BEYNİMİZDƏ QAVRADIĞIMIZ DÜNYA

Yaşadığımız dünyaya aid hər cür xüsusiyyəti və bildiyimiz hər şeyi duyğu orqanlarımız vasitəsilə öyrənirik. Duyğu orqanlarımız vasitəsilə bizə çatan məlumatlar mərhələli bir proses nəticəsində elektrik siqnallarına çevrilir və bu siqnallar beynimizin müvafiq nöqtələrinə ötürülür. Bu ötürülmə nəticəsində biz məsələn, bir kitab görür, çiyələyin dadını hiss edir, cökə ağaclarını qoxulayır, ipək bir parçanın toxunuşunu hiss edir və ya küləkdə yellənən yarpaqların xışıltısını eşidə bilirik.

Aldığımız təlqinlə həmişə bədənimizin xaricindəki parçaya toxunduğumuzu, bizdən 30 sm uzaqlıqdakı kitabı oxuduğumuzu, metrlərlə uzaqdakı cökə ağaclarının qoxusunu hiss etdiyimizi və çox yüksəklərdəki yarpaqların xışıltısını eşitdiyimizi zənn edirik. Halbuki, bu saydıqlarımızın hamısı bizim içimizdə reallaşan hadisələrdir. Kitabın görünüşündən yarpaqların xışıltısına qədər hər şey içimizdə, beynimizdə meydana gəlir.

Bu hissədə heyrətamiz bir həqiqətlə qarşılaşırıq: Beynimizdə əslində, nə rənglər, nə səslər, nə də görüntülər var. Beynimizdə tapa biləcəyimiz tək şey elektrik siqnallarıdır. Bu fəlsəfi fikir deyil, qavrayışlarımızla bağlı elmi açıqlamadır. Məsələn Mapping The Mind (Zehnin Xəritəsini Çəkmək) adlı kitabında məşhur yazıçı Rita Carter dünyanı necə qavradığımızı belə açıqlayır:

Hər bir duyğu orqanı özünə uyğun gələn xəbərdarlığa cavab verəcək şəkildə yaradılmışdır. Bu xəbərdarlıqlar isə molekullar, dalğalar və ya siqnallar şəklindədir. Bütün bu müxtəlifliklərinə baxmayaraq, duyğu orqanları əsasən eyni funksiyanı yerinə yetirirlər: özlərinə xas xəbərdarlıqları elektrik siqnallarına çevirirlər. Bu isə sadəcə bir xəbərdarlıqdır. Qırmızı rəng deyil və ya Beethovenin Beşinci Simfoniyasının ilk notu deyil - yalnız bir elektrik enerjisidir. Əslində, bir duyğunu digərlərindən fərqli hala gətirmək əvəzinə, duyğu orqanları hamısını eyni hala, yəni elektrik siqnallarına çevirirlər.
Elə isə bütün duyğulara aid xəbərdarlıqlar, bir-birindən tamamilə fərqlənməyən formada beyinə elektrik cərəyanları şəklində daxil olur və buradakı sinir hüceyrələrini oyadırlar. Bütün hadisə bundan ibarətdir. Bu elektrik siqnallarını təkrar işıq dalğalarına və ya molekullara çevirən bir geri çevrilmə sistemi yoxdur. Bir elektrik cərəyanının görüntüyə və başqa birinin qoxuya çevrilməsi isə bu elektrik cərəyanının hansı sinir hüceyrələrinə təsir etməsindən asılıdır. Rita Carter, Mapping The Mind, University of Kaliforniya Press, London, 1999, s. 107



Bütün həyatımızı beynimizin içində yaşayırıq. Gördüyümüz insanlar, qoxladığımız çiçəklər, dinlədiyimiz musiqi, daddığımız meyvələr, əlimizdə hiss etdiyimiz nəmlik... Bunların hamısı beynimizdə meydana gəlir. Əslində isə beynimizdə, nə rənglər, nə səslər, nə də görüntülər var. Beyində mövcud tək şey elektrik siqnallarıdır. Qısacası biz, beynimizdəki elektrik siqnallarının yaratdığı bir dünyada yaşayırıq. Bu bir fikir və ya fərziyyə deyil, dünyanı necə qavradığımızla bağlı elmi açıqlamadır.

Yuxarıdakı açıqlamalar çox vacib bir mövzuya diqqəti yönəldir: Bizim dünya haqqında qavradığımız bütün hisslər, görüntülər, dadlar və qoxular, əslində eyni şeydən, yəni elektrik siqnallarından meydana gəlir. Elektrik siqnallarını bizim üçün mənalı hala gətirən, bu siqnalları qoxu, dad, görüntü, səs və ya toxunma olaraq qavrayan beyindir. Beyin kimi ət parçasından ibarət bir maddənin hansı elektrik siqnalını qoxu, hansını görüntü olaraq seçəcəyini bilməsi, eyni siqnalların bir-birindən çox fərqli duyğular və hisslər meydana gətirməsi isə böyük möcüzədir.

İndi bu böyük möcüzənin necə gerçəkləşdiyini, yəni "dünyanı necə qavrayırıq?" sualının cavabını bütün duyğularımız üçün tək-tək araşdıraq.

1-GÖRƏN GÖZLƏRİMİZ DEYİL, GÖRÜNTÜ BEYNİMİZDƏ YARANIR

Həyatımız boyu aldığımız təlqinlə bütün dünyanı gözlərimizlə gördüyümüzü zənn edirik. Hətta "gözlərimiz dünyaya açılan pəncərələrimizdir" deyə bilirik. Halbuki, görmə prosesinin elmi açıqlamalarına görə həqiqət belə deyil. Çünki biz gözlərimizlə görmürük. Gözlərimiz və gözlərimizə bağlı olan milyonlarla sinir hüceyrələrimiz yalnız "görmə prosesinin" reallaşması üçün beyinə siqnal ötürən kabel vəzifəsini yerinə yetirir. Görmə prosesinin necə reallaşdığını orta məktəbdə öyrəndiklərimizdən xatırlasaq, bu həqiqəti daha asan q avraya bilərik.

Bir cisimdən gələn işıq göz büllurundan keçir və gözün arxa tərəfindəki retinanın üzərində baş aşağı və iki ölçülü görüntü yaradır. Retinadakı çubuq və konus hüceyrələr bəzi kimyəvi proseslərdən sonra bu görüntünü elektrik axına çevirir. Bu elektrik axınları göz sinirləri vasitəsi ilə beyinin arxa tərəfində yerləşən görmə mərkəzinə ötürülür. Beyin isə bu ötürülən siqnalı mənalı və üç ölçülü görüntülər halına gətirir.


GÖRDÜYÜMÜZ VƏ SAHİB OLDUĞUMUZ HƏR ŞEY BEYNİMİZDƏ YARANAN GÖRÜNTÜDÜR

Məsələn, biz parkda oyun oynayan uşaqları seyr etdikdə bu uşaqları və parkı gözlərimizlə görmürük. Çünki bu mənzərəyə aid görüntü gözümüzün qarşısında deyil, beynimizin arxa tərəfində yaranır.



Topla oynayan uşağı seyr edən insan, bu uşağı əslində gözləri ilə görmür. Gözlər yalnız işığı gözün arxa tərəfinə çatdırır. İşıq retinaya çatdıqda retinada uşağın tərs və iki ölçülü görüntüsü yaranır. Daha sonra bu görüntü elektrik cərəyanına çevrilərək beynin arxasındakı görmə mərkəzinə çatır və uşağın düz, üç ölçülü və qüsursuz görüntüsü burada görünür. Bəs beyinin arxa tərəfində uşağın üç ölçülü, qüsursuz dəqiqlikdəki görüntüsünü görən kimdir? Məhz burada qarşımıza çıxan beynimizin kənarında olan varlıq - Ruhdur.

Burada çox səthi olaraq izah etdiyimiz görmə prosesi əslində olduqca qeyri-adi bir hadisədir. İşıq hissəcikləri dərhal və qüsursuz şəkildə elektrik siqnallarına çevrilir və sonra bu elektrik siqnalları üç ölçülü, rəngarəng, parlaq bir dünya olaraq bizə görünür. Eye and Brain (Göz və Beyin) kitabının yazıçısı R. L. Gregory bunu başa düşən şəxslərdən biri olaraq görmə sistemindəki möhtəşəm quruluşu belə ifadə edir:

Gözlərimizə baş aşağı görüntülər verilir və biz ətrafımızda bunları sabit obyektlər olaraq görürük. Retinanın üzərindəki xəbərdarlıqlar nəticəsində obyektlər dünyasını qavrayırıq və əslində bunun möcüzədən heç bir fərqi yoxdur R. L. Gregory, Eye and Brain: The Psychology of Seeing, Oxford University Press Inc. New York, 1990, s. 9

Bütün bunlar bizi həmişə eyni həqiqətə aparır: Biz həyatımız boyu dünyanı bizim xaricimizdə zənn edirik. Halbuki, dünya hər şeyi ilə bizim içimizdədir. Biz, xaricimizdə zənn etdiyimiz dünyanı əslində içimizdə, beynimizdəki kiçik bir nöqtədə görürük. Məsələn, bir holdinq müdiri holdinq binasını, fabrikini, avtoparkdakı avtomobilini, dəniz sahilindəki villasını, dənizdəki yaxtasını, tabeçiliyində çalışan yüzlərlə insanı, vəkillərini, ailəsini, dostlarını həmişə öz bədəninin xaricində olan varlıqlar olaraq düşünür. Halbuki, bunların hamısı bu insanın kəllə sümüyünün içində, beyninin arxa tərəfindəki kiçik bir yerdə yaranan görüntülərdir.

Bu tərz insanlar bu həqiqəti bilmir, bilsə də düşünmək istəmirlər. Amma son model avtomobili ilə gəldiyi holdinqinin qarşısında qürurla dayanarkən əsən yüngül külək gözünə toz girməsinə səbəb olsa, bu həqiqəti dərhal anlaya bilər. Toza görə qaşınan sağ gözünü, gözü açıq ikən yüngülcə qaşıdıqda holdinq binasının yuxarı, aşağı və ya sağa, sola doğru gedib gəldiyini görəcək. Məhz o zaman düşünən bir insan gördüyü görüntünün sabit varlıq olmadığını anlayar. Çünki gözünü qaşıması ilə görüntü gedib gəlir.


GÖRDÜYÜMÜZ VƏ SAHİB OLDUĞUMUZ HƏR ŞEY BEYNİMİZDƏ YARANAN GÖRÜNTÜDÜR

Gözünü qaşıyan bir insan avtomobilinin aşağı, yuxarı doğru sürüşdüyünü görəcəkdir. Bu da gördüyü bu avtomobilin xaricindəki sabit əsli ilə deyil, beynində yaranan görüntüsü ilə təmasda olduğunun bir dəlilidir.

Nəticə olaraq bu bir həqiqətdir ki, hər insan həyatı boyu gördüyü hər şeyi beynində görür və heç bir zaman gördüklərinin əsillərinə çata bilmir. Gördükləri xaricində mövcud olduğunu fərz etdiyi görüntülərin beynində yaranan bir kopiyasıdır. Bu kopiyanın əslinə uyğun olub olmadığı, hətta bir əslinin mövcud olub olmadığı isə bizim bildiklərimizin xaricindədir.

Bir materialist olmasına baxmayaraq, alman psixiyatrı və nevroloji professoru Hoimar von Ditfurth bu elmi həqiqət haqqında bunları söyləyir:

Arqumentlərimizin hərəkət etdirici qolunu hara yerləşdirsək də, nəticə dəyişmir: Hər şeyiylə qarşımızda dayanan, gözümüzün gördüyü şey, "dünya" deyil, yalnız onun oxşarıdır; bir bənzəridir; orijinalı ilə nə qədər üst-üstə düşdüyü mübahisə edilən bir proyeksiyadır. - Hoimar von Ditfurth, Dinozavrların Səssiz Gecəsi 4, Kitab, Çev: Veysəl Atayman, Alan/sahə Nəşriyyat, s. 256

Məsələn, bu anda başınızı qaldırıb içində olduğunuz otağa baxdıqda gördüyünüz,sizin xaricinizdəki otaq deyil. Siz otağın beyninizin içində yaranan kopiya görüntüsünü görürsünüz və heç bir zaman bu otağın əslini duyğularınız vasitəsi ilə görməyinizə imkan yoxdur.


QAPQARANLIQ BEYNİMİZİN İÇƏRİSİNDƏ AYDIN VƏ İŞIQLI BİR DÜNYANI GÖRÜRÜK

QAPQARANLIQ BEYNİNİZİN İÇİNDƏ İŞIQLI VƏ RƏNGARƏNG BİR GÖRÜNTÜ NECƏ YARANIR?

Diqqət yetirilməsi vacib olan çox əhəmiyyətli bir məsələ də vardır; qafa tası işığı içəri keçirmir. Yəni beynin olduğu yer qapqaranlıqdır, bu səbəbdən beynin işığın özüylə təmasda olması əsla mümkün deyildir. Ancaq siz, möcüzəvi bir şəkildə bu zülmət qaranlıqda işıqlı, tərtəmiz bir dünyanı seyr edirsiniz. Rəngarəng bir təbiət, parlaq bir mənzərə, yaşıl rənginin hər tonu, meyvələrin rəngləri, çiçəklərin naxışları, günəşin parıltısı, sıxlıq olan küçədəki bütün insanlar, avtomobil yolunda sürətlə irəliləyən minik vasitələri, bir mağazadakı yüzlərlə növ paltar daxil olmaqla, hər şey bu zülmət qaranlıq yerdə meydana gəlir.

Buradakı maraqlı vəziyyəti bir misalla açıqlayaq. Qarşımızda alovlanan bir tonqal olduğunu düşünək. Bu tonqalın qarşısına keçib onu uzun müddət izləyə bilərik. Amma bu müddətdə beynimiz tonqaldan gələn işığın, parıltının və istiliyin əsli ilə heç bir zaman təmasda ola bilməz. Tonqaldakı alovun işığını və istiliyini hiss etdiyimiz anda belə başımızın və beynimizin içi qapqaranlıqdır və istiliyi heç dəyişmir. Qapqaranlıq beynin içində, elektrik siqnallarının rəngarəng, parlaq, aydın bir görüntüyə çevrilməsi qeyri-adi, böyük bir möcüzədir. Bu hadisənin üzərində dərin düşünən insan, qarşılaşdığı xariquladə qarşısında böyük bir heyranlıq hissi keçirəcək.

Minlərlə elektron mühəndisin üzərində yüz ilə yaxın işləyərək istehsal etdikləri və çox yüksək bir texnologiyaya sahib olan televizorda ortaya çıxan görüntü ilə insan gözündə əldə edilən görüntünü müqayisə etsək;

Minlərlə elektron mühəndisin üzərində yüz ilə yaxın işləyərək istehsal etdikləri və çox yüksək bir texnologiyaya sahib olan televizorda ortaya çıxan görüntü ilə insan gözündə əldə edilən görüntünü müqayisə etsək;

GÖZÜ YARADAN MADDƏLƏR
Zülal
Yağ
Su

TELEVİZİORU MEYDANA GƏTİRƏN PARÇALARDAN
Katod şüa borusu
İdarəedici düymələr
Sapdırma zolağı
Dinamik
Kondensator
Transformator
Müqavimət
Fokuslama hissəsi
Elektron tapançası
Digərləri....

