bu görüntünü görə biləcək başqa bir gözün olmasını, başqa görüntülər üçün başqa gözləri və s. tələb edəcək. Bu isə heç bir nəticəyə çatmadan sonsuza qədər bu şəkildə davam edər. Richard L. Gregory, Eye and Brain "the Psychology of Seeing", 5. baskı, Princeton Science Library, 5. baskı, 1997, s. 5 Iowa Universiteti Nevroloi Bölməsinin professoru Antonio Damasio "olduqca səmimi bir şəkildə bunu söyləyə bilərəm; şüurun ilk problemi, necə 'beyində bir film' əmələ gətirə bildiyimizdir," şərhini edərkən, alimlərin bu mövzu ilə əlaqədar içində olduqları çıxılmaz vəziyyəti açıq-aydın etiraf edir. Aydındır ki, 21-ci əsr elmi, "Görən kimdir?" sualını cavabsız qoyur. Alimlər beynin içində bir seyr edənin olduğu fərziyyəsini artıq bir kənara atıblar.( Antonio Damasio, The Feelings of What Happens "Body Emotion and the Making of Consciousness", Vintage Books, 2000, s. 9) Amma bu vəziyyət beyində əmələ gələn görüntü anlayışını alimlər tərəfindən daha böyük bir problemə çevirmişdir. Beynin içindəki tək bir nöqtə bizə saysız-hesabsız detala sahib olan, fasiləsiz, mükəmməl dəqiqlikdə və qüsursuz məlumatlar daşıyan bir dünya təqdim edir. Bunun texniki və elmi açıqlaması budur. Bəs görəsən əmələ gələn "görüntü" haradadır?

Oxford Universitetindən psixoloq yazıçısı Susanıl Blackmore bu açıqlamanı verir:

*Crick, "gözlərəmizin qarşısında gördüyümüz dünyanın canlı görüntüsü"nün bağlılıqlarını tapmaq istədiyini söyləyir. Damasio isə bunu "beynin içindəki kino" adlandırır. Əgər vizual dünya böyük bir illuziyadırsa bu halda bu insanlar axtardıqları şeyi heç bir zaman tapa bilməyəcəklər, çünki nə beynin içindəki kino, nə də canlı görüntü beyində yoxdur. Bunlar da illuziyanın bir hissəsidir. Susan Blackmore, Consciousness "A Very Short Introduction", Oxford, 2005, s. 64(: DNT bağlarının kəşfi ilə Nobel mükafatı alan ingilis biokimyaçı.)



Baxdığımız obyektin, xarici dünyadakı əsl halını gördüyümüzdən əmin oluruq. Halbuki biz, o obyektin heç bir zaman əslinə çata bilmərik. Gördüyümüz şey bu üç ölçülü şəkildə olduğu kimi yalnız bir illüziyadır. Zehnimizin yaratdığı şeydir. Ancaq biz, bunların gerçəkliyindən, xaricdəki əsl görüntüləri ilə təmasda olduğumuzdan heç bir zaman şübhələnmirik.

Susan Blackmoreyə görə təmasda olduğumuz hər şey yalnız bir illuziyadır. Əslində illuziya burada ortaya çıxan vəziyyəti tam olaraq açıqlaya bilmir. İlluziya zehnimizdə meydana gələn hadisələri fiziki gerçəklərlə müqayisə etdikdə ortaya çıxan bir vəziyyətdir. Ancaq burada insan xaricdəki dünya ilə, yəni müqayisə edə edə biləcəyi bir fiziki gerçəkliklə təmasda deyil. Bunların hamısı, zehnin əmələ gətirdiyi şeylərdir və zehin, xaricdəki həqiqəti heç bir zaman görə bilmir, eşidə bilmir, hiss edə bilmir. Bunlar yalnız bizə aid gerçəklərdir. Bu vəziyyətdə burada gerçəkləşən vəziyyəti illuziya deyil, daha çox xəyal adlandırmaq doğru olacaq.

Sahib olduğumuz dünya yalnız bizim hisslərimizdə əmələ gəlir. Bu dünyanı bizim gördüyümüz kimi görən, bizə aid hissləri hiss edib qavrayan, bizim dünyamıza şahid olan heç kim yoxdur. Gördüklərimiz, beynimizin də bir parçası deyil. Beyin də sahib olduğumuz bu xəyali görüntüyə aiddir. Bizim hisslərimiz; bizə seyr etdirilən, bizim üçün var edilmiş bir dünyanı əmələ gətirirlər. Xaricdə gerçək, maddi bir dünya var, lakin insan buna heç bir zaman çata bilmir. Kvant fiziklərindən Erwin Shrödingerin bildirdiyi kimi, "hər insanın dünya görüntüsü öz zehninin əmələ gətirdiyi anlayışdır və daim elə qalacaq. Bu dünya görüntüsünün başqa bir varlığa sahib olduğu heç bir zaman sübut oluna bilməz".(- Peter Russell, From Science to God "A physicist's Journey into the Mystery of Consciousness", New World Library, 2002, s. 42)

Gözümüzün qarşısında zənn etdiyimiz bir obyektə, məsələn bir kitaba baxaraq əldə etdiyimiz təcrübəni, onu yalnız düşünərək də əldə edə bilməyimiz bu gerçəyin vacib dəlillərindəndir. Beynin içində, əslində var olmayan bir varlığın görüntüsünü əldə edirik. Vaşinqton Universitetindən psixoloq Michael Posner və nevroloq Marcus Raichle beynin bu qeyri-adi mexanizmi üçün bu sözləri söyləyirlər:

Gözlərinizi açın, bir mənzərə heç bir çətinlik olmadan sizin görüntünüzü göstərir; gözlərinizi bağlayın və o mənzərəni düşünün. Bu şəkildə o mənzərənin bir görüntüsünü yaratmağa çalışa bilərsiniz, sizin gözlərinizlə gördüyünüz mənzərə qədər canlı, əksik və ya natamam deyil. Hələ də mənzərənin təməl xüsusiyyətlərinə sahibdir. Hər iki vəziyyətdə də mənzərənin bir görüntüsü zehində əmələ gəlir. Gerçək vizual təcrübələrlə yaranan görüntü xəyal edilən bir görüntüdən ayırd edilə bilməsi baxımından "hiss" adlandırılır. Hiss retina ilə toqquşan və daha sonra beyində vacib prosesleri olan siqnalları göndərən işığın məhsulu olaraq əmələ gəlir. Lakin bu siqnalları göndərmək üçün heç bir işıq retina ilə toqquşmadıqda bir görüntünü necə əmələ gətirə bilirik?( Michael I. Posner, Marcus E .Raichle, Images of Mind, Scientific American Library, New York 1999, s. 88)


Bir obyekti bu obyektin əsli yoxkən zehnimizdə yaradan şey əslinin var olduğunu zənn etdikdə, onu zehnimizdə var edən mexanizm ilə eynidir. Buna görə də, xarici dünya olaraq gördüyümüz görüntülərin varlığı, yalnız bir xəyaldır. Gördüyümüz hər şey, qarşımızdakı rəngli dünya, dostlarımız, ətrafımızdakı insanlar, hətta öz bədənimiz bu xəyalın bir parçasıdır. Bütün bunların qaynağı hesab etdiyimiz şey, yəni xarici dünyanın əsli, bizlər üçün daim naməlum olaraq qalacaq.

Bu kölgə dünya; işlədiyimiz iş yerini, evimizi, ətrafımızdakı insanları, avtomobilimizi, yediyimiz yeməyi, seyr etdiyimiz filmi, qısası həyatımızdakı hər şeyi əhatə edir. Evimizə girdikdə, əsl evimizdən içəri girdiyimizə dair bir hissə qapılırıq. Halbuki əsl evimizin, ona eynilə bənzəyən, hətta görüntü olduğunu belə ehtimal etmədiyimiz surətini zehnimizdə izləyirik. Evin içində qarşılaşdığımız hər kəsin görüntüsünü yenə zehnimizdə seyr edirik. Bütün həyatımız beynimizin içindəki kiçik bir məkanda keçir.

