İSLAM ALİMLƏRİNİN FİKİRLƏRİ

Bizim "kainat" dediyimiz maddi dünyanın əsl mahiyyəti tarix boyu mübahisə mövzusu olmuşdur. Materialistlər maddənin yeganə mütləq varlıq olduğunu hesab edərək Allahı inkar etmişlər. Maddənin müstəqil varlığı olmayan xəyal olduğunu qavrayanlar isə Allahın varlığını və birliyini başa düşmüşdürlər.

Biz işlərimizdə təkidlə bu mövzunun üzərində dayanırıq. Bu həqiqəti xəbər veririk: Bizim maddə dediyimiz şey əslində zehnimizdə mövcud olan bir hissdir. Bu həqiqət elmi dəlillərlə də sübut edilir. Maddə hiss olduğuna görə də Allah tərəfindən davamlı olaraq yaradıldığı açıqdır. Allah bütün maddi kainatı xəyal və təsəvvür mərtəbəsində yaratmışdır. Tək mütləq varlıq Odur, başqa hər şey isə Onun tərəfindən yaradılan kölgə varlıqlardır.

Bu həqiqətin dəlillərinin izah edilməsi maddəni özlərinə ilah edən materialistləri böyük çaxnaşma və təlaşa salır. Bunun əlamətləri materialistlərin bizim çalışmalarımıza qarşı göstərdikləri şiddətli reaksiyalarda açıq görünür. Biz materialistlərin bütün bu reaksiyalarını təbii qarşılayırıq. Çünki yalnız maddəyə inanaraq Allahı inkar edən bu insanlar inandıqları şeyin bir xəyal olduğunun ortaya çıxmasıyla birlikdə, çox böyük fəlakət yaşayırlar.

Ancaq qəribə olan, son dövrdə bəzi müsəlmanlardan da bu mövzuda etirazların gəlməsidir. Bəzi insanlar, bir neçə yanlış anlama və ya yanlış qiymətləndirmə nəticəsində maddənin xəyal olduğuna qarşı çıxırlar və hətta bunun İslama zidd bir düşüncə olduğunu müdafiə edirlər. Bu yazıda bu yanlış qiymətləndirmələri düzəldəcəyik və maddənin bir xəyal olduğu həqiqətinin İslam tarixinin ən böyük alimləri tərəfindən də açıqlandığını xatırladacağıq.

BƏDİÜZZAMANIN FİKİRLƏRİ

ÜÇÜNCÜ RƏMZ: Ey insan! Fâtir-i Hakîmin (hər şeyi hikmətlə və bənzərsiz yaradan Allahın) sənin mahiyyətinə qoyduğu ən qəribə bir halət budur ki:

Bəzən dünyaya yerləşə bilmirsən, zindanda boğazı sıxılmış adam kimi "of, of" deyib dünyadan daha geniş bir yer istədiyin halda; bir zərrəcik, bir iş, bir xatirə, bir dəqiqə içinə girib yerləşirsən. Böyük dünyaya yerləşə bilməyən qəlbin və fikrin o zərrəcikdə yerləşir. Ən şiddətli hissiyyatınla o dəqiqəcə, o xatirəcikdə gəzirsən.

Həm sənin mahiyyətinə elə mənəvi cihazat (cihazlar) və lətifələr(ruhdakı incə duyğu) vermiş ki, bəziləri dünyanı udsa tox olmaz; bəziləri bir zərrəni özündə yerləşdirə bilmir. Baş bir batman daşı qaldırdığı halda, göz bir tükü qaldıra bilmədiyi kimi; o lətifə, bir tük qədər çəkini, yəni, qəflət və dəlalətdən gələn kiçik bir halətə(vəziyyətə) dözə bilmir. Hətta bəzən sönür və ölür.

Madam elədir, həzər et (diqqətli ol), diqqətlə bas, batmaqdan qorx. Bir loxma, bir söz, bir dənə, bir lemə (parıltı), bir işarədə, bir öpməkdə batma. Dünyanı udan böyük lətaiflərini (ruhdakı incə duyğularını) onda batırma. Çünki çox kiçik şeylər var, çox böyükləri bir anda udar. Necə kiçik bir şüşə parçasında göy ulduzlarıyla birlikdə içinə girib qərq olur. Xardal kimi kiçik quvvəi hafizəndə (hafizə duyğunda, yaddaşında), sənin səhifəi əməlin (əməllərinin yazıldığı səhifə ) əksəri və səhifəi ömrün (ömrünün səhifələri ) ağləbi (əksəriyyəti) içinə girdiyi kimi, çox cüzi kiçik şeylər var, elə böyük əşyanı bir cəhətdə udar, istiab (içinə al, örtər) edər.