NƏTİCƏ
Əsli ilə fərqləndirə bilməyəcəyimiz qədər eyni, dəqiq, canlı, dərin, qaralma və sürüşmə olmayan parlaq 3 ölçülü bir görüntü

NƏTİCƏ
Əslinə tam bənzəməyən, bəzən bulanıq, ağımtıl olan, bəzən görüntünün sürüşdüyü, dərinlik hissinin tam verilmədiyi bir görüntü

İŞIQ DA BEYNİMİZDƏ YARANIR

Görmə prosesinin necə reallaşdığını izah edərkən həmişə xaricdən gələn işığın gözümüzdəki hüceyrələri hərəkətə keçirdiyini və bu hərəkətlənmənin görüntünün yaranmasına səbəb olduğunu bildirdik. Ancaq, burada bildirilməsi lazım olan çox vacib bir məsələ var. Əslində, beynimizin xaricində, bizim bildiyimiz kimi işıq da yoxdur. Bizim bildiyimiz, tanıdığımız işıq yenə beynimizdə yaranır. Xaricimizdəki dünyada, yəni beynimizin xaricində işıq olaraq təyin etdiyimiz şey elektromaqnit dalğalar və fotonlardır (fotonlar dənəcik şəklindəki enerjidir). Bu elektromaqnit dalğalar və ya fotonlar retinanı xəbərdar etdikdə bizim bildiyimiz "işıq" meydana gəlir. Fizika kitablarında işığın bu xüsusiyyəti belə ifadə edilir:

İşıq sözü fiziki və ya obyektiv bir mənada elektromaqnit dalğalarla və ya fotonlarla əlaqədar olaraq istifadə edilib. Eyni söz psixoloji bir mənada elektromaqnit dalğalar və fotonlar, göz retinasıyla toqquşduğu vaxt insanda oyanan hisslə əlaqədar olaraq da istifadə edilir. İşıq sözünün, həm obyektiv, həm də subyektiv mənalarını birlikdə ifadə edək: İşıq, bir insan gözünə retinanın xəbərdarlığından yaranan görmə təsirləriylə varlığını göstərən bir enerji şəklidir. M. Əli Yaz, Sait Aksoy, Fizika 3, Sürət Nəşrləri, İstanbul, 1997, s. 3

Nəticə olaraq, işıq gözümüzə gələn bəzi elektromaqnit dalğaları və ya hissəciklərin bizdə yaratdığı təsir ilə meydana gəlir. Yəni xaricimizdə, beynimizdəki görüntünü yaradacaq bir işıq da yoxdur. Yalnız bir enerji vardır və bu enerji, gözümüzə çatdıqda biz rəngarəng, parlaq, işıqlı bir dünya görürük.

RƏNGLƏR DƏ BEYNİMİZDƏ YARANIR

Biz doğulduğumuz andan etibarən ətrafımızda rəngli bir dünya görür, rəngarəng bir mühitlə təmasda oluruq. Halbuki kainatda tək bir rəng belə yoxdur. Rənglər beynimizin içində yaranır. Xaricimizdə yalnız fərqli dalğa uzunluqlarına sahib elektromaqnit dalğaları vardır. Gözümüzə çatan isə bu fərqli dalğa uzunluqlarındakı enerjidir. Yuxarıda da bildirildiyi kimi biz buna işıq deyirik, ancaq bu bizim bildiyimiz mənada parlaq, aydın bir işıq deyil, yalnız bir enerjidir. Beynimiz bu fərqli dalğa uzunluqlarına sahib enerjini qəbul etdikdə biz bunları "rənglər" olaraq qəbul edirik. Halbuki nə dənizlər mavi rəngdədir, nə çəmənlər yaşıl rəngdədir, nə torpaq qəhvəyi rəngdədir, nə də meyvələr rənglidir. Onlar yalnız beynimizdə elə qavradığımız üçün elədirlər. Şüur və beyin mövzusunda yazdığı kitabları ilə tanınan Daniel C. Dennet, bu gerçəyi belə açıqlayır:

Ortaq qənaətə görə elm, rəngləri fiziki dünyadan almış və yerinə yalnız rəngsiz, müxtəlif dalğa uzunluğundakı elektromaqnit şüaları buraxmışdır.- Daniel C Dennett, Brainchildren, Essays on Designing Minds, The MIT Press, Cambridge, 1998, s. 142


Dennet beyinlə bağlı yazdığı bir kitabında rənglərin yaranması haqqında isə bunları söyləmişdir:

Dünyada rəng yoxdur; rəng yalnız baxanın gözündə və beynində yaranır. Obyektlər işığın müxtəlif dalğa uzunluqlarını əks etdirirlər, ancaq bu işıq dalğalarının rəngi yoxdur. - Daniel C Dennett, Brainchildren, Essays on Designing Minds, s. 142


Bu elmi həqiqətin daha yaxşı başa düşülməsi üçün rəngləri necə gördüyümüzü qısa olaraq araşdıraq.

Günəşdən gələn işıqlar bir cisimlə toqquşduqda, hər cisim işığı müxtəlif dalğa uzunluğunda əks etdirir. Bu müxtəlif dalğa uzunluqlarındakı işıq gözə çatır. (Burada işıq olaraq bəhs etdiyimizin əslində elektromaqnit dalğalar və fotonlar olduğunu, bizim tanıdığımız işığın yalnız beynimizdə yarandığını unutmamaq çöx vacibdir.) Rəngin qavranılması gözün retina təbəqəsindəki konus hüceyrələrində başlayır. Retinada işığın müəyyən dalğa uzunluğuna reaksiya verən üç ana konus hüceyrə qrupu vardır. Bu hüceyrə qruplarının birincisi qırmızı, ikincisi mavi, üçüncüsü isə yaşıl işığa qarşı həssasdır. Bu üç fərqli konus hüceyrəsinin fərqli nisbətlərdə xəbərdar edilmələri nəticəsində milyonlarla fərqli rəng tonu ortaya çıxır. Ancaq, işığın konus hüceyrələrinə çatması rənglərin yaranması üçün kifayət deyil. Johns Hopkins Universiteti Tibb Fakültəsindən tədqiqatçı Jeremy Nathans gözdəki hüceyrələrin rəngləri meydana gətirmədiyini belə bildirir:


Xaricimizdəki dünyada rənglər yoxdur. Rənglər yalnız baxan adamın gözündə və beynində meydana gəlir. Xarici dünyada yalnız müxtəlif dalga uzunluqlarında enerji vardır. Bu enerjini rəngə çevirən beynimizdir.

Bir konus hüceyrəsinin tək bacara bildiyi, işığı tutub sıxlığı haqqında məlumat verməkdir. Rəng haqqında sizə heç bir şey söyləmir. - www.hhmi.org/senses/a/a110.htm

Konus hüceyrələri qəbul etdikləri bu rəng məlumatlarını sahib olduqları piqmentlər sayəsində elektrik siqnallarına çevirirlər. Bu hüceyrələrə bağlı olan sinir hüceyrələri də elektrik siqnallarını beyindəki xüsusi şöbəyə çatdırırlar. Məhz həyatımız boyu gördüyümüz rəngarəng dünyamızın meydana gəldiyi yer beyindəki bu xüsusi şöbədir.

Bu səbəbdən beynimizin xaricində rənglər yoxdur, işıq da yoxdur. Yalnız elektromaqnit dalğaları və ya hissəcikləri şəklində hərəkət edən bir enerji vardır. Həm rənglər həm də işıq yalnız bizim beynimizdədir. Yəni biz bir gülü qırmızı olduğu üçün qırmızı rəngdə görmürük. Bizim bir gülü qırmızı görməyimizin səbəbi retinamızla toqquşan enerjinin beynimiz tərəfindən qırmızı olaraq qəbul edilməsidir.



Gözün retina təbəqəsində işığın müəyyən dalğa uzunluğuna reaksiya verən üç ana konus hüceyrə qrupu vardır. Bu hüceyrə qruplarının birincisi qırmızı, ikincisi mavi, üçüncüsü isə yaşıl işığa qarşı həssasdır. Bu üç fərqli konus hüceyrələrinin fərqli nisbətlərdə xəbərdar edilmələri nəticəsində biz milyonlarla fərqli rəng tonuna sahib bir dünya görürük.

Rəng korluğu rənglərin beynimizdə formalaşmasının ən vacib dəlillərindəndir. Məlum olduğu kimi, gözdəki retinada yaranan kiçik bir pozuqluq rəng korluğuna səbəb olur. Bu vəziyyətdə bir çox insan yaşıl ilə qırmızı rəngi bir-birindən ayırd edə bilmir. Bu vəziyyətdə xaricindəki obyektin "rəngli" olub olmaması əhəmiyyətli deyildir. Çünki biz obyektləri onlar rəngli olduqlarına görə rəngli görmürük. Burada gələcəyimiz nəticə isə belədir: Varlıqlara aid etdiyimiz bütün xüsusiyyətlər, "xarici dünyada" deyil, beynimizdədir. Bizlər heç bir zaman hiss etdiklərimizdən kənara çıxıb, xaricimizə çata bilməyəcəyimiz üçün maddələrin və ya rənglərin varlığını da bilmirik. Məşhur alim Berkeley də bu həqiqətə aşağıdakı sözləriylə diqqət çəkmişdir:

Qısası, eyni şeylər eyni zamanda bəziləri üçün qırmızı, bəziləri üçün isti, başqaları üçün tam əksii ola bilirsə, bu o deməkdir ki, biz illüziyaların təsirindəyik və ''şeylər' ancaq bizim zehnimizdə vardır... Corc Politzer, Fəlsəfənin Başlanğıc Qanunları, İctimai Nəşrləri, Çev: Enver Aytekinn, İstanbul: 1976, s. 40

Yuxarıdakı şəkildə sol tərəfdəki yaşıl xətlər daha tünd, sağdakılar daha açıq yaşıl rəngli görsənir. Halbuki hər iki tərəfdəki yaşıl rənginin tonu -aşağıda da görəcəyiniz kimi bir-birilə eynidir. Ancaq yaşıl rənglərin arasındakı qırmızı və narıncı rənglər, gözümüzü aldatmaqda və rənglərin tonlarını olduğundan fərqli görməyimizə səbəb olmaqdadır. Bunun göstərdiyi vacib gerçək budur: Biz maddənin əslini deyil, yalnız beynimizlə qavradığımızı görürük.

2-BÜTÜN SƏSLƏRİ BEYNİMİZDƏ EŞİDİRİK

Eşitmə prosesi də eyni görmə kimi gerçəkləşir. Başqa cür ifadə etsək, xarici dünyaya aid görüntüləri necə beynimizin içində görürüksə, səsləri də beynimizin içində eşidirik. Xarici qulaq ətrafdakı səs dalğalarını qulaq seyvanı ilə qəbul edib orta qulağa çatdırır. Orta qulaq isə qəbul etdiyi səs titrəşmələrini gücləndirərək daxili qulağa ötürür. Daxili qulaq da bu titrəşmələri səsin gurluğuna və sıxlığına görə elektrik siqnallarına çevirərək beynə göndərir. Beyində bir neçə yerdə qısa fasilə verdikdən sonra siqnallar eşitmə mərkəzinə çatdırılır. Beləcə eşitmə prosesi də beyindəki eşitmə mərkəzində reallaşır.

Buna görə də, beynimizin xaricində səslər deyil, səs dalğaları olaraq qəbul edilən fiziki titrəşmələr vardır. Bu səs dalğalarının səsə çevrildiyi yer isə xaricimiz və ya qulağımız deyil, beynimizin içidir. Yəni, görən gözlərimiz olmadığı kimi, eşidən də qulaqlarımız deyil. Məsələn, ən yaxın dostunuzla söhbət edərkən, dostunuzun görüntüsünü beyninizdə izləyir, səsini də beyninizin içində dinləyirsiniz. Necə ki, beyninizdəki görüntü üç ölçülü dərinlik hissi ilə meydana gəlirsə, dostunuzun səsi də sizə dərinlik hissini təsdiqləyəcək şəkildə gəlir. Məsələn, dostunuzu özünüzdən uzaqda görürsünüzsə və ya arxanızda bir yerdə oturursa, səsinin də yerinə görə dərindən və ya çox yaxınınızdan, ya da arxanızdan gəldiyini zənn edirsiniz. Halbuki dostunuzun səsi, nə arxanızda, nə də uzağınızdadır. Dostunuzun səsi sizin içinizdə, beyninizdədir.

Eşitdiyiniz səsin əsli mövzusundakı qeyri-adilik bu qədər də deyil. Beyin necə işığı keçirmirsə, səsi də keçirmir. Yəni beynə heç bir zaman heç bir səs çatmır. Bu səbəbdən eşitdiyiniz səslər nə qədər gurultulu da olsa beyninizin içi tamamilə səssizdir. Halbuki bütün bu səs-küyü, ən dəqiq səsləri, beyninizdə dinləyirsiniz. Bu elə bir dəqiqlikdir ki, sağlam bir insan qulağı heç bir parazit, heç bir xışıltı olmadan hər şeyi eşidir.

Səs keçirməyən, dərin bir səssizliyin hakim olduğu beyninizdə bir orkestrin simfoniyalarını dinləsəniz, izdihamlı bir mühitin bütün səs-küyünü eşidirsiniz, bir yarpağın xışıltısından reaktiv təyyarələrinin səs-küyünə qədər geniş bir tezlik və desibel aralığındakı bütün səsləri qəbul edə bilirsiniz. Sevdiyiniz bir sənətçinin konsertinə getdikdə bütün salonu bürüyən o güclü səs də əslində beyninizdəki dərin səssizliyin içində meydana gəlir. Öz-özünüzə yüksək səslə mahnı oxuduğunuzda da bunu yenə beyninizdə dinləyirsiniz. Halbuki, o anda həssas bir cihazla beyninizin içindəki səs tonu ölçülsə, burada tamamilə səssizliyin hakim olduğu görüləcək. Bu, çox qeyri-adi bir vəziyyətdir. Beyninizə səs olaraq gələn elektrik siqnalları məsələn, bir stadion dolu insanın müşayiət etdiyi bir qrupun konserti olaraq beyninizdə eşidilir.

Xarici qulaq ətrafdakı səs dalğalarını qulaq seyvanı vasitəsiylə qəbul orta qulağa çatdırır. Orta qulaq isə qəbul etdiyi səs titrəşmələrini gücləndirərək daxili qulağa ötürür. Daxili qulaq da bu titrəşmələri səsin gurluğu və sıxlığına görə elektrik siqnallarına çevirərək beynə göndərir.

Eynilə görüntülər kimi, səslər də beynimizin xaricində bir yerdə deyil. Xüsusilə insan şüuru mövzusu ilə bağlı əsərləri ilə tanınan Cambridge Universitetinin riyaziyyat və nəzəri fizika bölməsindən Peter Russell bu vəziyyəti belə açıqlayır:

Piskopos Berkeley bizim qavrayışlarımızdan başqa heç bir şeyin olmadığını müdafiə edərək, bunu, əgər onu eşidəcək heç kim yoxdursa, aşan bir ağac səs çıxararmaz iddiasını irəli sürdü. O dövrlərdə səsin havada necə qəbul edildiyi və ya qulağın, ya da beynin funksiyasına aid heç bir şey bilinmirdi. Hal-hazırda burada qeyd olunan proseslər haqqında daha çox şey bilirik və bunun cavabı əlbəttə ki "xeyr"dir. Fiziki aləmdə heç bir səs yoxdur, yalnız havada təzyiq dalğaları vardır. Səs yalnız, bir qəbul edicinin onu təcrübə etməsi ilə mövcud olur -bu qəbul edici ya insandır, ya bir maral və ya bir quş, ya da bir qarışqa ola bilər (diqqət orijinalına aiddir.) - Peter Russell, From Science to God "A physicist's Journey into the Mystery of Consciousness", New World Library, 2002, s. 50

Xaricdən gələn səslər xarici və orta qulaqdan daxili qulağa doğru irəliləyən maye dalğalara çevrilir. Bu dalğalar, bir sıra əməliyyatdan sonra elektrik siqnalları halında beynə çatdırılır və beynimizdə səs olaraq qəbul edilir. Buna görə də xaricdəki səs bizim üçün yalnız onu qəbul etdiyimiz müddətcə vardır. Eşitdiyimiz hər şey, beynimizin içindəki bu elektrik siqnallarının bir məhsuludur.