Bu mövzu üzərində araşdırma aparan nevroloq və psixoloqların çoxu, bura qədərki nəticəyə rahatlıqla gələ bilirik. Amma "hiss edənin kim" olduğu sualının cavabını verməkdən ümumiyyətlə uzaq dururlar. Beyində kiçik insanlar axtarır, bütün bunları hiss edən bir maddi varlığı tapmağa çalışırlar. Bunu kitablar, məqalələr, konfranslar boyu mübahisə edir, mövzunu həll edə bilməmiş digər alimləri nümunə göstərir və işin içindən çıxa bilmədiklərini iddia edirlər. Halbuki bütün texniki və elmi həqiqətlərin açıqca göstərdiyi nəticə, bütün bunları qavrayan, görən və hiss edənin insanın sahib olduğu ruh olduğudur. Alimlərin beyində axtardıqları şey, yəni "görən varlıq" ruhdur. Bizim "xarici dünya" olaraq qəbul etdiyimiz həyata aid hər şey, bu ruha izlətdirilən görüntülərdən ibarətdir. Bu həqiqət alimlərin inandıqları materializmi ortadan qaldırır. Hər şeyin maddi varlıqlardan ibarət olduğunu iddia edən materialistlər üçün ruhun varlığı qəti olaraq qəbul edilə bilməz. Məhz bu səbəblə, "hiss edənin kim" olduğu sualı materialistlər üçün daim cavabsız qalacaq.

İnsana sahib olduğu ruhu verən Allahdır. Bu ruha eşitdirən, izlətdirən, hiss etdirən Allahdır. Mükəmməl dəqiqlikdə, qüsursuz detallı və qeyri-adi canlılıqda bir dünyanı bizim üçün yalnız xəyal olaraq yaradan, ruha bütün bunları sanki yaşayırmış hissi verən, hər şeyi yoxdan var edən Uca Allahdır. Allah, ayələrində bu həqiqəti insanlara xəbər vermişdir:

Qeybi və aşkarı Bilən, Qüdrətli və Rəhmli olan Odur.
Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş,
sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş,.
sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! (Səcdə surəsi, 6-9)

BİZİM ÜÇÜN HƏQİQƏT NƏDİR?

"Özlərini gördüyümüz və toxunduğumuz üçün və bizə hisslərimizi verdikləri üçün obyektlərin varlığına inanırıq. Halbuki hisslərimiz yalnız zehnimizdə mövcud olan fikirlərdir. Bu halda hisslər vasitəsilə əldə etdiyimiz obyektlər fikirlərdən başqa bir şey deyil və bu fikirlər qətiyyən zehnimizdən başqa yerdə mövcud olmurlar … Bütün bunlar madam ki, yalnız zehində mövcud olan şeylərdir, elə isə kainatı və şeyləri zehnin xaricində varlıqlar olaraq xəyal etdikdə, aldanmaların içinə düşmüş oluruq deməkdir…" George Berkeley -(George Politzer, Felsefenin Başlangıç ‹lkeleri, Sosyal Yayınları, Çev: Enver Aytekin, İstanbul: 1976, s. 38-39-44


Hər hansı bir varlığı görməyimiz, onun səsini eşitməyimiz və ya ona toxunmağımız xaricəki maddi dünyanın xüsusiyyəti haqqında heç bir məlumat vermir. Bizim üçün bir maddəni maddə edən, onun fiziki varlığına dair bizə dəlil verən şey onu hiss etməyimizdir. Amma əslində bizim hisslər dünyamızda hissin gerçəkləşdiyi mərkəz olan beynin içində nə görüntü, nə səs, nə ləzzət, nə də qoxu vardır. Beynin içi zülmət qaranlıqdır, beynin içi səssizdir. Beynin içində qoxunu hiss edən, əmələ gələn görüntüləri izləyən kiçik varlıqlar yoxdur. Buna görə də beynin içində görüntülərin və səslərin əmələ gəlməsi məntiqsizdir, mənasızdır və elmi tərəfdən qeyri-mümkündür. Ancaq bizlər bu zülmət qaranlıq və səssiz məkanın içində, heyran olduğumuz dərəcədə mükəmməl, rəngli, hərəkətli və dəqiq bir dünya görürük. Bu elə bir dünyadır ki, yalnız beynimizin içində əmələ gələn bir hiss dünyası olmasına baxmayaraq, gerçəkliyi olduqca inandırcıdır.

Beyində, dünyanın ən mükəmməl kamerasından daha keyfiyyətli görüntü ilə təmin edən, ən inkişaf etmiş üç ölçülü kino və televiziyadan daha dəqiq və rəngli bir görüntü əmələ gəlir. Beyində ən inkişaf etmiş musiqi sistemindən daha mükəmməl olan, daha dəqiq və çox ölçülü, gerçəyindən seçilə bilməyən səslər meydana gəlir. Yenə beyində ətrin, gülün qoxusu əmələ gəlir; isti, soyuq hissi mükəmməl şəkildə meydana gəlir. Bu qüsursuz dəqiqlikdəki dünya, Allahın diləməsi ilə fasiləsiz olaraq bizlərə təqdim olunur.



Bizlər; bizi xəbərdar edən,bizə çatdırılan və göstərilən qədərini bilirik. O da zehnimizin içində olan bitənlərin hamısıdır. İnsanın işlədiyi iş yeri, evi, həyatı, əslində hamısı zehnindədir. Bizlər, xaricdə var olduğuna əmin olduğumuz o maddi dünyanın yalnız xəyali bir görüntüsünü görürük.

Camaatın çox olduğu bazar yerində ətrafına baxan insan ətrafında danışdıran uşaqları, alver edən bir-birindən fərqli insanları, rəngarəng vitrinləri, yeməkləri, yol boyu gəzib dolaşan küçə pişiklərini, isti havanı, ətrafdakı kafelərdən gələn yemək qoxularını eyni anda qavrayıb hiss edə bilir. Bəzən yanındakı insanla söhbət edərkən, yanından keçən tanış insanlara salam verir, ətrafdakı çiçəkləri qoxlayır.Əslində bu insan, yalnız beyninin içində əmələ gələn görüntünü izləyir. Ətrafında gördüyü sıx mühit, müşahidə etdiyi detallar, burnuna gələn xoş qoxular, beyninin içindəki xəyali ekranda əmələ gəlir. O isə duyğu orqanları vasitəsiylə özünə izlətdirilən görüntünü seyr edir və hiss edir. Bunların hamısı bu insanın həyatıdır, əslində isə hər biri onun beynində əmələ gələn hisslər bütünündən başqa bir şey deyil.

Əslində içində olduğu mühit, yəni bu dünyanın əsli, insanın özünə hiss etdirildiyi kimidir? Bunu bilmərik. Həqiqətən ətrafında insanların çox olub olmadığı və ya çiçəklərin qoxusunun bütün mühitə yayılmağı ilə bağlı bir məlumat əldə etməyimiz mümkün deyil. Bizə göstərilən yalnız mühitin qavradığımız şəklidir. Bizim üçün xarici dünya yalnız qavradığımız dünyadır. Orqanlarımızın bizə çatdırdığı elektrik siqnalları olmadıqda, xaricdə bir dünya olmasına baxmayaraq, bizim xarici dünyamız da olmayacaq. Biz; bizə ötürülən, çatdırılan və göstərilən qədərini bilirik. O da zehnimizin içində olan bitənlərin hamısıdır.

