BÜTÜN HADİSƏLƏR "BU AN" DA GERÇƏKLƏŞİR!

ALLAHIN SONSUZ YADDAŞI VƏ İNSANIN MƏHDUD YADDAŞI

Əvvəlki bölmələrdə də izah edildiyi kimi biz 5 duyğu orqanımız vasitəsilə hiss edir və yaşayırıq. Beş duyğunun icazə verdiyi şeyləri qəbul edir, bunun xaricinə heç bir zaman çıxa bilmirik. Yaşadığımız zamanı və məkanı da belə hiss edirik. Beynimiz 5 duyğu ilə bir varlığı təsbit edə bilmirsə, o varlıq üçün "yox oldu" deyirik. Buna bağlı olaraq yaddaşımız hansı hadisəni, ya da görüntünü mühafizə etsə, o bizim üçün vardır, yəni diridir, nəyi unutsa, artıq o bizim üçün yoxdur. Başqa sözlə desək, yaddaşımızda olmayan varlıqlar və hadisələr bizim üçün ölmüşdür, keçmişdir, yox olmuşdur.
Lakin bu, yalnız insanlara aiddir, çünki yalnız insanların yaddaşı məhduddur. Allahın yaddaşı isə sərhədsiz və sonsuzdur. Ancaq bunu da qeyd etmək lazımdır ki, "Allahın yaddaşı" anlayışının istifadə edilməsi yalnız mövzunu açıqlamaq məqsədi daşıyır, yoxsa iki yaddaş arasında hər hansı bir müqayisə, ya da bənzətmə edilməsi əsla mümkün deyil. Allah hər şeyi yoxdan var edən və hər şeyi incəliyinə qədər biləndir.

Allah Quranda Özünü bəzi sifətləri ilə tanıtmışdır. Bunlardan biri də Hafiz, yəni "görülən bütün işləri incəliyinə qədər saxlayan, qoruyan, mühafizə edən" sifətidir və bu sözün ardında çox əhəmiyyətli sirrlər gizlidir.

"LÖVHİ MƏHFUZ"

Allah qatında hər şey yalnız tək bir anda olub bitmişdir. Məhz dünya mövcud olduğundan bəri baş verən hadisələr də bu tək bir ana sığır. Bu ana dair bütün məlumatlar Allah qatında bir "Kitab"da saxlanılır. Quranda, Lövhü Məhfuz olaraq adlandırılan "Ana Kitab"da hər şeyin məlumatının olduğu bildirilir:

Şübhəsiz ki, o, yanımızdakı Ana Kitabdandır. O, ucadır, hikmətlə doludur. (Zuxruf surəsi, 4)

.... Kitabın anası da Onun yanındadır. (Rad surəsi, 39)

...Bizdə (hər şeyi) qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır. (Qaf surəsi, 4)

Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın. (Nəml surəsi, 75 )

(Hər kəsin ) kitabı ( qarşısına) qoyulacaq və sən günahkarların orada (yazılmış ) olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Kəhf surəsi, 49)

Allah başqa ayələrində də dünyada insanların yaşadıqları bütün hadisələrin, bütün düşüncələrin, başlarına gələn hər şeyin bu kitabda olduğu həqiqətini belə xəbər verir:

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda (müəyyən edilmiş) olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. (Hədid surəsi, 22)



Bu binaların yox olmalarının hər anı Allah qatında yazılmışdır.

Məhz kainat yaradıldığından bəri mövcud olan canlı-cansız hər şeyi, baş verən hər hadisəni Allah yaradır və Onun yaddaşındadır; yəni bütün bunlar "Allahın yaddaşı"ndadır. Lövhi Məhfuz da Allahın Hafiz sifətinin bir təcəllisidir.

Bu halda çox vacib bir həqiqətlə qarşılaşırıq: Allahın yaddaşı sonsuzdur, buna görə də onda var olan heç bir şey yox olmaz. Başqa sözlə desək, Allahın yaratdığı heç bir canlı ölməz, heç bir çiçək solub yox olmaz, heç bir içki bitməz, heç bir müddət keçməz, heç bir yemək qurtarmaz... Allah hər an yaradır və hər şey əzəldə yaradılmış və "sonsuzluğa kilidlənmiş"dir.

Bəs "sonsuzluğa kilidlənmək" nə deməkdir?

Bunu belə də açıqlaya bilərik: Hər varlığın və hadisənin yaradıldığı anda əslində onun üçün sonsuzluq da başlamışdır. Məsələn, bir çiçək yaradıldığında əslində bir daha yox olmamaq üzrə yaradılmışdır. Bu varlığın, ya da obyektin insanın görüntüsündən çıxması, insanın yaddaşından silinməsi, onun yox olması, ölməsi demək deyil. Əsas olan Allahın yaddaşındakı, Allahın qatındakı halıdır. Allahın yaddaşında bu canlının yaranması da, həyatı boyu keçirdiyi anlar da, ölümü də mövcuddur.

Allah, var etdiyi hər şeyi sonsuz olaraq yaratmışdır. Var olan şeylər üçün artıq sonsuz həyat başlamışdır. Lakin bunu yaxşı anlaya bilmək üçün tək-tək varlıqlar və hadisələr üzərində düşünmək lazımdır. Ancaq bu nümunələrə keçmədən əvvəl bir mövzunu da bilmək lazımdır: Burada izah edilənlər, şübhəsiz ki, bir insanın həyatında öyrənə biləcəyi ən dəyərli məlumatlardan biridir. Sonsuzluq anlayışıyla bağlı bu həqiqətləri insanların çoxu ilk dəfə eşidir, ilk dəfə düşünür ola bilər. Vacib olan budur; Allah Quranda yalnız "səmimi Allaha yönələn" kəslərin öyüd ala biləcəyinə diqqət çəkir. Yəni səmimi qəlblə Allahdan kömək diləyən, onun sonsuz qüdrətini təqdir etməyə çalışan, Rəbbinin böyüklüyünü qavramaq üçün səy göstərən insanlar burada izah edilən həqiqətlərdən də öyüd alacaq və bu həqiqətləri qavramağa başlayacaqlar.

SONSUZLUQ İÇİNDƏ İNSANLAR

Allahın Xaliq adı "Hər şeyin varlığını və varlığı boyu keçirəcəyi halları, hadisələri təyin və təsbit edən və ona görə yaradan, yoxluqdan var edən" mənasındadır. Allah Xaliq sifəti ilə insanları ana bətnində yaratdığı andan etibarən onlar üçün sonsuzluq da başlamışdır. İnsan ana bətnində keçirdiyi inkişaf mərhələlərini, əlbəttə ki, xatırlamaz, ancaq bunun hər anı Allah Qatında mövcuddur və qətiyyən itməz. İnsanın körpəlik və böyümə mərhələləri də öz yaddaşından silinər. İnsan Allah göstərmədiyi müddətdə bu kadrları görə bilməz, bəzilərini də yalnız xatirə olaraq bilər. Yaşadığı an gördüyü şeylər isə yalnız özünə hiss etdirilən hisslərdir. Lakin Allahın sonsuz yaddaşında hər şey olduğu kimi saxlanılır. İnsanların yaşadıqları hadisələri və həyatlarındakı hər şeyi Allah yaratmışdır və heç biri yox olmaz.



"...Bu ona görədir ki, siz göylərdə və yerdə olanların Allaha bəlli olmasını və Allahın hər şeyi Bilən olduğunu anlayasınız.” (Maidə surəsi, 97) ayəsində bildirildiyi kimi, hər şey Allah Qatında mühafizə edilir. Məsələn, hz. Adəm (ə.s) peyğəmbərin dünyaya göndərilmədən əvvəl cənnətdə yaradılmasına, orada sınanmasına aid bütün hadisələr Allah Qatındakı Ana Kitabda qorunur. Allahın hz. Adəmi (ə.s) hələ palçıqdan yaratdığı halı da, mələklərin hz. Adəmə (ə.s) səcdə etmələri də, onun cənnətdən çıxarılması da, dünyaya göndərildiyi an da, dünyada başına gələn hadisələr də bütün detalları ilə bu an canlı olaraq saxlanılır. Heç biri yox olmamış, ən kiçik detalına qədər hər şey bu an Allah Qatında canlı olaraq mövcuddur.

Bir başqa nümunə olaraq, çox sevdiyi pişiyi öldüyü üçün kədərlənən bir insanı düşünün. Əslində o insanın pişiyinin ölüm anındakı halı Allah Qatında sonsuza qədər var olduğu kimi, o pişiyin bala halındakı ən sevimli görünüşü də, doğumundan o ana qədər keçən bütün halları da Allah Qatında canlı olaraq mövcuddur. Ayrıca pişiyin sahibinin işdə ikən və ya yanında deyilkən görə bilmədiyi halları da Allah Qatında canlı olaraq saxlanılır. Bu səbəbdən heç bir varlıq ölərək yox olmaz. Hamısı Allah Qatında hər halı ilə canlı olaraq sonsuza qədər dayanarlar.