Xaricdəki səs, bizim üçün, ancaq biz onu qəbul etdiyimiz müddətcə vardır. Ancaq, burada bildirilməsi lazım olan əhəmiyyətli bir məsələ də vardır: Eynilə görüntülər kimi, səslər də beynimizin içində deyil. Beyində mövcud olan şey yenə yalnız elektrik siqnallarıdır. "Gerçək" hesab etdiyimiz hər cür səs, beynimizin içindəki bu elektrik siqnallarının bir məhsuludur. Bir dostumuzla söhbət edərkən, onun üç ölçülü görüntüsünü beynimizdə mükəmməl şəkildə qəbul edir; ondan gələn səsi də, demək olar ki, dərinlik hissi ilə eşidirik. Dostumuz uzaqdadırsa, səsin uzaqdan gəldiyindən əmin oluruq. Halbuki bu səs, nə uzaqda, nə də yaxındadır. Yalnız elektrik siqnalı olaraq vardır. Bir başqa ifadə ilə desək, bu səs, beynimizin içində də deyil. Beynimizin içində dərin bir səssizlik hakimdir. Nə qədər sıx və səs-küylü bir mühitdə olsaq da, beynimizin içində heç səs yoxdur. Elektrik siqnallarının çatdırdığı xəbərdarlıqlar, bizə xaricdə sıx və səs-küylü bir dünyanın mövcud olduğu məlumatını verir. Halbuki nə xaricdə bu sıx və səs-küylü dünyaya çata bilirik, nə də onları beynimizin içində meydana gətirə bilirik. Səs, bizim qəbul etdiyimiz bir şeydir.



Biz, səslərin xarici dünyadan gəldiyini zənn edirik. Halbuki eşitdiyimiz səslər, bizə aid qavrama dünyasının bir hissəsini yaradırlar. Beynimizin xaricinə çıxaraq bu səsin xaricdəki həqiqətə uyğun olub olmadığını bilməyimizə isə imkan yoxdur.

Peter Russell, bu həqiqəti bu şəkildə açıqlayır:

Bir skripkanın musiqisini eşidirəm, amma eşitdiyim səs zehnimdə ortaya çıxan bir xüsusiyyətdir. Bunun kimi bir səs xarici dünyada yoxdur, yalnız titrəşən hava molekulları vardır."( http://www.peterussell.com/SP/PrimConsc.html - Peter Russell, The Primary of Consciousness)

Bu səbəbdən, səsləri eşidərkən də, görüntü ilə bağlı olaraq yaşadığımız eyni səhvə yol veririk. Səslərin xarici dünyadan gəldiyini zənn edirik. Halbuki bizim qəbul etdiyimiz səslər, bizim üçün meydana gətirilmiş kölgə dünyanın bir hissəsidir. Eynilə bu dünyaya aid görüntülər, dadlar, qoxular və hisslər kimi, səslər də bizə aid bu qavrayış dünyasının bir qismini yaradır. Xarici dünyada mövcud olduğunu düşündüyümüz sıx mühitin səs-küyü, bizə səslənən yoldaşımızın səsi və dinlədiyimiz musiqi, yalnız bizə aid bu qavrayış dünyasında meydana gəlir. Bütün bunların xaricdəki həqiqət ilə uyğun olub-olmadığını bilməyimizə imkan yoxdur. Çünki, beynimizin xaricinə çıxaraq əsl dünyaya çatmağımız heç bir zaman mümkün deyil.

3-BÜTÜN QOXULAR BEYNİN İÇİNDƏ MEYDANA GƏLİR

Bir insana qoxuları necə hiss etdiyi soruşularsa, ehtimalla "burnumla" deyəcək. Halbuki bəzi insanların dəqiq bir gerçək olaraq gördüyü bu cavab doğru deyil. Yale Universitetinin nevroloji professoru olan Gordon Shepherd "Burnumuzla qoxladığımızı düşünürük, amma bu sanki 'qulaq seyvanı ilə eşidirik' demək kimi bir şeydir" sözləriylə bunun doğru olmadığını açıqlayır. - www.hhmi.org/senses/a/a110.htm

Qoxu hissimizin funksiyası digər duyğu orqanlarımızın funksiyasına bənzəyir. Əslində burnumuzun xaricdən görünən hissəsinin vəzifəsi sadəcə kanal kimi havadakı qoxu molekullarını içəri qəbul etməkdir. Vanil və ya gül qoxusu kim uçucu molekullar burnun epiteli adlanan hissəsindəki titrək tükcüklərdəki reseptorlara çatır və burada qarşılıqlı əlaqəyə girir. Qoxu molekullarının epiteli bölgəsindəki əlaqəsi beynimizə elektrik siqnalı kimi çatır. Bu elektrik siqnalları isə beynimizdə qoxu kimi şərh edilir. Beləliklə, bizim xoş və ya pis adlandırdığımız qoxuların hamısı uçucu molekulların qarşılıqlı təsir nəticəsində elektrik siqnalına çevrildikdən sonra beyindəki şərh formasından başqa bir şey deyil. Bir ətir, çiçəyi, xoşladığınız yeməyin və ya dənizin qoxusunu, xoşunuza gələn və ya gəlməyən hər cür qoxunu beyninizdə hiss edirsiniz. Ancaq əslində qoxu molekulları beyinə heç vaxt çatmır. Səs və görüntüdə olduğu kimi, qoxu hissində də beyninizə çatan yalnız elektrik siqnallarıdır.

BÜTÜN QOXULAR BEYNİMİZDƏ YARANIR, XARİCİ DÜNYADA QOXU YOXDUR

Bağçasındakı gülün qoxusunu hiss edən bir insan əslində heç bir zaman güllərin əslini qoxlaya bilməz. Hiss etdiyi, elektrik siqnallarının beyni tərəfindən qəbul olunmasıdır. Ancaq bu qoxu o qədər həqiqidir ki, insan heç bir zaman gülün əslini qoxlamadığını anlaya bilməz. Hətta bu həqiqətə görə dünyada olan insanların çoxu əsl gülü iylədiklərini zənn edirlər. Bu, Allahın yaratdığı çox böyük bir möcüzədir.

Bu halda qoxunun istiqaməti də olmaz, çünki bütün qoxular beyninizdəki qoxu alma mərkəzində qavranılır. Məsələn, piroqun qoxusu sobadan, yeməyin qoxusu mətbəxdən, dənizin qoxusu metrlərlə uzaqlıqdakı dənizdən gəlmir. Hamısı tək nöqtədə, beyninizdəki lazımi yerdə qavranılır. Bu duyğu mərkəzindən kənarda sağ, sol, ön, arxa kimi bir anlayış yoxdur. Bunların hər biri ilk baxışda müxtəlif təsirlərlə və müxtəlif tərəflərdən gələn kimi görünsə də, əslində hamısı beyində əmələ gəlir. Qoxu alma mərkəzinizdə əmələ gələn təsirləri xarici aləmdəki maddələrin qoxusu hesab edirsiniz. Əslində isə gülün görüntüsü necə görmə mərkəzinizin içindədirsə, o gülün qoxusu da eyni şəkildə qoxu alma mərkəzinizin içindədir. Xarici aləmdə həqiqi qoxu varsa da, sizin bunun əsli ilə təmasda olmağınız əsla mümkün deyil.

George Berkeley bu vacib həqiqəti anlayan mütəfəkkir kimi:“Əvvəl rənglərin, qoxuların və s. əslində mövcud olduğu hesab edildi; ancaq daha sonra bu cür baxışlar rədd edildi və aydın oldu ki, bunlar ancaq duyğularımız sayəsində var”, - deyir.

Qoxunun hiss olduğunu anlamaq üçün yuxuları düşünmək də faydalı ola bilər. İnsanlar yuxularında necə bütün görüntüləri çox real şəkildə görə bilirlərsə, eyni şəkildə yuxularında bütün qoxuları da real aləmdə olduğu kimi duyurlar. Məsələn, yuxuda restorana gedən hər hansı bir şəxs yeməyini menyuda olan yeməklərin qoxularını duyaraq yeyir, dəniz kənarına gəzintiyə çıxan biri dənizin özünəməxsus qoxusunu duyur, çobanyastığı bağçasına girən biri o mükəmməl qoxulardan həzz alır və yaxud başqa biri ətriyyat mağazasına girərək özünə ətir seçir və hətta bu ətirlərin qoxusunu tək-tək ayırd edə bilir. Hər şey o qədər realdır ki, həmin şəxs yuxudan oyandıqda bu vəziyyətə təəccüb edir.



Bir insan, diqqətini çox da cəmləmədən anasının görünüşünü və ya bir çobanyastığı bitkisinin qoxusunu zehnində canlandıra bilər. Bəs yanında olmadığı halda, bir gözə ehtiyacı olmadan bu görüntünü görən, bir burna ehtiyacı olmadan qoxunu hiss edən kimdir? Bu varlıq, insanın ruhudur.

Bu mövzunu anlamaq üçün əslində yuxuları düşünməyə də ehtiyac yoxdur. Sadaladığımız təsvirləri hal-hazırda xəyal edib düşünməyiniz də kifayətdir. Məsələn, indi hər hansı bir çobanyastığı qoxusunu düşünün. Əlinizdə çobanyastığı olmadığına baxmayaraq, əgər fikirlərinizi cəmləsəniz, çobanyastığı qoxusunu hiss edə bilərsiniz. Qoxu o anda beyninizdə əmələ gələcəkdir. Necə hal-hazırda ananızı gözünüzün önünə gətirmək istədikdə ananızın yanınızda olmadığına baxmayaraq, onu zehninizdə görə bilirsinizsə, buna bənzər şəkildə çobanyastığının qoxusunu da zehninizdə hiss edə bilərsiniz.

Washington Universitetindən psixoloq Michael Posner və nevroloq Marcus Raichle xarici aləmdən hər hansı bir siqnal gəlmədiyi halda görüntü və ya başqa bir hissin necə əmələ gəldiyi haqqında belə izahlar verirlər: Gözlərinizi açın, bir mənzərə sizin qarşınızda canlanacaq.

Gözlərinizi yumun və o mənzərəni düşünün. Bu şəkildə o mənzərənin bir görüntüsünü xəyal edə bilərsiniz, qətiyyən sizin gözlərinizlə gördüyünüz mənzərədən canlılığı, aydınlığı və tamlığı ilə fərqlənmir. Lakin hələ mənzərənin əsas xüsusiyyətlərinə malik tərzdədir. Hər iki vəziyyətdə də mənzərənin bir görüntüsü zehində əmələ gəlir. Həqiqi əyani şəkildə, görərək əmələ gələn görüntü xəyal edilən görüntüdən fərqləndirilməsi baxımından “hiss” adlandırılır. Hiss torlu qişaya təsir edən və daha sonra beyində müəyyən prosesdən keçiriləcək siqnalları göndərən işığın məhsulu kimi ortaya çıxır. Lakin bu siqnalları göndərmək üçün heç bir işıq torlu qişaya təsir etmədikdə bir görüntünü necə əmələ gətiririk?- Michael I. Posner, Marcus E .Raichle, Images of Mind, Scientific American Library, New York 1999, s. 88

Göründüyü kimi, görüntünün zehnimizdə əmələ gəlməsi üçün xarici aləmdə hər hansı bir mənbə olmasına ehtiyac yoxdur. Eyni vəziyyət qoxu hissinə də aiddir. Necə ki, yuxuda və ya xəyalınızda olmayan bir qoxunu duya bilirsinizsə, gerçək həyatda da qoxusunu hiss etdiyiniz cisimlərin xarici aləmdə necə olduğunu bilmirsiniz. Əsla onların əsilləri ilə təmasda ola bilməzsiniz.

4-BÜTÜN LƏZZƏTLƏR VƏ TOXUNMA HİSSİ DƏ BEYİNDƏ ƏMƏLƏ GƏLİR

Dadbilmə hissi də digər duyğu orqanlarına bənzər şəkildə açıqlana bilər. İnsan dilinin ön tərəfində dörd müxtəlif növdə kimyəvi reseptor var, bunlar duzlu, şirin, turş və acı dadlarını hiss edir. Dad reseptorları ardıcıl proseslərdən sonra bu hissləri elektrik siqnallarına çevirir və beyinə yollayır. Bu siqnallar da beyin tərəfindən dad kimi şərh edilir. Hər hansı bir tortu, qatığı, limonu və ya sevdiyiniz meyvəni yedikdə aldığınız dad əslində elektrik siqnallarının beyin tərəfindən şərh edilməsidir.

Bütün dadlar beyində əmələ gəlir

Beyninizdə yaranan tort görüntüsünə beyninizdə yaranan şirin dad əlavə edilir və tort haqqında hər şey sevdiyiniz hala gəlir. Siz iştaha ilə tortu yedikdə aldığınız dad əslində elektrik siqnallarının beyninizdə əmələ gətirdiyi təsirdən başqa bir şey deyil. Beyniniz kənardan gələn siqnalları necə şərh edirsə, siz ancaq onu bilirsiniz. Xarici aləmdəki cisimlə əsla təmasda ola bilməzsiniz; məsələn, şokoladın özünü görməz, qoxulaya və dada bilməzsiniz. Beyninizə gedən dadbilmə sinirləri kəsilsə, o anda yediyiniz hər hansı bir şeyin dadının beyninizə çatması mümkün olmaz; dad duyğunuzu tamamilə itirərsiniz. Aldığınız dadların olduqca real olması, onlara aid görüntüləri də seyr edə bilməyiniz sizi qətiyyən aldatmasın. Mövzunun elmi açıqlaması bu şəkildədir.

Toxunma hissi də beyində əmələ gəlir

İnsanların yuxarıda izah edilən həqiqətlərə, yəni görmə, eşitmə, dadbilmə kimi hisslərin hamısının beyində əmələ gəlməsi hissini dərk etməyə mane olan ən əsas amillərdən biri toxunma hissidir. Məsələn, bu kitabı beynində gördüyünü dediyiniz insan diqqətli düşünmədikdə: “Beynimdə görmürəm, bax, əlimlə toxunuram”, -deyəcək. “Bu kitabın xarici aləmdə maddi cəhətdən necə olduğunu bilmirik, biz sadəcə kitabın beynimizin içindəki görüntüsünü görə bilirik” -dedikdə yenə eyni səthi düşüncəyə malik bir insan: “Xeyr, bax, əlimlə tuturam və bərkliyini hiss edirəm, deməli, necə olduğunu bilirəm”, -deyə cavab verəcəkdir.

Toxunma hissi beynimizdə əmələ gəlir

Əslində isə bu insanların anlaya bilmədikləri və ya anlamadıqları kimi davrandıqları həqiqət budur: bütün digər duyğu orqanlarımız kimi toxunma hissi də beyində əmələ gəlir. Yəni siz hər hansı bir cismə toxunduqda onun bərk, yumşaq, nəm, yapışqan və ya zərif olduğunu beyninizdə hiss edirsiniz. Barmaq uclarınıza gələn təsirlər beyninizə yenə elektrik siqnalı kimi ötürülür və beyninizdə bu siqnallar toxunma hissi kimi şərh edilir. Məsələn, siz hamar olmayan səthə toxunduqda onun əslində nahamar olub-olmadığını və ya hamar olmayan yerin əslində necə bir hiss oyandırdığını əsla bilmirsiniz. Çünki siz hamar olmayan səthin əslinə heç vaxt toxuna bilməzsiniz. Sizin hamar olmayan yer haqqında hissləriniz beyninizin müəyyən siqnalları şərh etmə şəklidir.