Gerard O'Brien xarici dünya ilə qəbul etdiyimiz dünya anlayışını belə açıqlayır:

Bizim yaşadığımız dünya ilə beynimizin içində yaradılan dünyanın, əslində dünyanın əsli olub olmadığı ilə bağlı bir sual meydana gəlir. Əgər bir qrup nəzəriyyəçinin mənimsədiyi kimi dünyanın əslində beynimizdə yaradıldığını qəbul etsək, bu vəziyyətdə bizim dünyadakı təcrübələrimiz ilə təcrübələrimiz xaricindəki əsl dünya arasındakı oxşarlıq sual işarəsi olaraq qarşımıza çıxır. Əgər bizim dünyadakı təcrübələrimiz ilə dünyanın əslində necə olduğu arasında böyük uyğunsuzluqlar olduğunu düşünürsünüzsə, bu halda bizim gördüyümüz dünyanın və təcrübələrimizin xəyal olduğu düşünülə bilər. (vurğu orijinalına aiddir.)- Natasha Mitchell, Is the Visual World a Grand Illusion?, Radio Proqramı, 18 Yanvar 2004, http://www.abc.net.au/rn/science/mind/s996555.htm

Bu halda bizim üçün həqiqət nədir?

İnsanın həqiqət dediyi şey beyninin və hisslərinin xaricində maddi varlığı olan bir gerçək dünyaya işarə edir. İnsan bu dünyanı seyr etsə də, seyr etməsə də bunun varlığına olan inancı qətidir. Səhər yuxudan oyandıqda öz otağının içində olduğundan əmindir. Bürosunu və bürosundakı kompüterinin hər zamankı yerdə olduqlarını fərz edir, ertəsi gün təkrar işə getdiyində bunları burada tapacağından da əmindir. Günün sonunda evə getmək üçün yola çıxdıqda evinin orada olacağını fərz edir. Dostlarının, ailəsinin, tanışlarının, qohumlarının, onları görsə də, görməsə də varlığını qəbul edir. Hər gün yaşadığı və təkrarladığı bu gündəlik təcrübələrin çoxu bütün bu vəziyyətləri sorğulamağa imkan vermir, hətta tam əksinə bütün bunlar təsdiqlənəcək şəkildə reallaşır.
Amma əslində bunların hamısı zehnimizdədir. Bizə hiss etdirilən şeylərdir. Xaricdə varlığına əmin olduğumuz o maddi dünyanın yalnız xəyali surətini görürük. Bizim dünyamızı yalnız sahib olduğumuz hisslər meydana gətirir.

Susan Blackmore beynin içindəki bu dünyanı belə açıqlamışdır:

Zehin şəxsi teatr kimidir. Mən bu teatrda beynimin içində bir yerdəyəm və gözlərimdən xaricə doğru baxıram. Amma bu çox hissiyatlı bir teatrdır. Buna görə də toxunmaları, qoxuları, səsləri və hissləri də təcrübə edə bilirəm. Həm də mən təxəyyülümü də istifadə edə bilirəm. Daxili gözüm və ya daxili qulağım sayəsində zehni bir ekran üzərində görüntüləri və səsləri görünən hala gətirə bilirəm. Bunların hamısı mənim şüurumu meydana gətirir və "mən" bunları təcrübə edən tamaşaçıyam. (Susan Blackmore, Consciousness "A Very Short Introduction", Oxford, 2005, s. 13-14 )

Bizim seyr etdiyimiz yalnız dünyanın surətidir. İşıqlarla təchiz edilmiş bir lunapark beyində əmələ gələn görüntünün surətidir. Mənbəyi yalnız elektrik siqnallarıdır. Ətrafımızdakı insanların, yaxınlarımızın, ətrafdakı quşların səsləri beynimizin içində əmələ gələn surətdir. Mənbəyi yalnız elektrik siqnallarıdır. Yediyimiz bir meyvənin dadı və qoxusu beynimizdə əmələ gələn ləzzətin və qoxunun surətindən ibarətdir. Meyvənin əslini yeməyimiz qeyri-mümkündür. Beynimizdəki meyvənin hər cür xüsusiyyətinin mənbəyi elektrik siqnallarıdır. Heç bir zaman Günəşin gerçək istiliyini, dənizin gerçək sərinliyini və bir buz parçasının gerçək soyuqluğunu hiss etmirik. Çünki Günəşin, dənizin və buzun əsillərinə heç bir zaman çata bilmədiyimiz kimi, onların bizdə meydana gətirdiyi təsirlər də yalnız elektrik siqnallarıdır.

Qarşımızda olan su stəkanı əslində bizdən uzaqda deyil. Qarşımızdadır. O, beynimizin içindədir. Onun görüntüsünü beynimizin içində görürük. Stəkanın şüşəsinə toxunduğumuzu zənn etdikdə əslində stəkanın əslinə toxunmuruq. Çünki, toxunmağı hiss edən barmaqlar deyil, beynimizdir. Bu halda insan, heç bir zaman gerçək bir stəkana toxuna bilməz. O stəkandakı suyu içə bilməz. İçdiyi su yenə insanın öz beynində əmələ gələn hisslərin verdiyi bir su içmə hissindən ibarətdir.

Ölkəmizdə də nümayiş etdirilən What The Bleep Do We Know? (Nə Bilirik ki?) sənədli filmində Atlanta Georgiada Life Universitetindən həkim Joe Dispenza, "beyniniz orada (xaricdə) olanla burada (beynin içində) olan arasındakı fərqi bilməz" deyə bildirir, eyni sənədli filmdə Fred Alan Wolf isə, "'burada' (beynin içində) olandan müstəqil bir şey 'burada' (xaricdə olan) yoxdur"( What the Bleep Do We Know?, Sənədli film, rejissor: William Arntz, Betsy Chasse ) deyir.

Yaşadığımız həyat hisslər surətinin toplusudur. Bunların həqiqi görüntüsü isə olduqca aldadıcıdır. Biz qarşımızdakı insanın da bizimlə eyni şeyləri hiss etdiyini düşünürük, onunla bu mövzuda həmfikir olur və qəbul etdiyimiz dünyanın əsl halını seyr etdiyimizi zənn edirik. Halbuki, gördüyümüz və eşitdiyimiz şeylər mövzusunda bizimlə həmfikir olan qarşımızdakı insan da bizim beynimizdə əmələ gələn bir görüntüdən ibarətdir. Onun qəbul etdiyi şeylərin bizimkindən fərqinin nə olduğunu heç bir zaman bilmərik. Bizim üçün yaşıl rəngin necə bir şey olduğunu, cökə bitkisinin qoxusunun nəyə bənzədiyini ona təsvir edə bilməyimiz mümkün deyil.

Bu halda gerçək nədir? Joe Dispenza mövzuyla bağlı bu sualları soruşur:

Elmi təcrübələr göstərdi ki, əgər bir insanı alıb beynini müəyyən PET axtarışıyla və ya kompüter texnologiyasıyla araşdırarkən müəyyən bir obyektə baxmalarını istəsək, beynin müəyyən bölgələri işıqlanır. Sonra gözlərini bağlayıb eyni obyekti xəyal etmələri istənildikdə, sanki o obyektə həqiqətən gözlə baxırmış kimi, beynin eyni bölgələri işıqlanır. Bu alimlərin belə bir sualı araşdırmasına səbəb oldu: O zaman görən kimdir? Beyinmi görür, yoxsa gözlərmi? Gerçək nədir? Gerçək olan beynimizlə gördüyümüzdür, yoxsa gözlərimizlə gördüyümüzdür? Həm də gerçək budur ki, beyin ətrafında gördükləriylə xatırladıqları arasındakı fərqi bilməz. Çünki, eyni xüsusi sinir ucları işıqlanır. Bundan sonra elm adamları yenə eyni sualı cavab axtarır: Gerçək nədir? (What the Bleep Do We Know?, Sənədli film, rejissor: William Arntz, Betsy Chasse )

"What the Bleep Do We Know?" sənədli filmində J. Z. Knight, həqiqəti belə bildirmişdir:

Bu həqiqətə gerçək deməyə icazə verdik... təxəyyüllə... hərəkətsizlikdən , xaosdan çıxmaq və onu formasında tutmaq üçün ona "maddə" deyirik. (What the Bleep Do We Know?, Sənədli film, rejissor: William Arntz, Betsy Chasse)  

Biz yalnız bizə aid olan bir hisslər dünyasının içində yaşayırıq. Bu dünyadakı görüntülər digər insanların bizimlə paylaşa bilməyəcəyi, digərinin təsdiqləyə bilməyəcəyi görüntülərdir və biz bu görüntüləri gerçək olaraq qəbul edirik. Bu halda gerçək yalnız bir xəyaldır? Yalnız bizə hiss etdirilənlərdən ibarətdir? Öz bədənimiz kimi sahibləndiyimiz bədən, öz həyatımız deyə qəbul etdiyimiz həyat bizim zehnimizdə yalnız bir xəyal olaraq vardır?