Quranda bildirildiyi kimi, hz. Süleymanın (ə.s) atının ayağını sığallaması anı sonsuza qədər Allah Qatında vardır. Daha sonra atların qeyb olması, hz. Süleymanın (ə.s) Səba məlaikəsinə məktub göndərməsi, məktubun Məlaikə və yanındakı əsgərlər tərəfindən oxunduğu an, Məlaikənin hz. Süleymanın (ə.s) sarayına gəlməsi və sarayın döşəməsini "dərin bir su" zənn etməsi və o əsnada Quranda bildirildiyi kimi "Süleymana tabe olub aləmlərin Rəbbi olan Allaha təslim oldum!" (Nəml surəsi, 44) dediyi an hələ də vardır və sonsuza qədər də var olacaq.

Bu nümunələr üzərində bir az da dərindən düşünək və daha da ətraflı araşdıraq. Hz. Nuh (ə.s) dövründə bir adamın köynəyinin söküldüyünü və daha sonra bunu bir dərzinin tikdiyini fərz edək. O adamın köynəyi, bu köynəyin ilk emal edildiyi dəzgah, daha sonra köynəyin sökülmədən əvvəlki halı və yenidən tikildikdən sonrakı halı və hətta o köynəyi tikən dərzinin köynəyi tikmək üçün iynədən istifadə etdiyi hər saniyə, daha sonra bu köynəyin tamamilə köhnəlməsi, qısası köynəyin varlıq aləminə gəldiyi andan etibarən keçirdiyi hər mərhələ, hər saniyə, hər an Allah Qatında mühafizə edilir. O köynək bu an hələ dəzgahda toxunur, o köynək bu an hələ tikilir və o köynək bu an hələ hz. Nuh (ə.s) dövründəki sahibi tərəfindən geyinilir.

Bir də evinizdəki antikvar saat üzərində düşünməyə başlayaq. O saatın bundan 200 il əvvəl istehsal olunma mərhələləri, saatın içində istifadə edilən hər bir telin quruluşu, saatın əqrəb və dəqiqə əqrəbinin içinə yerləşdirilməsi, daha sonra bu saatın bir mağazaya satılması, ardınca bir müştərinin onu alması, sonra bu saatın xarab olması, köhnə antik əşyalar satan birinə verilməsi, sizin babanızın babasının bu saatı satın alması, sonra saatın babanıza və ondan sonra atanıza və sonra da sizə miras qalması, sizin o saatı evinizin gözəl bir yerində yerləşdirməyiniz, daha sonra qarşısına keçib "nə gözəl görünür" deyə düşünməniz, qısası o saatla bağlı olaraq ilk var olduğu andan etibarən (yüzlərlə il) anbaan meydana gələn hər hadisə Allah Qatında mövcuddur. O saat bu an işləyir və yenə saat əslində bu an işləmir, saat bu an sizin tərəfinizdən yerləşdirilir və saat əslində bu an babanızın babası tərəfindən satın alınır. Bunların hamısı əksiksiz olaraq Allahın yaddaşında mövcuddur. Bu antikvar saatın yalnız keçmişi deyil, bundan sonra keçirəcəyi, lakin sizə görə gələcəkdə reallaşacağı üçün bilmədiyiniz hər cür hadisə də Allah Qatında məlumdur və mühafizə edilir. O saatın bundan 40 il sonra sizin övladınızın evinin uyğun bir yerinə yerləşdiriləcəyi də, o saatın bundan 300 il sonra tamamilə çürüyüb xarab olması da və insanların onu tamamilə unutması da Ana Kitabda yazılıdır.

Bir ayədə deyildiyi kimi: "Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu ehtiva edə bilməz!" (Taha surəsi, 110) Allahın bu elminə də diqqət çəkilmişdir. (Doğrusunu Allah bilir.) Çünki Allah hər varlığın anbaan, əvvəlini-sonrasını, yəni ayədəki ifadə ilə " gələcəyini də, keçmişini də” hər mərhələsi ilə bilir. Ayədə " Şübhəsiz ki, nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz" deyilərək bu həqiqət bir daha xatırladılmışdır. (Ali-İmran surəsi, 5)

BÜTÜN HADİSƏLƏR "BU AN" DA GERÇƏKLƏŞİR



Allah Qatında hər hadisənin bir anda meydana gəlməyini belə bir misalla da açıqlaya bilərik: Qarşınızda böyük bir şəhərin xəritəsinin olduğunu düşünün. Xəritədə şəhərin prospektləri, küçələri, bu küçələrdə irəliləyən nəqliyyat vasitələri, sağa-sola düzülmüş binalar və insanlar çəkilmiş olsun. Bu xəritədə şəhərin bir yerindən başqa yerinə çatmağa çalışan bir adamın görüntüsünün də çəkildiyini fərz edin. İndi bu adam üçün şəhərin bir yerindən digərinə qədər olan məsafə müəyyən bir uzaqlıqdadır və bu uzaqlığı dəf etməsi üçün də müəyyən bir zaman lazımdır. Adam ancaq bilmədiyi zaman sonunda istədiyi yerə çatmış olacaq. Eyni anda iki yerdə birdən olması mümkün deyil. Amma bu vəziyyət xəritəyə kənardan baxan bir adama aid deyil. Siz xəritəyə baxdıqda şəhərin bir yerindən digərinə qədər olan hər şeyi bir anda görə bilərsiniz, bunun üçün bir zamana da ehtiyacınız yoxdur.

Məhz bu nümunədə izah edilən vəziyyət müəyyən bir ölçüdə yaşayan insanlara aiddir. Bizim üçün bir yerdən başqa bir yerə çatmaq ancaq bir zamanın keçməsi və enerjinin istifadə edilməsi ilə mümkün ola bilər. Amma bütün bu ölçüləri yaradan və bütün əksikliklərdən münəzzəh olan Allah üçün yaratdığı kainat və onun dünyadakı bütün hadisələr bir anda reallaşır. İkinci əhəmiyyətli həqiqət isə bütün bu hadisələrin bir-biri ilə eyni anda reallaşmasıdır. Çünki daha əvvəl də ifadə edildigi kimi, Allah Qatında zaman yoxdur, hər şey bir anda olub bitmişdir.

Üst şəkildəki hər kadr körpüdən keçən maşının bir anını göstərir. Maşının içindəki bir insan körpünün girişindən çıxışına qədər müəyyən bir müddət keçdiyini düşünür. Halbuki, biz bu kadrların hamısını tək bir anda görürük, yəni bizim üçün zamanın keçməsi lazım deyil.

Şəkildəki prospektin bir ucundan digər ucuna getməyə çalışan insan üçün bir uzaqlıq anlayışı var. Halbuki, bu prospektə gözucu baxan bir insan uzaqlıq problemi olmadan küçənin bir ucundan digərinə qədər hər yeri tək bir anda rahatlıqla görə bilir.

İkinci vacib həqiqət isə bütün bu hadisələrin bir-biriylə eyni anda reallaşmasıdır. Çünki, daha əvvəl də ifadə edildiyi kimi, Allah Qatında zaman yoxdur, hər şey bir anda olub bitir.

Hz. Adəm (ə.s) peyğəmbər əslində bu an palçıqdan yaradılır, bu an mələklər hz. Adəmə (ə.s) səcdə edir, bu an hz. Adəm (ə.s) cənnətdən çıxarılır və dünyaya göndərilir. Haqqında danışılan "an" isə bu saniyə, yəni sizin bu sətirləri oxuduğunuz andır.

İndi bu mövzunu daha da gücləndirmək üçün başqa bir nümunə verək: Hz. Musanı (ə.s) düşünək. Anasının hələ körpə ikən hz. Musanı (ə.s) sandığın içinə qoyub suya buraxdığı an hələ də mövcuddur, o halı itməmişdir və sonsuza qədər də davam edəcək. Allah Qatında hz. Musanın (ə.s) Fironun yanına getdiyi və təbliğ etdiyi an mövcuddur və əslində bu an hz. Musa (ə.s) Fironun qarşısındadır, bu an hz. Musa (ə.s) Müqəddəs Tuva vadisində Allahdan vəhy alır və yenə bu an hz. Musa (ə.s) yanındakı İsrail oğulları ilə birlikdə Fironun adamlarından uzaqlaır, bu an hz. Musa peyğəmbər (ə.s) əsası ilə dənizə vurur və dənizi yarır və sonsuza qədər də dənizin yarılması Allahın yaddaşında mövcud olaraq qalacaq.