Oxuduğunuz bir kitabı əlinizdə olmasını hiss etməyiniz, bu kitabın beyninizdə bir görünüş olduğu həqiqətini dəyişdirməz. Çünki, kitabın görünüşü kimi, kitaba toxunma hissi də beyninizdə əmələ gəlir.

Çay içərək yaxın dostu ilə söhbət edən insan isti çay stəkanına toxunduqda əli yanarkən dərhal stəkanı əlindən qoyur. Ancaq burada da sözügedən şəxs stəkanın istiliyini əslində əlində deyil, beynində hiss edir. Həmin şəxs çayın dadını və qoxusunu da beynində hiss edir, görüntüsünü isə beynində seyr edir. Lakin insan ləzzətlə içdiyi çayın əslində beynindəki surəti ilə təmasda olduğunun fərqinə varmayaraq, stəkanın əsli ilə təmasda olduğunu zənn edib görüntüsü beynində əmələ gələn dostu ilə söhbət edir. Əslində bu çox qeyri-adi vəziyyətdir. İnsanın stəkanın bərkliyindən, istiliyindən, çayın qoxusundan, dadından təsirlənərək stəkanın əslinə toxunduğunu, çayın əslini içdiyini düşünməsi bu şəxsə beynində yaşadılan hisslərin heyrətamiz dərəcədə aydın və mükəmməl olduğunu göstərir. Üzərində diqqətlə düşünməli bu vacib həqiqəti XX əsrin məşhur mütəfəkkiri Bertrand Russell belə ifadə etmişdir:

… Barmaqlarımızla stola əl vurduğumuz andakı toxunma hissinə gəlincə, bu barmaq uclarındakı elektron və protonlar üzərindəki elektrik təsiridir. Müasir fizikaya görə, stoldakı elektron və protonların qarşılıqlı əlaqəsindən meydana gəlmişdir. Əgər barmaq uclarımızdakı eyni təsir başqa yolla ortaya çıxsaydı, heç masa olmamasına baxmayaraq, eyni şeyi hiss edəcəkdik.. .. - Bertrand Russell, Rölativitenin Alfabesi, Onur Yayınları, 1974, s.161-162

Russellin diqqət çəkdiyi cəhət çox vacibdir. Həqiqətən də əgər barmaq uclarımızda başqa bir yolla oyanma olsa, çox fərqli hissləri duya bilərik. Belə ki, sonrakı səhifələrdə ətraflı şəkildə görüləcəyi kimi, dövrümüzdə simulyatorlar vasitəsilə bu edilir. Ələ taxılan xüsusi əlcək ilə insan həmin mühitdə olmadığı halda pişiyi oxşadığını, əl verib görüşdüyünü, suyun altında əlini yuduğunu və ya bərk cismə toxunduğunu hiss edir. Əslində isə toxunduğunu hiss etdiyi bu varlıqların heç biri yoxdur. Bütün bunlar insanın həyatındakı bütün hissləri beynində qavradığının qəti dəlilidir.

Peter Russell, bu vəziyyəti belə açıqlayır:

Maddənin bərk material olduğuna dair fikrimiz isə eynilə yaşıl rəng kimi, şüurda meydana gələn bir xüsusiyyətdir. Bu, "xaricdə olanın" bir modelidir. Amma eynilə digər modellər kimi, xaricdə də əsil olduğundan xeyli fərqlidir... (Peter Russell, The Primacy of Consciousness, http://www.peterussell.com/SP/PrimConsc.html )

Peter Russellin vurğuladığı həqiqət anlayışı, son dərəcə doğrudur. Xaricdəki maddəyə toxunarkən onunla əlaqəmiz, yalnız əlimizin elektronlarının obyektin elektronlarını itələməsindən ibarətdir. Yəni əslində ona toxunmuruq belə. Xaricdəki obyekt ilə aramızda heç bir təmas yoxdur. Buna baxmayaraq, əmələ gələn hiss bizə onun xüsusiyyətini qəbul edirmiş təəssüratını verir. Bir ağac gövdəsinin sərt olduğunu, pambığın yumşaq olduğunu hiss edə bilərik. İkisini də tamamilə fərqli şəkildə hiss edirik, amma əslində molekulyar səviyyədə reallaşan proses elektronların bir-birlərini itələməsindən ibarətdir. Toxunduğumuz maddədən gələn sərtlik hissi pişiyin tüklərindən və ya bir divarın nahamar səthindən əldə etdiyimiz hiss bizə yalnız elektrik siqnalı olaraq çatır.

Bir maddəyə toxunduqda hisslərimiz bizə yalnız elektrik siqnalı olaraq çatır. Başqa bir ifadə ilə desək, bizdə yaranan maddə hissi, yalnız elektrik siqnalları yoluyla meydana gəlir. Bu səbəbdən, xaricdə mövcud olan maddənin əslinə heç bir zaman toxuna bilmirik. Bizdə yaranan hiss ilə yola çıxırıq, fiziki aləmdə o obyektin nəyə bənzədiyini, xarici dünyanın necə bir yer olduğunu bilməyimiz mümkün deyil.

Şəkildə tək düyməyə basma hərəkəti ilə barmağımızdan beynə qədər reallaşan proseslər görünür.

Fiziki olaraq reallaşan təcrübəmiz, bizdə yaranan hissdən tamamilə fərqlidir. Beləliklə, xaricdə mövcud olan maddənin heç bir zaman əslinə toxuna bilmirik. Bizə çatan, xarici dünya ilə bağlı hisslərdir və bu hisslərə görə xarici dünyanın necə yer olduğunu bilməyimizə imkan yoxdur.

Pensilvanya Universitet Xəstəxanası nüvə tibb şöbəsində köməkçi dosent həkim Andrew B. Newberg mövzuyla bağlı bunları bildirmişdir:

Keçmişdə belə deyən bəzi filosoflar vardı: "Bax, əgər bir qayaya təpik atsam ayaq barmağım ağrıyar, bu reallıqdır. Bunu hiss edərəm. Reallıq olduğunu hiss edərəm. Bu canlıdır. Buna reallıq deyilir." Əslində bu təcrübədir və bu hələ də insanın reallıq hissidir.( What The Bleep Do We Know, Sənədli film, rejissor: William Arntz, Betsy Chasse)

Məsələn, isti bir maddəyə toxunduqda, onun hissini beynə çatdıran sinirlər çıxarılsa, yanan əlimizi hiss etməyimiz mümkün deyil. İstidən yanma, onu hiss etmə və buna görə ağrı duyma hissi yalnız beynin qavramasıdır. Buna bənzər şəkildə xaricdə bir xəbərdar edənin olmamasına baxmayaraq, sırf elektrik siqnallarının süni olaraq yaradılması nəticəsində də qavrayış hissi əmələ gələ bilir. Xaricdə yanan bir atəş olmamasına baxmayaraq, əlimizin yandığını hiss edə bilirik. Bu vəziyyət, buradakı yanma hissinin yalnız bizim hisslər dünyamızda əmələ gəldiyinin başqa bir dəlilidir..

İsti maddəyə toxunduqda, o istilik hissini beynə çatdıran sinirlər çıxarılsa, yanan əlinizi hiss etməyiniz mümkün olmaz. Çünki, yanma hissi, yalnız bizim hisslər dünyamızda əmələ gələn duyğudur.

Maddənin təməl xüsusiyyəti, yəni sərtlik, bizim hisslər dünyamız üçün elmi mənada qəbul olunmur. Bir şeyi görməyimiz onun əsl fiziki görüntüsünə dair bir dəlil vermədiyi kimi, bir şeyə toxunmağımız da onun sərtliyinə dair heç bir dəlil vermir. Toxunduğumuz şey, yalnız beynimizdə yaranan varlıqdır. Xaricdəki əsl xüsusiyyətini və görüntüsünü bilməyəcəyimiz xəyaldır. Yazıçı J. R. Minkel, New Scientist jurnalındakı bir məqaləsində bu həqiqəti belə açıqlayır:

Hal-hazırda kompüterin mausunu tutursunuz, bunu bərk maddə hesab edirsiniz və siz bunun kainatda müstəqil bir şəkildə mövcud olduğunu görürsünüz. Ətrafınızdakı obyektlər də eyni şəkildə, bəlkə bir fincan qəhvə, ya da bir kompüter, hamısı xaricdə realmış kimi görünür. Amma hamısı yalnız bir xəyaldır. (J. R. Minkel, "The Hollow Universe", New Scientist, 27 Aprel 2002, ədəd 2340, s. 22).

5-BEYNİMİZDƏ ƏMƏLƏ GƏLƏN DÜNYANIN ƏSLİ İLƏ ƏSLA TƏMASDA OLA BİLMƏRİK

Bura qədər izah edilənlərdən açıq şəkildə göründüyü kimi, həyatımız boyu yaşadığımız, gördüyümüz, hiss etdiyimiz hər şey beynimizdə meydana gəlir. Məsələn, kresloda oturaraq pəncərədən çölü seyr edən hər hansı bir insan kreslonun bərkliyini, döşəmənin sürüşkənliyini beynində hiss edir. Mətbəxdən gələn qəhvə qoxusu əslində mətbəxdə, yəni uzaqda deyil, beyninin içindədir. Pəncərədən gördüyü dəniz mənzərəsi, quşlar, ağaclar beynində əmələ gələn görüntülərdir. Onu qəhvəyə qonaq edən dostu və qəhvənin gözəl dadı da beynində əmələ gəlir. Qısa şəkildə desək, evində oturduğunu və pəncərədən çölü seyr etdiyini zənn edən insan əslində beyninin içindəki ekrandan salonunu, pəncərədən görünən mənzərəni seyr edir. Belə ki, insan beynindəki ekranda seyr etdiyi, mənalı şəkildə cəm edilən hisslərinin bütününə “həyatım” deyir və heç bir zaman beynindən kənara çıxa bilmir.

Seyr etdiyimiz bu ekrandan kənarda maddənin əsli necədir, bunu heç vaxt bilə bilmərik. Əsli də bizim gördüyümüz kimidirmi, məsələn, yarpağın yaşıl rəngi xarici aləmdə də belədirmi, bunu bilmirik. Yediyimiz konfetin dadı əslində bu cürdürmü, yoxsa beynimiz onu bu cür şərh edir, bunu öyrənmək imkanımız qətiyyən yoxdur. Məsələn, daha əvvəl gördüyünüz bir mənzərəni gözünüzdə canlandırın. Mənzərə qarşınızda deyil, amma onu beyninizdə görürsünüz. Bununla bağlı yazıçı Rita Carter belə deyir:

Bir üz və ya mənzərə gördükdə tam əslini görmürük, gördüyümüz orijinalının şərhi və ya tamamilə yenidən işlənmiş formasıdır... Bunlar nə qədər çox yaxşı surətlər olsa da, orijinalından əksik və ya fərqlidir. - Rita Carter, Mapping The Mind, s. 135



Mənzərəni seyr edən bir insan, , gözünün önündəki mənzərəni gözləriylə seyr etdiyini zənn edər. Halbuki, onun gördüyü mənzərə, beyninin arxasındakı görmə mərkəzində əmələ gəlir. Bu mənzərəni izləyən və bu mənzərədən zövq alan zülal və yağdan ibarət əmələ gələn beynin özü ola bilməyəcəyinə görə, kimdir?

Eyni vəziyyət o mənzərəyə baxdığınız an üçün də aktualdır. Mənzərəni uzaq yerdən gözünüzdə canlandırmağınızla qarşısında durub ona baxmağınız arasında əslində heç bir fərq yoxdur. Mənzərəni seyr edərkən də əslində onun əslini deyil, beyninizdə işlənmiş formasını görürsünüz. Bu barədə bir az düşünən insan bu həqiqəti bütün aydınlığı ilə görəcəkdir. Bu insanlardan biri olan George Berkeley “İnsan məlumatının prinsipləri üzərində tədqiqat” adlı əsərində bu həqiqəti belə ifadə edir:

... Görmə yolu ilə işıq və rəng, onların müxtəlif dərəcələri və fərqləri düşüncəsinə malik oluram. Toxunma ilə yumşağı və bərki, istini və soyuğu qavrayıram... Qoxu alma mənə qoxuları, dadbilmə dadları, eşitmə isə səsləri öyrədir... Bu hisslərdən bəziləri birlikdə müşahidə olunduqları üçün onlara ortaq ad verilir və onlar bir şey hesab edilirlər. Beləliklə, məsələn, müəyyən nizamlama içərisində rəng, dad, qoxu, forma və bərklik birlikdə müşahidə edildikdə alma sözü ifadə edilən ayrı bir obyekt kimi qəbul edilir; digər hisslər cəmi ilə daş, ağac, kitab və digər hiss edilən şeyləri meydana gətirirlər… …- "Treaties Concerning the Principle of Human Knowledge", 1710, Works of George Berkeley, vol. I, ed. A. Fraser, Oxford, 1871, s.35-36

Berkeleyin bu sözlərində ifadə etdiyi həqiqət budur: beynimizdə yaşadığımız müxtəlif duyğuların cəmlənməsi ilə bir cismi təsvir edirik. Bu misalda olduğu kimi, almanın dadı, qoxusu, bərkliyi, qırmızı rəngi, yumruluğu və digər xüsusiyyətləri ilə bağlı hisslər beynimizdə bütünlükdə qavranılır və biz bu bütünə “alma” deyirik. Amma biz heç vaxt almanın əsli ilə təmasda ola bilmərik. Bizim tək görə bildiyimiz, qoxulaya bildiyimiz, dada bildiyimiz, toxuna bildiyimiz və ya hiss edə bildiyimiz beynimizdəki surətlərdir.

Buraya qədər izah edilənləri yenidən düşündükdə bu həqiqət bütün açıqlığı ilə ortaya çıxacaqdır. Məsələn,

• İşığın olmadığı beyində rəngarəng işıqlarla bəzənmiş prospekti, bütün rəngləri, canlılığı və parlaqlığı ilə seyr edə biliriksə, onda bu prospektin, işıqlı lövhələrin, vitrinlərin, küçə işıqlarının, avtomobillərin işıqlarının beynimizdə elektrik siqnallarından ibarət surətlərini görürük.

• Beynimizə heç bir səs girə bilmədiyi üçün biz heç bir zaman yaxınlarımızın səslərinin əslini eşidə bilmərik. Eşitdiklərimiz hər zaman surətidir.

• Biz heç vaxt dənizin sərinliyini, günəşin istiliyini hiss edə bilmərik. Biz daima beynimizdə onların surətlərini hiss edirik.

• Eyni şəkildə bu günə qədər heç bir insan nanənin əslinin dadmamışdır. Nanə kimi hiss etdiyi dad əslində beynində əmələ gələn hissdir. Çünki nanənin əslinə nə toxuna bilər, nə onun əslini görə bilər, nə də əslinin qoxusunu və dadını ala bilər.