Bunların hamısı həqiqətən də xəyaldır. Öz beynimizin içində var edilən bir xəyal aləminin içində varlığımızı davam etdiririk. Xaricdəki gerçək dünyanı seyr etdiyimizi düşünürük. Əslində bizim üçün beynimizdə yaradılan yeni bir dünya var və bizim bunun xaricinə çıxmağımız qeyri-mümkündür.

Filosof Geoff Haselhurst bizim beynimizdə əmələ gətirdiyimiz həqiqət anlayışı mövzusunda elmin izahsız qaldığını bu sözlərlə açıqlayır:

İkinci isə (xəyal qırıqlığıdır ki) hisslərimiz bizi aldadır. Fəlsəfəçilər minlərlə ildir ki, zehnimizin hisslərimizi təmsil etdiyini və buna görə də bizim gördüyümüz, daddığımız və toxunduğumuz dünyanın bizim hisslərimizə səbəb olan gerçək dünyadan fərqli olduğunu bilirdilər. Rəng hissimiz, zehnimizin necə müəyyən bir işıq tezliyini təmsil etdiyinə çox açıq bir nümunədir. Beləliklə, əgər həqiqəti təyin edəcəyiksə bunu əslini tam təmsil etməyən duyğularımızla deyil, hisslərimizi meydana gətirən gerçək varlıqlardan yola çıxaraq təyin etməyimiz lazımdır. Bu səbəblə elm təcrübələrdən qurulmuş olduğundan həqiqəti təyin etmə mövzusunda çox da müvəffəqiyyətli olmur. (Geoff Haselhurst, Introduction to Metaphysics / Principles http://www.spaceandmotion.com/metaphysics.htm) Peter Russell isə bu açıqlamaları edir:

Əvvəla, müasir fizikanın çatdığı nəticələrin bizim təcrübələrimizdən və ya gerçəklərdən çox uzaqlaşdığını təəccüblü hesab edə bilərik... Amma bundan daha da təəccüblü olan insan beynində əmələ gələn gerçəklik görüntüsünün, hər şeyin əslinə uyğun olan tam bir görüntüsünün olmasıdır... Maddi dünyadan bəhs etdiyimizdə, ümumiyyətlə onun altında yatan həqiqəti nəzərdə tutarıq - (bizim "xaricdə" hesab etdiyimiz dünyanı). Əslində biz yalnız gerçəyin görüntüsünü təsvir edirik. Bizim təcrübə etdiyimiz maddi aləm, dərindən hiss etdiyimiz, bildiyimiz "gerçək dünya"nın bütünü, zehində yaradılan görüntünün hissələridir. Bunların hamısı gerçəyi açıqlama üsullarıdır. Hər nə qədər qulağa ziddiyyətli səslənsə də, maddə, zehində yaradılan bir şeydir. (vurğu orijinalına aiddir.)-http://www.peterussell.com/Reality/realityart.html

Haqq sənin Rəbbindəndir! Odur ki, şübhə edənlərdən olma! (Bəqərə surəsi, 147)

Bu halda bizim üçün gerçək xaricdə əslinə heç bir zaman çata bilməyəcəyimiz maddə deyil. Beynimizdə bunların hamısının elektrik siqnallarından əmələ gələn bir görüntüsü meydana gəldiyinə görə, gerçək, bizim beynimizdə əmələ gələn dünya da deyildir. Bu dünya tamamilə xəyaldır, bir illuziyadır. Biz bu dünyanı seyr edərək yanılır, aldanırıq. Buna görə "gerçək", bizim üçün nə xaricdə, nə də beynimizin içindəki görüntüdədir.

Yaxşı bu vəziyyəti fərq edib qəbul etmək çətindir? Fred Alan Wolf insanların içində yaşadıqları xəyal dünyasına olan vərdişlərini və "əsl həqiqət" anlayışından necə uzaq durmağa çalışdıqlarını bu sözlərlə söyləyir:

Biz şüursuzca içimizdə olan bu sirri saxlamağa çalışırıq... Başqa sözlə, biz şüursuzca, hər şeyi gördüyümüz şəkildə olduğu illuziyanın altında yaşamağı seçirik. Bu yalnız mənim və ya sizin üçün doğru olan vacib bir gerçək deyil, bu kainatın varlığının ən dərin sirridir... Bunun (bu sirri saxlamağın) nəticə verməsinin tək səbəbi buna inanan hamımızın həmfikir olmasıdır. Əgər buna inanmağı bir dəqiqə və ya yalnız bir saniyə, hətta tək bir millisaniyə qədər dayandırsaq və şüurumuzun bunu dayandığımızın fərqinə varmasını təmin etsək, bu sirrin açığa qovuşduğunu görərik.

Həyatımızın bəzi vaxtlarında, bir şəkildə, bir yerlərdə, yalnız bir anlığına, bu böyük sirrin ortaya çıxdığı zamanlar olur... Amma heç bir zaman "urra" deyə qışqırmırıq. Teatrda heç kimin təəccüblənməkdən nəfəsi kəsilmir. Tək bir yaradıcı hərəkət əsnasında, bir şey heçlikdən seçilər, amma özümüzü aldadaraq bunu görmərik. Bu, bu şəkildə davam edər. Ətrafda alqışlar olmaz. Arxamızı söykəyib, tamaşanı izləyər, dərin bir nəfəs alaraq belə deyərik: "Biz bunu heç bir vaxt həll edə bilməyəcəyik, ən yaxşısı yalnız qəbul edək."

... Çoxumuz vərdiş olaraq bu mövzuda şüursuz şəkildə qalıb və varlığımızın son nanosaniyəsinə qədər bu xəyala möhkəm yapışmış halda yaşayarıq. Okean ilə yer üzü arasındakı hava, yer və su arasındakı sərhəddə baxarıq. Qabaran quma, suya və havaya baxıb fərqləri xatırlayarıq. Eyni şəkildə, həyatımızı görünməyən bir pərdənin bizi "oradakı xarici dünyadan" ayırdığını olduqca rahat bir zənn içində yaşayarıq. "İçəridə", zehnimizin içində, bizim təxəyyülümüzün iç dünyasında, təhlükəsizlikdəyik və təkik. Heç bir şəkildə, heç kim və ya heç bir şey bizim zehin dünyamızın içinə icazəsiz girə bilməz. Bədənimizdəki hər duyğu orqanı bizə davamlı olaraq bunun gerçək olduğunu söyləyər, hər birimiz təkik. "Xaricdəki" və "içəridəki" dünyaları bir-birindən ayıran hiss nümayişlərimizlə üzləşdirəcək hər cür məlumatı, hər düşüncəni, hər hissi, hər xəyali hekayəni inkar edərik. Bizə fərqli bir hekayə izah edən kəslərə şübhəylə baxar və böyük ehtimalla onların yanlış yolda olduğunu düşünərik, hətta dəli olduqları qərarına gələrək onları başımızdan atmağa çalışarıq ( Fred Alan Wolf, Mind into matter "A New Alchemy of Science and Spirit", 2001, Moment Point Press, s. 15-16)