DÖRDÜNCÜ RƏMZ: Ey dünyapərəst insan! Çox geniş təsəvvür etdiyin sənin dünyan dar bir qəbir hökmündədir. Fəqət o dar qəbir kimi mənzilin divarları şüşədən olduğu üçün, bir-biri içində inikas (əks olunub) edib göz görənə qədər genişləyir. Qəbir kimi dar ikən bir şəhər qədər geniş görünür. Çünki o dünyanın sağ divarı olan keçmiş zaman və sol divarı olan gələcək zaman, ikisi madum (yox, heç olmuş) və qeyri-mövcud (mövcud olmayan) olduqları halda, bir-biri içində inikas edib (əks olunub) çox qısa və dar olan hazır zamanın qanadlarını açarlar. Həqiqət xəyala qarışır; madum (yox, heç olmuş) bir dünyanı mövcud zənn edərsən.

Necə bir xətt sürəti-hərəkətlə bir səth kimi geniş görünərkən, həqiqəti-vücudi incə bir xətt olduğu kimi, sənin də dünyan həqiqət tərəfindən dar, lakin sənin qəflət və təsəvvür xəyalınla (qorxu və xəyal; olmayan bir şeyi varmış kimi göstərmə və xəyal etmə ) divarları çox genişləmiş. O dar dünyada, bir müsibətin təhrikiylə (bəlanın, böyük çətinliyin hərəkətə keçirməsiylə) tərpənsən, başınıçox uzaq zənn etdiyin divara vurarsan. Başındakı xəyalı uçurar, yuxunu qaçırar. O vaxt görərsən ki, o geniş dünyan qəbirdən daha dar, körpüdən daha müsaadəsizdir (icazəsiz). Sənin zamanın və ömrün bərkdən daha tez keçər; həyatın, çaydan daha sürətli axar.

Madam dünya həyatı və cismani yaşayış və heyvani həyat belədir. Heyvaniyətdən çıx, cismaniyyəti burax, qəlb və ruhun dərəcə-i həyatına gir. Təvəhhüm (varmış kimi, xəyal) etdiyin geniş dünyadan daha geniş bir dairəi həyat, bir aləmi nur taparsan. Məhz o aləmin açarı, mərifətullah və vəhdaniyət sirrlərini ifadə edən “لاٰۤ اِلٰهَ اِلاَّ اللهُ” (La ilahə illəllah) kəlimə-i qudsiyyəsiylə qəlbi söylətdirmək, ruhu işlətdirməkdir.

İMAM RƏBBANİNİN FİKİRLƏRİ

Bizim "maddə xəyaldır" mövzusuyla açıqladığımız əsl həqiqət, tək mütləq varlığın Allah olduğu həqiqətidir. Bu həqiqətin qavranılması əsl Allah inancına sahib olmaq baxımından çox vacibdir. Buna görə tarixdəki İslam alimləri də bu mövzuya diqqət çəkmiş və bütün maddi kainatın əslində "xəyal mərtəbəsi"ndə, yəni hiss səviyyəsində yaradıldığını vurğulamışdır.


Bu mövzu üzərində ətraflı şərhlər edən İslam alimlərindən biri "hicri təqvimiylə onuncu əsrin mücəddidi" hesab edilən və əsrlərdir bütün İslam dünyasının böyük hörmətini qazanmış İmam Rəbbanidir. İmam Rəbbaninin Məktubat adlı əsərində bu mövzuyla əlaqədar çox ətraflı izahlar var. İmam Rəbbani Allahın kainatı "hiss və təsəvvür mərtəbəsində", yəni hiss dərəcəsində yaratdığını belə açıqlayıır:

"Var olan Allah idi, onunla bir şey yox idi. Vaxtdaki, gizli kəmalatının zühura gəlməsini murad etdi (açığa çıxmasını istədi); adlarından hər birinə bir məzhər (görünmə yeri) tələb etdi. Ta ki, o məzhərə, kəmalatını təcəlli etdirə. Onun vücud məzhariyyətini və təvabiini isə, adəmdən (yoxluqdan) başqa bir şey qəbul etmədi. Çünki... vücudun (varlığın) müqabili və mübayini (tərsi), tək adəmdir (yoxluqdur). Məna üstdə izah edildiyi kimi olduqda, Sübhan Haqq, kamalı qüdrəti ilə, adəm (yoxluq) aləmində isimlərdən hər bir isim üçün məzhərlərdən bir məzhər təyin etdi. Onu, hiss və xəyal mərtəbəsində yaratdı. Həm də dilədiyi vaxtda və istədiyi tərzdə... Aləmin sübutu (sabitliyi), hiss və xəyal mərtəbəsində olub xaric mərtəbədə deyildir... Xaricdə (çöldə) belə uca Vacib Zatın (Allahın) zat və sifətlərindən başqası da sabit və mövcud olmağa..." Məktubat-i Rabbani, 470. Məktup, çev. Əbdülqadir Ağçiçək, Çilə yayınevi, 1983, s. 517-18

İmam Rəbbani başqa bir məktubunda isə bütün maddi aləmin yalnız xəyal mərtəbəsində yaradılmış olduğunu bir daha belə vurğulayır:

"Yuxarıda belə bir cümlə istifadə etdim: 'Sübhan Haqqın xalqı (Allahın yaradışı) hiss və xəyal mərtəbəsindədir.' Bu o deməkdir ki: 'Allahu Təala, əşyanı elə bir mərtəbədə yaratmışdır ki, o mərtəbədə əşya üçün hiss və xəyaldan başqa bir yerdə sübut (sabitlik) və hüsul (varlıq) yoxdur." Məktubat-i Rəbbani, 357. Məktup, çev. Əbdülqadir Ağçiçək, Çile yayınevi, 1983, s. 163

Diqqət edilsə, İmam Rəbbani, bizim gördüyümüz aləmin, yəni bütün məxluqatın "xəyal mərtəbəsində", yəni hiss səviyyəsində yaradıldığını xüsusilə vurğulayır. Bu xəyal mərtəbəsindəki aləmin xaricində (çöldə) isə yalnız Allahın Zatı vardır. Əslində bu "xaricdə" (çöldə) anlayışı da fərziyyə kimi bir anlayışdır; çünki bir xəyalın bədəni yoxdur, həcm tutmaz. İmam Rəbbani, "əşyanın" (yəni şeylərin, bütün maddələrin) xaricdə bir varlığı olmadığını belə izah edir:

"Xaricdə Uca Haqqdan başqası mövcud deyildir... Bəlkə də şanı böyük Allahın yaratması ilə xəyal mərtəbəsində sübut (sabitlik) tapmışdır.... Əşya, xaricdə necə özünün bədəni olmayan bir şey isə, xaricdə onun görünməsi belə öz rəngsizliyi ilədir... Əgər onun üçün bir görüntü sabit olarsa, o xəyal mərtəbəsindədir. Onun bir sübutu (sabitliyi) var isə, o belə, uca Allahın xəyal mərtəbəsindəki sənəti ilədir. Xülasə, onun sabitliyi və görüntüsü tək mərtəbədə olur. Sübutu bir yerdə, görüntüsü də ayrı bir yerdə deyildir... Onun xaricdə bir nişanı yoxdur ki, orada görünmüş ola..." Məktubat-I Rəbbani, 470.Məktup, çev. Əbdülqadir Ağçiçək, Çile yayınevi, 1983, s. 519

Varlıq xəyal və təsəvvürdən ibarətdir. Yəni varlıq əsl olanın bir güzgüdə əks olunması və ya bir kölgəsidir. Bütün qəbuledicilər yalnız bir xəyalı qəbul edər. Bu, olmadan var olmaq deməkdir. Bu güzgüdən əks olunan görüntünüzün mən varam deməsi kimidir . "Allahın yaratması hiss və xəyal mərtəbəsindədir. Bunun mənası Allah Təala əşyanı elə bir mərtəbədə yaratmışdır ki, o mərtəbədə əşya üçün hiss və xəyaldan başqa bir yerdə sabitlik və hüsul (varlıq-mövcudluq) yoxdur."(Məktubat-i Rəbbani, 357. Məktup)

