GÖZARDI EDİLƏN HƏQİQƏTLƏR

Bu saytda bəhs edilən mövzular əsrlərdir ki, bir çox insan tərəfindən etinasız yanaşılan qeyri-adi bir həqiqətlə əlaqədardır. Hər insan fərqində olsa da, olmasa da bu həqiqətlə iç-içə yaşayır. Yalnız diqqətli, səmimi və ön mühakiməsiz insanlar bu həqiqəti çox rahat qavraya bilirlər.

Burada bəhs edilən mövzular bu günə qədər bir çox insanları həddindən artıq təəccübləndirən, həyata baxışlarının tamamilə dəyişməsinə səbəb olan, olduqca vacib və böyük bir həqiqətdir. Bu həqiqəti belə açıqlaya bilərik:

Biz doğulduğumuz andan etibarən bizə edilən təlqinlər nəticəsində "hər şey"in beynimizdən kənarda bir dünyada dəyişməz olduğunu, hər birinin maddi varlıqlar olduqlarını və buna görə də bizim bütün bunların əslini gördüyümüzü, hiss etdiyimizi zənn edirik. Halbuki, biz heç bir varlığın əslini əsla görə bilmərik və bu varlıqların əslinə də əsla toxuna bilmərik.

Həyatımızın bir parçası olan hadisələr, həyatımız boyunca gördüyümüz, tutduğumuz, toxunduğumuz, qoxuladığımız, daddığımız, dinlədiyimiz hər şey əslində beynimizdə yaranan görüntü və hisslərdir.

Qısacası, bizim maddə zənn etdiyimiz hər şey əslində bir xəyal olaraq beynimizdə yaranan görüntülərdən ibarətdir. Buna görə də, maddənin əslinin bizdən kənarda mövcud olub, olmadığı haqqında məlumatımızın olması əsla mümkün deyil.




Materialist düşüncəni kökündən sarsıdan bu həqiqət fəlsəfə və ya hər hansı bir fikir deyil. Əksinə bu gün müasir elmin dəqiq sübut etdiyi və inkarı qətiyyən mümkün olmayan texniki bir həqiqətdir. Bu gün tibb, biologiya, fizika, nevrologiya, beyin və bu kimi digər sahələrin mütəxəssisi olan hansı elm adamına "biz dünyanı necə və harada görürük?" deyə soruşulsa, verdikləri tək cavab var: Bütün dünyanı beynimizdəki görmə mərkəzində görür və hiss edirik.

21-ci əsrdə elmin dəqiq olaraq ortaya çıxardığı, insanda böyük təəccüb və heyrət doğuran bu məlumatın doğurduğu bəzi suallar bunlardır:

- Əgər bütün həyatımız beynimizdə yaranan görüntülərdən ibarətdirsə, bəs bu görüntüləri beynimizdə yaradan kimdir?

- Beynimizdə yaranan bu görüntüləri beynimizin içində bir gözü olmadan seyr edən və seyr etdiklərindən zövq alan, sevinən, həyəcanlanan kimdir?

- Beynimizdən kənarda gördüyümüz, qoxuladığımız, toxunduğumuz maddi dünyanın əsli varmı?

- Fərz edək ki, belə bir dünya var və bizim bu dünyaya hər hansı bir şəkildə daxil olmağımız mümkün olmadığına görə, biz hər bir halda xəyal izləmiş olmarıqmı?