Beləliklə, biz həyatımız boyu bizə göstərilən surət (kopiya) qavrayışlarla yaşayırıq. Ancaq bu surətlər o qədər həqiqidir ki, heç vaxt surətlərini hiss etdiyimizi anlamırıq. Məsələn, indi başınızı qaldırın və olduğunuz otaqda gözünüzü ətrafa gəzdirin. Özünüzü içində mebellər olan otağın içində görürsünüz. Oturduğunuz kreslonun qollarına toxunduqda sanki həqiqətən bu qolların əslinə toxunurmuş kimi bərkliyini hiss edirsiniz. Göstərilən görüntülərin həqiqiliyi, bu görüntülərin yaradılışındakı sənətin mükəmməlliyi sizi və sizin kimi milyardlarla insanı bunların “xarici aləmdəki maddənin əsli” olduğuna inandırmaq üçün kifayətdir. Hətta insanlar o qədər qəti şəkildə inanırlar ki, kitabları bu həqiqətlə dolu olmasına baxmayaraq, bunların beyinlərində bir surətlə təmasda olduqlarına çətinliklə inana bilirlər. Bunun səbəbi görüntünün möhtəşəm sənətlə, son dərəcə həqiqi və qüsursuz şəkildə yaradılmasıdır.

Bəzi insanlar isə, görüntünün beyinlərində meydana gəldiyini qəbul edirlər ancaq, gördükləri görününtünün əsillərinin xaricdə olduğunu iddia edirlər. Halbuki, bu heç bir zaman sübut edə bilməyəcəkləri iddiadır. Bu günə qədər heç bir insan beynindəki hisslərdən kənara çıxa bilməmişdir. Hər insan beynindəki hüceyrənin içində yaşayır və hisslərinin ona göstərdiklərindən başqa heç bir şey hiss edə bilmir. Ona görə, hissləri xaricindəki dünyada nələr olduğunu heç vaxt bilmir. Bu səbəbdən, “maddənin əslini bilirəm” demək yanlış mühakimədir, çünki heç bir insanın buna dair dəlili yoxdur. Xaricdə əsilləri olsa belə, insan yenə bu "əsil"ləri beynində görəcək, yəni yenə beynində əmələ gələn xəyal ilə təmasda olacaq. Bu səbəbdən insanlar, bu söylədikləri "maddi qarşılıqlara" heç bir zaman çata bilməyəcəkləri üçün bu iddiaları tamamilə etibarsızdır.

Bundan əlavə bunu da bildirməliyik ki, texnologiyanın və ya elmin inkişafı da bunu dəyişdirmir. Çünki hər elmi tapıntı və ya texnoloji kəşf də insanların beynində əmələ gələcək, ona görə, bu yolla da xarici aləmə çıxmaq mümkün olmayacaq. Bu vacib həqiqətlə əlaqədar olaraq B. Russel və L. Wittgeinstein kimi məşhur filosoflar belə deyirlər:

… məsələn, bir limonun həqiqətən mövcud olub olmadığı və hansı müddət ərzində mövcud olduğu soruşula bilməz və araşdırıla bilməz. Limon, yalnız dillə hiss edilə bilən dad, burunla duyulan qoxu, gözlə görülən rəng və formadan ibarətdir .Tək bu xüsusiyyətləri elmi araşdırmanın və mühakimənin mövzusu ola bilər. Elm, obyektiv dünyanı əsla bilə bilməz. - Orhan Hançerlioğlu, Düşünce Tarihi, Remzi Kitabevi, İstanbul: 1987, s.447

Məşhur filosof George Berkeley isə hisslərimizin yalnız zehnimizdə yerləşdiyini və xarici dünyada varlıqlarını qəbul etdiyimizdə səhv etdiyimizi çox açıq olaraq ifadə edir:

Özlərini gördüyümüz, toxunduğumuz üçün və bizə hisslərimizi verdikləri üçün obyektlərin varlığına inanırıq. Halbuki, hisslərimiz yalnız zehnimizdə olan fikirlərdir. Bu halda hisslər vasitəsilə çatdığımız obyektlər fikirlərdən başqa bir şey deyildirr və bu fikirlər, zəruri olaraq zehnimizdən başqa yerdə mövcud ola bilməz … Bütün bunlar yalnız zehində mövcud olan şeylərdirsə, deməli kainatı və şeyləri zehnin xaricində varlıqlar kimi xəyal etdikdə, yanılmış oluruq …- Corc Politzer, Fəlsəfənin Başlanğıc Qanunları, s. 38-39-44

Bundan əlavə, heç bir zaman çata bilməyəcəkləri, görə bilməyəcəkləri, toxuna bilməyəcəkləri varlıqların olmasının və ya olmamasının insanlar üçün heç bir əhəmiyyəti yoxdur. . Çünki maddə dünyası olsa da, olmasa da, insan yalnız beynindəki hisslər dünyasını izləyir. Maddələrin əsilləri ilə heç bir zaman qarşılaşa bilməz. Hər insana surətini görə bilməsi bəs edir . Məsələn, rəngarəng çiçəklərlə bəzənmiş bağçanı gəzən insan əslində bu bağçanın əslini deyil, beynindəki surətini görür. Ancaq bu bağça o qədər həqiqidir ki, hər insan xəyalında əmələ gələn bu bağçadan həqiqi imiş kimi zövq alır. Hətta bu günə qədər milyardlarla insan bu bağça kimi gördüyü hər şeyin əslini gördüyünü hesab etmişdir. Buna görə də, "xaricin" insanı maraqlandırması üçün ortada heç bir səbəb yoxdur.

Uzaqlıq hissi də beyində yaranan hissdir

Küçədəki tıxac, avtomobillər, siqnal səsləri, mağazalar, binalar... Bir küçəyə baxdıqda qarşılaşdığınız bu mənzərə sizə çox aydın, çox həqiqi görünür. Ona görə, insanların böyük əksəriyyəti gördükləri bu mənzərənin beyinlərində əmələ gəldiyini qavraya bilmirlər, hamısının əslini gördüklərini zənn edərək yanılırlar. Bu mənzərə o qədər mükəmməl şəkildə yaradılmışdır ki, insanın bunun xarici aləmin əsli olmadığını, sadəcə öz zehnində yaşadığı surət olduğunu anlaması mümkün deyil.

Avtomobil sürən bir insan sükanın, önündəki yolun və ağacların özündən uzaqda olduğunu zənn edir. Halbuki, bütün bu gördükləri, eyni fotoşəkildə olduğu kimi, beynində tək bir səth üzərindədir.

Görüntünü bu qədər inandırıcı və təsirli edən şeylər isə məsafə, dərinlik, rəng, kölgə, işıq kimi ünsürlərdir. Bu xam maddələrdən o qədər qüsursuz şəkildə istifadə edilmişdir ki, beynimizdə üç ölçülü, rəngli və canlı görüntü halına gəlirlər. Sonsuz sayda təfərrüat bu görüntüyə əlavə edildikdə ortaya heç fərqinə varmadan bütün ömür boyu həqiqi zənn edərək içində yaşadığımız, ancaq əslində sadəcə zehnimizdə təmasda olduğumuz dünya çıxır.

ÖZÜNÜZDƏN UZAQ OLDUĞUNU ZƏNN ETDİYİNİZ OBYEKTLƏRİN HAMISI ƏSLİNDƏ BEYNİNİZİN İÇİNDƏDİR

İndi özünüzü avtomobil sürərkən təsəvvür edin. Avtomobilin rolunu özünüzdən bir qol məsafədə, küçə işıqlarını isə bir neçə yüz metr qarşıda görürsünüz. Qarşınızdakı avtomobillə aranızda təxminən 10 metr məsafə var. Üfüqdə görünən dağlar isə kilometrlərlə uzaqdadırlar. Ancaq bu təxminlərinizin hamısı yanlışdır! Nə dağlar, nə də qarşınızdakı avtomobil o qədər uzaqda deyil. Əslində bütün bu görüntülər bir film pərdəsi kimi beyninizdə tək bir səthdə, iki ölçülü şəkildə yerləşir. Bəs onda bu məsafə və dərinlik hissi necə əmələ gəlir?





Soldakı şəkildə arxadakı xətt öndəki xəttdən təxminən iki dəfə daha uzun görsənir. Halbuki, hər iki xətt də eyni uzunluqdadır. Bu nümunədə də göründüyü kimi, xəttlərin istifadəsi, perspektiv, işıq, kölgə kimi ünsürlər insanların bəzi obyektləri olduğundan fərqli görmələrinə səbəb ola bilir. Əslində bütün obyektlər tək bir yerdə, beynimizdəki görüntü mərkəzində qavranılır

Məsafə dediyimiz hiss bir növ üç ölçülü görmə formasıdır. Görüntülərdə məsafə və dərinlik hissini yaradan şeylər isə perspektiv, kölgə və hərəkət dediyimiz ünsürlərdir. Optika elmində məkan (space) hissi deyilən bu hiss forması çox qarışıq sistemlərlə təmin olunur. Bu sistemi ən asan yolla belə izah edə bilərik: əslində gözümüzə gələn görüntü sadəcə iki ölçülüdür. Yəni hündürlük və en ölçülərinə malikdir. Göz bülluruna gələn görüntülərin ölçüləri və iki gözün eyni anda iki fərqli görüntü görməsi dərinlik və məsafə hissini əmələ gətirir. Bizim hər bir gözümüzə düşən görüntü digər gözə gələn görüntüdən bucaq, işıq kimi ünsürlər baxımından fərqlənir. Beyin bu iki fərqli görüntünü vahid rəsm halına salaraq dərinlik və məsafə hissini əmələ gətirir.

Bunu daha yaxşı anlamaq üçün bir təcrübə keçirə bilərik. Əvvəlcə, sağ qolunuzu bacardıqca irəli uzadın və şəhadət barmağınızı qaldırın. İndi gözlərinizi barmağınıza zilləyərək növbə ilə sağ və sol gözlərinizi yumub açın. İki gözə fərqli iki görüntü gəldiyi üçün barmağın bir az yerini dəyişdirdiyini və ya sürüşdüyünü görəcəksiniz. İndi iki gözünüzü də açaraq sağ şəhadət barmağına zilləyərkən sol əlinizin şəhadət barmağını mümkün olduğu qədər gözlərinizə yaxınlaşdırın. Yaxındakı barmağın cüt görüntü əmələ gətirdiyini görəcəksiniz, bu isə duyğu sistemində uzaqdakı barmaqdan fərqli dərinlik hissi əmələ gəlməsinə görədir. İndi bu vəziyyətdə ikən gözlərinizi növbə ilə yumub-açsanız, yaxındakı barmağın daha çox yer dəyişdirdiyini görəcəksiniz, çünki iki gözə düşən görüntülərin fərqi artmışdır.

Üç ölçülü film çəkilərkən də bu üsuldan istifadə edilir; iki müxtəlif bucaqdan çəkilən görüntü eyni ekran üzərində əks etdirilir. Tamaşaçılar rəng filteri və ya polyarlaşdırıcı filterli eynəklər taxırlar. Eynəyin şüşəsindəki filterlər iki görüntüdən birini tutur, beyin bunları birləşdirib üç ölçülü görüntü halına salır.
İki ölçülü torlu qişada dərinlik hissinin əmələ gəlməsi iki ölçülü rəsm kanvasında həqiqi dərinlik hissi yaratmağa çalışan rəssamların istifadə etdiyi üsula çox bənzəyir. Dərinlik hissini əmələ gətirən bəzi vacib ünsürlər var. Bunlar cisimlərin üst-üstə yerləşməsi, atmosfer perspektivi, tekstura dəyişikliyi, xətti perspektiv ölçü, yüksəklik və hərəkətdir. Tekstura dəyişikliyi dərinlik hissinin əmələ gətirilməsində çox vacibdir. Üzərində gəzdiyimiz səth, məsələn, yol və ya çiçəklərlə dolu çöl əslində bir teksturadır. Bizə yaxın olan teksturalar daha geniş və aydın, uzaqdakılar isə daha tutqun görünür. Ona görə, tekstura üzərində yerləşdirilən cisimlərin məsafəsi haqqında mühakimə yürütmək çox asandır. Bundan başqa, burada kölgə və işıq ünsürləri də birlikdə üç ölçülü görüntünü tamamlayır. Belə ki, qabiliyyətli rəssamların çəkdiyi rəsmlərə heyranlıqla baxmağımızın səbəbi kölgə və perspektiv ünsürlərindən istifadə edərək rəsmə verdikləri dərinlik və canlılıq hissidir.

Perspektiv uzaqdakı şeylərin müşahidəçiyə görə yaxındakı şeylərə nisbətən daha kiçik görünməsindən irəli gəlir. Məsələn, bir mənzərə rəsminə baxdıqda uzaqdakı ağaclar kiçik, yaxındakı ağaclar böyük görünür və ya arxa plandakı dağ rəsmi ön plandakı insan rəsmindən daha kiçik çəkilir. Xətti perspektivdə isə rəssamlar paralel xətlərdən istifadə edirlər. Məsələn, qatar relsləri üfüq xəttində birləşərək məsafə və dərinlik hissini əmələ gətirirlər.

Rəssamların rəsmlərində istifadə etdikləri üsul beynimizdə yaranan görüntüyə də aiddir. Beynimizdəki iki ölçülü məkanda dərinlik, işıq, kölgə eyni üsulla meydana gəlir. Bir görüntüdə təfərrüatlar, yəni işıq, kölgə və ölçülər nə qədər geniş və əhatəlidirsə, o görüntü o qədər real olur və hisslərimizi aldadır. Beləliklə, biz üçüncü ölçü olan dərinlik və məsafə varmış kimi hərəkət edirik. Halbuki gördüyümüz bütün görüntülər film kadrı kimi tək bir səth üzərindədir. Beynimizdəki görmə mərkəzi son dərəcə kiçikdir! Bütün o uzaq məsafələr, uzaqdakı evlər, göydəki ulduzlar, Ay, Günəş, havada uçan təyyarələr, quşlar kimi görüntülər bu kiçik məkana sığışdırılır. Yəni sizin baxıb minlərlə kilometr yuxarıda dediyiniz təyyarə ilə əlinizi uzadaraq tuta bildiyiniz stəkan arasında texniki bir məsafə yoxdur, hamısı beyninizdəki qavrama mərkəzində tək bir səth üzərindədir.

Məsələn, üfüqdə gözdən itməkdə olan gəmi əslində sizdən kilometrlərlə uzaqda deyil. Gəmi sizin beyninizin içindədir. Baxdığınız pəncərənin çərçivəsi, pəncərənin qarşısındakı qovaq ağacı, evinizin qarşısından keçən yol, dəniz və dənizdə hərəkət edən gəmi də daxil olmaqla, beyninizdəki görmə mərkəzində, yəni iki ölçülü məkanda əmələ gəlir. Bir rəssam böyüklük və kiçiklik kimi nisbətləri, rəng, kölgə və işıq kimi xam maddələrdən və perspektivdən istifadə edərək uzaqlıq hissini iki ölçülü rəsmdə necə göstərə bilirsə, bizim beynimizdə də buna bənzər şəkildə uzaqlıq hissi olur. Nəticədə gördüklərimizi özümüzdən uzaqdaymış kimi qavramağımız, gördüklərimizlə aramızda bir məsafə olması bizi yanıltmalı deyil. Çünki məsafə də digərləri kimi bir hissdir.

İKİ ÖLÇÜLÜ BİR SƏTHDƏ DƏRİNLİYİ OLAN BİR GÖRÜNTÜ MEYDANA GƏTİRMƏK

Burada görülən şəkillərin hamısında real görsənən bir dərinlik hissi var. İki ölçülü bir rəsmin üzərində kölgə, perspektiv və işıq istifadə edilərək, üç ölçülü, dərinliyi olan bir görüntü yaradıla bilir. Rəssamın qabiliyyətinə görə, bu reallıq daha da artır. Buna bənzər vəziyyət bizim görmə hissimiz üçün də eynidirdir. Çünki, gözün retina təbəqəsinə düşən görüntü iki ölçülüdür. Ancaq hər iki gözə düşən görüntü daha sonra tək şəkil halına gətirilir və 3 ölçülü, dərinliyi olan bir görüntü olaraq beynimizdə qavranılır.