Hawking kimi alimlər tanrını qəti rədd etmək əvəzinə ilk varlığı kəşf etməyi və bunun nəticəsinə görə qərar verməyi seçmişlərdir. Bununla birlikdə hələ də yoxla əhatə olunmuş bir varlıq məfhumunu qəbul etməməkdə təkid edənlər isə yoxluğu yalnız çata bilinməyən və təyin olunmayan hesab etdiyi üçün bunun üstündə çox dayanmamaq istəyirlər. Əslində sonlu olan varlıq yoxluq ilə deyil, əksinə Allahın varlığı ilə əhatə olunmuşdur.

"Xaricdə Allah Təaladan başqa varlıq mövcud deyildir. Bəlkə də Allahın yaratması ilə xəyal mərtəbəsində sübut olunmuşdur. Əşya xaricdə necə ki, özünün varlığı olmayan bir şeydirsə, xaricdə onun görülməsi də məhz onun rəngsizliyinə görədir. Əgər onun üçün bir görüntü sabit olarsa, o xəyal mərtəbəsindədir. Əgər onun sübutu varsa, o da Uca Allahın xəyalın mərtəbəsindəki sənətidir. Xülasə, onun sabitliyi və görüntüsü tək mərtəbədədir. Sübutu bir yerdə, görüntüsü də ayrı bir yerdə deyildir. Onun xaricdə bir nişanı yoxdur ki, orada görünsün." (Məktubat-i Rəbbani, 470. Məktup)

Nəticədə biz elmi olaraq da, ağılla düşünəndə də qəbul etdiyimiz məlumatın və görüntülərin xaricimizdə bir əsli var, yoxsa yox bilmirik. Bu yalnız bizə hiss etdirilən bir xəyaldır . Yenə Muhyiddin ibn Ərəbi də yeganə mütləq varlığın Allah olduğunu, Allahın bütün kainatı xəyal mərtəbəsində yaratdığını açıqlamışdır. "Biz deyirik ki, bilməlisən ki, Haqqdan basqa varlıqlar, yaxud aləm adıyla bilinən şey Haqqa nisbətdə bir şəxsin kölgəsi kimidir. Belə olduqda masiva, yəni Allahdan başqa olan varlıqlar Allahın kölgəsidirlər. Kölgə şübhəsiz ki, hissdə mövcuddur." (Füsus-ül Hikəm)

Muhyiddin ibn Ərəbi özünü Allahdan asılı olmayan müstəqil varlıq görən, özünü mütləq varlıq zənn edən insanlara verdiyi açıq bir cavabdır: "İş mənim sənə izah etdiklərim kimi olsa, aləm məfhumdur. Onun gerçək bir varlığı yoxdur. Bu isə xəyalın mənasıdır. Yəni sən öz nəfsində zənn etdin ki, aləm genişlənir. Öz nəfsi ilə yaradılmışdır. Haqqdan xaric bir varlıqdır. Halbuki, öz nəfsində belə deyildir. Görmürsən ki, kölgə sahibindən var olmuş və ona bitişik olduğu halda zahiri görünüşdə sahibindən ayrılması imkansızdır. Məsələ sənə izah etdiyimiz kimi olsa, bil ki, sən xəyalsan. Bütün idrak etdiyin və o Haqqdan ayrıdır, yaxud o mən deyiləm dediyin varlıqlar da həmişə xəyaldır. Bu varlığın hamısı da xəyal içindədir. Əsl varlıq zatı və eyni etibarıyla ancaq Allahdır." (Füsus-ül Hikəm)

Muhyiddin ibn Ərəbinin varlığın bir xəyal olduğunu və onun nisbi olaraq sahibindən xəyal kimi hasil olduğunu bildirməsi Hawkingə də ilham qaynağı olmuşdur ki, "hər şeyin nəzəriyyəsi"ndə üst ölçü daha alt ölçüdəki məlumatı kodlar fikrini ortaya atmışdır.