Beynimizdə əmələ gələn dünyanın gerçək olmadığını qavramaq və bunu qəbul etmək bir materialist üçün olduqca çətindir. Amma bu bu gün elmin təsdiqləmiş olduğu bir vəziyyətdir. Buna baxmayaraq, Fred Alan Wolfun da ifadə etdiyi kimi, bu böyük gerçək görməzlikdən gəlinir. Xəyal dünyasında yaşamağımız, sadə elmi görüş kimi əks etdirilir və həll edilə bilməyən bir problem olaraq qəbul edilir. Bunun tək səbəbi, bizim üçün "gerçək" olanın materialist zehniyyət üçün "qəbul edilə bilməz" olmasıdır. Materialistlərin qəbul edə bilmədikləri və elm adamlarının axtardıqları bu "gerçək" insana aid ruhdur. Bu dünyada mütləq olan və axirətdə sonsuza qədər varlığını davam etdirəcək olan insan ruhudur. Bu ruhu insana verən Allahdır. İnsanın xaricində var olan maddə də, insanın öz bədəni də, zehnində əmələ gələn həyatı da bir gün yox olub gedəcək. Baqi və Mütləq olan, Uca Allahın dilədiyinə verdiyi Öz əmrindən olan "ruh"dur.

Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam."Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!” (Sad surəsi, 71-72)

YUXUDAKI HƏQİQƏT

Yuxu gördüyümüz zaman qapqaranlıq səssiz bir mühitdə təkik. Gözlərimiz bağlıdır, qaçmırıq, danışmırıq, heç kimi görmürük. Amma yuxu əsnasında ətrafımızdakı insanlar, mühit, yaşadığımız hadisələr o qədər həqiqidir ki, bütün bunları əslində yaşadığımızdan heç bir zaman şübhələnmirik. Yuxu nümunəsi bizə xarici dünyanın hisslərdən əmələ gəldiyini sübut edən vacib bir dəlildir.

Yuxu gördüyümüz zaman əslində heç kimlə danışmırıq,heç kimi görmürük, gözlərimiz bağlıdır. Qaçmırıq, getmirik. Qarşımızda qorxub qaçmağımıza səbəb olan varlıqlar və ya gözəlliyini izlədiyimiz yamyaşıl və geniş bir çəmənlik və ya aşağıya baxmağa qorxduğumuz nəhəng göydələnlər və ya insanların çox olduğu yer yoxdur. Biz qarşımızda bütün bu görüntülər varkən, əslində yatağımızda tək başımızayıq. Ətrafımızda olduğunu zənn etdiyimiz çoxlu insanların çıxartdıqları dəhşətli səs-küy, səssiz otağımızda bizə heç bir zaman çatmaz. Sürətlə qaçdığımızı zənn etdiyimiz bir anda əslində demək olar ki, heç hərəkət etmirik. Yanımızdakı insan ilə coşub danışanda əslində ağzımızı belə açmırıq. Amma, yuxu gördüyümüz an bütün bunları həqiqi kimi yaşayırıq. Ətrafımızdakı insanlar, mühit, yaşadığımız hadisələr o qədər realdır ki, yuxu əsnasında bunları gerçəkdə yaşamadığımızdan heç bir zaman şübhələnmirik.

Yuxumuzda bizi avtomobilin vurduğunu görə bilirik və bununla bağlı hissləri həqiqi olaraq qəbul edə bilirik. Avtomobil yaxınlaşarkən hiss etdiyimiz qorxunu, avtomobilin gəlməsini və sürətini, bizi vurduğunda bədənimizdə meydana gələn ağrını gerçəkdə olduğu kimi yaşayır və bu hadisənin həqiqi olmadığından heç şübhələnmirik. Havanın istiliyi, insanların baxışları, geyindiyimiz paltarlar, hər şey çox həqiqidir. Amma əslində bunların heç birini yaşamamışıq. Bizə çatan heç bir işıq, heç bir səs yoxdur. Görüntünün, səsin, qoxunun əmələ gəlməsi üçün heç bir səbəb yoxdur. Xarici dünya dediyimiz anlayış yox olmuşdur. Yalnız zehnimizdə yaşanan bir həyat vardır. Amma bunun bu şəkildə olduğunun fərqində olmarıq. Yuxu gördüyümüz zaman bizə bütün bunların bir yuxudan ibarət olduğu xatırladılacaq olsa, buna ehtimal verməz, içində yaşadığımız dünyanın həqiqətinə inanarıq. Bizim üçün yuxu əsnasında gördüyümüz, iylədiyimiz, toxunaraq hiss etdiyimiz və duyduğumuz şeylərin qəti bir həqiqəti vardır. Məhz buna görə yuxu əsnasında qorxularımız, sevinclərimiz, narahatlıqlarımız gerçəkdir. Bütün fiziki təcrübələri oyaq vaxtımızda yaşadığımız şəkli ilə yaşayırıq. Yuxu əsnasında yuxuda olduğumuzdan şübhələnməyimizi gerçəkləşdirəcək heç bir dəlil yoxdur.
Yuxu nümunəsi bizə aid xarici dünyanın bir hissdən ibarət olduğu həqiqətini sübut etmək üçün olduqca təsirli bir nümunədir. Yuxu əsnasında insan ətrafındakıların real olmadığına inanmadığı kimi, gerçək həyat dediyi bu dünya içində yaşayarkən də bunun yalnız zehnimizdə qəbul edilən bir həqiqətdən ibarət olduğuna inanmaqda olduqca çətinlik çəkir. Halbuki "gerçək həyat" dediyimiz görüntüləri qəbul etmə formamız, yuxuları qəbul etmə formamızla tamamilə eynidir. Hər iki görüntü də zehnimizdə əmələ gəlir. Hər iki görüntünü də izləyərkən bunların həqiqətindən şübhələnmirik. Halbuki yuxuların gerçək olmadığına dair əlimizdə gerçək bir dəlil var. Yuxudan oyandıqda "demək ki gördüklərim yalnız yuxu imiş" deyirik. Elə isə, bu anda gördüklərimizin yuxu olmadığını necə isbat edə bilərik?

Allah ayələrində bu gerçəyi belə xəbər verir:

Sur (ikinci dəfə) üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar. Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli (Allahı)n vəd etdiyi (qiyamətdir). Elçilər doğru deyirlərmiş”. (Yasin surəsi, 51-52)

İndi bunun isbatı bizə elmi olaraq verilən dəlillərdir. Yuxudan oyanacağımız an isə həyatımızın sona çatması ilə başlayacaq. Bu halda, əsl doğru olan bu dünyanın bizim üçün yalnız bir xəyal, bir yuxu kimi zehində yaşandığını qəbul edib ona görə yaşamaqdır.

