ALİMLƏRİN AÇIQLAMALARI

Burada açıqlanan həqiqətlər haqqında bəzi elm adamları və mütəfəkkirlərə suallar verilmişdir. Qərbdəki universitetlərin hörmətli müəllimlərinə internet vasitəsilə göndərilən mesajlarla, özlərinə maddənin əslinə çata bilmədiyimiz gerçəyi açıqlanmış və bu mövzu haqqındakı fikirləri soruşulmuşdur. Cavab verənlərin əksəriyyəti bunun çox vacib bir mövzu olduğunu, materialist düşüncənin bu suala bir cavab verə bilmədiyini, özlərinin də bu mövzuda bir açıqlama edə bilmədiklərini bildirmişlər. Aşağıda bu cavabların bir qismi göstərilmişdir. (Mesajlar ingiliscə orijinallarından tərcümə edilmişdir.)

"Xaricdəki dünyanın beynin xəbərdarlıqları necə qəbul etdiyi ilə heç əlaqəsinin olmaması da mümkündür. Mənə görə hər baxımdan qarşılığının olması üçün ən asan yo, eyni olmasıdır. Buna görə də qavrayışlarımız xaricdəki dünya ilə tamamilə eyni olmasa da buna çox yaxın olmalıdır. Lakin yenə də heç bir "xarici dünya" olmaması ehtimalı da ola bilər. Beynimiz su ilə dolu bir tənəkə qab içində üzərkən, bir kompüter sinirlər boyu elektrik impulsları göndərə bilər.

Bəs insanlar bu mövzudan niyə narahat olurlar sualına gəldikdə isə məncə insanlar xaricimizdəki dünyada özlərinə bir yer tapmaq üçün xeyli çalışırlar və özlərinin də bilmədikləri virtual bir xarici dünyada öz yerlərini axtarmaq istəmirlər.
Bu çox maraqlı fikirlər üçün təşəkkürlər."



Denis Cousineau
Montreal Üniversitei, KANADA
Psixoloji Bölməsində Dosent

------------------------------------------------

"…təşəkkürlər! Toxunduğunuz mövzular heyranedicidir… İnsanlar güvəndikləri şeyin, düşündükləri konkret həqiqət olmadığını düşünmək istəməzlər və ya inancı olan şəxslərsə nəfslərinin sorğulanmasını istəməzlər.

Lakin mənə görə inanc və elm bir yerdə ola bilməz və elə də deyildir. Bunlar həqiqəti bilməyin fərqli yollarıdır. Lakin hər ikisi də tək bir Yaradıcıdan olduğu üçün nəticədə anlaşılmazlığa düşmələri mümkün deyil. Bu səbəblə alimlərə yaradılış haqqındakı kəşfləri mövzusunda minnətdar olmalıyıq və Yaradıcının bizim məlumatımız xaricində, ifadəmiz xaricində olduğunu unutmamalıyıq. Çünki Yaradıcı sonsuzdur və yaradılanlar isə sonludur…
Bu maraqlı məlumat üçün təşəkkürlər."

Jill Raitt
Dini Çalışmalar Bölməsi Professoru
Missouri Üniversiteti, Kolumbiya

-------------------------------------------------

"Bunlar yaxşı suallardır. Filosofların uzun müddətdir ki, cavabını axtardığı suallardır. Bu sualları Dekart fərqli bir tərzdə soruşmuşdu. Bunlar bəlkə də beynin bütün qavrayışlarımıza təsiri olmadığını göstərir. Lakin bu başqa sualları da ağla gətirəcək. İnsanlar qorxur. Nəyə görəmi? Sürətli bir fərziyyə desəm, çünki bu onlara yeni bir mövzudur və qavrayışları özlərinin söylədiklərinə, həyat formalarına və rəhbər tutduqlarına tərs düşür.
Müvəffəqiyyətlər.