Siz otağın içindəsiniz, yoxsa otaq sizin içinizdədir?



Bədəniniz də beyninizdə gördüyünüz bir görüntü olduğuna görə, içində olduğunuz otaq sizin içinizdədir, yoxsa siz otağın içindəsiniz? Bu sualın cavabı aydındır: Əlbəttə ki, otaq sizin içinizdə, beyninizdəki görmə mərkəzindədir.

İnsanların gördüklərinin beyinlərində bir hiss olduğunu dərk etmələrinə mane olan səbəblərdən biri də bədənlərini də bu görüntünün içində görmələridir. “Mən bu otağın içində olduğuma görə, deməli, bu otaq mənim beynimdə əmələ gəlmir”-kimi yanlış nəticəyə gəlirlər. Onları bu səhv nəticəyə aparan səbəb odur ki, öz bədənlərinin də görüntüsü ilə təmasda olurlar və bunu unudurlar. Ətrafımızda gördüyümüz hər şey necə sadəcə xəyali görüntülərdən ibarətdirsə, öz bədənimiz də eyni şəkildə beynimizin içində əmələ gələn bir xəyali görüntüdür. Məsələn, hal-hazırda oturduğunuz kresloda boynunuzdan aşağıda qalan hissənizi görürsünüz. Bu görüntü də digərləri kimi eyni sistemlə meydana gəlir. Əlinizi ayağınızın üzərinə qoyduqda bu toxunma hissi də beyninizdə əmələ gəlir. Yəni siz hal-hazırda beyninizdə əmələ gələn bədəninizi görür və bədəninizə toxunduğunuzu beyninizdə hiss edirsiniz

Bədəniniz də beyninizdə bir görüntü olduğuna görə, otaq sizin içinizdədir, yoxsa siz otağın içindəsiniz? Aydındır ki, bu sualın doğru cavabı belədir: “otaq sizin içinizdədir”. Siz beyninizdəki otaq görüntüsünün içindəki bədəninizin görüntüsünü görürsünüz.

Bunu bir başqa misalla bir az da açıqlayaq. Təsəvvür edin ki, liftin düyməsinə basdınız və lift gəldikdə yuxarı mərtəbədəki qonşunuz da liftin içindədir. Liftə mindiniz. Əslində siz liftin içindəsiniz, yoxsa lift sizin içinizdədir? Həqiqət budur: lift içindəki qonşunuzun və bədəninizin görüntüsü ilə birlikdə sizin beyninizdə meydana gəlir.

Beləliklə, biz heç bir şeyin “içində” ola bilmərik. Hər şey bizim içimizdə, yəni beynimizdə meydana gəlir. Günəşin, Ayın, ulduzların və ya göydə uçan təyyarənin bizdən milyon kilometrlərlə uzaqlıqda olması da bu həqiqəti dəyişdirmir. Günəş və Ay da eynilə əlinizdə tutduğunuz bu kitab kimi sizin beyninizin içindəki kiçik görmə mərkəzində əmələ gələn xəyali görüntülərdir.

6- XARİCİ DÜNYA OLMADAN DA HİSSLƏR DÜNYASI MEYDANA GƏLƏ BİLƏR



Bir təcrübədə, görmə qüsurlu insanların, gözlərinə taxılan bir cihaz ilə bəzi görüntüləri görmələri təmin edildi. Bu insanlar cihazdan xarici dünyaya aid olmayan, süni olaraq yaradılan xəbərdarlıq almalarına baxmayaraq, tamamilə real görüntülər görürdülər. Hətta bir cismin üstlərinə doğru gəldiyini zənn edərək, özlərini qorumaq üçün geri çəkilirdilər.

Gördüyümüz hisslər dünyasının maddi bir qarşılığı olduğu iddiasını təkzib edən həqiqətlərdən biri də, beynimizdə hisslərin əmələ gəlməsi üçün xarici dünyaya ehtiyacımızın olmamasıdır. Bu gün simulatorlar kimi bir çox texnoloji inkişaf və yuxularımız da bu gerçəyin ən vacib dəlilləridir.

Yazıçı Rita Carter “Mapping the mind” adlı kitabında:“Görmək üçün gözlərə ehtiyac yoxdur”, -deyərək elm adamları tərəfindən həyata keçirilən çox əhəmiyyətli təcrübəyə yer verir. Təcrübədə görmə qabiliyyətindən məhrum olan şəxslərin gözlərinə video rəsmlərini titrəmələ rə çevirən cihaz birləşdirilmişdir. Bu şəxslərin gözlərinə taxılan kamera isə siqnalları həmin şəxsin beyninə göndərirdi.

Beləliklə, bu şəxs davamlı şəkildə vizual dünyadan siqnalları qəbul edə bilirdi. Xəstələr bir müddət sonra həqiqətən görən insan k imi davranmağa başladılar. Məsələn, cihazlardan birində görüntünü yaxınlaşdırmaq üçün linza vardı. Bu linza xəstəyə xəbər verilmədən işə salındıqda, xəstə görüntü böyüyərək üzərinə gəldiyini gördüyü üçün iki qolu ilə özünü qorumağa çalışmışdır. Rita Carter, Mapping The Mind, s. 113

Bu təcrübədən də göründüyü kimi, hisslərimizin əmələ gəlməsi üçün xarici dünyada maddi bir qarşılıqlarının olması şərt deyil. Bütün xəbərdarlıqlar süni olaraq da yaradıla bilir.

YUXULARDA YAŞADIĞIMIZ "HİSSLƏR DÜNYASI"



Bir insan əslində evindəki çarpayısında rahat-rahat yatarkən, yuxusunda özünün bir müharibədə olduğunu görə bilər. Hətta müharibənin bütün gərginliyini, qorxu və dəhşətlərini olduqca real kimi yaşaya bilər. Əslində isə tək, səssiz ve sakit bir yerde yatmışdır. Yuxusunda gördüyü son dərəcə inandırıcı görüntü ve səslər isə beynində meydana gəlmişdir.

İnsan xarici dünya olmadan da bütün hissləri bütün canlılığı ilə yaşaya bilər və buna verilə biləcək ən açıq nümunə, daha əvvəl də bəhs etdiyimiz kimi yuxulardır. İnsan yuxu əsnasında gözləri qapalı şəkildə yatağında yatır. Ancaq buna baxmayaraq, real həyatında qarşılaşdı ğı hadisələrin, yaşadığı hisslərin, siqnalların hamısını yuxuda əslindən tamamilə fərqsiz olaraq real şəkildə hiss edir. Bu həqiqətə bu kitabı oxuyan insanların hamısı yuxularında tez-tez şahid olurlar. Məsələn, gecə yatağında səssiz və sakit mühitdə, ətrafında heç kimin olmadığı şər aitdə yatan insan yuxuda özünü çox insanın olduğu yerdə, təhlükədə görə bilər. Var gücü ilə bu təhlükədən qaçdığını, divarın arxasında gizlə ndiyini real şəkildə yaşaya bilər. Hətta yuxuda gördükləri o qədər realdır ki, qorxu və təşviş hissini həqiqətən təhlükəli şəraitdə olduğu kimi hiss edir. Hər hay-küydə ürəyi ağzına gəlir, qorxudan titrəyir, ürəyi bərk döyünür, tərləyir, insan bədəni təhlükədə olduqda nələr h iss edirsə, fiziki cəhətdən necə reaksiya verirsə, hamısı eynilə baş verir. Əslində isə zehnindən kənarda gördüklərinin heç biri yoxdur.

Yuxuda yüksək bir yerdən yıxılan insan da bunu bütün bədəni ilə hiss edir. Əslində isə, o anda yatağında heç tərpənmədən yatır. Yuxuda ayağı sürüşərək su çuxuruna yıxıldığını görən bir insan bütün paltarlarının islandığını, küləkdən üşüdüyünü hiss edə bilər. Ancaq olduğu yerdə, nə su çuxuru, nə də külək var. Hətta çox isti otaqda yatdığına baxmayaraq, nəmliyi və üşüməyi eynilə oyaq vaxtda olduğu kimi hiss edir.

Yuxusunda maddənin əsli ilə təmasda olduğunu iddia edən insan özündən çox əmin ola bilər. Ona maddənin xəyali görüntüsü ilə təmasda olduğunu, xarici aləmin əsli ilə təmasda olmağın mümkün olmadığını izah edən dostunun çiyninə əlini qoyaraq: “İndi mən xəyalam? Sən əlimi çiynində hiss etmirsənmi? Elə isə necə xəyali görüntü ola bilərsən? Hardan çıxarırsan bu iddiaları? Gəl səninlə gəzintiyə çıxaq, həm bu mövzu haqqında danışarıq, həm də belə bir mövzuya nə üçün inandığını mənə izah edərsən”, -deyə bilər. Gördüyü yuxusu o qədər aydındır ki, rahatlıqla avtomobili işə salıb, motora qaz verir və sonra birdən pedala basaraq avtomobili hərəkətə gətirir. Yolda sürətlə gedərkən ağaclar və yol xətləri sürətdən sanki göz aparan görüntü əmələ gətirir. Bir tərəfdən də təmiz dəniz havasını alır. Elə dostuna etiraz etməyə, o anda yaşadıqlarının xəyal olmadığını anlatmağa hazırlaşarkən saatının zənginə oyanır. Ancaq maraqlıdır ki, yuxuda gördüklərinin xəyal olduğuna etiraz edən bu insan oyaq olarkən də gördüklərinin zehnində əmələ gələn xəyali görüntülər olduğunu izah edən dostu yanında olsa, ona da eyni şəkildə etiraz edəcəkdir.



İnsan aslında güven içinde evinde uyurken, rüyasında lunaparkta hızla dönen vagonlara bindiğini görebilir. Vagonların hızını, zaman zaman ters döndüğünü, esen rüzgarı gerçeğinin aynısı gibi hissedebilir.

İnsanlar yuxudan oyandıqda o ana qədər gördüklərinin xəyal olduğunu anlayırlar, ancaq “oyanma” görüntüsü ilə başlayan və adına “real həyat” dedikləri həyatın xəyal ola biləcəyindən nədənsə heç şübhələnmirlər. Əslində isə “real həyatımız” dediyimiz görüntüləri qavrama forması yuxularımızı qavrama forması ilə tamamilə eynidir. Hər ikisini də zehnimizdə görürük və yuxudan oyanmadıqca onların bir xəyal olduğunu anlamırıq. Ancaq oyandığımız zaman: “Deməli, gördüklərim bir yuxu imiş”, -deyirik. Elə isə hal-hazırda gördüklərimizin yuxu olmadığını necə sübut edə bilərik? Sadəcə hələ oyandırılmadığımız üçün içində olduğumuz anı həqiqi zənn edə bilərik. Hər gecə gördüyümüz yuxulardan daha uzun davam edən bu yuxudan bir gün oyandırıldıqda bu həqiqətlə qarşılaşa bilərik və bunun əksini söyləyəcək heç bir dəlilimiz yoxdur.

Dünya həyatının bir yuxu kimi olduğu, ancaq bu yuxudan “böyük oyanma” ilə oyandıqda insanların yuxu kimi bir aləmdə yaşadıqlarını anlayacaqları İslam alimləri tərəfindən də dilə gətirilən bir həqiqətdir. Üstün elminə görə Şeyxi-əkbər (ən böyük Şeyx) kimi tanınan böyük İslam alimi Muhyiddin Ərəbi peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v.) bir hədisini söyləyərək dünya həyatını yuxularımıza belə bənzətmişdir:

Həzrəti Muhəmməd əleyhissəlam: “İnsanlar yuxudadır, öldükləri vaxt oyanacaqlar”, -buyurmuşdur. Deməli, dünya həyatında gördüyü şeylər yatan şəxsin yuxusunda gördüyü şeylər kimidir. Yəni xəyaldır. - Fusus-ül Hikem, çev. Nuri Gencosman, İstanbul 1990, s. 220

Bir ayədə isə Allah insanların qiyamət günündə yenidən dirildildikdə belə deyəcəklərini bildirir:

Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu Rəhmanın məxluqata buyurduğu vəddir. Peyğəmbərlər doğru deyirlərmiş!” (Yasin surəsi, 52)

Ayədən də göründüyü kimi, insanlar qiyamət günü eynilə yuxudan oyanan kimi oyanırlar. İnsan dərin yuxuya getdiyi və yuxu gördüyü anda birdən oyandırıldıqda onu oyandıranın kim olduğunu necə soruşursa, bu insanlar da eyni şəkildə onları kimin oyandırdığını soruşurlar. Bu ayədə də diqqət çəkildiyi kimi, dünya həyatı gördüyümüz bir yuxu kimidir və hər insan bu yuxudan oyandırılacaq və əsl həyatı olan axirət həyatına dair görüntüləri görməyə başlayacaq.

HƏYATINIZI YUXULARINIZ KİMİ TAM FƏRQLİ BİR YERDƏ İZLƏYİR OLA BİLƏRSİNİZ

Yuxusunda qəhvə içən bir insan qəhvənin şəkərini, tamnı, içindəki südün dadını, həqiqətən qəhvə içirmiş kimi hiss edər. Ancaq əslində nə qəhvə, nə də içki vardır. Əlbətdəki, yuxusunda qəhvə içən bir insana biri gəlib, "bu anda yuxudasan və bu qəhvə əslində bir görüntüdür" desə, dərhal etiraz edər. "Necə yəni görüntüdür? Bax istiliyini hiss edirəm. Birdən-birə içəndə dilim yanır. Hətta qəhvəni içəndə susuzluğum keçdi. Görüntü olsa qəhvə susuzluğumu keçirər ?" deyər. İçdiyini zənn etdiyi qəhvənin əslində beynində əmələ gələn görüntü olduğunu, içərkən hiss etdiyi istilik, susuzluq kimi hisslərin də yenə beynində əmələ gələn hisslər olduğunu ancaq yuxusundan oyandıqdan sonra başa düşər.

Yuxularımızda yaşadıqlarımızla, real həyatda yaşadıqlarımız eyni məntiqlə baş verir. Yuxularımız necə zehnimizdə yaşanırsa, real həyatımız da zehnimizdə yaşanır. Yuxularımıza "xəyal" deməyimizin tək səbəbi, səhər oyandıqda bədənimizin yatağımızda olmasıdır "deməli mən yatırdım və bunları yuxumda gördüm" nəticəsinə gəlməyimizdir.
Yuxunuzdan heç oyanmadan yaşamağa davam etsəniz, yuxu içində yaşadığınızın, gördüklərinizin heç birinin əsli ilə təmasda olmadığınızı başa düşə bilərsinizmi?

Əlbətdəki, xeyr. Oyanıb, özünüzü yatağınızda yatarkən görmədiyiniz müddətcə, heç bir zaman yuxuda olduğunuzu başa düşə bilməzsiniz və böyük bir ömrü real həyatınızı yaşadığınızı zənn edərək keçirərsiniz.

Elə isə, real həyat dediyimiz həyatımızın da bir yuxu olmadığını necə sübut edə bilərik? Bir gün bu gördüyümüz həyatdan çıxıb özümüzü tam fərqli bir yerdə, bu həyatımıza dair görüntüləri izləyərkən tapmayacağımıza dair məlumatımız var?

SÜNİ OLARAQ YARADILAN DÜNYALAR

“Xarici dünya” olmadan hisslərin çox real şəkildə yaşana biləcəyinə dair dövrümüzün texnologiyasında da çox əhəmiyyətli nümunələr var. Xüsusilə son illərdə böyük irəliləyiş göstərən “xəyali gerçəklik” anlayışı çox diqqət çəkir.