Peter Russell, yuxudakı həqiqət ilə yaşadığımız dünyaya aid həqiqəti belə müqayisə edir:

Dünya hissimiz, "xaricdə" olanın olduqca inandırıcı bir görüntüsüdür. Amma bizim gecə gördüyümüz yuxulardan daha da "xaricdə" olan heç bir şey yoxdur. Yuxularımızda ətrafımızda görüntülərin, səslərin və hisslərin olduğunun fərqində olarıq. Öz bədənimizin fərqində olarıq. Düşünər və qərar verərik. Qorxunu, hirsliliyi, xoşbəxtliyi və sevgini yaşayarıq. Digər insanları, bizimlə danışan və əlaqə saxlayan ayrı-ayrı insanlar hesab edərik. Yuxu, bizim ətrafımızdakı "xaricdəki" dünyada gerçəkləşir kimidir. Yalnız oyandığımızda, bütün bunların yuxu olduğunu başa düşürük - hər şey zehnimizdə yaradılır. Descartes ise bu gerçeği şu şekilde tanımlamıştır:

"Bu yalnız yuxuymuş" dediyimizdə, bu təcrübələrimizin fiziki bir həqiqətinin olmadığını nəzərdə tutarıq. Bunlar; xatirələrdən, ümidlərdən, qorxulardan və digər faktorlardan meydana gəlir. Oyanıq halda, bizim dünya görüntümüz öz fiziki ətrafımızdan aldığımız duyğusal məlumatlara söykənir. Bu hal oyanıq zamanı yaşadığımız təcrübələrə bir əsaslı və yuxularda olmayan bir həqiqət hissi verir. Amma gerçəkdə, oyanıq halda yaşadığımız təcrübələr də, yuxularımızda olduğu qədər zehnimizin məhsuludur.( Peter Russell, From Science to God "A physicist's Journey into the Mystery of Consciousness", New World Library, 2002, s. 42)

Dekart isə bu gerçəyi bu belə ifadə etmişdir:

Yuxularımda onu-bunu etdiyimi,oraya -buraya getdiyimi görürəm; oyananda da heç bir şey etməmiş, heç bir yerə getməmiş olduğumu, sakit halda yataqda yatdığımı anlayıram. Mənim bu anda yuxu görmədiyim, hətta bütün həyatımın bir yuxu olmadığı zəmanətini mənə kim verə bilər?
(http://www.cevaplar.org/index.php?khide=visible&sec=1&sec1=22&yazi_id=3828)

Əlbəttə nə ətrafımızdakı insanlar, nə də hisslərimizin sahibi olan biz bu anda yaşadığımız həyatın bir yuxu olmadığı zəmanətini heç bir zaman vərə bilmərik.



Yuxu əsnasında bir çiçəyi qoxladıqda o çiçəyin özünə xas qoxusunu qüsursuz şəkildə hiss edə bilirik. Bunun səbəbi o çiçəyi gerçəkdə qoxlayarkən də, onu yuxumuzda gördüyümüzdə də beynimizdə eyni proseslərin meydana gəlməsidir.

Yuxu əsnasında bir buza toxunduqda onun soyuqluğunu, yaş olduğunu, şəffaf görüntüsünü beynimizdə mükəmməl şəkildə canlandırırıq. Bir gülü qoxladıqda gülün özünə xas qoxusunu qüsursuz şəkildə hiss edə bilirik. Bunun səbəbi, bir gülü gerçəkdə qoxlayarkən də, onu yuxumuzda gördüyümüzdə də beynimizdə eyni proseslərin meydana gəlməsidir. Bu halda, hansı vəziyyətdə gülün gerçək görüntüsü və gerçək qoxusu ilə təmasda olduğumuzu bilmərik. İşin əsli isə hər iki vəziyyətdə də gerçək gül ilə təmasda olmadığımız və hər iki vəziyyətdə də gülün görüntüsünün də, qoxusunun da beynin heç bir yerində var olmadığıdır. Bu vəziyyətdə hər ikisi də həqiqəti təmsil etmir. Gerald O'Brien bu vəziyyəti bu sözlərlə təsvir etmişdir:

Yatağımızda yatırıq, gözlərimiz bağlı, amma yenə də bəzilərimiz çox canlı, vizual təcrübələr yaşayırıq. Bu vizual təcrübələrdə insanların olduğu bir dünyadayıq, ətrafımızda hadisələr olur və biz bu yuxunu görəndə, bu mühit, bir şəkildə bizə həqiqətən dünyadayıq kimi görünür.Bu həqiqətən vacibdir, çünki, bizə beyinlərimizin əslində görmə təcrübəsini yuxularımızda olduğu şəkildə göstərmə qabiliyyəti olduğunu göstərir. Bu da bəzi filosoflar və zehin üzərində işləyən nəzəriyyəçilər üçün ümumi mənada bunu göstərir, bəlkə də biz oyaqkən və dünyanı seyr edən zaman yanlış bir anlayışa sahibik. Bəlkə də həqiqətən bütün təcrübələrimizi, dünya ilə bağlı bütün vizual təcrübələrimizi beynimiz şəkilləndirir və bizim dünya ilə doğrudan təmasda olduğumuz ilə bağlı fikirlər tamamilə yanlışdır. ( Natasha Mitchell, Is the Visual World a Grand Illusion?, Radyo Programı, 18 Ocak 2004 http://www.abc.net.au/rn/science/mind/s996555.htm)

İnsan yuxu gördüyü an bir yuxuda olduğunu bilsə, üzərinə doğru gələn avtomobil onu qorxutmaz, əldə etdiyi mal və pulun keçici olduğunu bilər, bunun üçün həvəslənməz. Sahib olduğu nemətlərin və gözəlliyin oyanması ilə sona çatacağını bilər, qürurlanmaz. Yuxu əsnasında insanların özünə qarşı mənfi fikirləri və rəftarları əhəmiyyətli deyil. Çünki, həm bu mühitin, həm də bu insanların gerçək olmadıqlarını bilir. Yuxu əsnasında, mütləq yuxudan oyanacağını bilir; məhz buna görə dünyəvi ehtirasların arxasınca qaçmır, dünyəvi narahatlıqlara fikir vermir, bu həyatı heç bitməyəcək zənn edib mənfəət arxasınca qaçmır. Yuxu mühitinin xaricində gerçək bir həyat olduğundan əmindir. Buna görə də, yuxu gördüyünü bilən bir insan üçün yuxu əsnasında içində olduğu mühitin heç bir əhəmiyyəti və dəyəri yoxdur.

Yuxu üçün verə biləcəyimiz bu nümunə gerçək həyat olaraq adlandırdığımız bu həyat üçün də eynidir. Bu həyatın gerçək olmadığını, yalnız bir görüntü olaraq göstərildiyini bilən bir adam üçün burada dünya ilə bağlı yaşadıqlarının və eşitdiklərinin heç bir əhəmiyyəti yoxdur. Çünki eynilə yuxuda olduğu kimi, gerçək olmayan bir həyatın içində yaşayarkən, bunun saxtalığını fərq etmişdir. Özündən mənfəət güdmək istəyən şəxslərin gerçəkdə var olmadıqlarını, ətrafındakı aldadıcı gözəlliklərin əslində bir xəyaldan ibarət olduğunu artıq bilir. Bu səbəbdən, dünyada var olan şeylərə görə həvəslənməsinin, mənfəət əldə etmək üçün səy göstərməsinin bir mənası yoxdur. Gəlib keçici bir yuxunun içində yaşayır və əsl həyatın bundan sonra başlayacağını bilir.

Yazıçı Remez Sasson mövzuyla əlaqədar olaraq bu sözləri söyləyir:

Bu sanki bir film nümayişi kimidir. Filmi seyr edən adam xarakterlərə və ekranda olanlara tamamilə bağlanmışdır. Qəhrəmanlarla birlikdə xoşbəxt olar, kədərlənər, əsəbiləşər, qışqırar ya da gülər.

Əgər müəyyən bir anda ekranı artıq izləməməyə qərar versə və diqqətini göstərilən filmdən geri çəkməyi bacara bilsə, filmin meydana gətirdiyi illuziyadan çıxaraq özünə gələr. Film maşını ekrana görüntülər verməyə davam edəcək. Amma o artıq bunun yalnız filmdən ekrana əks etdirilən işıq olduğunu bilir. Ekranda gördükləri gerçək deyil, amma yenə də oradadır. Filmi izləyə bilər və ya gözlərini, qulaqlarını bağlamağa və ekrana baxmamağa qərar verə bilər.