Hz. Məryəmin hz. İsaya (ə.s) hamilə qalması, xurma ağacının altında doğması, qövmünə dönməsi və Hz. İsanın (ə.s) hələ beşikdə ikən qövmün insanları ilə danışması, sonra hz. İsanın (ə.s) həvarilərinə "Allah Qatında mənim köməkçilərim kimlərdir?" deyə soruşması və hz. İsanın (ə.s) Allah Qatına yüksəldilməsi də bu an reallaşır. Yalnız keçmişə dair bizə bildirilən hadisələr deyil, keçmişlə bağlı bizə bildirilməyən və gələcəkdə olacağı üçün hələ bilmədiyimiz hadisələr də əslində bu andadır. Hz. İsanın (ə.s) həyatı boyu keçirdiyi hər saniyə, həvarilərinə Allahın dinini təbliğ etməsi, Allahın təsbit etdiyi bir müddətdə yer üzünə yenidən göndərilməsi, insanlara Quranı təbliğ etməsi və hətta bu təbliği əsnasında dediyi hər söz, daha sonra ölümü və hesab günü dirildilməsi, cənnətin girişində mələklər tərəfindən "Salam" sözləri ilə qarşılanması da əslində bu ana aiddir.

Eyni şeylər bundan 3000 il əvvəl yaşayan bir insana da aiddir. E.ə. 3000- ci illərdə günorta vaxtı bir ağacın altında oturub mənzərəni seyr edən adamın əlinə kiçik bir böcəyin qonması, adamın o böcəyə baxaraq Allahı təsbih etməsi, daha sonra böcəyin uçaraq yuvasına doğru getməsi, böcəyin yumurtadan çıxmasından ölümünə qədər olan bütün halları Allah Qatında hifz edilmişdir və hamısı bir anda, yəni sizin bu sətirləri oxuduğunuz bu anda reallaşır.

Bütün bu nümunələrin qarşımıza çıxardığı həqiqət budur: Heç bir an, heç bir kadr, heç bir hadisə, heç bir varlıq yox olmamışdır və olmayacaq. Televiziyada izlədiyimiz bir film necə film lentinə yazılırsa, müxtəlif kadrlardan meydana gəlirsə və bu kadrları bizim görməməyimiz onların olmadığı demək deyilsə, bizim "keçmişdə yaşanmış" və ya "gələcəkdə yaşanacaq" dediyimiz hadisələr də eynilə belədir.

Lakin bunun yanlış başa düşülməməsi çox əhəmiyyətlidir. Bu səhnələrin heç biri bir xatirə və ya xəyal kimi deyil. Bunların hamısı eynilə bu an yaşadığınız an kimi canlıdır. Hər şey diri olaraq qorunur. Biz yalnız Allah bizə bu hissləri vermədiyi üçün onları keçmiş, bitmiş hadisələr olaraq görürük. Allah dilədiyi an bizə bu görüntüləri göstərə bilər, bu hadisələrə aid hissləri verərək bizə də bu hadisələri yaşada bilər. Zamansızlıq içində hər kadr, hər an eyni anda var və sonuna qədər var olacaq. Allahın yaratdığı heç bir görüntü, heç bir hadisə, heç bir varlıq yox olmaz. Hz. Nuh (ə.s) gəmini bu an düzəldir. Tufan bu an qopmuşdur, tufana aid hər kadr, hər an indi hər şeylə eyni zamanda davam edir. Bunlar keçmişdə olub bitən hadisələr deyildir. Bu gün yaşadığımız hadisələr ilə bütün bu izah edilənlər eyni anda baş verir. Çünki, bunların hər biri Allahın yaddaşında sonsuza qədər qalacaq şəkildə var edilir.

KEÇMİŞ, İNDİ VƏ GƏLƏCƏK ƏSLİNDƏ EYNİ ZAMANDIR

Buraya qədər izah edilənlərdən aydın olduğu kimi, bu ana qədər yer üzündə yaşanmış bütün hadisələr Allah Qatında bir anda yaşanır. Hz. Musanın (ə.s), hz. İbrahimin (ə.s), hz. Əyyubun (ə.s), hz. Nuhun (ə.s), hz. Süleymanın (ə.s), hz.Məhəmmədin (s.ə.v.) və digər peyğəmbərlərin həyatlarından verilən nümunələr də onların yaşadıqları hadisələrin zamanı ilə bizim yaşadığımız zaman da eynidir və bizim nəvələrimizin, hətta onların nəvələrinin və qiyamətə qədər yaşayacaq bütün insanların həyatları da eyni zamanda davam edir. Bu insanlardan Allaha iman edənlər bu anda cənnətdədirlər, inkarçılar isə bu an cəhənnəmdə əzab çəkirlər.

Peyğəmbərimizin (s.ə.v.) yaşadığı hadisələrin heç biri itməmişdir, sonsuza qədər Allah Qatında mövcud olacaq. Bu hadisələr bizə 1400 il əvvəl olmuş kimi qəbul etdirilir, amma əslində bu an peyğəmbərimiz (s.ə.v.) Meracdadır, bu an yanındakı yoldaşı ilə birlikdə mağaraya sığınmışdır. Peyğəmbərimiz (s.ə.v.) bu an bədəvilərə təbliğ edir. Bu hadisələr yaşanmış və bitmiş hadisələr deyil. Əksinə sonsuza məhkum edilmiş, yox olması mümkün olmayan hadisələrdir. Ancaq bunların heç biri bizim yaddaşımızda olmadığı, ya da canlandırılmadığı üçün biz görmürük, şahid olmuruq, ya da yaşamırıq.


Eyni vəziyyət tarixən baş vermiş bütün hadisələr və yaşamış bütün insanlara da aid edilir. Antik Yunanıstanda filosoflar, Şumerlər dövründə mixi yazısını tapanlar, Misir kraliçası Kleopatra, intibah dövrünün sənətkarları, XIX əsrin alimləri və ya XX əsrin diktatorları və digər dövrlərdə yaşamış bütün insanlar, hətta babanız, onun babası və siz əslində eyni anda yaşayırsınız.

Bu hadisələrin heç biri yox olmamışdır. Səlib yürüşləri, xalqların böyük köçü, yüzillik müharibələr, I və II Dünya Müharibələri bir-birindən tamamilə ayrı dövrlərdə baş vermiş kimi görünsə də, əslində bu an olan hadisələrdir və sonsuza qədər də olmağa davam edəcəklər. Müxtəlif dövrlərdə mövcud olduğu düşünülən Misir, Astek, Yunan və Anadolu sivilizasiyaları da əslində eyni anda mövcuddur.

Belə ki, 1000 il əvvəl Mesopotamiyada yaşayan bir cütçünün tarlasını əkərkən yağan yağış və cütçünün o yağış altında islandığı an da Allah Qatında qeyd olunmuşdur. Məsələn, Akkadlar dövründə bir söyüd ağacının budaqları arasında tor quran bir hörümçək torunu bu an hörür. Həmin hörümçək bu an torun küncünə çəkilmiş ovunu gözləyir. Yenə sizin bu hörümçəyi gözünüzdə canlandırmağa çalışdığınız bu an o hörümçək yumurtlamış, yumurtalarını kürəyinə yığmış və onlarla məşğuldur. Yenə o hörümçəyin yumurtaları bu anda çatlamış, içindən bir çox kiçik hörümçək çıxmışdır.

Heç bir hadisə unudulmur, hamısını Allah bir çox hikmətlə yaratmışdır. Bu səbəblə, heç bir şey israf olmaz, yox olmaz. İnsanların bu an bunları görmədikləri, bilmədikləri onların olmadığı demək deyil. Allah zamandan münəzzəh olduğu üçün Onun Qatında hər şey bir anda olmuş və bitmişdir. İnsanlar zamandan asılı olduqları üçün hadisələri keçmiş, indi və gələcək zamanda izləyirlər. Halbuki daha əvvəl qədərlə bağlı məqalədə də qeyd etdiyimiz kimi, keçmiş zənn etdiyimiz hadisələr bizim üçün keçmişdir, gələcək zənn etdiyimiz hadisələr də bizim üçün gələcəkdir. Allah üçün keçmiş, gələcək, indi hamısı birdir. Məhz bu səbəbdən Allahdan heç nə gizli qalmaz. Bir ayədə bu həqiqətə diqqət çəkilmişdir:

(Loğman dedi:) “Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır. (Loğman surəsi, 16)

ÖZ HƏYATINIZ DA TƏK BİR ANDIR



Bu həqiqəti anlamaq üçün yalnız tarixin dərinliklərini düşünməyə ehtiyac yoxdur. Çünki bu həqiqət hər kəsin çox uzun zənn etdiyi öz həyatına da aiddir. Sizin yeni doğulduğunuz, ananızın qucağına verildiyiniz o ilk an yox olmamışdır. O kadr, ya da o görüntü, ya da o hadisə sonsuza qədər var olacaq. Çünki Allah Qatında "hifz edilmiş"dir. Lakin daha əvvəl də ifadə edildiyi kimi, siz 5 duyğu orqanınızdan asılı olduğunuz üçün və sizin yaddaşınızda bu məlumat saxlanmadığı üçün belə bir səhnəni görmürsünüz. Bu, həyatınız boyu başınıza gələn hər hadisəyə aid ediliir. İbtidai məktəbə başladığınız gün, ya da uşaq ikən qeyd etdiyiniz bir ad gününüz, başınıza gələn bir hadisə, orta məktəbi bitirdiyiniz gün, universitet diplomunuzu aldığınız an, evliliyiniz və bunun kimi daha minlərlə hadisə əslində Allah Qatında eyni anda mövcuddur. Bu hadisələrin heç biri itməmiş və sonsuza qədər canlı olaraq mövcud olacaq.