Xəyali gerçəklik ən sadə formada kompyuterdə canlandırılan üç ölçülü görüntülərin bəzi cihazlar vasitəsilə insanlara “gerçək dünya” kimi göstərilməsidir. Bu gün bir çox sahədə fərqli məqsədlərlə istifadə edilən bu texnologiya bu səbəbdən “süni həqiqət”, “xəyali dünyalar”, “xəyali mühit” kimi də adlandırılır.

Xəyali gerçəkliyin ən əhəmiyyətli xüsusiyyəti odur ki, xüsusi alətlərdən istifadə edən şəxs gördüyü görüntünü həqiqi zənn edir, hətta bu görüntünü dərindən hiss edir. Ona görə, son illərdə xəyali gerçəklik ifadəsinin ingiliscə qarşılığının əvvəlində “immersive” sözündən də istifadə edilir və bu sözün mənası “batırmaq, qərq etmək, içinə dalmaq”dır.

Xəyali gerçəklik üçün istifadə edilən simulatorlar. Yuxarıdakı şəkildə insan istifadə etdiyi cihazlara görə, hərəkətli bir suya toxunduğunu zənn edir. Alt şəkildəki insanlar isə özlərini, göstərilən filmin qəhrəmanları olaraq izləyir və yaşadıqları hadisələrə görə həyəcanlanırlar.

Xəyali dünya yaratmaq üçün istifadə edilən alətlər görüntünü göstərən ekranı olan kaska, toxunma hissi verən elektronik əlcəkdir. Kaskanın içindəki alət isə davamlı olaraq başın hərəkətlərinə və istiqamətinə nəzarət edərək görüntünün başın istiqaməti və duruşu ilə mütənasib şəkildə ekrana gəlməsini təmin edir. Bəzən otaq böyüklüyündəki kubşəkilli yerin bütün divarlarında və döşəməsində stereo görüntülər əks etdirilir və bu otağa girən insanlar taxdıqları stereo eynəklərlə otaqda dolaşaraq özlərini tamamilə başqa məkanlarda, məsələn, şəlalə kənarında, dağın zirvəsində, dənizin ortasındakı gəminin göyərtəsində günəş şüaları altında dincələrkən görə bilərlər. Başa taxılan kaskalar üç ölçülü, dərinlik və məkan hissi olan görüntülər əmələ gətirirlər. Görüntülər insan ölçüləri ilə nisbətdə verilir və əlcək kimi bəzi alətlərlə toxunma hissi təmin edilir. Beləliklə, bu alətlərdən istifadə edən şəxs gördüyü xəyali dünyadakı əşyalara toxuna və onların yerlərini dəyişdirə bilir. Bu məkanlarda insanın gördüyü görüntüdəki səslər də son dərəcə inandırıcıdır. Səs hər tərəfdən fərqli dərinliklərdə verilir. Bəzi hallarda dünyanın müxtəlif yerlərindəki bir neçə insana eyni xəyali mühit göstərilə bilir. Beləliklə, məsələn, dünyanın müxtəlif ölkələrindən, hətta müxtəlif qitələrindən üç insan özlərini digərləri ilə birlikdə motorlu qayığa minərkən görə bilirlər.

XƏYALİ MÜHİTLƏRDƏ YARADILAN DÜNYALAR

Hal-hazırda inkişaf edən texnologiya ilə birikdə simulator deyilən sistemlər çox sahədə istifadə edilməyə başlandı. Eynəkli bir başlıq və əlcək ilə, bunları istifadə edən insana çox fərqli görüntülər üç ölçülü olaraq göstərilir və bu insan özünü bu görüntünün içində zənn edir.

Avtomobil dizaynçıları, yeni avtomobil modellərini xəyali mühitlərdə təcrübədən keçirirlər.

Bu texnologiyanın istifadə edildiyi sahələrdən biri də pilot təhsilidir. Kiçik bir otağın içində olan insanlar bu alətlər sayəsində özlərini həqiqətən təyyarə istifadə edərkən, səmada uçarkən və ya aerodroma eniş edərkən görə bilirlər.

Xəyali dünyanın yaradılması üçün lazım olan alətlərdə istifadə edilən sistem beş duyğu orqanımızın sistemi ilə eynilik təşkil edir. Məsələn, istifadəçinin əlinə taxdığı əlcəyin içindəki mexanizmin təsiri ilə barmaq uclarına bəzi siqnallar verilir və bu siqnallar beyinə ötürülür. Beyin bu siqnalları şərh etdikdə bu şəxs ətrafında olmadığı halda ipək xalıya və ya səthi girintili-çıxıntılı olan, qabarıq vazaya toxunduğunu hiss edir.

Michigan Universitetində inkişaf etdirilən bir texnika ilə həkim namizədləri və xüsusilə təcili xidmət işçiləri süni əməliyyatxana mühitində öyrədilir. Bu tətbiqin ilk mərhələsində, bir otağın səthinə və divarlarına əməliyyatxanaya aid görüntülər əks etdirilir. Burada görülən əməliyyatxana mühitində üç həkimdən başqa bütün görüntülər, xəstə də daxil olmaq üzrə sünidir. Simulator cihazları ilə həkim namizədləri ilk əməliyyatlarını süni bir əməliyyatxanada süni xəstələrə edirlər.

SÜNİ ƏMƏLİYYATXANADA SÜNİ ƏMƏLİYYAT

Xəyali gerçəkliyin istifadə edilməyə başlandığı vacib sahələrdən biri tibbdir. Michigan Universitetində təkmilləşdirilən texnika ilə həkimliyə namizədlər və xüsusilə təcili yardım xidməti işçiləri süni əməliyyatxana mühitində təlim keçirlər. Burada otağın yerində və divarlarında əməliyyatxana ilə bağlı görüntülər, əməliyyatxananın ortasına isə əməliyyat stolu və “xəstə”nin görüntüsü əks etdirilir. Həkimliyə namizədlər isə üç ölçülü eynəklərini taxaraq bu xəyali xəstə üzərində əməliyyata başlayırlar. Şəkillərdən də göründüyü kimi bu şəkli görən bir insan hansının gerçək, hansının xəyali olduğunu anlamayacaqdır.

Bu nümunələrdə də göründüyü kimi, süni siqnallarla gerçək olmayan dünya gerçək kimi göstərilə bilir. Son illərdə çəkilən bəzi məşhur filmlərin bu mövzuya toxunması da son dərəcə diqqət çəkir. Məsələn, “The matrix” adlı Hollywood filmində filmin iki qəhramanı kresloda uzanmış vəziyyətdə ikən sinir sistemlərinə kompyuter kabelləri qoşulduqda özlərini tamamilə başqa məkanlarda görürlər. Bir səhnədə uzaq şərq idman növü ilə məşğul olarkən, başqa birində isə özlərini başqa paltarlar içində bir çox insanın olduğu küçədə gəzərkən görürlər. Filmin qəhrəmanı yaşadıqlarının reallığı qarşısında bunların kompyuter vasitəsilə əmələ gətirilən görüntülər olduğuna inana bilmədiyini söylədikdə isə kompyuter tərəfindən görüntü dondurulur və bu şəxs real zənn etdiyi dünyanın əslində bir görüntü olduğuna inandırılır.

Beləliklə, dövrümüzün texnologiyası ilə süni siqnallar ilə süni görüntülər, başqa sözlə, süni dünya yaratmaq mümkündür. Bu süni görüntülərin əsillərindən heç bir fərqi olmadığı təcrübədən keçənlər tərəfindən bildirilir. Elə isə biz də hər an gördüyümüz “həyat görüntüsü”ndə təmasda olduqlarımızın mütləq “əsilləri” olduğunu iddia edə bilmərik. Çünki bu hisslərimizin səbəbi çox fərqli mənbə ola bilər.

Hipnozun göstərdiyi vacib həqiqət

Süni siqnallarla bir dünya əmələ gətirilməsi həqiqətinə ən yaxşı nümunələrdən biri də hipnozdur. Məlumdur ki, hipnozda hipnoz edilən şəxsin təlqinlər vasitəsilə əslindən ayırd edilməyəcək qədər inandırıcı bəzi hadisələri yaşaması təmin edilir. Həmin şəxs olduğu otaqda olmayan görüntüləri, adamları və ya mənzərələri görür, səsləri eşidir, qoxuları və dadları bilir. Bu müddətdə yaşadığı hadisələrdən sevinir, kədərlənir, həyəcanlanır, sıxıntı, təşviş keçirir. Hətta hipnoz altındakı şəxsin yaşadığı hadisələrin təsiri kənardan fiziki cəhətdən də müşahidə olunur, verilən təlqinlə əlaqədar nəbzin vurması, təzyiqin yüksəlməsi, dərisində qızartı əmələ gəlməsi, temperaturunun qalxması, mövcud ağrını hiss etməsi kimi əlamətlər meydana gəlir. - Dr. Muhterem Ercan, Hipnoz ve Hipnoterapi, Seha Neşriyat, İstanbul 1993, s.32-34; William Kroger, Clinical and Experimental Hypnosis, http://www.lucidexperience.com/HypnoPapers/512.html

Məsələn, hipnozun tətbiq edildiyi bir təcrübədə şəxsə xəstəxanada olduğu və bu xəstəxananın onuncu mərtəbəsində ölmək üzrə olan bir xəstə olduğu deyilmiş, ancaq onun əlindəki dərmanı tez çatdırdığı halda xəstənin həyatının qurtarılacağı təlqin edilmişdir. Bu şəxs hipnoz ərzində təlqinin təsiri ilə son dərəcə sürətlə 10 mərtəbəni yuxarı çıxmağa başladığını zənn etmişdir. Bu zaman tövşümüş, bərk yorulduğu üçün təngnəfəs olmuşdur. Sonra ona artıq ən yuxarı mərtəbəyə çatdığı və dərmanı çatdırdığı deyilmiş və rahat bir çarpayıya uzanması təlqin edilmişdir. Beləliklə, hipnoz edilən şəxs rahat olmağa başlamışdır. Hipnoz edilən şəxs ona təlqin edilən məkanı və mühiti bütün gerçəkliyi ilə yaşamasına baxmayaraq, ortada nə bəhs edildiyi kimi bir məkan, nə insanlar, nə də hadisələr var. Digər təcrübədə isə normal otaqda olan şəxsə hamamda olduğu və hamamın çox isti olduğu təlqin edilmiş, bundan sonra həmin şəxs həddindən artıq tərləməyə başlamışdır.- Dr. Tahir Özakkaş, Gerçeğin Dirilişine Kapı HiPNOZ, "Üst Ultrastabilite", s. 267



Bu kişi hipnoz sırasındaki telkinin etkisiyle, son derece hızlı olarak 10 katı çıkmaya başladığını sanmıştır. Bu sırada nefes nefese kalmış, iyice yorulduğu için de nefesini kontrol edemeyecek hale gelmiştir. Hipnoz yapılan kişi, kendisine telkin edilen mekanı ve ortamı tüm gerçekliğiyle yaşamasına rağmen, ortada ne bahsedildiği gibi bir mekan, ne insanlar, ne de olaylar vardır.

Digər təcrübədə isə normal otaqda olan şəxsə hamamda olduğu və hamamın çox isti olduğu təlqin edilmiş, bundan sonra həmin şəxs həddindən artıq tərləməyə başlamışdır. Burada çox vacin bir məsələ diqqəti cəlb edir. İnsan bədənində tərləmə baş verməsi üçün bəzi təsirlərin meydana gəlməsi şərtdir. Bu hipnoz hadisəsində qarşılaşdığımız həqiqət isə budur: hipnoz edilən şəxs xarici aləmdə tərləməyə səbəb olan heç bir amil olmadığı halda tərləmişdir. Bu nümunə açıq şəkildə göstərir ki, bir məkanda olmaq və ya bir mühiti hiss etmək üçün o mühitin və ya məkanın əsli ilə təmasda olmaq şərt deyil. Süni siqnallar və ya təlqin yolu ilə bənzər təsirlərin əmələ gətirilməsi mümkündür.

Milli Hipnoterapiya Dərnəyi, Milli Psixoterapiya Dərnəyi, Peşəkar Hipnoterapistlər Mərkəzi, Hipnoterapiya Araşdırma Dərnəyi kimi bir çox qurumun üzvü olan ingilis hipnoterapiya mütəxəssisi Terrence Watts da bir məqaləsində hipnoz vaxtı keçmişdəki hadisəni xatırlayaraq danışan insanlarda danışdıqları hadisə ilə əlaqədar olaraq bəzi fiziki dəyişikliklər müşahidə edildiyini bildirir. Məsələn, insanın danışdığı hadisədə nəfəs alma çətinliyi kimi vəziyyət baş vermişsə, hadisəni hipnoz altında danışdığı vaxtda yenə nəfəsi daralır, hətta bir müddət tamamilə dayanır. Watts hipnoz zamanı kiçik yaşlarında döyüldüyü anı danışan insanın üzündə şillə izlərinin meydana gəldiyini də bildirir. Bundan əlavə, Watts bunun bir sirr olmadığını, bədənin ağrıya cavab verdiyini bildirir.Terrence Watts, Abreaction, The psychological phenomena that hypnotherapists either love or hate, http://www.hypnosense.com/abreaction.htm

Hipnoz hadisələrində görünən ən təəccüblü nümunələrdən biri də hipnoz edilən şəxsin dərisində təlqin nəticəsində yaraların belə əmələ gəlməsidir. Məsələn, Paul Thorsen adlı tədqiqatçı hipnoz altındakı şəxsin qoluna sadəcə qələmin ucunu toxundurmuş və bunun qızğın şiş olduğunu təlqin etmişdir. Qısa müddətdən sonra qələmin ucunun dəydiyi yerdə yanıq qabarcığı üzə çıxmışdır. Eyni tədqiqatçı Anne O. adlı şəxsə hipnoz vaxtı qolunun A hərfi şəklində sıyrıldığını təlqin etmişdir. Başqa heç bir şey edilmədiyi halda o yerdə A hərfi şəklində qızartı əmələ gəlmişdir. Bourru və Burot adlı tədqiqatçılar isə hipnoz altındakı şəxsə qolunun kəsildiyini təlqin edərək yumşaq qələmlə yüngül bir xətt cızdıqdan sonra qolunda qan sızdığını görmüşlər. Dr. Recep Doksat, Hipnotizma, s.106-108


J.A.Hadfield isə hipnoz etdiyi dənizçiyə qoluna qızğın dəmir basdığını və o yerin yanacağını söyləmişdir. Halbuki sadəcə barmağının ucunu oraya toxundurmuşdur. Sonra da o yeri sarımışdır. 6 saat sonra sarğı açıldıqda orada həqiqətən yüngül qızartı və qabarma görünmüşdür. Hadfield: “Ertəsi gün qabarıq xeyli böyümüşdü və eynilə yanıq yeri kimi su yığılmışdı”, -demişdir. - Dr. Recep Doksat, Hipnotizma, s. 106-108 Hipnoz vaxtı insan bədənində meydana gələn bu dəyişikliklər görmə, eşitmə, toxunma, hiss etmə, ağrı bilmə kimi hisslərimizin yaranması üçün xarici aləmə ehtiyacımızın olmadığını göstərir. Məsələn, xarici aləmdə qızğın dəmir olmamasına baxmayaraq, bu təlqini alan şəxsin qolunda yanıq izi əmələ gələ bilir.