Bir film seyr edərkən, elektrik enerjisinin kəsilməsinə görə filmin dayandığı olubmu? Televiziyada maraqlı, cəlb edici bir film seyr edərkən birdən arada reklamlar verildiyində sizə nə olur? Ətrafınızdakı illuziyadan xilas olaraq özünüzə gəlirsiniz. Siz yatarkən və yuxu görərkən, biri sizi qaldırsa, bir dünyadan başqa bir dünyaya keçmiş olduğunuzu hiss edirsiniz. Bu, bizim həqiqi dediyimiz dünyada da belədir. Bundan oyanmaq mümkündür. (Reality Versus Imagination and Illusion, Remez Sasson,


Yaşadığımız dünya da eynilə yuxular kimi xəyal görüntülərdən, xəyal qoxulardan, xəyal dadlardan və xəyal hisslərdən meydana gəlir. Əlbəttə, bu həyatın sonu gəlmədən əvvəl, istəyən şəxs bu yuxudan oyanıb gerçəkləri görə bilər. Bu yuxudan oyanmaq, gerçək olanın bu dünya olmadığını fərq etmək, əsl həqiqətin axirət olduğunu anlamağı təmin edəcək. Axirəti qavrayan bir insan isə dünyanın keçiciliyinin fərqində olar, axirətdə qurtuluşa çatmaq üçün Allahı razı salması lazım olduğunu bilər və bu məqsəd uğrunda yaşamağa başlayar. İnsana dünyada və axirətdə sonsuz nemətləri gətirəcək gerçəklərdən biri məhz budur. Ayələrdə qiyamət günündə oyandırılan insanlar bu şəkildə xəbər verilir:

Sur üfürüləcəkdir. Bu, vəd olunmuş təhdid günüdür.Hər kəs onu qova-qova (məhşərə) gətirənlə və bir də (əməllərinə) şahidlik edənlə (birlikdə) gələcək. Sən bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!” (Qaf surəsi, 20-22)

BEYİNDƏ QAVRAMA POZULMALARI VƏ FƏRQLİ XARİCİ DÜNYA

Dünyanın gerçək görüntüsünü gördüyümüzə dair bizi qane edən beş duyğu orqanımız, hissləri meydana gətirən elektrik siqnallarından məhrum qalsa, xarici dünya da yox olar. Bu, elmi bir həqiqətdir. Beş duyğu orqanımız, ancaq elektrik siqnalları yoluyla bizə məlumat verir. Xarici dünyada hər hansı bir məlumat olsa, lakin lazımlı elektrik siqnalları bizə çatmasa, bundan xəbərimiz olmayacaq.

Beyində qavrama yanılmaları, bu həqiqəti bizə açıq göstərən ən vacib dəlillərdəndir. Məsələn, qarşımızdakı otağa baxır və otağın hər şeyini mükəmməl şəkildə gördüyümüzü zənn edirik. Amma gerçək bu şəkildə deyil. Qarşımızdakı otağın kiçik bir nöqtəsini heç bir şəkildə görə bilmirik. Bu, yalnız bu otaqla məhdud bir vəziyyət deyil. Baxdığımız hər yerdə o itən hissə mütləq var. Həyatımız boyu gördüyümüz görüntü kvadratların hər birində əslində o kiçik nöqtəni heç bir zaman görə bilməmişik. Bu, hər insanda var olan "kor nöqtədir".

Bu korluğun səbəbi gözü beynə bağlayan sinirlərin gözün bir nöqtəsində olmamasıdır. Ancaq buna baxmayaraq, qarşımızdakı görüntünü daim əskiksiz görürük. Bunun səbəbi, beynin tamamlayıcı xüsusiyyətidir. Kor nöqtə səbəbiylə görünməyən sahə beynin "boyama" və arxa plandakı digər görüntülər ilə, "tamamlama" qabiliyyəti səbəbiylə görünən hala gəlir. Bu, əslində qeyri-adi bir vəziyyətdir. O nöqtədə bizim üçün əslində heç bir şey yoxdur. Beynin orada var etdiyi şey tamamilə xəyaldır. Biz, o nöqtəni "görə bilmədiyimizi" əsla bilmərik. Beyin kor nöqtəni, orada olması lazım olduğuna qərar verdiyi ən yaxşı təxminlə, yəni arxadakı fondla doldurur. Bu təxminin necə əmələ gəldiyi alimlər üçün hələ də bir sual altındadır. Kaliforniya Universiteti, Psixologiya Bölməsi və Nevroelm Proqramı professoru və Beyin və Hiss etmə Mərkəzinin Rəhbəri Vilayanur S. Ramachandran bu sirri bu şəkildə açıqlayır:

Məsələn, kor nöqtənizi bir kvadratın küncünə "hədəfləməyə" cəhd edə bilərsiniz. Digər üç nöqtəni fərq edən görmə sisteminiz əskik küncü tamamlayacaq? Bu təcrübəni özünüzdə tətbiq etdikdə əslində küncün gözdən itdiyini, "qoparılmış", ya da bulanıq olduğunu görəcəksiniz. Görüntüyə baxılsa kor nöqtə üzərində tamamlama edən sinir mexanizmi künclər ilə başa çıxa bilməyəcək, doldurula və ya doldurulmaya biləcək şeylərin bir sərhəddi var. .( - V.S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 94)

Bəs beyindəki bu tamamlama əməliyyatı üzərində bizim bir seçimimizin olması mümkündür? Ramachandran, bu suala da bu cavabı verir:

Görməklə bağlı əskikləri tamamlama çox fərqlidir. Kor nöqtənizi bir xalça naxışı ilə doldurduqda, bu nöqtəni nəyin tamamladığı ilə bağlı seçimləriniz olmayacaq, zehninizi bu mövzu ilə bağlı dəyişdirə bilməzsiniz. Vizual boşluqları doldurma vəzifəsini görməklə əlaqəli neyronlar yerinə yetirir. Onlar bir dəfə qərar verdikdən sonra onların bu qərarı geri çevrilə bilməz: Digər beyin mərkəzlərinə bir dəfə "bəli, bu özünü təkrar edən bir naxışdır" və ya "bəli, bu düz bir xəttdir" təlimatları getdikdə, qavradığınız şeyi geri qaytara bilməzsiniz. (V.S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 103 )

Kor nöqtə ilə bağlı mövzunu daha yaxşı qavraya bilmək üçün yuxarıdakı testi edə bilərsiniz.
Sağ gözünüzü bağlayın və gözünüzü 50 sm-lik məsafədən monitora doğru yaxınlaşdırın. Başladığınız andan etibarən gözünüzü yalnız müsbət işarəyə fokuslayın. Müəyyən bir müddətdən sonra soldakı qara nöqtənin yox olduğunu görəcəksiniz. Beyin görmədiyi qara nöqtəni ağ sahə ilə tamamlamışdır.

Biz bir masaya baxarkən, görmə sistemimiz masanın əvvəlcə kənarları haqqında məlumat əldə edir və masanın cizgili halına bənzər bir təmsili şəklini zehnimizdə meydana gətirir. Görmə sistemi, bundan sonra masanın rəngini və vəsaitini seçir. Bunlar, "tamamlama" prosesi üçün vacib ünsürlərdəndir. Əldə edilən bu məlumatlar sonrasında beyin qarşısındakı görüntü ilə əlaqədar ümumi bir təxmini olur. Beynimiz, qarşımızdakı görüntünün hər detalını araşdırmaq məcburiyyətində qalmaz və detallı hesablamalara girməz. ( V.S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 103)Beynimiz, qarşımızda, "ehtimal daxilində" olan görüntünü var etmişdir.