Eynilə, 5 yaşında ikən mağazadan aldığınız bir peçenyeni yeyərkən hiss etdiyiniz şəkər dadı, 7 yaşında ibtidai məktəbə başlayacağınız gün səhər erkən saatda həyəcanla oyanmağınız, lorta məktəbdəki coğrafiya dərsində çəkdiyiniz çətinlik, riyaziyyat müəlliminizin yazı taxtasına yazdığı uzun tənliklər, bir yaxınınızı yol qəzasında itirdiyiniz zaman hiss etdikləriniz, işinizdə qazandığınız bir müvəffəqiyyətdən keçirdiyiniz qürur hissi, illərlə xəyal etdiyiniz bir şeyi almağa gedərkən sevinməyiniz, qısası, yaşadığınız və hiss etdiyiniz, başınıza gələn bütün bu hadisələr əslində olduğu kimi qalır, yalnız sizin beyninizdə mühafizə edilir.

Mühafizə edilən də xatirə olaraq, yəni keçmiş kimi hiss etdirilir. Bu an var olan o səhnələri beyniniz qəbul etmir. Çünki dünyadakı imtahan sistemi belədir. İnsanlar keçən zamana tabe olduqlarını düşünür, həyatlarının keçmiş, indi və gələcək olmaq üzrə hissələrə ayrıldığını zənn edirlər. Buna görə də axirətin varlığı, cənnət, cəhənnəm, hesab günü kimi mövzuların nə vaxt, nə şəkildə və necə olacağını asanlıqla qavraya bilmirlər. Allah Qatındakı zaman anlayışı ilə insanların tabe olduğu zaman arasında bir əlaqə qura bilmirlər. Lakin yaradılmış hər canlının, hər hadisənin və hər şeyin bir film lentini meydana gətirən kadrlar kimi mərhələ-mərhələ sonsuz olaraq yaradıldığını və eyni anda mövcud olduğunu bilmək bu qavrayışı asanlaşdıracaq.

Allah Qatında hər şey olub-bitmişdir. Xalq arasında məşhur olan batil bir inanca görə Allah kainatı və insanı yaratmış, onlara bir müddət möhlət vermiş və onların sınanmalarını gözləyir. (Allahı tənzih edirik) Kainatın ömrü bitənə qədər də gözləyəcək. Lakin əslində Allahın gözləməsi kimi bir vəziyyətdən əsla bəhs oluna bilməz. Gözləmək insana xas bir acizlikdir. Allah isə insanların yaşadığı bütün acizliklərdən uzaqdır. Allahın Quranda Özünü tanıtdığı Qüddüs sifəti "səhvdən, qəflətdən, acizlikdən və hər cür əksiklikdən çox uzaq" mənasındadır. Bu səbəblə bütün insanların keçmişini, gələcəyini və yaşadıqları bütün hadisələri bilir. Lakin insan sınaq yeri olan bu dünya həyatında zamanı əvvəlli və sonralı zənn edir. Halbuki bu məqalədə izah edildiyi kimi əvvəl-sonra, keçmiş-gələcək deyilən bir şey yoxdur. Hər şey, bütün insanlar, bütün canlılar eyni anda yaşayır, bütün zamanlar, bütün dövrlər, bütün tarixlər və hətta bütün günlər, bütün saatlar, dəqiqələr və saniyələr də eyni andadır. İnsan qavrama qabiliyyəti məhdud olduğundan bunu görə bilmir. Allah Qatındakı zaman ilə insanların asılı olduğu zaman anlayışı arasındakı fərqə "Quranda Nisbilik" adlı məqalədə nümunələr verilmişdi. Bu mövzuya bir ayədə belə diqqət çəkilir:

...Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir! (Həcc surəsi 47))

Allahın Quranda bildirilən sifətlərindən biri olan Hasib, "hər kəsin həyatı boyu etdiklərinin hesabını bütünlüklə bilən" deməkdir. Baş verən, yaradılan, mövcud olan heç bir hadisənin itmədiyi həqiqəti xatırlanılsa, Allahın Hasib sifəti daha yaxşı aydın ola bilər. Çünki hər şeyin məlumatı Allahın Qatındadır. Allah bu həqiqəti ayədə də ifadə etmişdir:

Həqiqətən, o Saat haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır. (Loğman surəsi, 34)

Möminlərin Allahın böyüklüyünü təqdir edə bilmələrinin, Allaha olan təslimiyyətlərinin və güvənlərinin əsas səbəbi budur. Allahın onlara nə qədər yaxın olduğunun və Allaha nə dərəcə möhtac olduqlarının, Onun böyüklüyü qarşısında nə qədər kiçik olduqlarının şüurundadırlar. Onların bu üstün əxlaqları Quranda belə bildirilmişdir:

De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz.O bizim Himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

De: “Allahın istədiyindən başqa, mən özümə nə bir zərər, nə də bir xeyir verməyə qadirəm... (Yunus surəsi, 49)

Bu ayələrdə xəbər verilən möminlər Allahın ucalığını və qüdrətini təqdir edə bilən insanlardır. Bundan ötrü də Allaha qəlbən boyun əymişlər.

ÖLÜM İNSAN ÜÇÜN YOX OLMAQ DEYİL

Ölüm mövzusu xalq arasında yanlış başa düşülür. Ölən bir adama sanki yox oldu gözü ilə baxılır. Ümumiyyətlə, insanların axirətə, sonsuz həyata, cənnət və cəhənnəmə aid məlumatları da qeyri-kafi olduğundan, ya ölümdən sonra yenidən diriləcəklərinə heç inanmazlar, ya da buna aid inancları ümumiyyətlə yoxdur. Bu səbəbdən də, bir yaxınlarını itirdikdə onun əbədi olaraq yox olduğunu düşünənlər çoxdur. Halbuki bu tamamilə azğın bir inancdır. Əslində insan doğulduğu (Allah onu varlıq aləminə gətirdiyi) andan etibarən sonsuz həyatına başlamışdır. Həyatındakı digər kadrlar kimi ölüm də bir kadrdır, ancaq əslində o insan diridir. Ölümdən əvvəlki və sonrakı kadrlar və o insana aid hər şey eynilə mühafizə edilir. Məsələn, ölən bir adam haqqında bəzi insanlar cahilcə düşündükləri üçün "çox gənc bir insan idi, heyf oldu" deyirlər. Halbuki, o gənc insana aid hər şey, bütün xüsusiyyətlər, yaşadığı bütün detallar, uşaqlığı, doğumu, ailəsi ilə olan xatirələri canlı bir şəkildə olduğu kimi qalmışdır. Yox olmur və ya itmir, baş verənlər Allah Qatında olduğu kimi mühafizə edilir. Dünyadakı imtahanın bir gərəyi olaraq insana göstərilmir, yaddaşından və görüntüdən silinir, lakin bu onların olmadığı demək deyil.

Allah Qatında bir insanın doğumu da, həyatı da, ölümü də eyni anda olub- bitmişdir. Hətta bu bütün insanlara aiddir. Bütün insanlar bu an doğulmuş və bu an ölmüşdürlər. Yenidən dirilmiş və cənnət, ya da cəhənnəmdəki yerlərini almışdırlar. Bu səbəblə, heç bir insan ölmür, ya da yox olmur, sonsuza qədər diridir. Sonsuzluğun içində bir zaman yaşanır və buna görə hər kəsin gedəcəyi yer də (cənnət və ya cəhənnəm) müəyyəndir. Bu an insanların bir qismi cənnətdə, bir qismi isə cəhənnəmdədir. Bu həqiqət Quranda cənnət və cəhənnəmlə bağlı bir çox ayədə axirət həyatından bəhs edilərkən, keçmiş, ya da indiki zaman istifadə edilərək bunların əslində bir an olduğuna diqqət çəkilmişdir:

Həqiqətən də Cənnət əhli həmin gün nemətlər işində kef çəkəcək. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər. (Yasin surəsi, 55-56)

Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!” Onlar deyəcəklər: “Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir!” Sən mələklərin, Ərşi əhatə edərək, Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən. Onların arasında ədalətlə hökm veriləcək və: “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!”– deyiləcəkdir. (Zumər surəsi, 73-75)

Günahkarlar atəşi görən kimi oraya düşəcəklərini yəqin edəcək və oradan qaçmağa bir yer tapa bilməyəcəklər. (Kəhf surəsi, 53)

İnsanların həyatında çox əhəmiyyətli bir sirr vardır. İnsanlar ölənlərin arxasınca "öldü" deyib kədərlənərkən əslində özləri də ölmüş və hətta yenidən dirildilmişlər. İnsanın öz doğumu ilə ölümü də eyni anda baş verir. Film lenti nümunələrini yenidən xatırlasaq, bu xüsusiyyət daha yaxşı aydın olar. Bütün insanların bir-bir həyatlarına, ölümlərinə, dirilmələrinə və sonsuz həyatlarına dair hər cür detal əksiksiz olaraq Allah Qatında saxlanılır. Başqa sözlə desək, hər şey bu anda olur. Ölmək və dirilmək də müxtəlif zamanlarda meydana gələn hadisələr deyil. Sonsuzluq içində, ya da zamansızlıq içində insanlar doğulmuşlar, ölmüşlər, dirilmişlər və bu an diridirlər. İnsan Allahın yaratdığı andan etibarən sonsuz bir varlıqdır, yəni əbədi olaraq diridir. Arada "öz ölümünü" də bir kadr olaraq görər. Necə hər gün özünü canlı olaraq, diri olaraq görürsə bir dəfə də ölü olaraq görür.