Jean-Guy Nadeau
Teologiya Bölməsi
Montreal Üniversiteti, Kanada

------------------------------------------------

“...Bizim "həqiqətimizin" beynimizin qavraya bildiyi ilə rəngləndirilmiş olduğu gerçəyində haqlısınız. Məsələn, fiziki dünyada rəng deyilən bir şey yoxdur. Rəng, beynimizin elektromaqnit radiasiyaya aid fərqli dalğa uzunluqları haqqında etdiyi şərhə dayanan psixoloji bir fenomendir. Buna baxmayaraq, rəng bizim həqiqətimizin əhəmiyyətli bir parçası olaraq qalır və beynimizi, bütün dünyamızı bununla doldurur.
Eyni mövzu digər qavrayışlar üçün də edilə bilər….
Uğurlar və təşəkkürlər.”


Gary Boehm
Psixologiya Bölməsi
Texas Christian Universiteti, Texas

--------------------------------------------------

“Təsir edicidir... Dürüst olaraq mənim iş sahəm bu ovsunlayıcı problemin elmi qarışıqlığını anlamağımı çətinləşdirdiyini söyləyə bilərəm. Sualınıza görə deyə bilərəm ki, insanlar niyə bundan qorxur, bəlkə də insanlar anlaya bildikləri şeyləri araşdırmaq istəyirlər və anlamadıqlarında bu onları qorxudur…”



Jane Marie Law
Cornell Universiteti, New York

------------------------------------------------

“...Mən şəxsən insanların ruh olduğuna inanıram; maddi olmayan şeylər bədənlərimizə elə bir tərzdə bağlanmışdır ki, hiss etməyimiz, düşünməyimiz və s.ləri beynimizin və mərkəzi sinir sistemimizin fiziki vəziyyətinə bağlıdır. Amma bu tərs bir yanaşmadır. Bir çox adam insanların maddi varlıqlar olduğunu, böyük bir ət olduğunu düşünür. "beyindəki mesajı görən adam kimdir" sualınıza belə cavab verirlər: "Siz, bu böyük ət beyninizdə müəyyən elektrik şəkilləri meydana gəldiyində görürsünüz". Bəziləri vizual təcrübənin yalnız elektrik şəkli olduğunu söyləyir. Bu görüşə görə yaşıl rəngi görmək üçün beyninizdə yalnız müəyyən bir elektrik modeli olması kifayətdir, başqa bir şeyə ehtiyac yoxdur. Digərləri, görmə hissinin maddədən ayrı olmasına baxmayaraq, elektrik şəkillərindən yarandığını düşünürlər.

Mən şəxsən beynimizin inanma, ümid etmə, hiss etmə və s. lərini yaşadığına inanmıram. Mən "mən"in bunları etdiyinə inanıram və mən öz beynim deyiləm. Beynimə yaxından bağlıyam; o qədər yaxın bağlıyam ki, beynimdə yaranan bir zədə bütün hər şeyi etməyimə mane olar. Amma beynimdən fərqliyəm. Mən nəyəm? Mən şeyləri görürəm, mən bir ruham.”

Tom Crisp
Fəlsəfə Bölməsi
Notre Dame Universiteti, Indiana

-------------------------------------------

“İnsanlar gündəlik həyatlarında narahat olmağı sevməzlər. Nizam istəyərlər, nəzarətli olmağı istəyərlər, hər şeyin öz istədikləri kimi olmasını istəyirlər. Etibarsızlıqla məşğul olmaq istəməzlər, cavab ala bilməməkdən qorxarlar. Maddi vəziyyətlərinə, ictimai mövqelərinə yapışarlar. Əgər bir xarici həqiqət olmazsa bütün bunları itirərlər. İnsanlar tək qalmaqdan qorxurlar, bütün problemlərlə özləri məşğul olmaqdan qorxurlar. Öz düşüncə güclərinə güvənməzlər və azad deyildirlər. Kim olduqlarını tam bilməzlər, özlərini xaricindəki şeylərlə tamamlayırlar. (İnsanların bu mövzuları danışmaqdan qaçmalarının) Səbəbi budur.”

Birte Schelling
-------------------------------------------

“...Mən şəxsən xaricimizdəki dünyanın bizim öz təcrübələrimizə tam uyğun gəldiyi şəklində bir dəlil olduğuna inanmıram hətta bir xarici dünyanın olduğuna dair dəlil olduğuna da inanmıram. (bunun belə olduğunu sübut etmək üçün də hisslərimizə müraciət etmək məcburiyyətindəyik)..."




John Heil
Fəlsəfə Professoru ve Bölməsinin Rəhbəri
Davidson College, North Carolina