Bu səbəbdən beyin, bizdə varlığına inandığımız bir illuziya meydana gətirir. Bu kor nöqtədəki görüntü qarşımızdakı gerçək görüntü deyil. Amma biz bunun fərqində olmuruq. Lakin maraqlı olan görüntünün hamısının gerçək olduğuna dair də heç bir dəlilimizin olmamasıdır. Əslində kor nöqtədəki var olmayan görüntü də, eynilə digər görüntülər qədər gerçəkdir. Gündəlik həyatımızda sahib olduğumuz kor nöqtənin harada olduğunun fərqində belə olmuruq. Bu vəziyyətdə gün içində əldə etdiyimiz görüntülərin də bir xəyal olub-olmadığını bilmərik. Bizə "həqiqi" görünmələri gerçək olduqlarına inanmaq üçün kifayət deyil.

Beyindəki digər hiss yanılmaları və ya qavrama pozuqluqları da bu gerçəyin dəlillərindəndir. Bunlardan biri kortikal rəng korluğudur. Əgər beynin hər iki yarım kürəsində də rənglərlə bağlı hissə olan V4 ziyan görsə, xəstəlik ortaya çıxar. Bu xəstəliyə sahib olan insanlar dünyanı boz rəngin kölgələri şəklində görürlər. Hər şey sanki ağ-qara bir film kimidir. Amma qəzet oxumaq, insanların üzünü tanımaq və ya hərəkətləri və istiqamətləri seçə bilmək mövzularında heç bir problemləri yoxdur .( V. S. Ramachandran, A Brief Tour of Human Consciousness, 2004, PI Publishing, s. 26) Buna baxmayaraq əgər orta temporal sahə (MT) ziyan görsə, xəstə hələ də kitab oxuya bilər, rəngləri görə bilər, amma bir şeyin hansı istiqamətə doğru getdiyini və hansı sürətdə getdiyini anlaya bilməz. Prof. Ramachandran, bu mövzuyla bağlı bunları yazmışdır:

Beyində bir ya da daha çox sahə zərər görsə bir neçə nevroloji xəstədə müşahidə edilən ziddiyyətli zehni vəziyyətlər ilə qarşılaşarsınız. Bunların içində nevroloji mənada ən çox bilinən nümunələrdən biri "hərəkət korluğu" olan isveçrəli bir qadın (ona Ingrid deyəcəyəm) ilə əlaqədardır. Ingridin beynində orta temporal (MT) sahədə cüt taraşı bir zərər meydana gəlmişdi. Adətən normal görürdü, cisimlərin şəkillərini söyləyə bilir, insanları tanıya bilir və heç bir problem olmadan kitab oxuya bilirdi. Lakin qaçan bir insana, ya da yolda irəliləyən bir nəqliyyata baxdıqda, düz və davam edən hərəkətlər görmək əvəzinə hərəkətsiz, sürətlə yanıb sönən kəsik və ani hərəkətlər görürdü. Gələn avtomobillərin modelini, rəngini, hətta nömrələrini təsbit edə bilməsinə baxmayaraq, onların sürətini təxmin edə bilmədiyi üçün qarşı küçəyə keçməkdən qorxurdu. Biriylə üz-üzə danışmağın telefonla danışmağa oxşadığını deyirdi, çünki normal bir danışıq zamanı insanın üz ifadəsinin dəyişdiyini görmədiyini söyləyirdi. Hətta bir fincan qəhvə təqdim etmək belə böyük bir çətinlik yaradırdı, çünki maye davamlı sıçrayıb yerə tökülürdü. Nə vaxt yavaş hərəkət etməsini və nə vaxt qəhvə fincanını dəyişdirməsi lazım olduğunu bilmirdi, çünki mayenin fincanın içində hansı sürətlə dolduğunu əvvəlcədən görə bilmirdi. Bu işlər sizin və mənim üçün çox zəhmətsiz ola bilər və bunları olduqca təbii qarşılayırıq. Lakin bir şey tərs getdikdə, məsələn, bu sahə zərər görsə görmənin nə qədər mürəkkəb olduğunu anlamağa başlayarıq. . .(V.S. Ramachandran, M.D., Ph.D. ve Sandra Blakeslee, Phantoms in the Brain, William Morrow and Company, Inc., New York, 1998, s. 72)

Qallyusinasiyalar da hiss yanılmalarının başqa nümunələridir. Ümumiyyətlə beyində meydana gələn bir zərər, müxtəlif qızdırmalı xəstəliklər, istifadə edilən dərmanlar və ya yaşlılıq , ağlını itirmə nəticəsində əmələ gələn qallyusinasiyalar, insanın qarşısında əslində var olmayan şeyləri var olaraq qəbul etməsidir. Qallyusinasiyalar insanların ətrafında olmayan görüntüləri görmələri və olmayan səsləri eşitmələri şəklində meydana gəlir. Bu insanlar qallyusinasiya gördüklərində şüurlu və oyanıq halda olurlar. Görüntülərin görən insan üçün gördüklərinin reallığı olduqca qane edicidir.


Saydığımız sindromlar beyində meydana gələn zərərlər və ya başqa səbəblər nəticəsində əmələ gələn xəstəliklərdən yalnız bir neçəsidir. Bu xəstəliklər nəticəsində insanların bəziləri olmayan görüntüləri görür, əslində görmədiyi, amma özü üçün çox dəqiq olan bir həyat tərzi yaşayırlar. Bəziləri üçün xaricdəki rənglər tam fərqlidir. Gördüyümüz rəngarəng dünya onlara demək olar ki, ağ-qara bir film kimi görünür. Əgər həqiqətən xarici dünya ilə təmasda olsaq, əgər yaşadığımız dünya beynimizə gələn elektrik siqnallarından ibarət deyilsə, onda bu insanlar niyə fərqli bir hissə sahibdirlər? Xarici dünya əgər "tək"dirsə, niyə onlar da xarici dünyanı bizim qəbul etdiyimiz şəkildə qəbul etmirlər, niyə eyni şeyləri eyni şəkildə görə bilmirlər?

Bütün bunların açıqlaması budur: Biz xarici dünyanı mükəmməl şəkildə qəbul etdiyimizdən və hisslərimizin tam olduğundan şübhə etmirik. Amma bəzən qallyusinasiya görən bir insan üçün də bu belədir. O da gördüyü xəyali görüntülərin əslində mövcud olduğunu düşünür. Bu halda beynimizdə əmələ gələn xarici dünyanın nəyə oxşadığı və ya digər insanların qəbul etdiyindən fərqli olub-olmadığı mövzusunda söyləyə biləcəyimiz heç bir şey yoxdur. Bu 21-ci əsrin elmi ilə heç bir şəkildə sınaqdan keçirilə bilməyəcək, təcrübələrlə müəyyən oluna bilməyəcək bir həqiqətdir. Hər birimiz üçün yaradılan dünyanın necə bir dünya olduğunu bilməyimiz qeyri-mümkündür. Biz bu dünyanın içində yalnız bizə qəbul etdirilənlə təmasda oluruq. Bunun xaricinə çıxmağımız, bundan da artığını düşünməyimiz mümkün deyil.

Duyğu orqanlarımızla qəbul edilən elektrik siqnalları bizim üçün xarici dünyanın surətini meydana gətirir. Amma əvvəldə bu xarici dünyanı qəbul edən, qəbul etdiyi şeylərdən məna çıxaran, narahat olan, sevinən, kədərlənən, həyəcanlanan, düşünən, tanıyan, analiz edən bir "mənlik" var. "Mən" dediyimiz bu varlıq görəsən beynin içində bir yerlərdədir? Neyronların bir-birləriylə qarşılıqlı təsirləri bizi düşündürüb xoşbəxt edər? Bir musiqidən xoşlanmağımızı təmin edə bilər? Bu qarşılıqlı təsir bir mənzərəyə baxmaqdan və ya ləzzətli bir yeməyi yeməkdən həzz almağımızın mənbəyidir?

Əlbəttə, ağıl və vicdan sahibi bir insan bunların heç birinə "bəli" cavabı verə bilməz. Mənliyimiz, beynin tamamilə xaricində bir şeydir və bunun adı "ruh"dur.

Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir”. (İsra surəsi, 85)