Bunu belə bir misalla açıqlaya bilərik. Allah Quranda yuxunun da bir cür ölüm olaraq yaradıldığını xəbər vermişdir. Bu vəziyyətdə insan hər axşam onsuz da öldüyünü görür, hər səhər oyanarkən dirilməsini görür. Çünki ayədə belə deyilir:

Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır. (Zumər surəsi, 42)

İnsan bu şəkildə dirisini də, ölümünü də, yenidən dirilişini də həmişə görür. Bunun kimi əsl ölümünü də görəcək, amma nəticədə doğumu, ölümü, dirilməsi, axirətdə gedəcəyi məkan müəyyəndir və insan sonsuza qədər Allah Qatında diridir. Bütün bu hadisələr Allah Qatında olub-bitmişdir. Bu səbəblə xalq arasında söylənən mənada ölümlə birlikdə yox olmaqdan söhbət gedə bilməz.

Bu həqiqətlər qarşısında bəzi insanların istifadə etdiyi "çox gözəl insan idi, çox gənc idi, çox sağlam bir cavan idi" kimi ifadələr mənasını itirir. Çünki çox gözəl deyilən insan da, çox gənc deyilən uşaq da, çox sağlam deyilən cavan da yox olmamışdır, bu an hamısı ən gözəl halları ilə mövcuddurlar. Allahın yaddaşında sonsuza qədər hamısı diridir. Bu da Allahın böyüklüyünün və elminin bir göstəricisidir. Allahın sonsuz elmi və qüdrəti Quranda belə xəbər verilir:

Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)

Heyvanların da həyatlarının hər anı Allah qatında qeyd olunmuşdur

Yer üzündə canlı aləm meydana gələndən bəri yaradılan hər heyvanın həyatındakı hər mərhələ də eynilə mühafizə edilir. Məsələn, 250 il əvvəl qütbdə yaşamış bir pinqvinin dünyaya gəldiyi ilk an, balıq tutmağı və ovlamağı ilk dəfə öyrəndiyi an, öldüyü an kimi həyatının hər mərhələsi Allah Qatında mövcuddur. Sonsuza qədər də mövcud olacaq. Bütün bunlar isə yaşadığımız bu an içində baş verir.

Bizim heç bir zaman görmədiyimiz, həyatına şahid olmadığımız 700 il əvvəl yaşamış bir dəvə, ya da e.ə V əsrdə Amazon meşələrində yaşamış bir timsah, 2200-cü ildə Afrikada yumurtadan çıxacaq bir ilan, ya da bu gün Avstraliyada yaşayan bir kenquru üçün də vəziyyət eynidir. Bu sayılan heyvanların, daha doğrusu gəlmiş və keçmiş bütün heyvanların həyatlarına dair hər detal, hər mərhələ əslində eyni anda, yəni indi mövcuddur. Məsələn, dəvənin doğulduğu an, səhrada yük daşıdığı an, su içdiyi an da daxil olmaqla hər anı gizlidir və bəhs edilən dəvə bu an əslində hələ su içir, hələ doğulur, hələ yük daşıyır… Dünya tarixi boyu yaşamış bütün dəvələrin həyatlarına dair hər kadr canlı olaraq mövcuddur Bu günə qədər yaşamış trilyonlarla heyvan olduğu düşünülüncə bu mövzunu qavramaq çətin görünə bilər, lakin Allahın böyüklüyünün və qüdrətinin bir sirri də burada gizlidir. Allah Alim adı ilə gəlmiş-keçmiş, canlı-cansız hər şeyin məlumatına sahibdir. Hafiz adı ilə bu canlılara aid hər cür məlumatı mühafizə edir. Quranda bu həqiqətə belə işarə edilir:

(Allah) onları hesablamış və bir-bir saymışdır. (Məryəm surəsi, 94)

Heyvanların ölümü də insanlarınkına bənzəyir. İnsanlar ölərkən necə həyatlarında keçirdikləri anlar yox olmursa, heyvanların yaşadıqları anlar da elədir. Bir insan sevdiyi bir heyvanı, məsələn quşunu itirdikdə onun üçün kədərlənir. Halbuki, o quş Allahın yaddaşında ən gözəl şəkli ilə hər zaman mövcuddur. Quşun yeni yumurtadan çıxmış halı da, sahibinin evinə gəlməsi də, hələ uça bilmirkən etdiyi oyunlar da ən sevimli şəkilləri ilə varlıqlarını davam etdirir. Və ya bir it öldüyündə, onun ölü halı da, diri halı da, ölüm şəkli də Allah Qatında müəyyəndir. Ölüm şəklinə aid görüntü tək bir kadrdır, bunun xaricində yaşadığına dair saysız görüntü vardır və bunlar da Allah Qatında sonsuz olaraq mövcuddur. İtin yolda gedən halı da, özünü sevdirən halı da, hürən halı da, yemək yediyi vəziyyəti də, ovlanarkən aldığı şəkil də və sahibinin görmədiyi bütün halları da hamısı Allah Qatında mühafizə edilir



Bu vəziyyət bütün heyvanlara aid edilir. Quranda bildirilən Əshabi-Kəhfin mağarasının qapısında qollarını uzatmış vəziyyətdə gözləyən itin doğumu və ölümü, mağaranın qarşısında gözlədiyi hər saniyə bu an da Allahın sonsuz yaddaşındadır. Eyni şəkildə, hz. Salehin (ə.s) qövmünün onlara haram edildiyi halda kəsdikləri dəvənin hz. Saleh (ə.s) tərəfindən gətirməsi də, daha sonra inkarçı qövm tərəfindən kəsilmə anı da yox olmamışdır, Allah Qatında mövcuddur. Və ya əzilən bir böcəyin də ölmədən əvvəl gedərkən, gəzərkən və ayaq altında əzilən zamankı bütün kadrları Allah Qatında sonsuz olaraq mövcuddur. Böcəyin ölümü bir kadrdır və hər görünüşü eynilə dayanır. Bizim əzildikdən sonra o heyvana aid bir şey görməməyimiz onun yox olduğu demək deyil. Əksinə, bizim yaddaşımızda yaşamadığı, yaddaşımızda unudulduğu deməkdir. Allah Qatında o böcəyə aid görüntü yenidən canlandırılsa, bizə 5 duyğumuzla hiss etdirilsə təkrar görərik.

Fransız Qiyamı dövründə bir şəxsin gördüyü rəngarəng bir kəpənək üçün də belədir. Həmin şəxs kəpənəyi gördükdə "nə qədər gözəl rəngləri var" deyib bir müddət sonra onu bir quşun qapdığını görüb kədərlənə bilər. Halbuki o kəpənək bütün simmetriyası və rəngarəngliyi ilə Allah Qatında canlı olaraq mövcuddur. Kəpənəyin yaşadığı hər saniyə, qanadını hər açması və hər bağlaması, yerə hər qonduğu an, yerdən qalxması, qonduğu bütün çiçəklər Allah Qatında müəyyəndir. Kəpənək bu hərəkətlərin hamısını bu an edir. Eyni anda kəpənək uçur, qonur, yeyir, ölür... Lakin bütün bunların sonunda kəpənək diridir, sonsuza qədər də diri olaraq qalacaq. Minlərlə il əvvəl bu kəpənəyin öldüyünü görüb kədərlənən adamın hissləri də və o adamın həyatının hər anı da sonsuza qədər mövcud olacaq. "Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın. (Nəml surəsi, 75)

Beləcə "heyvanların ruhu varmı?", "onların sonu necə olacaq?" kimi sualların cavabı da verilmiş olur. Əsas olan o canlının Allahın yaddaşında olmasıdır. Allah Qatında məlumatı olduğu müddətdə (yaradıldığı andan sonsuza məhkum edilmişdir) bu varlıq canlı olar. Ancaq buradakı canlılığı Allahın bir hiss olaraq yaratmışdır. Yoxsa digər canlıların heç birinin Allahın "Diri" adı ilə bir bənzərliyi yoxdur. Bu baxımdan heyvanın ruhunun olub-olmaması deyil, yaddaşda yaradılıb-yaradılmaması vacibdir. Allah istəsə, bu canlı yaddaşımızda var olar, istəməsə yox olar. Allah insanın yaddaşından o heyvanın görüntüsünü alsa ölmüş olar, versə dirilmiş olar. Lakin nəticədə o heyvan Allahın yaddaşında sonsuza qədər ən canlı halı ilə mövcud olacaq. Çünki Allah zamandan münəzzəhdir. Zamansızlıq içində də keçmiş, gələcək və ya indiki zamandan bəhs oluna bilməz. Hamısı bir andır..