Hipnoz vaxtı insan bədənində meydana gələn bu dəyişikliklər görmə, eşitmə, toxunma, hiss etmə, ağrı bilmə kimi hisslərimizin yaranması üçün xarici aləmə ehtiyacımızın olmadığını göstərir. Məsələn, xarici aləmdə qızğın dəmir olmamasına baxmayaraq, bu təlqini alan şəxsin qolunda yanıq izi əmələ gələ bilir. Bütün bu nümunələrdən də məlum olduğu kimi, həm görüntünün necə əmələ gəldiyini tədqiq etdikdə, həm texnoloji nailiyyətlərə baxdıqda, həm də hipnoz kimi təlqin üsullarını bu məlumatlara əlavə etdikdə ortaya qəti həqiqət çıxır: insan ömrü boyu bədəninin xaricindəki dünyada yaşadığını zənn edir. Halbuki dünya dediyimiz hər şey qavrama mərkəzlərimizə çatan siqnalların beynimiz tərəfindən şərhidir. Yəni biz beynimizin içində əmələ gələn dünyadan başqa dünya ilə heç vaxt təmasda ola bilmərik. Xarici aləmdə nə olduğunu bilməyimiz əsla mümkün deyil. Beynə ötürülən siqnalların mənbəyinin, orijinalının nə olduğunu da bilmirik. Bu gün bu mövzu ən əsas elmi kitablarda geniş yer verilən və məktəbdə yuxarı siniflərdən etibarən şagirdlərə öyrədilən həqiqətdir. Problem ondadır ki, insanlar bu həqiqət üzərində düşünmürlər.

7- BÜTÜN BU HİSSLƏRİ YAŞAYAN KİMDİR?

Bura qədər olan hissələrdə, həyatımıza aid bütün hisslərin beynimizdə yarandığını və bu hisslərin yaranması üçün bir xarici dünyaya və maddi varlıqlara ehtiyac olmadığını araşdırdıq. Bu hissədə, bir az diqqətli düşünən hər insanın soruşacağı çox vacib bir sual ilə qarşılaşırıq.

Məlumdur ki, gözümüzdəki hüceyrələrdən gələn elektrik siqnalları, beynimizdə görüntüyə çevrilir. Məsələn, beyin, görmə mərkəzinə gələn bəzi elektrik siqnallarını günəbaxan tarlası olaraq şərh edir. Elə isə görən göz deyil.

Görən gözlərimiz deyilsə, beynin arxa tərəfində, qapqaranlıq bir məkanda, bir gözə, retinaya, göz bülluruna, göz sinirlərinə, göz bəbəyinə ehtiyac olmadan, elektrik siqnallarını rəngarəng günəbaxan tarlası kimi görən, bu gördüyü mənzərədən zövq alan kimdir?

Heç bir səsin girə bilmədiyi beyində, bir qulağa ehtiyac olmadan, elektrik siqnallarını ən yaxın dostunun səsi olaraq eşidən, bu səsi eşitdiyində sevinən, eşitməyincə darıxan kimdir?
Beynin içində bir ələ, barmaqlara, əzələlərə ehtiyac olmadan pişiyinin tüklərini oxşadığını hiss edən kimdir?
İstilik, soyuqluq, konsistensiya, forma, dərinlik, uzaqlıq kimi toxunma hisslərini, əslinin eynisi olaraq beyində kim yaşayır?

Heç bir qoxunun girə bilmədiyi beynin içində, limon, reyhan, gül, qovun, qarpız, portağal, qızartma qoxusunu, eynisi ilə iyləyən və qızartmanın qoxusunu hiss edəndə iştaha gələn kimdir?

Bura qədər tez-tez hisslərimizin beynimizdə meydana gəldiyindən bəhs etdik. Elə isə, beynin içində əmələ gələn bu görüntüləri, bir televiziya ekranından izləyər kimi izləyən, izlədikləri ilə sevinən, kədərlənən, həyəcanlanan, məmnun qalan, təlaşlanan, maraqlanan kimdir? Bütün gördüklərini və hiss etdiklərini qavrayan şüur kimə aiddir?

Həyatı boyun, qapqaranlıq, səssiz qafa tasının içində özünə göstərilən görüntüləri izləyən, düşünən, nəticə çıxaran, qərar verən şüur sahibi varlıq kimdir?

Bütün bunları hiss edən, şüuru meydana gətirən varlığın, şüursuz atomların əmələ gətirdiyi, su, yağ zülal kimi maddələrdən meydana gələn beyin ola bilməyəcəyi aydındır. Beyindən başqa, daha fərqli varlıq olmalıdır. Daniel Dennet, bir materialist olmasına baxmayaraq, kitabında bu sualı belə ifadə edir:

Şüurlu düşüncələrim və xüsusilə də günəş işığından, Vivaldidən, yüngülcə tərpənən budaqlardan aldığım zövq - necə olur ki, bütün bunlar yalnız beynimdə yaranan fiziki hadisələrdir? Necə olur ki, beynimdə elektrokimyəvi proseslərin baş verməsi ilə bu yüzlərlə incə düyünün zaman içində müntəzəm hərəkət etməsindən gözəl görüntü yaranır? Beynimdə yaranan informasiya, necə olur ki, üzərimə düşən günəş işığının həlim ilıqlığı ola bilir? Hətta, beynimdəki bir hadisə necə beynimdəki başqa bir informasiyanın təxminən əyaniləşmiş zehni görüntüsü ola bilir? Bu qeyri-mümkün görünür. Mənim şüurlu düşüncələrim və təcrübələrim olan hadisələr, beyin hadisələri ola bilməz. Başqa bir şey olmalıdır, şübhəsiz beyin hadisələrinin səbəb olduğu, ya da bunlar tərəfindən əmələ gələn, amma buna əlavə olaraq fərqli maddədən yaranan fərqli bir məkana yerləşdirilmiş bir şey olmalıdır. Bəli, niyə də olmasın? - Daniel C. Dennett, Consciousness Explained, Little, Brown and Company, NY 1991, s. 26-27

R.L.Gregory isə beynin arxasında olan və bütün bu görüntüləri görən bu varlığı belə ifadə edir:

Gözlərin beyində şəkillər əmələ gətirməsi ilə bağlı bir fikir var, lakin bundan qaçmaq lazımdır. Beyində şəkil əmələ gəldiyi deyilsə, bunu görmək üçün daxildə bir göz də olmalıdır -lakin bu gözün şəklini görə bilmək üçün bir gözə də ehtiyac olacaq... və bu da sonsuz göz və şəkil olması deməkdir. Bu mümkün ola bilməz. - R. L. Gregory, Eye and Brain: The Psychology of Seeing, s. 9

Maddədən başqa bir varlığı qəbul etməyən materialistlərin anlamadıqları isə budur. Görən, gördüyünü hiss edən və reaksiya verən "daxildəki göz" kimə aiddir? Karl Pribram da elm və fəlsəfə dünyasında, bunları hiss edənin kim olduğu ilə bağlı bu vacib axtarışa belə diqqət çəkmişdir::

BEYNİNİZDƏKİ DƏRİN SƏSSİZLİKDƏ, KONFRANSI DİNLƏYƏN RUHUNUZDUR

Böyük salonda öz qulağıyla mühazirəni dinləyən insanların hamısı natiqin ağzından çıxan hər səsi eşitdiklərini zənn edirlər. Natiq də eyni əminlikdə düşüncələrini izah edir və dinləyicilərin özünü eşitdiklərini zənn edir. Halbuki, gerçək çox fərqlidir və o anda salondakı heç kimin anlamadığı, qeyri-adi bir möcüzə baş verir.
Danışan insan, beynindəki dinləyicilərə nəsə izah edir, eyni şəkildə dinləyicilər də izah edilənləri beyinlərində dinləyirlər. O anda salonun içində olduqlarından əmin olan onlarla insan, bütün bunları əslində beyinlərində yaşayırlar. Salondakı dinləyicilərin hər birinin beynində, elektrik cərəyanlarını natiqin səsi olaraq, qulağa ehtiyac olmadan eşidən bir varlıq vardır. Bu varlıq hər şeyi o qədər real yaşayır ki, heç kim eşitdiyi səsin əsli ilə təmasda olmadığını anlamır. Bu varlıq, Allahın bənzərsiz elmlə yaratdığı RUH-dur. Beynin içindəki dərin səssizliyə baxmayaraq ruh, hər şeyi qüsursuz dəqiqlikdə və əsli ilə eyni olaraq eşidir.

Yunanlılardan bəri, filosoflar "maşının içindəki ruh", "kiçik insanın içindəki kiçik insan", vs. üzərində düşünüblər. "Mən" -yəni beyni istifadə edən varlıq- haradadır? Əslini bilib gerçəkləşdirən kimdir? Assisili Əziz Francisin də söylədiyi kimi: "Axtardığımız şey görənin nə olduğudur." Karl Pribram, David Bohm, Marilyn Ferguson, Fritjof Capra, Holografik Evren I, Çev: Ali Çakıroğlu, Kuraldışı Yayınları, İstanbul: 1996, s.37

Çox insanlar, bu mövzunu düşünərək həqiqətə qədər gəldiyi halda "görən kimdir" sualının cavabını verməyə, düşünərkən bundan daha irəliyə getməyə tərəddüd edirlər. Yuxarıdakı nümunələrdə də göründüyü kimi mənliyimizi yaradan varlıq üçün kimiləri "kiçik insan", kimiləri "maşının içindəki ruh", bəziləri "beyni istifadə edən varlıq", bəziləri isə "daxildəki göz" sözlərini istifadə etmişlər. Bütün bu sözlər, beyindən fərqli şüur sahibi olan varlığı təyin edə bilmək və ona çata bilmək üçün edilmişdir. Ancaq bu insanlar materialist fikirlərinə görə həqiqətən görənin, eşidənin kim olduğunu dilə gətirə bilməmişlər.

Bu gerçəyin cavabını bizə verən yeganə mənbə dindir. Allah Quranda insanın əvvəl bədənini yaratdığını, sonra da ona "ruhundan üflədiyini" bildirmişdir:

"Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, səs çıxaran quru gildən insan yaradacağam! Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!." (Hicr surəsi, 28 - 29)

Sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! (Səcdə surəsi, 9)
Yəni insanın, bədəninin xaricində başqa varlıq vardır. Beyninin içindəki görüntünü "görürəm" deyən, beyninin içində eşitdiyi səsləri "eşidirəm" deyən, öz varlığının şüurunda olan və "mən mənəm" deyən bu varlıq Allahın insana vermiş olduğu ruhdur.

Ağıl və vicdan sahibi hər insan, həyatı boyu yaşadığı hər hadisəni beyninin içindəki ekranda izləyən varlığın, ruhu olduğunu dərhal anlayacaq. Hər insan gözə ehtiyacı olmadan görə bilən, qulağa ehtiyacı olmadan eşidə bilən, beynə ehtiyacı olmadan düşünə bilən bir ruha sahibdir.

Tək mütləq varlığın maddə olduğunu iddia edən, insan şüurunun da yalnız beyindəki kimyəvi hadisələrin nəticəsi olduğunu zənn edən materialist düşüncə isə bu mövzuda tərəddüddədir. Bunu görmək üçün hər hansı bir materialistə bu sualları verə bilərsiniz:
Görüntü beynimizdə əmələ gəlir, bəs bu görüntünü beynimizdə kim seyr edir?

İndi yanınızda olmayan alt mərtəbədəki qonşunuzu gözünüzün önünə gətirin. Onu bütün dəqiqliyi ilə görürsünüz. Paltarının detalları, üzündəki xəttlər, saçlarındakı ağlar, səsinin tonu, danışma üslubu, gedişi ilə xəyalınızdə çox dəqiq canlandırdığınız bu insanı kim izləyir?

Məhz bu və buna bənzər sualları materialistlərdən soruşduqda heç bir cavab ala bilməzsiniz. Çünki, bu sualların tək cavabı, Allahın insana vermiş olduğu ruhdur. Materialistlər isə maddə xaricində heç bir varlığı qəbul etmirlər. Buna görə də bu saytda izah edilən qeyri-adi həqiqət, Allahın varlığını inkar edən materialist düşüncəyə ən böyük zərbəni vuran, materialistlərin düşünməkdən və danışmaqdan ən çox çəkindikləri mövzudur.

BU GÖRÜNTÜLƏRİ RUHUMUZA İZLƏTDİRƏN KİMDİR?

Bu mərhələdə soruşulması lazım olan bir sual da var: Ruhumuz, beynimizdə əmələ gələn görüntüləri izləyir. Bəs, bu görüntüləri yaradan kimdir? Qapqaranlıq beynimizin içində, işıqlı, rəngarəng, aydın, kölgəli görüntüləri əmələ gətirən, elektrik siqnallarından, kiçik bir məkanda böyük bir dünyanı yaradan beyin ola bilər? Beyin, yaş, yumşaq, qıvrımlı ət parçasıdır. Belə bir ət parçası, ən irəli texnologiya ilə istehsal edilmiş televizorlardan daha dəqiq, heç bir sürüşməsi və ya qaralması olmayan, rəngləri canlı olan bənzərsiz görüntü meydana gətirə bilər? Bir ət parçasının üzərində bu keyfiyyətdə görüntü əmələ gələ bilər? Bu yaş ət parçası, ən inkişaf etmiş musiqi setindən daha keyfiyyətli, daha dəqiq, xışıltısız, stereo səs meydana gətirə bilər? Beyin kimi təxminən 1,5 kilo ağırlığındakı ət parçasının bu qədər qüsursuz hisslər əmələ gətirə bilməsi əlbəttə qeyri-mümkündür.


ƏT PARÇASI ÜZƏRİNDƏ BU KEYFİYYƏTDƏ BİR GÖRÜNTÜ MEYDANA GƏLƏ BİLƏR?

Bu hissədə, bir həqiqətlə də qarşılaşırıq. Ətrafımızda gördüyümüz hər şeylə birlikdə, sahib olduğumuz bədənimiz- əlimiz, qolumuz, üzümüz kölgə varlıq olduğuna görə, beynimiz də kölgə varlıqdır. Elə isə görüntü olan bir varlığın görüntü yaratdığını söyləyə bilmərik.



Sinir hüceyrələrinin bir insana şüur, ağıl, düşünmə və danışma qabiliyyəti, sevmə, şəfqət duyma, ağrıma, həsrət duyma kimi hissləri qazandıra bilməyəcəyi çox aydın bir həqiqətdir.

Bertrant Russel “Rölativitenin Əlifbası” adlı əsərində, "Şübhəsiz ki, maddə ümumiyyətlə yaranışlar qrupu olaraq şərh olunacaqsa, bunu gözə, optik sinirə və beyinə də tətbiq etmək lazımdır."( - - Bertrand Russell, Rölativite'nin Alfabesi, Onur yay. 1974 s. 160-161) deyərək bu gerçəyə diqqət çəkir.

Bu gerçəyin fərqində olan məşhur filosof Bergson isə “Maddə və Yaddaş” adlı kitabında, "dünya xəyallardan yaradılmışdır, bu xəyallar ancaq bizim şüurumuzda var; beynin özü də bu xəyallardan biridir"-( George Politzer, Felsefenin Başlangıç İlkeleri, İstanbul, Sosyal Yay., 1989, s. 196) deyir.
Bu halda ruhumuza bu görüntüləri göstərən, ona əsli ilə eyni dəqiqlikdə görüntü və hisslərlə həyat yaşadan və bu görüntüləri fasiləsiz olaraq davam etdirən kimdir?

Ruhumuza, bütün görüntüləri göstərən, bütün səsləri eşitdirən, ruhumuzun zövq alması üçün bütün dadları və qoxuları yaradan, bütün aləmlərin Rəbbi, hər şeyin Yaradıcısı olan Allah'dır.