Həm də Imam Rəbbani maddənin əsli mövzusunu yanlış şərh edərək azmış filosoflardan da bəhs edərək bu filosofların fikirlərinin çox fərqli olduğunu bildirmişdir: "Aləm üçün mövhum sözümüz bu mənada deyildir: 'O xəyalın var olması və məhsuludur (yəni öz nəfsində öz-özlüyündə olmasi)'... Əlbəttə o sözümüzün mənası budur: 'Haqq aləmi xəyal mərtəbəsində yaratdı... Xəyal, yaranması olmayan bir zühurdan vücuddan ibarətdir. Bir nöqtənin sürətlə dönməsindən əmələ gələn bir dairə buna misaldır. Onunda zühuru vardır, amma vücudu yoxdur.' Məcnunlar qrupu fəlsəfəçilərin söylədiyi mövhum isə bir başqadır. Bunların söylədiyi, xəyalın kəşfi və xəyalin məhsulu (yəni təsəvvürün xəyalıdır). Iki məna arasında çox fərq vardır." (Məktubat-i Rəbbani, 480.Məktub)

MUHYIDDİN ƏRƏBİNİN FİKİRLƏRİ

Yeganə mütləq varlığın Allah olduğunu, kainatın isə Onun tərəfindən xəyal mərtəbəsində yaradıldığını açıqlamış olan başqa bir böyük İslam alimi Muhyiddin Ərəbidir. Elmdəki dərinliyi səbəbiylə "Şeyxi Əkbər" (ən böyük şeyx) olaraq da tanınmış olan Muhyiddin Ərəbi Füsus-ül Hikəm (Hikmətlərin Özü) adlı kitabında kainatın Allahın təcəllilərindən əmələ gələn kölgə varlıq olduğunu belə açıqlamışdır:

Biz deyirik ki, bilməlisən ki, Haqqdan başqa varlıqlar, yaxud aləm adıyla tanınan şey Haqqa nisbətdə bir şəxsin kölgəsi kimidir. Belə olanda masiva, yəni Allahdan başqa olan varlıqlar Allahın kölgəsidir... Kölgə şübhəsiz ki, hissdə mövcuddur. -Füsus-ül Hikəm, çev. Nuri Gencosman, İstanbul 1990, s. 117-18

İş mənim sənə anlatttığım kimi olanda aləm məfhumdur. Onun gerçək varlığı yoxdur. Bu isə xəyalin mənasıdır. Yəni sən öz nəfsində zənn etdin ki, aləm müstəqildir. Öz nəfsi ilə var olmuşdur. Haqqdan xaric bir varlıqdır. Halbuki, öz nəfsində belə deyildir. Görmürsən ki, kölgə sahibindən var olmuş və ona bitişik olduğu halda zahiri görünüşcə sahibindən ayrılması qeyri-mümkündür... Məsələ sənə izah etdiyimiz kimi olarkən bil ki, sən xəyalsan. Bütün idrak etdiyin və "o Haqqdan ayrıdır" yaxud "o mən deyiləm" dediyin varlıqlar da həmişə xəyaldır. Bu varlığın hamısı da xəyal içindədir. Mütləq varlıq, zatı və eyni etibarıyla ancaq Allahdır. - Fusus-ül Hikem, çev. Nuri Gencosman, İstanbul 1990, s. 120-22

Həzrəti Məhəmməd Əleyhissəlləm "insanlar yuxudadır, öldükləri vaxt oyanırlar" buyurmuşdur. Demək ki, dünya həyatında gördüyü şeylər yatan kimsənin yuxusunda gördüyü şeylər kimidir. Yəni xəyaldır. -Fusus-ül Hikem, çev. Nuri Gencosman, İstanbul 1990, s. 220

FILOSOFLARIN AZĞINLIĞI


Maddənin xəyaldan ibarət olduğu ilə bağlı olan bu açıqlamalar, bəziləri tərəfindən yanlış başa düşülür və keçmiş yunan filosoflarının, ya da digər bəzi dinsiz filosofların fikirlərinə bənzər hesab edilir. Maddənin xəyal olduğunu söyləyən filosoflar olmuşdur, ancaq bu insanlar bu xəyalın Allah tərəfindən yaradıldığı həqiqətini qavraya bilməyib dəlalətə düşmüşlər. Məsələn, keçmiş yunan sofistlər "maddə öz-özümüzə yaratdığımız bir hissdir" demişlər. Bu fikir ağıl və elm baxımından mənasızdır və dinə də ziddir. Doğrusu isə əvvəldən bəri vurğuladığımız kimi, maddənin Allah tərəfindən yaradılan bir hiss olduğudur.