Çiçəklər solub itməz, meyvələr yox olmaz...

Allah hər şeyin məlumatına sahib olandır. Yuxarıdakı ayədə xəbər verildiyi kimi yer üzü var edildiyindən bəri yaradılmış olan bütün yarpaqların, ömürləri boyu keçirdikləri bütün vəziyyətləri də bilər. Məsələn, minlərlə il əvvəl Babildəki bir ağacın və hətta o ağacdakı bir yarpağın belə məlumatı Allah Qatında qeyd olunmuşdur. Hətta o yarpağın yerə düşənə qədər keçirdiyi bütün mərhələlər Allahın sonsuz yaddaşında ayrı-ayrı saxlanılır. Babildə ağacın altında oturub o yarpağın düşməyini izləyən insan fərqində olmasa da, onun düşməyini müşahidə etdiyi saniyələr bir-bir Allahın yaddaşında mövcuddur və bu saniyələrin heç biri yox olmamış, keçmişdə qalmamışdır..

Bir insan yarpağın ağacdan düşməyini çox əhəmiyyətli bir hadisə olaraq qəbul etməyə bilər. Ancaq yer üzündəki gəlmiş-keçmiş bütün yarpaqların düşməyinin və bütün canlıların hər anlarının bu şəkildə "hifz edildiyi" düşünüldükdə Allahın böyüklüyü və elmi açıq-aşkar bir şəkildə qarşımıza çıxar. Bu, bir Quran ayəsində belə bildirilir:

... O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)

Bunu görən insanın edəcəyi yeganə şey Rəbbimiz qarşısında boyun əyməkdir. Allah çox ucadır. Hər şeyin məlumatı Onun Qatındadır. "O, göydən yerə qədər olan bütün işləri idarə edir...." (Səcdə surəsi, 5) ayəsində xəbər verildiyi kimi, insanları, heyvanları, bitkiləri, qısası hər canlı və hər hadisəni Allah yaradır və bunların hamısı Onun Qatında canlı olaraq mühafizə edilir.

Bu həmçinin çiçəklər də aid edilir. Bir çiçək solduqda insanlar onun yox olduğunu zənn edərkən, əslində o Allah Qatında bütün detalları ilə olduğu kimi dayanır. Çiçək tumurcuq halında ikən də, açmadan əvvəl də, yeni açdığında da, solduğunda və öldüyü zənn edildiyində də bütün bu mərhələləri Allah Qatında mövcuddur. "De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir" (Yasin surəsi, 79). Həmçinin qeyd etdiyimiz kimi, yabanı lalədə bir-birinin ardınca meydana gələn dəyişiklər müxtəlif zamanlarda olmuş kimi görünsə də, əslində hər mərhələsi eyni anda baş verir. Allah qatında tək bir bitkiyə aid hər təfərrüat qorunub saxlanılır, ancaq Allah bunları istədiyinə göstərir. Laləni görən insanların yaddaşından bir müddət sonra bu bitkiyə aid görüntülər silinir, amma bunların hər biri Allah qatında qalır.

Çiçəklərdə bir-birinin ardınca meydana gələn dəyişiklər müxtəlif zamanlarda olmuş kimi görünsə də, əslində hər mərhələsi eyni anda baş verir. Bu çiçəyi görən insanların yaddaşından bir müddət sonra bütün görüntülər silinir, amma bunların hər biri Allah'ın sonsuz yaddaşında qalır.

Yağış damcılarının əmələ gəlməsindəki hər mərhələ Allah'ın məlumatı daxilindədir. Allah hər şeyi Yaradan və Biləndir.

Allahın Muhsi ismi "Sonsuz olsa da, hər şeyin sayını bilən" deməkdir. Allah bu günə qədər yer üzündə var olmuş və budağından düşən bütün yarpaqların sayını ən yaxşı biləndir. Bütün bitkilərin, bütün yarpaqların, bütün çiçəklərin yaranmalarından etibarən hər anları, yavaş-yavaş böyümələri, inkişafları, qurumaları, tökülmələri, üzərlərinə qonan böcəklər, tozlar, hər bir yarpağın üzərinə düşən hər yağış damlası sonsuza qədər Allahın məlumatı daxilindədir. Bunlar digər bütün canlıların həyatlarındakı hər anı ilə birlikdə bir anda və bir səthdə yaradılmışlar. Bütünlüklə bu anda, indi var edilmişlər. Bu səbəbdən bir yarpaq quruyub düşəndə, əslində o ölmür, yalnız bizim yaddaşımızdan silinir, halbuki başqa bir insanın yaddaşında hələ saxlanılır. Əgər Allah başqa insanların yaddaşında canlandırsa, onlar bu yarpağı görməyə davam edərlər.

Saxsınızda yetişdirdiyiniz bir bənövşə üçün də bu vəziyyət eynidir. Bənövşənin ilk tumurcuqladığı an da, çiçək açdığı an da, böyüyüb inkişaf etməyi də, solub- büzülməsi də Allah Qatında müəyyəndir. Əslində bu an hamısı birdən olur. Başqa sözlə desək, bənövşə indi açır, amma indi də solmur. Bənövşənin açması ilə solması arasında bir zaman yoxdur. Zaman anlayışı yalnız bizim üçün etibarlıdır, Allahın yaddaşı bütün zamanların üstündədir. Bu həqiqəti xatırlayınca aydın olur ki, yer üzündə tarix boyu var olmuş bütün bənövşələr, əslində eyni anda açır, eyni anda solur. Bütün ağaclar bu an yarpaqlamış, bütün yarpaqlar bu an tökülmüşdür. Belə ki, bundan 1500 il əvvəl Afrikadakı bir meşədə bir ağacın koğuşunda yaşamış kiçik bir bitkinin belə həyatının hər mərhələsi Lövhi-Məhfuzda qeydlidir. Eyni şəkildə bundan 14 əsr əvvəl müsəlmanların peyğəmbərimizə (s.ə.v.) beyət etdikləri ağacın toxumdan çıxması, filizlərini torpağın üstünə doğru uzatması, sonra da quruması hər detalı ilə bu an mövcuddur. Yer üzündəki hər hansı bir dağda böyüyən bir otdan, dünyanın hər hansı bir çəmənliyində yetişən bir ota, səhradakı bir kaktusdan, varlığından kimsənin xəbəri olmadığı bir kola, buzların arasından çıxan bir novruzgülü çiçəyinə və ya asfaltın kənarında bitən bir çobanyastığına qədər hər bitkinin hər anı Allahın yaddaşında saxlanır. Bəlkə bu bitkinin varlığından yer üzündəki heç bir insanın xəbəri belə olmaya bilər. Hətta heç bir zaman olmayacaq da. Lakin Allah əlbəttə ki, bütün bunlardan xəbərdardır.

... Göylərdə və yerdə zərrə qədər olan bir şey də Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın”. (Səba surəsi, 3)

Onun xəbəri olmadan heç bir meyvə toxumundan cücərib çıxmaz, heç bir dişi hamilə olmaz və daşıdığı yükü (bətnindəkini) yerə qoymaz. (Fussilət surəsi, 47)

Bir başqa ayədə isə bu mövzu belə ifadə edilmişdir:

O, yerə girəni də, oradan çıxanı da, göydən düşəni də, oraya qalxanı da bilir. O, Rəhmlidir, Bağışlayandır (Səba surəsi, 2)

Bu izah edilənlərin insanın zehnində daha yaxşı canlana bilməsi baxımından, hər zaman gördüyümüz meyvələrdən də nümunə verilə bilər. Məsələn, Afrikadakı bir banan ağacında yetişən bir bananın böyüklüyü, dadı, yetişməsi Allah Qatında müəyyəndir. Nə vaxt toplanacağı, kim tərəfindən qoparılacağı, nə vaxt yetişəcəyi və nə vaxt qaralacağı, hansı süfrəyə qoyulacağı, kimlər tərəfindən yeyiləcəyi Allah Qatında hələ o banan ağacının toxumu torpağa girmədən məlumdur. Allah bu həqiqəti bir ayəsində belə xəbər verir:

Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq- aydın Yazıdadır (Lövhi-məhfuzdadır). (Hud surəsi, 6)

Bananın hələ budağından ilk çıxdığı andan etibarən süfrəyə gedənə qədər keçirdiyi hər mərhələ Allah Qatında saxlanılır. Əslində o bananın budağından çıxdığı ilk andan etibarən yeyilənə qədər çox müddət keçmiş kimi görünür. Başqa sözlə desək, bananın uzun bir ömrü olduğu düşünülür. Bu meyvə əvvəl budağında yetişir, sonra biri tərəfindən dərilir, qablaşdırılır, nəqliyyat vasitəsilə yüklənib uzun bir səfərə çıxır, bəlkə okeanlar aşaraq müxtəlif ölkələrə aparılır, orada da anbarlara qoyulub satıcılara paylanır və bəlkə də yetişdiyi yerdən çox uzaq bir ölkədə onu satın alan bir adamın ailəsindən biri, ya da qonağı tərəfindən yeyilir. Amma başdan bəri ifadə etdiyimiz kimi bu dünyagörüş yalnız zamandan və məkandan asılı olan insana aiddir. Allah Qatında isə bananın bütün ömrü bir anda keçir. Banan bu an yetişir və bu an biri tərəfindən yeyilir. Həmin banan bu an budağından qoparılır, bu an konteynerlərə yüklənir. Bir daha xatırlatmaq lazım olsa, o bananın həyatı ilə sizin həyatınız, ya da Sezarın həyatı və ya Böyük İskəndərin, ya da Edisonun həyatı əslində eyni anda yaşanır. Yer üzündəki gəlmiş-keçmiş bütün meyvələrin, bütün bitkilərin, bütün insanların, bütün heyvanların məlumatı Uca Allahın hafisəzindədir. Bu həqiqətlər səmimi bir niyyətlə yaxşıca, dərindən düşünülsə, bunun nə qədər böyük bir hadisə olduğu aydın ola bilər.

Digər əhəmiyyətli bir nöqtə isə bu meyvələrdən heç birinin əslində çürüməməsi, yox olmaması, solmaması, itməməsidir. Bir portağal düşünün. Aralıq dənizinin sahilində portağal bağçalarında 50 il əvvəl yetişmiş olsun. Bu portağalın nə vaxt, hansı ağacdan, hətta o ağacın hansı budağından çıxacağı, turş və ya şirin olacağı, böyüklüyü, forması, rəngi, kim tərəfindən dəriləcəyi, hansı anbarda saxlanacağı, hansı yük maşınına yüklənəcəyi, kim tərəfindən daşınacağı, hansı meyvə satıcısına gedəcəyi, meyvə satıcısından kim tərəfindən satın alınacağı, alındığı evdə kim tərəfindən yeyiləcəyi o portağalın qədərindədir. Bəlkə də meyvə səbətində unudulacaq və kiflənəcək. Anbaan kiflənmə mərhələləri və sonda tamamilə kiflənib xarab olması və ev sahibi tərəfindən zibilə atılması da qədərindədir. Bir portağalın ömrünün hər saniyəsi, qədərindəki hər an Allah Qatında sonsuza qədər vardır. Nəticə olaraq o portağal Allah Qatında ölməz, yox olmaz, sonsuza qədər ilk tumurcuqlandığı, yetişdiyi, çürüməyə başladığı və xarab olduğu hər halı ilə diri və canlı olaraq qalar. Çünki Allah Həyy, yəni diri olandır. Onun yaddaşındakı hər şey də Allah "Ol" dediyi andan etibarən diridir.

Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. (Biz həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar (ağacları da yetişdiririk). Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır. (Ənam surəsi, 99)

Bu ağacların kəsilmə mərhələlərində nələr olacağı, kimlər tərəfindən kəsiləcəyi, hansı evin qurulmasında istifadə ediləcəkləri kimi bütün detallar Allah qatında əvvəldən təyin olunmuşdur.

Yer üzündəki suların da hamısı tək bir anda yəni bu an axır. Tək bir su damlası da yox olmaz, sonsuza qədər Allahın yaddaşında gizli qalar.

Axan su da boşa getməz

Bura qədər izah edilən hər şey axan sulara da aid edilir. Çaydan, bulaqdan, bir artezian, ya da şəlalədən axan suyun hər damlasının hər anı Allah Qatında saxlanılır. Axan suyun bir damlası belə yox olmaz, itməz. Hər damla sonsuza qədər dayanar. Heç biri boşa getməz. Eynilə, canlılarda olduğu kimi onların da hər anı, hər halı Allahın yaddaşında gizlidir. Kainat var olduğundan bəri yer üzündə axmış, hələ də axan və gələcəkdə də axacaq bütün sular bu an axır. Başqa sözlə desək, hamısı indi bir anda axır. Allah zamandan münəzzəhdir və axan suların da əvvəli və sonrası yoxdur. Kainatdakı hər hadisə kimi bu da bir anda baş verir. Sonsuzluğun içində bir zaman vardır və bütün hadisələr bir anda olur.

300 il əvvəl Missisipidə bir anda axan su ilə 500 il əvvəl Reyn çayında bir anda axan su, ya da 200 il sonra Firatdan başqa bir anda axacaq su əslində üyni anda axır. Hamısı bu an, bu dəqiqə axır. Heç birində axan su yox olmur, sonsuza qədər Allah Qatında axmağa davam edisr.

Geriyə qayıtmaq da mümkündür

Hər şeyin Allahın yaddaşında mövcud olması qarşımıza çox əhəmiyyətli bir sirri çıxarır: Bir hadisədə geriyə doğru gedib o hadisənin başlanğıc anına çatmaq da Allahın diləməsilə çox asandır. İnsanlar zamandan asılı olduqları üçün belə bir hadisə onlara uzaq gəlir, halbuki Allah Qatında zaman yoxdur, daha əvvəl də ifadə etdiyimiz kimi, keçmiş və gələcək bir andır. Eynilə bir video kasetdəki kadrların bir anda var olması kimi. Biz bir filmi seyr etdikdən sonra o filmi geriyə çevirib yenidən seyr edə biliriksə, bizim üçün keçmiş hadisələri Allahın diləməsilə yenidən seyr etməyimiz mümkündür. Əsas olan Allahın o an bizə o hadisələrə aid hissləri təkrar hiss etdirməsidir. Allah üçün keçmiş bir hadisəni yenidən yaratmaq son dərəcə asandır.



Bu məkanın 1000 il əvvəlki halı da, 500 il əvvəlki halı da və bundan sonra üzərində tikiləcək təsislər də, aralarında zaman varmış kimi görünsə də, əslində tək bir anda mövcuddurlar.

Bu həqiqətləri daha yaxşı qavraya bilmək baxımından belə qiymətləndirə bilərik: Quranda bəhs edilən Səba xalqının ayədə xəbər verildiyi kimi "acı meyvəli, yulğunlu və bir az sidr ağacı olan iki bağa çevrilmiş" (Səba surəsi, 16) bağçaları bu an hələ bəlaya uğramadan əvvəlki halı ilə Allah Qatındadır və ya bu bağçalardakı ağacların sonradan çürüyüb yox olması, bağçanın məhv olması da Allahın yaddaşındadır. Bundan min il əvvəl dünyanın hər hansı bir yerində yamyaşıl olan bir bağçanın daha sonra bir əkin tarlasına çevrilməsi, sonra o əkin tarlasının üzərində bir ev tikilməsi, sonra evin dağıdılıb yerində bir atelye tikilməsi, yüz ildən sonra o atelyenin dağılıb bir qəbiristanlığa çevrilməsi və sonda bu gün bu sahənin bir otel olaraq istifadə edilməsi və bu mərhələyə qədər arada keçən bütün mərhələlər sonsuza qədər Allah Qatında mövcuddur. Allahın diləməsi ilə bu an bu məkanın içində olduğu andan geriyə doğru gedərək o bağçaların ilk halını görmək də mümkündür.

Şübhəsiz kainat yaradıldığı andan etibarən varlıqların və hadisələrin hər anının Allah Qatında saxlanılması böyük bir hadisədir. Bu vəziyyət əslində inananlar üçün cənnətdə böyük bir nemət olacaq. Çünki insanlar istər öz keçmişlərini, istərsə də tarixdə keçmiş hadisələri maraqlanıb görmək istəyə bilərlər. Allahın diləməsilə cənnətdə möminlər üçün görmək istədikləri bu hadisələrin hamısı onlara göstərilə bilər.

Məsələn, insan kainatın ilk yaradıldığı Big Bang anını, qalaktikaların ilk meydana gəlməsini, ilk atomun meydana gəlmə mərhələlərini, özünün ana bətnində keçirdiyi mərhələləri, tarixin hər hansı bir dövründə yaşanmış bir hadisəni, okeanların yüzlərlə metr altında insanların əsla çatmağa güc çatdıra bilmədikləri mühitlərdə yaşayan canlıları, Titanikin batmasını, anasının uşaqlığını, 3 nəsil sonrakı nəvəsinin həyatını, keçmişdə yaşadığı hadisələri, illər əvvəl itirdiyi pişiyini, uşaqkən yetişdirdiyi bir bitkini görmək istəyə bilər. Bunların hər biri digər bütün hadisələr kimi Allah Qatında bütün detalları ilə mühafizə edilir. İnsan bu şəkildə nə ilə maraqlansa, Allahın diləməsi ilə öyrənə bilər və görə bilər ki, bu insan üçün həqiqətən də çox böyük bir nemətdir.

Bu məlumatın verdiyi böyük məsuliyyət

Heç şübhəsiz ki, kitabın əvvəlindən indiyə qədər izah edilən mövzular çox əhəmiyyətli və təəccüblü həqiqətlərdir. Mövzunun əsas məğzi isə yaşadığımız hər anın, hər rəftarımızın, söylədiyimiz hər sözün, ağlımızdan keçən hər düşüncənin, hər niyyətin Allah Qatında eynilə mühafizə edilməsidir. Möminlərin bu böyük həqiqətin fərqində olduqları Quranda hz. İsanın (ə.s) söylədiyi bu sözlərdən də aydın olur:

Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı iki tanrı qəbul edin!”– demişdin?” İsa deyəcək: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən! (Maidə surəsi, 116)

Bununla birlikdə insan Allahın istəmədiyi bir əməli etdikdə, ya da Allahın qanunlarını pozanda hesab günü bu etdiklərinin heç birini inkar edə bilməyəcək və hətta etdiklərini qarşısında canlı bir şəkildə görə biləcək. Heç bir şey yox olmadığına, itmədiyinə görə edilən yanlışlar, pisliklər də əslində gizli dayanmaqdadır. Bu səbəblə inkar edənlər özlərini kimsənin görmədiyini, eşitmədiyini sanaraq rahatca Allahın sərhədlərini pozaraq, ya da Allahın razı qalmayacağı əməlləri edənlər və pis sözlər söyləyənlər böyük zəlalətdə yaşayacaqlar. Allahın hər şeyə şahid olduğunu mütəq biləcəklər. Ayədə belə buyrulur:

O, həm göylərdə, həm də yerdə (ibadət olunan Tək) Allahdır. O, gizlində saxladığınızı da bilir, aşkarda etdiyinizi də. O, sizin nə qazanacağınızı da bilir. (Ənam surəsi, 3)

Lakin Allahdan uzaq olan bu insanlar hesab günü etdikləri hər şeyi incəliyinə qədər gördüklərində artıq edəcək bir şeyləri qalmayacaq. Çünki o gün Allahın Quranda bildirdiyi kimi, bu insanlar ətraflı əhatə edilmişlər:

.... Lakin Allahdan onlara güman etmədikləri (bir əzab) düçar olacaqdır. Onların qazandıqları pis əməllər öz qarşılarına çıxacaq və istehza etdikləri (əzab) onları bürüyəcəkdir. (Zumər surəsi, 47-48)

Hesab günü gəldikdə inkar edənlərin, münafiqlərin, Allahın əmrlərinə çəkinmədən baş qaldıranların heç bilmədikləri hadisələr reallaşacaq, Allahın insanların yaddaşında yenidən diriltməsi ilə bütün gizli fəaliyyətləri hər kəsin qarşısında ortaya çıxacaq. Eynilə ayədə ifadə edildiyi kimi, inkarçıların həyatları boyu istehza etdikləri şey bu dəfə onları əhatə edəcək. İnkar edənlər dünya həyatında özlərinə verilən müddət ərzində inananların Allaha və axirətə olan inanclarına istehza etmişlər, ağıl çatdıra bilmədikləri üçün bu həqiqətləri "yanılma" olaraq şərh etmişlər. Lakin onların "yanılma" olduğunu iddia edərək istehza etdikləri əslində onları heç gözləmədikləri istiqamətdən əhatə etmişdir. Çünki əslində yanılan özləridir. Həyatları boyu etdikləri bütün pisliklərin görüntüsü Allahın sonsuz yaddaşındadır və hesab günü bir- bir qarşılarına qoyulacaq. Bunları hər inkar etdiklərində isə bu hadisələri canlı olaraq qarşılarında görəcəklər. Beləliklə, Allahın elmi ilə əhatə olunduqlarını anlayacaqlar. Allah inkar edənlərin vəziyyətini belə bildirmişdir:

Allah da onlara istehza edər və azğınlıqlarını (o qədər) artırar ki, sərgərdan gəzərlər. (Bəqərə surəsi, 15)

Məkkə müşriklərinin peyğəmbərimiz (s.ə.v.) dövründə etdikləri günahlar da, hz. Nuh (ə.s) peyğəmbər dövründəki inkarçıların etdikləri də, Hz. İbrahimi (ə.s) yandırmaq istəyənlərin etdikləri pisliklər də, Hz. Yusuf (ə.s) peyğəmbəri quyuya salan qardaşlarının etdikləri də, hz. Musaya (ə.s) əziyyət verən bəzi İsrail oğullarının azğınlıqları da bir istisna belə olmadan Allah Qatında saxlanılır. Heç biri unudulmuş, ya da itib-getmiş deyil. Hamısı ən gizli, hətta bəlkə heç bir insanın şahid olmadığı incəliyinə qədər eynilə qorunur. Bu həqiqətə Quranda da diqqət çəkilmişdir:

Onlar (öz günahlarını) insanlardan gizlədir, Allahdan isə gizlətmirlər (Ondan çəkinmirlər). Halbuki onlar (Allahın) razı qalmadığı sözləri gecələr xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur. Allah onların nə etdiklərini bilir. (Nisa surəsi, 108)

Bu həm də müasir dövrdə yaşayan inkarçılar, ya da münafiq xarakterlilərə də aid edilir. Bu insanlar möminlərin, ya da dinin əleyhində etdikləri hiyləgər planların gizli qalacağını, ortaya çıxmayacağını, hesab günü əvəzini görməyəcəyini zənn etməməlidirlər. Etdikləri ən kiçik bir pislik, atdıqları hər böhtan, söylədikləri hər söz bu an Allah Qatında yazılıdır. Allahın o görüntüləri onların yaddaşlarından alması onları yanıltmamalıdır. Özləri bundan on il əvvəl bir möminə atdıqları bir böhtanı unutmuş ola bilərlər, amma bu etdikləri bir hərf belə əksik olmadan Allahın yaddaşında vardır. Allah diləsə bu hadisələri bu anda da insanların yaddaşlarında canlandırar. Amma bu həqiqəti bilməyən inkarçılar ayədə ifadə edildiyi kimi "düşüncəsiz bir camaat" (Maidə surəsi, 58) olmaları səbəbi ilə Allahın qüdrətini qavraya bilməzlər. Lakin hesab günü həqiqəti görəcək və geriyə dönüşü mümkün olmayan bir utanc və peşmanlıq duyacaqlar. Qövmünün qabaqda gedən inkarçılarının göstərdiyi bu tip bir "ağılsız"lıq qarşısında hz. Şueyb (ə.s) peyğəmbərin Quranda verdiyi cavabda da eyni həqiqət vardır:

Onlar dedilər: “Ey Şueyb! Dediklərinin çoxunu anlamırıq. Biz səni aramızda zəif görürük. Əgər qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sən bizim üçün heç də böyük bir adam deyilsən”. O dedi: “Ey qövmüm! Məgər mənim qəbiləm sizin üçün Allahdan da əzizdir? Siz Onu saymayıb unutdunuz. Şübhəsiz ki, Rəbbim sizin nə etdiklərinizi əhatə edir. (Hud surəsi, 91-92)

Allah hesab gününü yaratdıqda bütün inkarçıların etdiklərinin hesabını da çox sürətli görəcək. Bu hissədə izah edilən mövzu, yəni yaradılan hər şeyin hər anının sonsuza qədər saxlandığı bilindikdə, Allahın bütün insanların hesabını bir anda və çox sürətli bir şəkildə görəcəyi də aydın olur. Ancaq insanın bu anı uzaq görməməsi çox əhəmiyyətlidir, çünki o an əslində bu andır. Yəni insanlar dünyada Allaha qarşı işlədikləri bütün günahların hesabını bu anda verirlər. İnkar edənlər etdiklərinin görülməyəcəyini, eşidilməyəcəyini və ya unudulacağını zənn edə bilərlər. Amma hesab günü böyük bir çaşqınlıqla qarşılaşacaqlar:

... Əksinə, elə zənn edirsiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir. Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və siz ziyan çəkənlərdən oldunuz. (Fussilət surəsi, 22-23)


Səndən əvvəlki elçilərə də istehza edilmişdi. Mən kafirlərə möhlət verdim, sonra isə onları yaxaladım. (Bir görəydin onları) cəzalandırmağım necə oldu! (Rad surəsi, 32)