Filosofların bu azğın fikirləri ilə bizim tərəfimizdən açıqlanan və İslam alimləri tərəfindən xəbər verilmiş olan "maddə Allahın yaratdığı xəyaldır" açıqlamasını qarışdırmaq isə çox böyük yanlış olar. Necə ki, İmam Rəbbani də maddənin bir hiss olduğu ilə bağlı olan bu açıqlamalarla qədim yunandan qaynaqlanan azğın fəlsəfələrin heç bir əlaqəsi olmadığını xüsusilə vurğulamışdır. Məktubatında bu mövzuda bu şərhi etmişdir:

"Aləm üçün 'mövhum' sözümü, bu mənada deyildir: 'O xəyaldan hazırlanmış və məhsuludur.'... Əlbəttə, o sözümüzün mənası budur: Sübhan Haqq, aləmi xəyal mərtəbəsində yaratdı... Xəyal mövcud olmayan bir zühurdan və vücuddan ibarətdir. Bir nöqtənin sürətlə çevrilməsindən əmələ gələn bir dairə buna misaldır. Onun da zühuru vardır, amma vücudu yoxdur.... Həmdə, məcnunlar qrupu sofestiyyənin (filosofların) söylədiyi mövhum isə bir başqadır. Bunların söylədikləri xəyalın ixtirası və xəyalin məhsuludur. İki məna arasında çox fərq vardır." – Məktubat-i Rəbbani, 480. Məktub, çev. Əbdülqadir Ağçiçək, Çile yayınevi, 1983, s. 543, 545

MADDƏNİN ƏSLİNİN DƏRK EDİLMƏSİ VACİBDİR



Göründüyü kimi, maddənin bir hissdən ibarət olması böyük İslam alimləri tərəfindən də xəbər verilmiş çox vacib həqiqətdir. Ancaq tarixdə bu mövzu heç bir zaman geniş kütlələrə çatmamış, həmişə məhdud sayda insanın məlumatı daxilində qalmışdır. Yaşadığımız əsrdə isə, bu həqiqət elmin ortaya qoyduğu dəlillərlə açıqlana bilən haldadır. Maddi kainatın hisslər dünyası olduğu həqiqəti dünya tarixində ilk dəfə bu qədər konkret, açıq və başa düşülə bilən tərzdə izah edilir. Buna görə də hər kəsin bu mövzu üzərində düşünməsi lazımdır. Ən başda da müsəlmanların bu mövzuya böyük əhəmiyyət vermələri lazımdır. Çünki maddənin əsli ilə bağlı bu həqiqətlərin başa düşülməsi əsl Allah inancının əldə edilməsi baxımından çox vacibdir. Çünki əks halda maddənin mütləq həqiqət hesab edilməsi gündəmə gələcək və ya Allahı inkar edən materialist fəlsəfə, yaxud da yanlış Allah inancları inkişaf edəcək.

Materialistlər "maddə tək mütləq varlıqdır və Allah yoxdur" deyirlər. Biz isə "tək mütləq varlıq Allahdır, maddə isə Onun yaratdığı hissdən ibarətdir" deyirik. Maddi varlıqlar hiss olduqlarına görə, heç bir gücləri yoxdur. Bütün güc, maddəni anbaan yaradan Allaha aiddir. İslamın təməli olan "La İlahə İlləllah" yəni "Allahdan başqa ilah yoxdur" hökmünün əsl mənası da budur. Allahdan başqa ilah yoxdur və əslində Allahdan başqa heç bir şey yoxdur. Yalnız Allah və Onun təcəlliləri vardır. Görünən hər şey, Onun təcəllisidir.

Maddənin ardındakı sirrin qavranılması məhz bu əsl mənanın qavranılmasını təmin edəcəyi üçün çox vacibdir. Bu həqiqətin qavranılmasının dərin iman və elm sahibi insanlara məxsus olduğu isə bir ayədə belə ifadə edilir:

Allah Özündən başqa tanrının olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də (şahidlik etdilər). (Allah əbədi olaraq) ədalətli olmaqdadır. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir. (Ali İmran surəsi, 18)